Şərq xalqları tarixi fənnindən imtahan sualları və cavabları

1.Sasanilər dövlətinin yaranması.

2. Sasanilər dövlətində din. Manilik və Məzdəkilər

3. I Xosraov Ənuşiravanın islahatları

4.Qazan xanın islahatları

5. Böyük Səlcuq dövlətinin xarici siyasəti

6. Böyük Səlcuq dövlətinin daxili vəziyyəti

7. Kiçik Asiya Səlcuq dövləti

8. Ərəblər Cahiliyyə dövründə

9. Ərəb Müsəlman dövlətinin yaranması

10. İslam dini. Məhəmməd Peyğəmbər

11. Raşidiyyə xəlifələri

12. Əməvilər Xilafətində daxili və xarici vəziyyət

13. Abbasilər Xilafətində sosial-iqtisadi münasibətlər.

14. Fatimilər dövləti

15. Məmlükər Dövləti

16. Əyyubilər dövləti.

17.Bağdad son Abbasi xəlifələri dövründə

18. Elxanilər dövləti

19. Osmanlı dövlətinin yaranması

20. Ərəb ölkələri Osmanlı hakimiyyəti altında

21. I Şah Abbasın daxili və xarici siyasəti

22. Mahmud Qəznəvinin daxili və xarici siyasəti

23. İran Teymurilərin hakimiyyəti altında

24. Sərbedarilər üsyanı

25. Nadir şah Əfşar dövləti

26. Kərim xan Zəndin daxili və xarici siyasəti

27.  Qacarların hakimiyyətə gəlməsi

28. Mirzə Tağı xanın İslahatları

29. Babilər hərəkatı

30. Rusiya-İran müharibələri. Türkmənçay müqaviləsi

31. Əfqanların İranı işğal etməsi

32. 1905-1911-ci illər Məşrutə hərəkatı

33. İranda konsessiyalar uğrunda mübarizə

34. İran Birinci dünya müharibəsi illərində

35. Dürranilər dövləti. Əhməd şah

36. Dost Məhəmmədin daxili və xarici siyasəti

37. İngilis-əfqan müharibələri

38.  Əfqanıstan Əmir Həbibullahın hakimiyyəti illərində

39. III Sultan Səlimin islahatları

40.  II Sultan Mahmudun islahatları

41. XVIII əsrdə rus-türk müharibələri

42. XIX əsrdə rus-türk müharibələri

43. Osmanlı imperiyasında 1876-cı il Əsas Qanunu

44.    Türkiyə Birinci dünya müharibəsi illərində

45. Tənzimat (I və II mərələ)

46. Gənc Türklər inqilabı

47. Şərq məsələsi

48. Patron Xəlil üsyanı

49. Yunan üsyanı və nəticələri

50 Trablis və Balkan müharibələri

51. Yeni Osmanlılar

52. Misir- Osmanlı münaqişələri

53. Misirdə 1879-1882-ci illər milli azadlıq hərəkatı

54. Napoleonun Suriya və Misir yürüşü

55. Misir Məhəmməd Əlinin hakimiyyəti illərində

56. Misir Birinci dünya müharibəsi illərində

57. Suriyada İbrahim Paşanın islahatları

58. İraq Davud paşanın hakimiyyəti altında 

59. İraq Midhət Paşanın hakimiyyəti altında

60. Vəhabilər hərəkatı


1.Sasanilər dövlətinin yaranması.

E.ə. II əsrdən başlayaraq Yaxın və Orta Şərq ərazisində iki böyük dövlət Roma və Parfiya arasında gərgin mübarizə davam edirdi. Bu mübarizənin əsas səbəbi Parfiya və Romanın yeni ərazilər ələ keçirmək iddiaları və birincinin Çindən gələn ticarət karvanlarından yüksək gömrük haqqı almaları səbəbindən davam edirdi.

Uzun müddət davam edən müharibələr, hər iki tərəfə ağır siyasi və iqtisadi zərbələr vurmuşdu. Bunun nəticəsində III əsrin əvvəllərində doğru həm Roma, həm də Parfiya (Ərşaqilər) ciddi sıxıntılarla üzləşmişdilər. Məhz bunun nəticəsində Romada olduğu kimi, Parfiyada da müstəqil siyasi birliklərin sayı çoxalmış, bir sıra nüfuzlu əyanlar və qüdrətli zadəgan nəsilləri yerlərdə kiçik şahlara çevrilmişdilər. Mövcud müstəqil hakimliklərə Mesopotomiya ərazisindəki şahlıqları, o cümlədən Parsani, Xuzestanı, Selevkiyanı, Mərkəzi Asiyadakı bəzi vilayətləri, Atropatenanı, Albaniyanı və s bu kimi inzibati ərazi vahidləri aid idi.

Bu o dövr idi ki, Romanın şərqdəki işğalları davam edirdi. Bununla yanaşı, İran ərazisinin cənubunda yerləşən və iqtisadi cəhətdən daha inkişaf etmiş bölgə olan Pars vilayətinin hakimləri digər bölgələri də öz ətrafında birləşdirməyə başlamışdılar. Çünki, başqa cür Roma işğallarına davam gətirmək mümkün deyildi.

Feodalizmin ilkin mərhələsində Parsa vilayətini Barzangidilər sülaləsi idarə edirdi. Onun ərazisindəki hakim torpaq sahiblərindən biri Sasan nəslindən olan Papak idi. O, eyni zamanda İstəxr şəhərinin hakimi olmaqla yanaşı, həm də burada yerləşən Anahit atəş məbədinin kahini (maq) titulunu daşayırdı. Papak 208-ci ildən Farsın sonuncu hökmdarı Qoçihriyǝ qarşı qiyam qaldırmış qalib gəlib hakimiyyəti ələ keçirmişdi. Bu zaman, Papakın oğlu Ərdəşir isa Darabqird bölgəsinin hakimi vəzifəsini daşıyırdı. Ərdəşir də atası kimi ətraf əraziləri öz ətrafında birləşdirməyə can atırdı. Bu imkan, Papakın (208-222) ölümündən sonra yarandı. Ərdəşir, ətrafında digər hakim torpaq sahiblərini də birləşdirərək, 224-cü ildə Suzian gölü ətrafında baş verən Hörmüzdəqan döyüşündə sonuncu ərşaqi hökmdan V Artabana (adlar o dövrün dini inanclarına əsasən qoyulub) qalib gəldi. Bunun nəticəsində Parfiya dövləti ərazilərinin böyük hissəsi Sasanilərin əlinə keçdi. Bundan sonra, Ərdəşir həm Aparanakın, həm Mərvin, ham Kermanın, həm də Sakları şahı titullarını da qəbul etdi.

Ərşaqilər isə imperiyanın müxtəlif istiqamətlərində Sasanilərdən vassal asılılığında qalmaqla, öz hakimiyyətlərini davam etdirdilər. Buraya Albaniyanı, Sistan və Məkran, o cümlədən Xorasan hakimlərini də aid etmək olardı. Ərşaqilərin Kiçik Asiya ərazisində hakim olduqları bir sıra torpaq sahələri isə sonradan Bizans tərəfindən işğal edildi. Beləliklə işğallar nəticəsində yeni yaranan Sasanilər imperiyasının sərhədləri Qafqaz, Xarəzm, Mesopotomiya və hətta Kiçik Asiyanın bir hissəsini əhatə etməyə başladı.

Ərdəşir təqribən 226-cı ildə keçmiş Selevkiya dövlətinin paytaxtı Ktesifon (sonralar Mədain şəhəri adlanmışdı) şəhərində özünü Sasanilər dövlətinin şahanşahı elan etdi. Ərdǝşir bundan sonra farsda Ərdəşir Firuzabad və yaxud Ərdəşir Hörmüzd kimi də adlandırılmağa başlandı.

 

 

2. Sasanilər dövlətində din. Manilik və Məzdəkilər

Sasani imperiyasında fərqli xalqlar yaşadığı üçün fərqli dini inanclar mövcud idi. Həm politeist, həm monoteist dinlər var idi. Bunlara Zərdüştlik, Maniçilik, bütpərəstlik, xristianlıq, tenqriçilik, iudaizm, brahmanizmi aid etmək olar. Bu dinlərin çoxu III-VII əsrlərdə mövcud idi. İslam dini yayıldıqdan sonra isə bu dinlərin çoxu ya məhdudlaşmış, ya da sıradan çıxmışdı. Zərdüştlik Midiya dövründən etibarən İranda yayılıb. Uzun illər həm Əhəmənilər, həm Parfiya, həm də Sasanilərdə inanc obyekti olub. Adı Zərdüşt peyğəmbərin adından götürülüb.  O insanları Avestada göstərilən qaydada yaşamağa çağırırdı. Avestada Hörmüz və Əhrimən arasında mübarizə davam edirdi. Biri xeyri, digəri şəri təmsil edirdi. Xeyir və şər bir-biri İlə mübarizə aparır və sonda xeyir qalib gəlir. Zərdüştlikdə xeyirxah fikir, söz-xeyirxah əməl hesab olunur. Ali Allah Ahura-Məzdaya inam mövcuddur. Əsas məbədlərdən biri Adurquşnasp Cənubi Azərbaycanda yerləşir, digər əsas məbəd isə İstəxrdə yerləşən Anahit idi. Şimali Azərbaycanda isə Xəzər sahilində od məbədi evləri mövcud idi. Sasani şahları öz hakimiyyətlərini möhkəmləndirmək üçün bu dindən istifadə edirdilər. Məsələn II  Şapur. Zərdüştliyin yayılmasında kahinlərin xüsusi rolu var. Zərdüştlikdən başqa dini təlimlərə qarşı da istifadə olunurdu.

 Maniçilik. Baş kahin Maqupatan, kiçik kahin isə Maq adlanırdı. Kahinlərin həyata keçirdiyi rituallar isə maqiya adlanır. Zərdüştlik ideyaları məzdəkilərin və babəkilərin ideologiyasına da təsir edib. Onlar evlərində daimi şəkildə müqəddəslik əlaməti olan od saxlayırdılar.

Maniçilik. Mani Şərqi İran və Hindistanda fəaliyyət göstərmiş, buddizm , Mərkəzi Asiyanın yerli ayinləri ilə tanış olaraq xristianlığın, brahmanizmin, zərdüştliyin tərkibində Ön Asiya dinlərinin elementləri olan çox sinkretik təlimin əsasın qoymağa çalışırdı. Mani təlimində bütün dinlərin vahid bir dinlə əvəz edilməsi meyli var.243-cu ildə I Şapur tərəfindən qəbul edilən Mani özünün Şapurakan (Şapurun kitabı) əsərini ona təqdim edib. I Şapurun dövründə Maniçilik Zərdüştliyin tərkibində bir təlim kimi zəif inkişaf edir. Mani ideyasının əsasında Zərdüştlikdəki kimi dualist fikirlər tutur. O da işıq və zülmət, xeyir və şər mübarizəsini əsas götürürdü. Maniçilik nigahsızlığı, tərkidünyalığı təbliğ edirdi. Maniçilik yüksək zümrələrə qarşı çevrilib. I Hörmüzdün dövründə maniçilik Zərdüşt kahinləri tərəfindən təqib olunur. Ona görə də Mani hələ sağlığında ikən Maniçi kitabların üzünün çıxarılmasını qadağan etmişdi. Mani I Bəhramın əmri ilə 276-cı ildə qətlə yetirilib. Məzdəkilərdən əsas fərqli xeyrin şər üzərində qələbəsini inkar edirdilər.

Məzdəkilər hərəkatı. V əsrdə I Qubadın dövründə 488-531-ci illərdə Məzdəkilər hərəkatı geniş yayılmışdı. Bu hərəkatın iştirakçısı olan kəndlilər əsas dayaqları idi. Çünki V əsrdə torpaqlarını itirmişdilər. Şəhərlərdə işsizlər ordusu yaranmışdı. Qulların vəziyyəti daha ağır idi, ölkədə ağır istismar mövcud idi. Hərəkat məhz bu şəraitdə meydana çıxıb. Rəhbəri Məzdək Bəmdadoğlu idi. Suriyanin Kərki şəhərində Məzdəkilərin izləri hələ də qalmaqdadır. Bu hərəkata Maniçilik də təsir edib. Ancaq onlardan fərqli olaraq son məqamda xeyrin şər üzərində qələbəsinə inanırdılar. Məzdəkilər şəxsi mülkiyyəti inkar edir, bərabərliyi təbliğ edirdilər. Onlar deyirdi: Allah bütün nemətləri bərabər şəkildə insanlar arasında bölüşdürüb. Ancaq güclülər zəiflərdən onları alır. Ona görə də varlıdan alıb kasıba vermək lazımdır.”Həmçinin bu hərəkat aclıq vaxtı başlayıb. Məzdək və xalq taxıl anbarlarının açılmasını tələb edirdilər. Qubad həm bunu, həm də Məzdəkin digər tələblərini bəyəndi və yerinə yetirdi. Qubad isə Məzdəkilərdən istifadə edərək hərbi əyan və feodalları zəiflətməyə çalışırdı.496-cı ildə I Qubad feodallar tərəfindən devrilir, Eftalitetlərin yanına qaçır. Onların köməyi ilə 499-cu ildə yenidən taxta çıxdı. Amma artıq Məzdəkiləri müdafiə etmədi. bu hərəkat 10 illərlə davam etdi . İri torpaq sahibləri öldürüldü, torpaqları, əmlakları bölüşdürüldü. Hərəkat 529-cu ildə I Xosrov tərəfindən yatırılır . Məzdək 12 nəfər tərəfdarı ilə qətlə yetirilir. Hərəkat məğlub oldu, ancaq ideyaları yaşadı. Aşağı sosial təbəqəyə məxsus əhalinin mövqeyini müdafiə edirdi. Dövlətin daxilindəki zəiflikləri üzə çıxardı və 1ci Xosrov islahatlara başladı.

 

 

 

3. I Xosrov Ənuşiravanın islahatları

Məzdək öldürüldü. Məzdəkilər hərəkatı məğlub oldu. Ancaq onun ideyaları xalq arasında uzun müddət yaşadı. Bu hərəkat 'aşağı sosial təbəqələrə mənsub əhalinin mənafeyini müdafiə edirdi. Lakin məzdəkilər hərəkatı dövlətin daxili həyatının zəif tərəflərini də göstərdi. Məhz ona görə I Xosrov Ənüşirəvan torpaq, vergi, hərbi, inzibati sahələrdə yeni islahatlar keçirməyə məcbur oldu. I Xosrov Ənüşirəvan 531-579-cu illərdə Sasanilər imperiyasını idarə etdi. I Xosrovun ilk islahatları ölkədə iqtisadiyyatı qaldırmaqla bağlı oldu.

 Buna görə I Xosrov ilkin olaraq torpaq islahatı keçirdi, bütün boş torpaqların sahibi formal olaraq şahənşah hesab olundu. Bundan sonra, ölkədəki bütün boş torpaqlar siyahıya alındı. Bu torpaqların kadastr cədvəli tərtib edildi. I Xosrov ölkədəki boş torpaqları hərbi sərkərdələr, xırda sahib- karlar və torpaqsız kəndlilər arasında böldü. İslahat nəticəsində məzdəkilər dövründə torpaqsızlaşmış xırda sahibkarlar və kəndlilər torpaqla təmin olundular. Torpaq islahatı nəticəsində əvvəllər azad icmaçılar olan xırda torpaq sahibləri dehqanlar və azadlar xırda feodallara çevrildilər. I Xosrovun bu islahatı nəticəsində Sasanilər imperiyasında şərti torpaq mülkiyyəti tam bərqərar oldu. Sasanilər dövlətində boş torpaqların sayı azaldı. Xəzinəyə vergi gəliriərinin miqdarı artdı.

I Xosrovun vergi islahatı ondan irəli gəlirdi ki, V əsrdə Sasanilər dövlətində vergi sistemi köhnəlmişdi və xəzinənin tələbatını ödəmirdi. Ət-Təbərinin məlumatında bildirilir ki, torpaq vergisi vaxtlı vaxtında toplanmırdı. Onun miqdarı isə suvarma və əkinçiliyin yerlərdəki vəziyyətindən asılı olaraq məhsulun 3-də birindən, 6-da biri arasında dəyişirdi. I Xosrovun islahatlarına qədər torpaq vergisi natura ilə ödənirdi. Məhsulun 8-də birindən 3-də birinə qədərini təşkil edirdi. Yeni şəraitdə isə vergi, həm natura, həm də pul ilə alınırdı. Bir sıra tarixçilər I Xosrovun vergi islahatının Roma imperatoru Diokletianın (284-305) islahatlarına oxşarlığını da müşahidə etmişlər. Sasanilər imperiyasında, I Xosrovun islahatları nəticəsində bütün torpaqların kadastr cədvəli tutuldu. Zeytun və xurma ağacları siyahıya alındı. Torpaq vergisi və can vergisi verən insanların sayı dəqiqləşdirildi. Uşaqlar və qadınlar, 60 yaşına çatmış kişilər can vergisindən azad edildilər. Bununla yanaşı, bir sıra kahinlər, məmurlar və mirzələr də can vergisindən azad olundular. Vergilərin miqdarı dəqiqləşdirildi. Bu vergilər hissələrə bölünərək ildə üç dəfəyə verilməklə qəbul edildi. Vergilər torpağın məhsuldarlığı, bar verən ağacların sayı, əhalinin sıxlığı nəzərə alınmaqla ərazi vahidləri üzrə bölünməyə başlandı. Bu dövrdə torpaq vergisi əsasən arpa, buğda, qara yonca, əkinlərindən, ağaclardan, xurma, zeytun və üzümlüklərdən alınırdı. Bostanlar və tək ağaclar üzərinə vergi qoyulmurdu. İndi əvvəlki kimi məhsulun həcmi deyil, torpaq sahəsi əsas götürülürdü. Vergi vahidi 10- da bir hektara əsasən hesablanmağa başlanılmışdı.

Hərbi-inzibati islahat. I Xosrov torpaq və vergi islahatlari ilə yanaşı hərbi sahədə də islahatlar keçirdi. Belə ki, əvvəllər mövcud olan daimi və könüllü süvari dəstələrlə yanaşı, dehqanłardan təşkil edilmiş piyada qoşun növü də yaradıldı. Bu qoşun yerli mərzbanların əmri ilə orduya qatılır, müharibələr zamanı qənimətdən pay alırdılar. Digər ordu növü isə elatlardan təşkil edilmiş süvari dəstələr idi ki, onlar da əsasən sərhədlərin qorunmasına xidmət edirdilər. Bu hərbi dəstələr Cənubi Qafqazda, Suriyada, Me- sopotomiyada hərbi məskənlərdə yerləşdirilir və asayişin qorunmasına xidmət edirdilər. Bununla əlaqədar olaraq I Xosrov ordunu dörd istiqamətdə kompas üzrə -Şimal, Cənub, Şərq, Qərb əyalətlərinə böldü və hər birinə yeni ordu rəhbərləri təyin etdi. Həmin komandanlar şahdan sonra, müvafiq olaraq, ikinci, üçüncü, dördüncü və beşinci yerləri tutmağa başladılar. Buna görə əgər, möbədan-möbəd III əsrdə şahənşahdan sonra, ikinci yerdə dayanırdısa VI əsrdə şahənşahdan və ordu başçılarından sonra 6-cı yerdə dayanmağa başladı. Yeni ordu başçıları, təyin olunduqları bölgələrdə ancaq hərbi hakimiyyətə malik oldular. I Xosrov inzibati cəhətdən ölkəni dörd mərzbanlığa böldü. Hər mərzbanlığı mərzban idarə etməyə başladı. Dörd mərzbanlıqdan birincisinə Xorasan, Sistan, Kirman, ikincisinə İsfahan, Qum, Cibəl, Azərbaycan, üçüncüsünə Fars, Əl-Əhvaz ,Əl Bəhreyn, dördüncüsü İraqdan tutmuş Rum ölkəsinin sərhədinədək uzanan yerlərdən ibarət idi. Bu dövrdə bütün inzibati və məhkəmə hakimiyyəti mərzbanların əlində cəmləşmişdi. Onların əhali haqqında ölüm hökmü çıxarmaq hüququ var idi. Canişinlər vergilərin toplanmasına, Sasani hakimiyyətinə qarşı olan üsyanları yatırmaqla məşğul idilər.

 

 

4.Qazan xanın islahatları

Dövlətin ağır vəziyyəti Qazan xanı (1295-1304) daxili siyasəti kəskin dəyişməyə məcbur etdi. O, yenidən müsəlman məmur və ruhani əyanlara arxalanmağa çalışdı. Bunun üçün o, müsəlmanlığı qəbul etdi və islam yenidən dövlət dini elan olundu. Qazan xan bəzi islahatlar həyata keçirdi. Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü. Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi.

Vergi islahatı – Vergilərin növü, miqdarı, toplanması üsulu və vaxtı barədə dəqiq qayda – qanun yaradıldı. Vergi verənlərin dəqiq siyahısı tutuldu, hər bir kəndin, şəhərin ödəyəcəyi vergi məbləği və böyük lövhələrdə həkk olunub baxımlı yerlərdə nümayiş etdirilirdi. Vergilərin nağd pulla və ya natura halında toplanılacağı və ilin hansı vaxtında yığılacağı müəyənləşdirilirdi. Qeyri – qanuni vergilərin toplanılması qadağan edildi. Vergilərin yığılması Baş divanın sərəncamına verildi və vilayət hakimlərinin bu işə qarışması qadağan olundu. Qazan xanın islahatı vergi toplanmasının icarəyə verilməsi təcrübəsini ləğv etməsə də, bu işdə ciddi qayda – qanun yaratdı; vergi toplanması 3 il müddətində icarəyə verildi. Toplanmış vergilərin məsrəfi və dövlət xəzinələrinin fəaliyyəti üzərində ciddi nəzarət qoyuldu. Vergi islahatı 1297 – 1304-cü illərdə Qazan xanın narazı qüvvələrə qarşı mübarizəsi şəraitində həyata keçirildi.

Rabitə islahatı – Qazan xanın rabitə sahəsində həyata keçirdiyi tədbirlər ölkədə vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Qazan xanın fərmanına əsasən, bütün əsas yollarda hər 3 fərsəxdən bir (21 km) rabitə dayanacaqları – “yam”lar yaradıldı. Yamlara əmirlər təyin olundu və onlar lazımi qədər qulluqçularla və atlarla təmin olundu. Qazan xan mövcud yarlıqları və paydzaları (xüsusi lövhələri) ləğv etdi və əvəzinə isə yenilərini düzəltdirib onlardan istifadə üzərinə nəzarət qoydu. Elçilərin və yam işçilərinin yerli əhalidən vəsait alması qəti qadağan edildi. Hər bir elçi – müsafir ezamiyyət xərclərini divandan almalı və yam xidmətindən istifadə edərək lazımi yerə getməli idi. Mühüm dövlət sənədləri və məktublar da bir yamdan digərinə ötürülməklə məntəqəyə çatdırılırdı. Yollarda karvansaralar tikildi və müsafirlərin rəiyyətin evində qalmaları qadağan edildi. Yol gömrüklərinin toplanması sahəsində də qayda – qanun yaradıldı.

Məhkəmə islahatı – Ölkədə hökm sürən hüquqi qanunsuzluqları, məhkəmə işinin həddən ziyadə dolaşıq olmasını, özbaşınalığın və rüşvətxorluğun son həddə çatdığını, “qazı” vəzifəsinin icarəyə verilməsinin mənfi cəhətlərini nəzərə alan Qazan xan bu islahatı keçirdi. Əsas diqqət “qazı” vəzifəsinə layiqli din xadimlərinin təyin olunmasına, məhkəmələrdəki qanunsuzluqlara son qoyulmasına, alqı-satqı işlərində qayda – qanun yaradılmasına yönəldildi. 30 illik tarixə malik iddiaların öz qanuni qüvvəsini itirdiyi elan olundu. Məhkəmələrin aparılması üçün toplanan ödəmələrin dəqiq məbləği müəyənləşdirildi. Şəhər, mahal, kənd qazılarının səlahiyyətləri dəqiqləşdirildi. Məhkəmə sədri – qazı vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə qəbz alınması qaydası tətbiq olundu. Cinayətkarların cinayətə müvafiq cəzalanmaları üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, Qazan xanın məhkəmə islahatı tam şəkildə həyata keçirilmədi

Torpaq islahatı – Qazan xanın torpaq islahatının əsasını monqolların orta təbəqəsinin və dövlətə xidmət edən yerli əyanların mənafeyinin qorunması təşkil edirdi. Qazan xanın torpaq islahatına əsasən: Bayrat torpaqları qeydə alındı və onların sahibkarlığı müəyyənləşdirildi; Sahibsiz torpaqlar divan sərəncamına verildi; Becərilməyən mülklər satın alınaraq dövlət torpaqlarına qatıldı; İqta torpaqları alınıb-satıla bilməzdi; Sahibi öldükdən sonra iqta hərbi xidməti davam etdirən varisə verilirdi; Becərilməyən torpaqlar yeni sahibkarlara paylandı və onların bu ərazi üzərindəki hüquqları divan sənədləri ilə qanuniləşdirildi; Orduda xidmət edən monqollara incu, bayrat və divan torpaqları hesabına iqta verilirdi; Kəndlilər öz torpaqlarını tərk edə bilməzdi (1303-cü il fərmanına əsasən).

Ticarət islahatı - Qazan xan ticarətin inkişafını təmin etmək üçün bu sahədə islahat keçirdi. Qazan xanın bu islahatlarına əsasən: vahid pul sistemi yaradıldı, çəki və ölçü vahidləri sabitləşdirildi, ticarət yollarında və bazarlarda gömrük toplanması qaydaya salındı, karvanların, ticarət yollarının qorunması üçün əsaslı tədbirlər görüldü. Vahid pul sistemi yaradıldı. Çəki və ölçü vahidləri sabitləşdirildi. Ayrı-ayrı vilayətlərdə işlədilən pullar ləğv edildi. Qazan xan pul sikkələrinin üzərinə « Allah, Məhəmməd, Əli » sözlərini zərb etdirdi. Qazan xanın islahatları ilk vaxtlarda təsirli nəticələr verdi. Beləki, əhalinin vəziyyəti nisbətən yüngülləşdi, iqtisadiyyatda canlanma baş verdi, mərkəzi dövlət müvəqqəti olsa da qüvvətləndi, Hülakü dövlətinin labüd tənəzzülü bir müddət təxirə salındı. (5.səhifə 292 – 293) Qazan xanın varisi olan Olcaytu xan (1304 – 1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirirdi. Lakin ondan sonra hakimiyyətə gələn Əbu Səidin dövründə (1316 – 1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır (1.səhifə 339). Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir sultanlarının bir neçə hücumuna məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid müqavimət təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülakülər dövləti tamamilə tənəzzülə uğrayır.

 

 

 5. Böyük Səlcuq dövlətinin xarici siyasəti

 1038-ci ildə Xorasanda, Səlcuq dövləti meydana gəldi. Xorasanın əhəmiyyətli bölgələrinin Toğrulun nəzarətinə keçməsi, Qəznəvi hökmdarı Məsudun yenidən Səlcuqların üzərinə hücum etməsinə səbəb oldu. Bunun nəticəsində 1040-cı ilin may ayının 24- də Qəznəvilərlə-Səlcuqlar arasında Dəndənəkan ərazisində döyüş baş verdi. Qalib gələn Səlcuqlar Xorasan bölgəsində daha da möhkəmləndilər. Bu qələbədən sonra, Səlcuqlar, Mərv şəhərində toplanan böyük qurultayda Şərqdə və Qərbdə yeni fəthlərə başlamağı qərarlaşdırdılar. Səlcuqlar 1043-cü ildə xilafətin tənəzülündən sonra, siyasi dağınıqlıq dövrü keçirən İran, Azərbaycan, Qafqaz və Bizans istiqamətində hərəkət etməyi məqsədə uyğun hesab etdilər. Səlcuq qoşunları üç istiqamətdə yürüşə başladılar. Həmədan və İsfahan da daxil olmaqla Qərbi İran ərazisi, Dəclə çayı sahillərinə qədər olan bölgə, İbrahim Yınalın nəzarətinə keçdi. Bununla əlaqədar 1043-cü ildə dövlətin paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü. Gilan da daxil olmaqla Xəzərin cənubundakı torpaqlar isə digər Səlcuq sərkərdəsi Kutalmışın nəzarətinə keçdi. Azərbaycanın cənub əyalətləri isə Səlcuq sərkərdəsi Həsənin nüfuz dairəsinə keçdi. Bundan sonra, Şərqi Anadoluda hərbi əməliyyata başlayan Səlcuq orduları 1048-ci il sentyabrın 18-də İbrahim Yınal və Kutalmışın birləşmiş qüvvələrinin hücumları nəticəsində Bizans qüvvələrini məğlub etdilər. Beləliklə Sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan (1038-1044) Xarəzm 1043, Qarbi İran (1042- 1051) Səlcuqların nəzarətinə keçdi. 1054-cü ildə Şəddadilər və Rəvvadilər Səlcuq dövlətinin himayəsinə qəbul olundu. Səlcuqlar Bağdad Yaxın və Orta Şərq ölkələri xilafətinə doğru hərəkətə başladılar. Bu zaman xəlifə Buveyhilərin təzyiqi ilə üzləşmişdi. Sultan Toğrul 1055-ci ilin dekabr ayında Buveyhi ordularını məğlub edərək, Bağdada daxil oldu. Buveyhi dövlətinə son qoyuldu. Xəlifə sultanın bu fəaliyyətini yüksək dəyərləndirərək, Toğrulu şərqin və qərbin hökmdarı elan etdi.

Alp Arslan (1063-1072) Qəzvində Sultan elan olundu. Alp Arslan daxili iğtişaşları yatırdıqdan sonra, 1064-cü ildə Rey şəhərinə gəldi. O, Nizami ül Mülkü vəzir təyin etdi. Bundan sonra, Alp Arslan 1064-cü ildə qərb istiqamətinə səfər etmək üçün hazırlıqlara başladı. Bu səfərin məqsədi, Qafqazda və İran ərazisində yaşayan oturaq oğuzları, Səlcuq dövlətinin tərkibində birləşdirmək, qorunmalarını təmin etmək, onları xarici müdaxilədən hifz etməkdən ibarət idi. İlk öncə Alp Arslan, İran ərazisinin müxtəlif bölgələrində daxili iğtişaşları yatırdı və sabitliyi təmin etdi. 1066-cı ildə Şirvanşahlar Səlcuqların himayəsini qəbul etdilər.

1070-ci ildə Bizans imperatoru Roman Diogen oğuzların üzərinə yenidən yürüşə başladı. Roman Diogenin orduları Ərzurum istiqamətində hərəkət edərək bir sıra qalaları ələ keçirdilər. Bizanslıların hücum xəbərini eşidən Alp Arslan, 1071-ci il aprelin 27-də Xoy şəhərinə gəldi. 1071-ci il avqustun 26- da, XI əsrin ən böyük meydan savaşı Malazgirtdə bizanslılarla Səlcuqlar arasında baş verdi. Döyüşün gedişi zamanı Uzlar və Peçeneqlər, Qıpçaqlar Səlcuqlar tərəfə keçdilər. Bizans orduları məğlub edildi. Roman Diogen qərargahı ilə birlikdə əsir düşdü. (Ancaq Alp Arslan tərəfindən əhv edildi). Bu zaman, Alp Arslan Suriyada Fatimi xəlifələrinin hakimiyyətinə son qoyaraq bu bölgəni də nəzarətə götürdü. Buradan Xarəzmə doğru hərəkətə keçdi. Sultan Alp Arslan Qaraxanlı hökmdarı Şəms-al-mülk ilə Xarəzmdə Məlik İlyas arasındakı savaşı aradan qaldırmaq məqsədilə Mavərənəhr səfərinə başladı. Bu səfər zamanı əsir alınmış Yusif adlı sərkərdə tərəfindən xəncərlə yaralandı və 1072-ci il noyabrın 25-də vəfat etdi və Mərvdə dəfn edildi. Alp Arslandan sonra, Səlcuq taxtı onun 18 yaşlı oğlu Məlikşaha (1072-1092) keçdi. Yeni sultan atasının başladığı yürüşləri müvəfəqiyyətlə başa çatdırıb, onun uğurlarını möhkəmlətdi. Məlikşah sultanlığının ilk ilini şərq sərhədlərini qorumaq və daxili üsyanları yatırmaqla keçirdi. Məlikşah, Səlcuq dövlətinin sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Qaraxan və Qəznəvilərin üzərinə hücuma hazırlaşmağa başladı. Nəticədə iki tərəf arasında razılaşma əldə edildi. Məlikşah bundan sonra, 1073-cü ildə Səlcuq dövlətinin paytaxtını Isfahana köçürdü. Sultan Məlikşahın dövründə ən mühüm hadisələrdən biri də sərkərdələrin müstəqilləşməsi oldu. Belə ki, Məlik şahın dövründə bir sıra Səlcuq sərkərdələri Yaxın və Orta Şərq ərazisində mühüm məntəqələri ələ keçirdilər. Bu zaman Alp Arslanın Suriyaya təyin etdiyi vali Atsız qəfil hücum nəticəsində Qüdsü və Dəməşqi 1076-cı ildə fəth etdi. Ancaq 1077-ci il Qahirə önündə Fatimi ordusuna məğlub oldu. Köməyə gələn Məlikşahın qardaşı, Tac-üd-dövlə Fatimiləri məğlub etdi və Suriya Səlcuq dövlətini qurmaq yolunda 1079- cu ildə ilk addımı atdı. Nəticədə bir neçə məntəqə ələ keçirildi döyüş müvəqqəti dayandırıldı. Bu dövrdə Kutalmışın oğlanları Süleyman şah, Mənsur, Alp İlıq Anadolunun içərilərinə doğru irəlilədilər. Anadoluda Süleyman şahın rəhbərliyi ilə türk dövlətinin əsası qoyuldu. Böyük Xaqan Malikşah ona “Anadolu hökmdar mənsuru, Anadolu (Şərq ölkəsi mənasını ifadə edir) Sultanı, Bağdad xəlifəsi isə Süleymana qazi rütbəsi verdi. Süleyman şah 1076-1078-ci ilə qədər Mərkəzi Anadolunun böyük hissəsini fəth etdi. 1077-ci ildə Konyanı iqamətgah etdi. Səlcuq orduları 1080-ci ildə Nikeyanı (İzniki) Səlcuqların iqamətgahına çevirdilər. Qorxuya düşən Bizans imperatoru Süleyman şaha sülh Yaxın və Orta Şərq ölkələri feodalizm dövründə (III-XVII asrlər) bağlamağı təklif etdi. 1082-ci ildə Bizans imperatoru Aleksis ilə Süleyman şah arasında barışıq imzalandı. Müqaviləyə əsasən Draqos çayı hər iki dövlət arasında sərhəd hesab edildi. 1084-cü ildə Səlcuqlar Qaziəntəp, İsgəndərun, Suveydiyyə, Maraş, Əlbistan kimi yaşayış məntəqələrini Səlcuq dövlətinin tərkibinə daxil etdilər. 1088- 1089-cu illərdə Buxara və Səmərqənd şəhərləri Səlcuqların nəzarətinə keçdi. 1090-cı ildə Qaraxanilər dövləti Səlcuqlardan asılılığı qəbul etdi. 1092-ci ilin noyabr ayının 20-də Məlikşah vəfat etdi. Məlikşah 1092-ci ildə vəfat etdikdən sonra, Səlcuq şahzadələri arasında hakimiyyət uğrunda mübarizə başladı.

 

6. Böyük Səlcuq dövlətinin daxili vəziyyəti

Səlcuq dövlətinin siyasi qüdrətinin çiçəklənməsi dövrü Alp Arslanın oğlu Məlikşahın(1072-1092) hakimiyyəti dövrünə təsadüf edir.O Məvarənnəhrdə Qaraxanlıları asılı vəziyyətə saldı və onlardan xərac alınmasına nail oldu.Onun hakimiyyətinin son illərinə doğru Səlcuqlar dövlətinin sərhədləri qərbdə Aralıq və Mərmərə dənizlərindən,şərqdə Aral dənizinin yaxınlığındakı Qaşqardan,şimalda Qafqaz sıra dağlarından və Qara dənizdən cənubda isə ərəb körfəzindən və Suriya səhrasından keçirdi.Səlcuq sultanlarının böyük və yüksək mədəniyyətə malik dövlətləri idarə etmək üçün bu ərazilərdə öncə  mövcud olmuş Qəznəvi  və Buveyhi dövlətlərinin əsasən fars əsilli məmurlarından istifadə edirdilər.Onlar da öz növbəsində  Səlcuq sultanlarının hökmranlığı ilə tez zamanda barışdılar.Oğuz hərbi əyanları iqta torpaqlarına sahib olandan sonra mərkəzi hakimiyyətdən müstəqil olmağa can atırdılar,buna görə də sultanlar mərkəzi dövlət aparatı ilə bağlı və güclü hakimiyyətdə maraqlı olan yerli məmur əyanlarına arxalanmağa başladılar.Onlar arasında ən nüfuzlu şəxs Alp Arslan və Məlikşahın vəziri olmuş Nizamülmülk titulunu daşıyan Əbu Əli Həsən Tusi idi.O həm Alp Arslan və Məlikşahın xarici siyasətini formalaşdıran,həm də dövlətin inzibati və maliyyə idarəçiliyinin təşkilatçısi idi.Daxili siyasətinin xarakteri haqqında  ən mükəmməl bilgini müəllifi olduğu məşhur Siyasətnamə siyasi traktatı xəbər verir. Traktatda Nizamülmülk mərkəzləşdirilmiş dövlətin Sasani ənənəsi üzərində qurulması tərəfdarı kimi çıxış edir,Samani Qəznəvi Buveyhi dövlətlərini bu ənənənin nümunəsi sayır.O,bu dövlətin daxili siyasətini ideallaşdırır və feodal hərcmərcliyini tənqid edirdi.Onun mərkəzləşdirmə siyasəti feodal inkişaf prosesinə zidd olduğundan uğursuz oldu.Oğuz hərbi əyanlarının ən yüksək təbəqəsi iqta torpaqlarını müstəqil əmirliklərə çevirməyə çalışırdılar.Bu təbəqələrin təzyiqi nəticəsində Nizamülmulk ölümündən əvvəl hakimiyyətdən uzaqlaşdırildı.Səlcuqlar etnik cəhətdən mürəkkəb və iqtisadi əlaqələri zəif olan ölkələri qısa müddət ərzində vahid dövlət şəklində birləşdirməyə nail oldular.Toğruun hakimiyyəti illərində,Kaverdin varisləri-Toğrul bəyin qardaşının övladlarının hakimi olduqları Kerman Səlcuq Sultanlığı yarandı(1041-1187).Kiçik Asiyada xüsusi Rum Səlcuq sultanlığı(1077-1307) meydana gəldi.Burda Toğrulun əmisi oğulları-Kutalmışın varisleri hakimiyyəti əldə saxlamışdılar.Məlikşah şərqdə olduğu kimi qərbdə də islam ölkələrini nüfuzu altına almaq siyasətini davam etdirirdi. Onun 1091ci ildə vəfatı sülalənin nümayəndələri arasında hakimiyyət uğrunda daxili çəkişmələrə təkan verdi.Səncər öz sultanlığında(Xorasan,Sistan,Xarəzm,Mərv)1118ci ildən 1157ə kimi hakimiyyətdə oldu.Onun hakimiyyətini Mavarənnəhrddə də qəbul.edirdilər.Burada Səncərin vassalı olan Qaraxanilər hakimiyyətdə idilər.Buna gorə Səncər Mavarənnəhr bölgəsinin və Qaraxanlılar sülaləsinin daxili işlərinə müdaxilə edə bilirdi.Nəticə isə faciəli oldu.Səlcuqlar Mərkəzi Asiyaya yeni gəlmiş köçəri xalq  olan qarakitaylar yaxud kidanilər adlanan xalqla toqquşmalı oldular.Onlar 10cu əsrin əvvəlindən 12ci əsrin əvvəlinə qədər Şimali Çində hakimiyyətdə idilər.Ardınca Mərkəzi Asiyaya köç etdilər.1128ci ildə onlar Qaraxanlılardan Şərqi Türküstanı,Yeddisuyu aldılar,bu ərazidə böyük dövlət yaratdılar.Səmərqəndin Qaraxanlı xanı Səncərdən kömək üçün ordu istədi.Katvan çölündəki həlledici döyüşdə Qaraxanlı və Səlcuq qoşunları qarakitaylar tərəfindən məğlub edildi.Səlcuqlar Mavarennehri tərk etməyə məcbur oldular.Səncərin məğlubiyyəti onu müsəlman təbəələrin gözündən saldı.Qarakitaylar qeyri müsəlman idilər.Səlcuq daxikindəki vassallar vəziyyətdən istifadə etməyə çalışırdılar.1141ci ildə Xarəzmin irsi hakimi Atsız Mərv və Nişapura  hücum edərək oranı ələ keçirdi.Bəlx canişininin məmur aparatı oturaq əhali yaşayan bölgələrdə istifadə edilən vergi sistemini bir neçə dəfə oğuzlara şamil etməyə çalışdı.Cəhdlər köçəri oğuzların silahlı müqavimətinə səbəb oldu.Məmurların özbaşnalığı 1153cü ildə Bəlxdə yaşayan bütün oğuzların mərkəzi hakimiyyətə qarşı üsyanı ilə nəticələndi.Sultan qoşunu baş verən döyüşdə oğuzlar tərəfindən darmadağın edildi.Oğuzlar Xorasanda dəhşətli qarət törətdilər.Xarəzmşah Atsız vəziyyətdən istifadə edib özünü müstəqil elan etdi.1157ci ildə Səncərin vəfatı ilə Xorasanda Böyük Səlcuq sultanlığı süqut etdi.

 

 

7. Kiçik Asiya Səlcuq dövləti

İnkişaf etmiş feodalizm dövründə qurulan əksər türk dövlətləri, Səlcuqlar da daxil olmaqla sülalə dövlətləri idi. Bu döv- lətlərin xarakterik cəhətləri onların uzun ömürlü olmamasında özünü büruzə verirdi. Bunun da əsas səbəbi IX-XI əsrlərdə baş veran feodal dağınıqlığı ilə əlaqədar idi. Bu dövlətlər içərisində an uzun ömürlüsü Kiçik Asiya Solcuq dövləti olmuşdur.

Malazgird savaşından sonra imperator IV Roman Dio-genin rəhbərlik etdiyi Bizans ordusu Səlcuqlar tərəfindən dar- madağın edildi. Bundan sonra, Süleyman ibn Kutalmuş, Anadolu bölgasinda Kiçik Asiya Səlcuq dövlətinin asasını qoydu.(1078-1307).

Türklərin Anadoluda yenidən birləşməsini Süleymanın oğlu Qilinc Arslan (1092-1107-ci illərdə) həyata keçirdi.I Qilinc Arslan daxildə fəaliyyət göstə- rən qüvvələri müvəqqəti olaraq öz ətrafında birləşdirə bildi. Ancaq, Kiçik Asiya Solcuq dövlətində daxili ziddiyyat- lərin artdığı şəraitdə, 1096-1099-cu illərdə, I solib yürüşü baş verdi. Qilinc Arslan səlibçiləri dayandıra bilmədi. 1097-ci ildə İznik alındı. Ardınca Antakya bölgəsi ələ keçirildi. 1099-cu ildə Urfa va Qüds tabe edildi.

Bu vəziyyətdə daxildəki separatçı qüvvələr fəallaşdılar və Qiline Arslana qarşı ittifaq yaratdılar. Bu çarpışmada I Q- linc Arslan məğlub oldu. Qilinc Arslanın yerinə oğlu Şahanşah, Malatyada taxta çıxdı. Ancaq tezliklə qardaşı Masudla (1107- 1155-ci illər) aralarında saltanat qovğasa başladı. Masud Danış- mandilarin köməyi ilə taxtı ala keçirdi. O, paytaxtı 1116-cı ildə Bizansdan geri alınan Konyaya köçürdü. Bu zaman, daxili iğtişaşlar və səlibçilərlə mübarizə Səlcuq dövlətini çox zaiflətmişdi. Bu amil Bizansın maraqlarına cavab verirdi.

 İkinci səlib yürüşü baş verdi .Ancaq səlibçilər məğlub oldular və tezliklə Avropaya dön dülar. Bundan istifadə edən Bizans Solcuq sultanlığının Kiçik Asiyanın şimal qərbində olan ərazilərini Anadolunun markazi hissəsində yerləşən bir sıra məntəqələrini ələ keçirdi. XII əsrin II yarısında Solcuqlar Bizansın hücumununqarşısını kəsməyə nail oldular Sultanın böyük oğlu II Qiline Arslan (1155-1192) hakimiyyətinin ilk illərini qardaşları Dövlət və Şahanşah tarafin dan baş verən daxili iğtişaşları yatırmaqla keçirdi.

Bundan sonra, Qərb sərhədlərində, təhlükəsizliyi təmin edan II Qilinc Arslan, Olbistan, Qayseri və Malatya bölgəsini 1174-cü ildən sonra isə Sivas və Tokadı Səlcuq dövlətinə birləsdirdi

II Qline Arslanın Anadoluda qüvvətlənməsi imperator Manueli narahat etmaya başladı. Imperator Manuel II Qilinc Arslana qarş, Macar, Serb, Italiya, Fransa və Peçeneqlardan iba- rat ordu hissələri göndərdi. II Qline Arslanla Bizans imperatoru Manuel Komnin arasında 1176-cı il sentyabrın 12-14-nə qədər da- vam edən döyüşdə Bizans qüvvələri məğlub oldular.

Üçüncü xaç yürüşü zamanı Xaçlılar Səlcuqlara qalib gələrək Konyani zəbt etdilər

Yaranmış vəziyyətdən istifadə edən Bizans imperatoru III Aleksey Komnin Səlcuq dövlətinə qarşı hərəkətə başladı. Bir tərəfdən səlibçilərlə digər tarafdan Bizans qüvvələri ilə mübarizə aparan sultan Qiyasaddin Keyxosrov (1192-1211)

xaçlılara qalib gələrək Konyanı geri qaytardı. 1204- cü ildə 4-cü xaç yürüşü nəticəsində konstantinopol tutuldu elə həmin ildə Səlcuq sultanı Süleyman öldü yerinə oğlu III Qiline Arslan sultan oldu. III Qilinc Arslan azyaşlı ol duğundan ölkəni idarə edə bilmədi və ayanlar yenidən I Qiye- saddin Keyxosrovu (1204-1211) sultan taxtına otuzdurdular. Sultan Keyxosrov Trabzona hücum edərək Pont Rum dövlətini yaradan Bizans imperatoru III Aleksey Komnini məğlub edərək 1207-ci ildə Qara dəniz ticarət yolunu nəza- rətə götürdü. III Aleksey Komnin Səlcuq dövlətinin himayəsini qəbul etdi.

Tezliklə Bizans imperatoru Komnin 1211-ci ildə İzniki zabt etmiş, Laskarisin hücumuna məruz qaldı. Bu zaman Bizans im- peratoru III Alekseyi himayə edən Keyxosrov Laskarisin hücu munun qarşısını almağa cəhd edərkən döyüşdə şəhid oldu.

I Qiyasəddin Keyxosrov vəfat etdikdən sonra, oğlu İzaddin I Keykavus (1211-1220-ci illərdə) sultan elan edildi. Hakimiyyətinin ilk illərində İzəddin I Keykavus Komnini 1214-cü il- də məğlub etdi və Sinop bölgəsini Səlcuq dövlətinə birləşdirdi. Izniki zəbt etmiş, Laskarisla sülh müqaviləsi imzaladıq- dan sonra, 1220-ci ildə Əyyubilərə qarşı səfər hazırlıqlarına başlasada, bunu hayata keçirə bilmədi. Həmin il Malatyada xəstələnərək vəfat etdi.

Keykavusdan sonra, qardaşı Olaaddin I Keyqubad (1220-1237-ci illərda) sultan oldu. Onun dövründə Səlcuq dövləti parlaq dövrünü yaşadı.monqol ordusunun Solcuqlu torpaqlarına hücumları da baş verdi. Solcuqlarla Monqol qoşunları (Baycu Noyonun rǝh- bərliyi ilə) arasında ən mühüm döyüş, 1243-cü ilin iyulunda Kosadağ sahilində baş verdi. Döyüş zamanı Səlcuq qoşunları məğlub oldular. Sultan Səlcuq dövlətinin daxili muxtariyyatı- nu saxlamaqla monqolların hakimiyyətini qəbul etdi.

1256-ci ildən Səlcuq dövləti Hülakülər (Elxanilər 1256- 1357) dövlətinin tərkibinə qatıldı.

XIII əsrin sonunda Səlcuq dövlətində baş verən daxi- li iğtişaşlar, kənar qüvvələrlə aparılan mübarizə, o cümlə dan monqolların ağır vergi siyasəti dövlətin tamamilə zəif ləməsinə şərait yaratdı. Sonuncu Səlcuq sultanı Qiyasaddin II Masud isa monqollar tərəfindən 1307-ci ildə asılaraq qətlə yetirildi. Bununla da Anadoluda Solcuq dövlətinin hakimiy- yətinə son qoyuldu.

Səlcuq sultanlığında dövlət quruluşu.

Sosial-iqtisadi vəziyyat: Səlcuq sultanlığı orta asrlarin digər feodal dövlətləri kimi siyasi, iqtisadi və hərbi birliyə əsaslanan dövlət idi. Dövlətin başçısı sultan hesab olunurdu.Sultanın asas hərbi qüvvələri piyada və süvari alayları idi. Bu növ qoşun hissəsi adətən müharibə vaxtı səfərbərliyə alınırdı və daimi qoşun hissəsinə aid edilmirdi. Qoşun hissə- ləri onluqlara, yüzlüklərə və minliklərə bölünürdü Səlcuq dövlətində iqtadarlar faktiki olaraq torpaqdan vergi almaqla kifayətlənirdilər. Vəqf (dini torpaq) va kiçik rütbəli hərbçilərə verilən timarlar- (hərbi xidmət müqabilində verilir- di) isə divan (dövlət) torpaqlarından ayrılaraq verilirdi.

Səlcuqlar dövründə meydana gələn yeni torpaq mülkiy- yət formasi uc torpaqları idi. Uc torpaqları imperiyanın sər- hədlərini qoruyan sərkərdələrə verilirdi. Səlcuqlar dövründə əhali adətən, onanavi vergilər üşr,zakat, nal bahası, alaf və başqa vergilər ödəyirdilər. Digər təkallahlı dinlərin nümayəndələri isə əlavə olaraq cizyə vergisi verirdilər. Başqa müsəlman ölkələrində olduğu kimi, Səlcuqlarda əsas qanun kodeksi şəriətə əsaslanırdı. Ancaq monqol işğallarından sonra, bu sistemdə dəyişiklik baş verdi. Bununla bərabər monqollar vergi sistemində də yeni qaydalar tətbiq etdilər

 

8. Ərəblər Cahiliyyə dövründə

Ərəbistan - cəzirət əl-ərəb (ərəblərin adası) anlamındadır.İslamdan əvvəl Ərəbistan əhalisinin böyük əksəriyyəti köçəri-maldarlardan ibarət idi. Onlar ərəb çöllərinin və yarım səhraların geniş ərazilərində məskunlaşmışdılar. Beləliklə Ərəb köçərilərinin – bədəvi  adı   (çölçü, köçəri) buradan götürülmüşdür.Bədəvilər heyvandarlıqla, əsasən dəvəçiliklə məşğul olurdular, atçılıq və qoyunçuluq ümumiyyətlə ikinci dərəcəli əhəmiyyət kəsb edirdi və keçi bəslənməsi çox kiçik ölçülərlə məhdudlaşırdı.Bədəvi tamamilə ətrafındakı təbiətdən asılı idi. Qış yağışlarından sonra bədəvilər və onların sürüləri üçün firavanlıq mövsümü olan bahar - "rabi" gəlirdi. Qısa bir yazdan sonra bədəvilər ərəb yayının istisinə düşürdülər. Tropik günəş yerin bahar xalçasını tez yandırırdı, quyular quruyurdu. Sonra bədəvilər yeni otlaqlar axtarmağa məcbur olurdular.Qışın gəlişilə bədəvilər yaxınlaşan yağış əlamətlərini aşkar etmək ümidi ilə üfüqlərə daha diqqətlə baxırdılar, daha çox şimaldan gələn hər kəsdən orada göyün hansı vəziyyətdə olduğunu soruşurdular. Əlverişli xəbərlər alan və ya sadəcə şayiələrin təsiri altında olan bədəvilər dərhal bir yerdən uzaqlaşaraq sürülərini qovaraq otlaq axtararaq başqa yerlərə köçürdülər. Bu məqsədlə ərəb heyvandarları bəzən yarımadanın mərkəzindən Suriya səhrasına gedərək Rub əl-Xali ətrafında böyük məsafələr qət edirdilər. Belə ki, coğrafi mühit və hər şeydən əvvəl yağış və bitki örtüyü, bir sıra meteoroloji hadisələrdən asılı olaraq, ərəb çöllərinin və yarımsəhra sakinlərinin yalnız heyvandarlıqla və yalnız köçərilik formasında məşğul olmasına imkan yaratdı. Köçəri maldarlıq Ərəbistan səhrası əhalisinin böyük əksəriyyəti üçün köçərilik istehsalın əsas sahəsi, əsas yaşayış mənbəyi idi.Eyni coğrafi mühit bədəviləri dəvədən tamamilə asılı etdi. Çox az tələbatı olan dəvə bədəvilərə çox şey verdi, çölün çətin şəraitində ona xidmət etdi və yedizdirdi: yemək, geyim, ayaqqabı, mənzil, yanacaq, və bir çox digər şeyləri Ərəbistan səhrasının sakinləri yalnız dəvədən ala bilərdilər (süd, ət, yun, dəri). Nəhayət, dəvə peyinindən yanacaq kimi istifadə edirdilər, dəvə sidiyi isə kosmetik vasitə və ya dərman kimi istifadə olunurdu.

Ərəbistanda bizim günlərədək yalnız təkhürgüclü dəvə və ya donqar dəvə yayılmışdır.V-VI əsrlərdə Ərəbistanda oturaq əhali bədəvilərlə müqayisədə azlıq təşkil edirdilər.O dövrdə Ərəbistanın oturaq əhalisi əsasən əkinçiliklə - taxılçılıq, xurma, üzümçülüklə məşğul idi. Ərəbistanın əksəriyyətində bitkilərin becərilməsi yalnız süni suvarma ilə mümkün idi. Ərəbistanın daha inkişaf etmiş əkinçilik bölgəsi, uzun müddət oturaq həyat tərzi keçirən Yəmən idi.Məlum olduğu kimi, Bab əl-Mandəb boğazı ilə Afrikadan ayrılan cənub-qərbi Ərəbistan əl-Yəmən adı ilə tanınır. Bura çox məhsuldar bir dağlıq ölkədir, qədim zamanlarda yüksək mədəniyyəti ilə məşhur idi. Yəmən adətən qədim Yunan və Latın yazıçıları tərəfindən "Xoşbəxt Ərəbistan" ilə eyniləşdirilir. Belə bir eyniləşdirmə indi anlaşılmazlıq kimi qiymətləndirilə bilər. Ərəb kökləri y-m-n "sağda qalmaq", "sağ tərəfdə" deməkdir.

Bir vaxtlar, günəşə ibadət edən bütün xalqlar kimi ərəblər, günəşin doğuşuna tərəf, yəni. şərqə doğru üz tuturdular. Buna görə cənub sağ tərəf, şimal isə sol tərəf idi. Bu coğrafi adlarda öz ifadəsini tapdı: cənub ölkəsi sağ, yəni Yəmən adlandırıldı, şimal ölkəsi, yəni Ərəbistandan şimala doğru yerləşən tərəf - sol, ərəbcə Şam (Suriya) adlandırıldı. İbtidai inanclara görə sağ tərəf xoşbəxt sayılırdı, sol isə bədbəxtlik, fəlakət təsəvvürləri ilə ilə əlaqələndirilirdi. Qədim dövrlərdə Yəmən kənd təsərrüfatı ilə yanaşı, sənətkarlıq istehsalı və ticarəti də inkişaf etmiş çiçəklənən bir mədəni ölkə idi.

Qədim Yəmən əhalisi öz orijinal mədəniyyətini, o cümlədən özünəməxsus yazı əlifbasını yaratdı: onun abidələri daş və metal üzərində kitabələr şəklində bu günə qədər gəlib çatmışdır. Möhtəşəm saray və məbədlərin xarabalıqları və möhtəşəm suvarma qurğularının qalıqları da qorunub saxlanılmışdır.Bir sıra səbəblərə görə, Cənubi Ərəbistan Himyarilər dövlətinin hökmdarlarının hakimiyyəti dövründə (300-525) bu dövlətin tərkibinə təkcə Yəmən deyil, həm də Hadramaut daxil idi. Ancaq Yəmən köçəri tayfalarının şimala köçü və efiopiyalıların Aksum şahlığını istilası Himyari şahlığının tənəzzülünə səbəb oldu. Efiopiya işğalları II əsrdə başladı və nəhayət, 525-ci ildə Yəmən tamamilə Efiopiyalılar tərəfindən fəth edildi.575-ci ildə Şahənşah I Xosrovun hərbi-dəniz ekspedisiyası Yəmən sahillərində göründü və həmin ildə bu ekspedisiyanın silahlı qüvvələri Yəməndə Sasanilərin hakimiyyətini qurdular. Əkinçilik həmçinin Yəmənə qonşu Hadramaut, Oman, Yemamda inkişaf etmişdi.Geniş əkinçilik sahələri ilə yanaşı, vahələr də Ərəbistan iqtisadiyyatında əhəmiyyətə malik idi. Vahə - əkin sahələrinin, bağların və xurma sahələrinin suyu tükənməyən quyulardan bol su ilə suvarıldığı, oturaq əhalisinin bazarları, karvan dayanacaqları və yerli tanrıların ziyarətgahları olan kəndlərdə yaşadığı əhəmiyyətli bir sahə idi. Bu yaşayış məntəqələrindən bəziləri şəhərlərə çevrildi.Ən böyük vahə Hicazdakı Yəsrib idi. İslamın gəlişindən əvvəl də Yasrib şəhər adlandırılırdı. Başqa bir böyük yaşayış məntəqəsi Taif şəhəri idi. Onun bacarıqlı bağbanları və bostançıları Məkkə sakinlərini meyvə və tərəvəzlə təmin edirdilər.

 

 

9. Ərəb Müsəlman dövlətinin yaranması

Bu dövrdə ərəb tayfaları içərisində siyasi pərakandəliyin olması, Ərəb tayfalarının müxtəlif, çoxsaylı bütlərə etiqad etməsi, onların birləşməsinə mane olurdu. Buna görə də Ərəbistanda VII əsrin əvvəllərində monoteist İslam dininin yayılması mütərəqqi hadisə idi.   İslam dini insanlara Məhəmməd peyğəmbərin vasitəsilə çatdırılmışdır.

Məhəmməd peyğəmbər 570-ci ildə aprel ayının 20-də dünyaya gəlmişdir. Haşimi qəbiləsinə mənsubdur.  Məhəmməd peyğəmbər, kiçik yaşlarından əmisi Əbu Taliblə Suriyaya ticarət səfərləri etmişdir. O, müxtəlif ölkələrə ticarət səfərləri zaman yeni mədəniyyətlərlə tanış olmuşdur ki, bu da Məhəmməd peyğəmbərin sonralar daha mükəmməl olan, İslam dinini təşviq etməsinə təkan vermişdir.

Qırx yaşında ikən  610-cu ildən o yeni dini təbliğ etməyə başlamışdır. İslamı ilk qəbul edənlər peyğəmbərin tərəfdaşlarından tacirlər, Əbu Bəkr, Osman, əmisi oğlu Əli və Öməri göstərmək olar. Lakin buna baxmayaraq, ilk on il müddətində İslam dini Ərəb tayfaları içərisində geniş yayılmadı. Çünki, VII əsrin əvvəllərində Kəbə məbədi çoxallahlılığın mərkəzi hesab olunurdu. Bu dövrdə monoteizmin qəbulunu, bəzi Ərəb tayfa başçıları Kəbə məbədinin nüfuzunun aşağı düşməsi və ticarətin inkişafının zəifləməsi kimi dəyərləndirirlər.

Məhz ona görə də 622-ci ildə, Məhəmməd peyğəmbər öz tərəfdarları ilə birlikdə sentyabrın 20-də Məkkədən Yasribə köçdü. Bundan sonra, bu şəhər Mədinətül-nəbi, yəni peyğəmbər şəhəri, qısaca Mədinə adlanmağa başladı. Bu köçmə hadisəsi tarixdə hicr- ǝrǝbcə "köç" mənasını ifadə edir. Məhz buradan da Hicri və Qəməri təqvimi meydana gəlmişdir ki, bəzi müsəlman dövlətləri, hazırda öz təqvimlərini  bu cədvəllə hesablayırlar.

Mədinədə islamı qəbul etmiş Yəsriblilər ənsar- köməkçilər, adlanmağa başladılar. Məkkədən gəlmiş müsəlmanlar isə "mühacirun"  hicrət edənlər adlanmağa başladılar. Məhəmməd və tərəfdarları Mədinəyə köçdükdən sonra, burada özlərinin qanunlarını işləyib hazırladılar. VII əsrin 20-ci illərində etibarən isə Mədinədə yaşayan müsəlmanlar Məkkə ticarətinə mane olmağa başladılar. Müsalmanların Məkkədə əleyhdarları əsasən, Əbu Sufyan və onun qəbiləsi idi. Onlar həm də Kəbənin sahibi hesab olunurdular. Bununla əlaqədar olaraq məkkəlilərlə-mədinəlilər arasında bir neçə toqquşma baş verdi. Bu toqquşmaların içərisində 624-cü il Bədr savaşı, 625-ci il Uhud savaşı, 627-ci il Mədinə ətrafında döyüş, 627-ci il Xandǝk savaşı və s, göstərmək olardı. Baş verən bu savaşlar Məkkəlilərlə-Mədinə sakinləri arasında uçurumun dərinləşməsinə şərait yaratdı. Nəhayət 628-ci ildə Hudaybiyyə adlanan yerin yaxınlığında, Mədinə və Məkkə qoşunu üz-üzə gəldilər. Uzun danışıqlardan sonra, qarşılıqlı güzəşt əsasında razılıq əldə edildi

Razılığa əsasən;

1. On illik barışıq.

2. Müsəlmanların Kəbəya ziyarətinə icazə verilirdi.

3. Məhəmməd Məkkə karvanlarına hücumdan imtina edirdi. Bu müqavilə müsəlmanların ilk diplomatik müvəffəqiyyəti olmuşdur.

Məkkəlilərlə bağlanmış müqavilənin əsas maddələrindən biri məkkəlilərin mühacir və ənsarların malik olduqları hüquq və səlahiyyətləri çərçivəsində müsəlman icmasına qəbul edilmələri oldu. Bundan sonra İslam dininin Ərəbistan yarımadası və qonşu ərazilərdə yayılması sürətləndi. Məhəmmədin siyasi nüfuzunun artması nəticəsində, Məkkə sakinləri tamamilə Məhəmmədin tərəfinə keçdilər. Məhəmməd Məkkə əyanı Əbu Sufyanın (Əməvi sülaləsinin birinci qolu Sufyanın adı ila adlandırılmışdır) qızı ilə də evlənərək burada İslamı daha da möhkəmləndi. Bundan sonra, İslam Cənubi və Qərbi Ərəbistana da yayıldı və Məkkə müsəlmanların müqəddəs şəhəri, Kəbə isə əsas inanc yeri elan olundu. 630-cu ildə Məhəmməd peyğəmbər Məkkəyə daxil olduqdan sonra, yeni dövlətin Ərəb xilafətinin yaranmasının asası qoyuldu. Lakin O, tezliklə Mədinəyə qayıtdı. Belə ki, Məhəmməd peyğəmbər Mədinədə müsəlman icmasının rəhbəri olaraq, müxtəlif Ərəb tayfalarını Islama dəvət edir, onların nümayəndələrini qəbul edirdi.

Ona görə də Ərəb tarixçiləri hicrətin 9-cu ilini "nümayəndəliklər ili" adlandırırlar. Bundan sonra, Məhəmməd, Bizansa, Sasanilərə, digər köçəri Ərəb tayfalarına, İslamı qəbul etmək üçün, öz elçilərini göndərdi.

Bundan sora Bizans Suriyasına qarşı, bir-birinin ardınca yürüşlər hazırlandı. Ancaq, 631-ci ildə baş verən ilk hücumlar zamanı, müsəlmanlar ciddi uğur qazana bilmədilər. 631-ci ildə Mütə yaxınlığında Ərəb orduları məğlub olsalar da, Bizans va Sasani istiqamətində yeni yürüşlər planlaşdırıldı. Bu planın həyata keçirilməsi nəticəsində Yaxın Şərqin mədəni və siyasi ənənələrini özündə əks etdirən ərəb müsəlman imperiyası meydana gəldi. Demək olar ki, 631- ci ilin axırında Yamamə ilə Fərat və Dəclə çaylarının mənsəbi arasında şimal-şərq hissəsini çıxmaqla, bütün Ərəbistan Islam dinini qəbul etdi.  632- ci ildə Məhəmməd özü də Kəbəyə vida ziyarəti etdi. Geri qayıtdıq- dan sonra, Məhəmməd Mədinədə vəfat elədi. Ondan sonra, ərəblər qonşu ərazilərdə də İslam dinini yaymağa başladılar.

 

 

10. İslam dini. Məhəmməd Peyğəmbər

Erkən orta əsrlər dövründə ərəbistan cəmiyyətində siyasi ictimai münasibətlərinin inkişafı politeizmin mövcudluğunu sual altında qoyurdu. Bele ki bu dövrdə ərəbistan yarımadasında monoteist dinlərin yayılması (e.ə minillikdə misirdə ilk tək allahlı din musəvilik meydana gəlmişdir, 1 əsrdə isə fələstində xristianlıq yaranmışdır.) politeizmin məhvini sürətləndirdi. Bu dövrdə monoteist yəhudiliyin mərkəzi ərəbistanda yəmən şəhərləri və şimalı hicazın vahələri ( xusuilə Yasrib idi) xristian dini isə Suriya Qasanilərindən ərəbistana keçmiş həmçinin qonşu həbəşistan vasitəsilə yayılmışdır. Ərəbistanda adı çəkilən təkallahlı dinlərlə yanaşı sırf ərəb mədəniyyətinin monoteist təlimi hənəfilik də geniş yayılmışdır.lakin bu dövrdə ərəb tayfaları içərisində siyasi pərakəndəliyin olması ərəb tayfalarının müxtəlif bütlərə etiqad etməsi onların birləşməsinə mane olurdu. Buna görə də ərəbistanda vıı əsrin əvvəllərində monoteist islam dininin yayılması mütərəqqi hadisə idi. İslam dini əksər dünya xalqlarının qəbul etdiyi 4-cü monoteist din olmuşdur.islamın mənası allaha itaət edən deməkdir. İslam dini və mədəniyyəti bır sıra xalqların mədəniyyətində mühüm rol oynamışdır.islam dini Məhəmməd peyğəmbər vasitəsilə çatdırılıb. Məhəmməd peyğəmbər 570 ci ildə dünyaya gəlmişdir haşimi qəbiləsinə mənsubdur.atası Əbdül mütalibin oğlu Abdulla və anası Əminədir Abdulla ticarət üçün getdiyi Suriyada peyğəmbər doğmadır bir neçe ay əvvəl xəstələnərək vəfat etmişdir. Onu babası və anası böyümüşdür. Babası isə onu əmisi Əbu Talibə əmanət etmişdir. Məhəmməd peyğəmbər kiçik yaşlarından əmisi Əbu Taliblə Suriyaya ticarət səfərləri etmişdi. Xədicə adlı dul qadınla ailə həyatı qurmuş adəti üzrə Xədicə vəfat etdikdən sonra yenidən nigaha daxil olmuşdur. 40 yaşında onun mənəvi həyatında yeni dönüş baş vermişdir. 610 cu ildən yeni dini təbliğ etməyə başlamışdır.o, islama qədər hənəfilik olmuşdur. İslamı ilk qəbul edənlər tərəfdaşlarından Əbu bəkr,Osman ,Əli ,Öməri göstərmək olar.lakin buna baxmayaraq ilk on il müddətində İslam dini ərəb tayfaları içərisində geniş yayılmadı buna səbəb kəbə məbədi 7 əsrin əvvəllərində çoxallahlığın mərkəzi hesap olunurdu. Bu dövrdə monoteizmin qəbulunu bəzi ərəb tayfa başçıları kəbə məbədinin nüfuzunun aşağı düşməsi və ticarətin inkişafının zəifləməsi kimi dəyərləndirirdilər.məhz ona görədə Məhəmməd peyğəmbər və tərəfdaşları 622 ci il Məkkədən yasribə köçdü. Bundan sonra bu şəhər bu şəhər peyğəmbər şəhəri qısaca Mədinə adlanmağa başladı.nbu köçmə hadisəsi tarixdə hicr ərəbcə köç mənasını ifadə edir. Məhz buradan da Hicri Qəməri təqvimi meydana gəlmişdir. Mədinədə islamı qəbul etmiş Yəsriblilər ənsar köməkçilər adlanmağa başladılar. Məkkədən gəlmiş müsəlmanlar isə mühacirun hicrət adlanmağa başladılar VII əsrin 20ci illərindən etibarən mədinədə yaşayan müsəlmanlar məkkə ticarətinə mane olmağa başladılar. Müsəlmanların məkkədə əleyhdarları əsasən Əbu Süfyan və onun qəbiləsi idi. Onlar həmdə Kəbənin sahibi hesap olunurdular bununla əlaqədar olaraq məkkəlilər və mədinəlilər arasında birneçe toqquşma baş verdi. Bunlar içərisində 624 bədr, 625 Uhud , 627 Mədinə ətrafında döyüş ,627 Xəndək savaşı və.s göstərmək olar. Nəhayət 628 Hudabiyyə adlanan yerin yaxınlığında mədinə və məkkə qoşunu üz üzə gəldilər. Razılıq əldə olundu. Razılığa əsasən 1 ) 10 illik barışıq 2) müsəlmanların kəbəyə ziyarətinə icazə verilirdi 3) Məhəmməd məkkə karvanlarına hücumdan imtina etdi.bu müqavilənin əsas maddələrindən biri məkkəlilərin mühacir və ənsarların malik olduqları hüquq və səlahiyyətləri çərçivəsində Müsəlman icmasına qəbul edilmələri oldu. Məkkənin müsəlman icmasına verilməsindən sonra müsəlman icması genişlənərək mədinə və məkkə icması adlanmağa başladı.bundan sonra islam dininin ərəbistan yarımadası və qonşu ərazilərdə yayılması sürətləndi.630 Məhəmməd Məkkəyə daxil olur ancaq o tezliklə Mədinəyə qayıtdı.Beıəki o müsəlman icmasının rəhbəri olaraq müxtəlif ərəb tayfalarını islama dəvət edir,onların nümayəndələrini qəbul edirdi.ona görədə ərəb tarixçiləri hicrətin 9 cu ilini nümayəndəliklər ili adlandırırdılar. 7 ci əsrdən başlayaraq bizans və sasani istiqamətində yeni yürüşlər həyata keçirərək yaxın Şərqin mədəni və siyasi ənənələrini özündə əks etdirən ərəb müsəlman imperiyası meydana gəldi.bundan sonra 631 Taif Yəmən mərkəzi ərəbistan Bəhreyn ərazilərində yaşayan ərəb tayfalarının nümayəndələri islamı qəbul etdilər bunun ardınca sasanilərin nəzarətində olan Səna Və Şimalı yəmənin bir sıra. Tayfaları islamı qəbul etdilər.demək olar ki 631 ci ilin axırında Yəmamə və Fərat dəclə çaylarının mənsəbi arasında şimal-şərq hissəsini çıxmaqla bütün ərəbistan islam dinini qəbul etdi.631 ci il Məhəmməd Əbu bəri ilk hacı olaraq mədinədən Məkkəyə yolladı 632 ci ildə o özüdə kəbəyə vida ziyarəti etdi və geri qayıtdıqdan sonra Mədinədə vəfat etdi.

11. Raşidiyyə xəlifələri

Peyğəmbərin ölümündən sonra haki miyyətə kimin gəlməsi uğrunda qalxan mübahisələr Ömərin vasitəçiliyi ilə həll edildi. Əbu Bəkr (632-634) icmanın başçısı oldu və Peyğəmbərin davamçısı kimi xəlifə titulunu qəbul etdi. Ondan sonra icmaya Ömər (634-644), Osman (644-656) və Əli (656-661) rəhbərlik etmişlər. Bu xəlifələr «xülafə ər-raşidin» («dürüst-doğru xəlifə»>lər) adlanırlar.Onların dövründə, Ərəbistanın tam tutulmasına qədər, ərəb lər qonşu dövlətlərə - Sasani va Bizans ərazilərinə soxulmağa başladılar. Bütövlükdə, ərəb işğalları 633-751-ci illəri əhatə edir. Bu işğalların birinci mərhələsi isə üç xəlifə Əbu Bəkr, Ömər və Osmanın hakimiyyəti dövrünə təsadüf edir.633-cü ilin payızında üç ərəb dəstəsi (hərəsində 7500 nəfər olmaqla) Suriya səhrasını keçərək Fələstin və Suriyaya daxil ol dular. Bizans qüvvələri ərəb dəstələrinə lazımi müqavimət göstə rə bilmədi və bir il müddətində ərəblər Bizansın Suriyadakı ərazi lərinin çox hissəsini tutdular.Ərəb müdaxiləsinin böyük işğala çevrilməsini anlayan Bizans hərbi rəhbərliyi imperator Irakli başda olmaqla Şimali Suriyaya böyük hərbi qüvvə cəmləşdirdi. Yunanlardan başqa onun tərki bində suriyalılar, əl-Cəzirə (Mesopotamiya) əhalisinin və erməni lərin dəstələri də daxil idi. Bu ordunun sayı ərəb tarixçilərinin ver diyi məlumata görə 200 minə, ərəblərin dəstələrində olan döyü şçülərin sayı isə 24 minə çatırdı. Ərəblər, bizanslılar yaxınlaşdıq ca Dəməşq və bir sıra şəhərləri terk edib Yarmuk çayına qədər geri çəkildilər. Burada 636-ci ilin 20 avqustunda ərəb və Bizans ordularının həlledici döyüşləri baş verdi. Bu zaman Bizans 70 min döyüşçü itirdi. Döyüşün nəticəsinə bu fakt da təsir etdi ki, yunan və erməni hissələri arasında silahlı mübahisələr olmuş, Suriya ərəbləri isə ərəblərin tərəfinə keçmişdilər. Bu hadisədən sonra ərəblər Suriyanın tam sahibi oldular.Ərəblərin Cənubi İraqa, Hira padşahlığına müdaxilələri də əvvəl yürüş xarakteri daşımış, Yəmama hənifilərinin müqavimətini qırandan sonra ərəb sərkərdəsi

Xalid ibn Valid 633-cü ildə Hiranı tutmuş, ancaq sonra Sasanilərlə toqquşmalarda uduzub geri çə kilməyə məcbur olmuşdu. Lakin 635-ci ildən ərəblər yenidən qə ləbələrə nail oldular və yenidən Hirani alıb, 638-ci ildə Sasanilərin paytaxtı Ktesifona daxil oldular. Şahənşah III Yezdəgerdin şəhərdən qaçmasından sonra onun sakinləri ərəblərə təslim oldular.Ərəb hərbi rəhbərliyi və Sasanilər arasında bağlanan barışıq ərəblərin iddia etmələrinə görə, tezliklə pozulmuş və ərəblər ye nidən hücuma keçmişdilər. 641-ci ildə onlar Mosulu,644-645-ci illərdə Bəlucistanı işğal edərək Hind sərhədlərinə çıxmışlar. 649 cu ildə İstəxr ələ keçirilmiş, 651-ci ildə isə Mərv şəhəri yaxınlığın da III Yezdəgerd öldürülmüşdü. Bu tarix ərəblərin Sasani torpaq larını tutmalarının sona çatmastarixi sayılır. Həmin il onlar Amu Dərya çayına çatmışdılar.640-cı ildə ərəblər Dvin şəhərini almış, 654-cü ildə isə Tbilisini tutmuşlar.Afrikada işğallar isə ərəblərin Suriyanı tam fəth etməsindən sonra başlandı. Misirə ilk müdaxilə 639-cu ildə Əmr ibn Asin rəh bərlik etdiyi kiçik ərəb dəstəsi tərəfindən olmuşdur.640-ci ilin yanvarında Əmr ibn Asin dəstəsi Fərama şəhərini tutaraq, oradan Fəyyuma hücum etmişdir. Qısa müddətdə Misirin iri şəhərləri ərəblər tərəfindən tutulmuş və onlar Libiya ərazisinə basqınlara başlamışlar. 643-cü ildə Trablis şəhəri işğal edilmişdi, 647-ci ilə qədər ərəblər Şimali Afrikada öz əməliyyatlarını davam etdirmişdilər.Beləliklə, iki onillik müddət ərzində ərəblər Bizans imperiya sının tərkibində olan Asiya və Afrikanın geniş ərazilərini və bütün Sasanilər dövlətini fəth etmiş, onun siyasi varlığina son qoymuş dular. Ərəblərin belə asanlıqla və tezliklə hərbi uğurlar qazanma larının əsas səbəblərini Bizans və Sasani dövlətlərinin iqtisadi zəifləməsində və bu dövlətlərdə sosial ziddiyyətlərin son dərəcə kəskinləşməsində görmək lazımdır. Daha da artan zülm və istis mar şəraitində ərəb işğalçıları ilə rastlaşan ölkələrin və əyalətlərin əhalisi ərəblərin simasında onları hökmdarlarının ağalığından qur taran bir qüvvə görürdülər.Bu baxımdan ərəblər onlara tabe olanlar üçün daha münasib yaşayış şəraiti təklif edirdilər. Həmin səbəbdən də işğal olunmuş ölkələrin əksər əhalisi nəinki ərəblərə müqavimət göstərmir,hətta bir çox hallarda onların müttəfiqi kimi çıxış edirdilər.Ərəblər İşğal olunmuş ölkələrdə elə bir sosial-iqtisadi müna sibətlər və mülkiyyət formalarına rast gəlmişdilər ki, onlar Ərəbi standa hələ məlum deyildi. Erkən feodal münasibətlərinin hakim olduğu ölkələrdə ərəblər torpağa istehsal vasitəsi kimi maraq gös tərmirdilər. Onların tabeçiliyinə keçən becərilən torpaqlara müsəl man icmasının ümumi malı kimi baxırdılar. Ərəblər əsasən qəni mat və vergi yığmaqla məşğul idilər. Ona görə də onlar işğal edilmiş ölkələrdə olan ictimai münasibətlərə nə müdaxilə edir, nə də onu dəyişməyə cəhd göstərirdilər. Torpaqlar yerli feodalların, ruhanilərin və digərlərin sahibliyində qalırdı. Yerli feodal və əyan lar öz hüquqları və imtiyazlarını qoruyub saxlayırdılar. Bunun müqabilində onlar müsəlman icmasının xəzinəsinə ancaq torpaq vergisi verməli idilər.Bizans imperatorunun, yunan əyanlarının,Sasani şahənşahlarının və şah nəslindən olanların, müharibədə həlak olan və qaçan feodalların malikanələri müsəlman icmasının mülkiyyəti olur du və bilavasitə xəzinənin nəzarəti altına keçirdi. Ümumiyyətlə, işğal edilmiş ölkə xalqlarının səviyyəsindən aşağıda duran ərəblər mürəkkəb istismar və idarəetmə üsullarını birdən-birə mənimsəyə bilmədilər və buna heç ehtiyac da duy murdular. Çünki onlar öz tələbatlarını əhalidən yığdıqları qənimət və töycülər hesabına ödəyirdilər. İşğalçılar tutulmuş ölkələrdə mövcud olan sosial-iqtisadi, inzibati münasibətləri toxunulmaz saxladılar, lakin ən yüksək hakim təbəqə kimi yerli feodallardan üstün oldular. Bütün işğal edilmiş ölkələrdə əhali

can vergisi - cizyə və torpaq vergisi - xərac ödəyirdi. Qadınlar, həddi-buluğa çatmayanlar, dilənçilər, ruhi xəstələr və öz əməyi hesabına ya şayan rahiblər vergidən azad olunurdu. İlk vaxtlar vergilər kişi əhalisinin sayı nisbətində yığılırdı, çünki becərilən torpaq sahələ rinin həcmi dəqiqləşdirilməmişdi.Verginin yığımı ilə yerli torpaq sahibləri, yerli inzibati hakimiyyət orqanları ve ruhanilər məşğul idilər. Onlar vaxtında verginin ödənilməsinə və əhali üzərinə qoyulan mükəlləfiyyətlərin yerinə yetirilməsinə təminat verirdilər.İctimai istehsala müdaxilə etməyən ərəblər yerli idarəetmə orqanlarını, o cümlədən məhkəmə və polis təsisatlarını da toxu nulmaz saxladılar. Onlar yaşayış məntəqələrinin abadlığını, yolla rın, su quyularının və körpülərin səhmanlı vəziyyətdə saxlanılma sını yerli əhaliyə həvalə etmişdilər.Vergi verənlərin siyahısının tərtibi və vergilərə nəzarət keç miş yerli məmurlara tapşırılmışdı. Onlar nəinki alınan vergiləri qeydiyyatdan keçirir, hətta onları ərəblər arasında paylaşdırırdılar. Bütün dəftərxana işləri işğallara qədərki kimi İraqda və keçmiş Sasani ərazilərində fars dilində, Suriyada yunan dilində,Misirdə qibti və yunan dilində aparılırdı.Ərəb işğalları və inkişaf etmiş ölkələrdə ərəb hakimiyyətinin bərqərar olması ərəb cəmiyyətində gedən iqtisadi və siyasi pro seslərə təkan verdi və həm də onu bir qədər mürəkkəbləşdirdi. Bu cəmiyyətin hərbi və siyasi hakimiyyətə malik olan yuxarı təbə qəsi hərbi qənimətin və vergilərin böyük hissəsini mənimsəyir və zənginləşir, sıravi döyüşçülərə isə ancaq çətinliklər və yürüşlərin əziyyəti qalırdı. Ərəb zadəganlarının varlanmağının bir vasitəsi də əsirlərin qullara çevrilməsi

olmuşdu. 644-cü ildə fars qulun əli ilə xəlifə Ömər qətlə yetirildi. Bun dan sonra Əməvi nəslindən olan xəlifə Osman ibn Əffan haki miyyətə gəldi. Onun dövründə (644-656) qohumları, Məkkə za dəganlarının nümayəndələri işğal olunmuş ölkələrdə dövlət vəzi fələrini və torpaqları ələ keçirməyə başladılar. Bu da öz növbə sində ölkədə getdikcə artan narazılığa səbəb oldu. Narazılıq açıq etiraza çevrildi və Kufə, Bəsrə və Misirdən Məkkəyə zəvvar kimi gəlmiş nümayəndələr onu büruzə verdilər. Mədinə əhalisinin dəs təklədiyi bu etiraz qisa müddətdə üsyana çevrildi. Üsyançılar xəli fənin evini mühasirəyə aldılar, sonra isə onu öldürdülər.Bundan sonra xəlifəliyə Əli keçdi (656-661).O,müsəlman icmasında Peyğəmbərin əmisi oğlu və kürəkəni kimi də tanınırdı.Ancaq üsyançıların dəstəklədiyi bu xəlifə, artiq xeyli varlanmış və nüfuz sahibi olmuş həmkarları və əlbəttə, öldürülmüş xəlifənin qohumları tərəfindən güclü müqavimətə rast gəldi. Osman dövründə hakimiyyətə yiyələnmiş və zəngin varlanma mənbələri na malik olan Əməvilər ailəsinin müqaviməti də güclü olmuşdur. Onların başında böyük imkanları və maddi vəsaiti olan Suriya canişini Müaviye dayanmışdı.Ərəbistanda lazımi qədər qüvvə və vəsait tapmayan xəlifə əli İraqda özünə yeni hərbi və sosial baza tapmaq üçün iqamət gahını Kufə şəhərinə köçürdü. 657-ci ildə Fəratın sahilində Siffin yaxınlığında (Mesopotamiyada) Müaviyə və Əlinin qüvvələri arasinda mühüm döyüş oldu. Burada heç bir tərəf üstünlük qazana bilmədi. Ərəb tarixçiləri göstərir ki, Müaviyənin dəstəsində olan Əmr ibn əl-Asın fəndgirliyi Əli ordusnu tam qələbə çalmaqdan məhrum etdi. Belə ki, «Misir fatehi» görəndə ki, Suriya ordusu məğlub olmaqdadır, Müaviyənin əsgərlərinə Quran vərəqələrini öz silahlari üstündə qaldırmağı təklif etmiş və rəqibləri qardaş qanı tökməməyə çağırmışdı. Mübahisəni dinc yolla, müqəddəs kita bin əsasında həll etmək təklif olunmuşdu. Xəlifə Əli nüfuzlu həm karlarının təkidləri ilə bu təklifi qəbul etmişdi. Bundan sonra Əlinin düşərgəsindən, onun siyasəti ilə razı olmayan bir dəstə çıxmışdır ki, bunlar xaricilər adı ilə tanınan (xərace -ərəbcə «çıxmaq», xa ric olmaq» deməkdir) və müsəlman dünyasında meydana gələn ilk təriqətin nümayəndələri olmuşlar. Xaricilər hərəkatı ərəb cəmiyyətində inkişaf etməkdə olan ziddiyyətlərin təzahürü idi. Bu hərəkat meydana gələrkən xəlifə Osmanın ölümünə gətirib çıxaran üsyanın davamı olsa da, indi o, bilavasitə xəlifə Əliyə qarşı yönəlmişdi. Xaricilərin təhdidləri xəlifə Əliyə Müaviyəyə qarşı hərbi əməliyyatlara başlamaq imkanı ver mirdi. 658-ci ilə qədər davam edən mübahisə heç bir nəticə ver mədi. Həmin ildə xəlifə Əli ordu ilə xaricilər məskunlaşan əyalət lərə daxil oldu, onların dəstələrini dağıdıb təhlükəni aradan götürdü. Ancaq xaricilərə qalib gələn xəlifə Əli, 661-ci ildə Kufə məscidində onların bir nümayəndəsi tərəfindən qətlə yetirildi. Suriya və Misirdə məskunlaşan ərəb əyanları Müaviyəni (661-680) xəlifə elan etdilər. Əlinin tərəfdarları bunu qəbul etməyib, bir dəs tədə birləşmiş və "Şiət Əli"«Əli tərəfdarı» adlı ilə islamın an böyük məsləkini yaratmışlar.

 

 

 

 

12. Əməvilər Xilafətində daxili və xarici vəziyyət

   Xəlifə Əlinin qətlə yetirilməsindən sonar Suriya və Misirdə məskunlaşan ərəblərin zadəgan elitası Müaviyəni xəlifə (661-680) elan etdi. Hakimiyyətin Əməvilər sülaləsinə (661-750) keçməsi ərəb zadəganlarının xalqın aşağı təbəqələr üzərində qələbəsi demək idi. Əməvilər dövründə Dəməşq paytaxt oldu. Əməvi xəlifələri adətən iki qohum qola bölünür: onlardan biri Süfyanilər idi ki, onlar I Müaviyənin atasının adına görə belə adlanırdılar. Bu Müaviyə (661-680), onun oğlu I Yezid (680 -683), nəvəsi II Müaviyə (683-cü ildə vəba xəstəliyindən vəfat etdi) idi. Sufyanilərdən sonra xəlifə olan ikinci qol Əməvi sülaləsinin dördüncü xəlifəsi Mərvandan sonra Mərvanilər olaraq tanınır.

Daxili siyasət. I Müaviyənin dövründə xilafət mərkəzi idarəçiliyə malik olan vahid bir dövlət deyildi. Hərbi başçılar tam nəzarətsiz hərəkət edirdilər. Xəlifə, İraqla mübarizə aparırdı.. Orada fəaliyyət göstərən şiələr və xaricilər onun hakimiyyətini tanımırdılar. I Müaviyə 680-ci ildə vəfat etdi və onun oğlu Yezid xəlifə oldu. Yezidin hakimiyyətə gəlməsi müsəlmanların narazılığına səbəb oldu.Çünki, Əməvilərin hakimiyyəti illərində artıq peyğəmbər nəsli yüksək vəzifələr və böyük gəlirlər əldə etmək ümidlərini itirdilər. Ona görə də ilk çıxış edən Əlinin ikinci oğlu Hüseyn oldu. 680-ci ildə Kərbəla çölündə qətlə yetirdilər. Xilafətdə vətəndaş müharibəsi Əməvi xəlifələri II Müaviyə və Mərvan (683-685) dövründə də davam etdi. Mərvandan sonra xəlifə Əbdül Məlik (685-705) və I Valid (705-715) hökmranlıq etdilər. Onların dövründə böyük fəthlər baş verdi və mühüm islahatlar aparıldı, vətəndaş müharibəsi dayandırıldı. Xilafətin bütün əraziləri nəhayət Əməvi xəlifəsinə tabe edildi. Əbdül Məlikin adı adətən ərəb dilinin dəftərxana işində tətbiqi və ərəb yazıları olan sikkələrin zərb edilməsi ilə ifadə olunan “islahatların” həyata keçirilməsi ilə əlaqələndirilir. Ərəb dilinin inzibati və maliyyə idarəçiliyi aləti kimi tətbiqi ərəb aristokratiyasının dövlət idarəetmə aparatına başçılıq etmək istəyindən xəbər verirdi. Başqa bir tədbir isə geniş Xilafət ərazisində vahid pul sisteminin (dinar-dirhəm) tətbiqi idi. Yeni pul sisteminin tətbiqi xilafətin ayrı-ayrı ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişafından xəbər verirdi. Yadetiqadlılar xilafətdə əhalinin zimmilər  adlanan xüsusi kateqoriyasını təşkil edirdilər. Onlar şəxsən azad, lakin siyasi cəhətdən hüquqsuz, bəzi vətəndaş hüquqları isə məhdud olan təbəqə idilər. Xilafətdə dövlət aparatının və maliyyənin güclənməsinə baxmayaraq, Əməvilərin sosial bazası dar, sülalənin hakimiyyəti qeyri-sabit idi. Xəlifə II Ömər (717-720) hakimiyyətini gücləndirmək üçün şiə və xaricilərin başçıları ilə danışıqlar aparmağa çalışsa da, bu heç bir nəticə vermədi. O, bir daha yeni müsəlmanları xərəc ödəməkdən azad etdi, lakin onun ölümündən sonra bu müavinət yenidən ləğv edildi. Xəlifə Hişamın (725-743) dövründə vergilər artırıldı və onları ödəməyənlərə qarşı işgəncələr və həbs tətbiq edilməklə vergilər tutulurdu. Son xəlifə II Mərvanın (744-750) dövründə hətta Suriyanın kənd və şəhər əhalisi də bu xəlifəyə qarşı bir sıra üsyanlar qaldırmışdılar. 747-ci ildə Mərv vahasında üsyan başladı. Üsyançılar II Mərvanın qoşunlarını məğlub etdilər. Zimmilər öz ibadətlərini yerinə yetirmək, öz dini icmaları daxilində müəyyən bir özünüidarəetmə hüququna malik idilər və bunun üçün onlar xüsusi bir can vergisi - cizyə ödəməli idilər. Əmlak vəziyyətindən asılı olaraq hər bir yaşlı kişidən müvafiq olaraq 12, 24 və ya 45 dirhəm alınırdı. Sənətkarlıqdan, ticarətdən və maldarlıqdan zəkat toplanır.Xərac əvvəlcə yalnız qeyri-müsəlmanlardan natura şəklində (məhsulun 10%-dən 50%-ə qədər) və ya pul şəklində toplanırdı.

Xarici siyasət.  Əbdül Məlik dövründə ərəb istilalarının ikinci böyük mərhələsi başladı. 8-ci əsrin sonlarında ərəb qoşunları İfriqiyada göründülər və artıq 709-cu ildə Atlantik okeanının sahillərinə çıxdılar. 711-ci ilin yazında Tarikin komandanlığı ilə ərəb ordusu Pireney yarımadasına doğru yola çıxdı. Eyni zamanda ərəblər Orta Asiya və Yaxın Şərqdə fəal hərbi əməliyyatlar aparırdılar. 705 və 715-ci illərdə Amu-Dəryanın (Mavərrannəhr) o biri tayındakı vilayətlər, həmçinin Xarəzm və Fərqanə ərəblər tərəfindən fəth edildi. Eyni zamanda, Orta Asiyanın bir sıra hökmdarları - dehqanlar xəlifəyə itaət edir və vergi ödəyəcəklərini öhdələrinə götürürdülər.        751-ci ildə

ərəblərin çinlilər üzərində qəti qələbəsi Xilafətin Orta Asiyada hökmranlığını möhkəmləndirdi. 712-ci ildə ərəblər Hindistana soxuldular, Sind əyalətini, yəni şimalda Multana qədər olan Hind vadisini fəth etdilər. Fəthlərdən sonra həm oturaq, həm də köçəri həyat tərzi keçirən bir çox ərəb yeni torpaqlara köçdülər. Yeni şəhər-düşərgələrin əsası qoyuldu. Üümumi müsəlman tipli mədəniyyətinin inkişaf etdiyi düşərgələr salındı: İranda Şiraz, İraqda Kufə və Bəsrə, Fələstində Rəmla, Misirdə Fustat, Afrikada Tunis. Şimali Afrika və İspaniya sonralar ərəbləşdi, Cənubi Qafqaz, İran və Orta Asiya ərəbləşdirilmədi. Ərəblər öz dillərini dinin ədəbi dili kimi fəth etdikləri ölkələrə gətirdilər. Yerli mədəniyyətlər ölmədi, əksinə ərəblərin özlərinə təsir etdi.

 

 

13. Abbasilər Xilafətində sosial-iqtisadi münasibətlər.

Abbasilər xilafətinin əsası Əbül-Abbas-əs Səffah (750-754-cü illər) tərəfindən qoyulmuşdur. Xilafətin adı peyğəmbərin əmisi Abbas bin Əbdülmütalib bin Haşimiyyənin adından götürülmüşdür. Ona görə, bir sıra tarixçilər Abbasiləri Haşimilər nəslindən olduqları üçün, Haşimi dövləti, paytaxtı Bağdad olduğu üçün, Bağdad xilafəti də adlandırırlar. Abbasilər xilafəti Siciliya, Malta, Krit adalarının fəthini və 751-ci il hadisələrini çıxmaq şərti ilə demək olar ki, uzun müddətli müharibələr aparmadılar. Belə ki, 751-ci ildə Talas çayı sahilində baş verən döyüşdə ərəblər çinlilər üzərində qələbə qazandılar və nəticədə Mərkəzi Asiyada öz mövqelərini daha da möhkəmləndirdilər. Bundan sonra xilafətin sərhədləri Şərqdə Çin sərhədlərindən, İspaniyaya qədər geniş əraziləri əhatə etdi. Abbasilər 750-1258-ci illərdə ərəb xilafətini idarə etdilər. 945-1132-ci illər çərçivəsində isə siyasi idarəetmədən əl çəkǝrək, ancaq dini hakimiyyətlərini saxladılar. İlk Abbasi xəlifəsi Əbül Abbas Suriya yerinə İraqı mərkəz seçdi. Xilafət mərkəzini Kufədən Ənbara köçürdü. Burada Faratın şərq sahilində Həşimiyyə adlı xəlifə sarayı inşa etdirdi. Xəlifə Əbül Abbas əs Səffah 754-cü ilin iyun ayında vəfat etdi. Onun xələfi olaraq taxta çıxan qardaşı Əbu Cəfər Abdulla əl-Mənsur (754-775-ci illərdə) xəlifə oldu. O, hakimiyyətinin ilk illərində Abdulla bin Əlinin, Həzrəti Həsənin nəvələri İbrahim və Məhəmmədin daha sonra isə Əbu Müslümün qiyamlarını yatırdı. Əksər ərəb tarixçiləri Əl Mənsurun dövrünü xilafətin yenidən qurulması kimi səciyyələndirməyə başladılar. Belə ki, onun dövründə xilafətdə səmərəli idarəetmə quruldu. Xəlifə hər əyalətə yeni valilər təyin etdi. Bərid idarəsini xüsusilə inkişaf etdirdi. Vilayətlərin mərkəzində valilərin yanında bəridlərin imtiyazlarını daha da genişləndirdi. Əl Mənsurun dövründə əvvəlki vergi cədvəllərində dəyişiklik olduğu kimi saxlanıldı. Ancaq, əgər Əməvilərin dövründə vergilər bütünlüklə pulla toplanırdısa, Abbasilərin dövründə ancaq verginin bir hissəsi pulla ödənilirdi. Bu sistemdən xüsusi ilə ikinci Abbasi xəlifəsi Əl Mənsurun dövründə geniş istifadə edilirdi. Onun dövründə torpaq sahəsinin əkilib-əkilməməsindən asılı olmayaraq, xərac pulla alınır, xilafət büdcəsinin inkişaf etməsi nəticəsində yeni ticarət məskənləri inşa edilirdi. Əbu Cəfər Əl Mənsurdan sonra, xəlifə əl Mehdi (775-785-ci illərdə) seçildi. Xəlifə Mehdinin dövründə həm xarici, həm də daxili məsələlərdə dəyişikliklər baş verdi. Bu dövrdə xilafət Bizansla müharibədə müəyyən üstünlük qazansa da, döyüşləri davam etdirmədi. Qısa müddətli sülh əldə olundu. Ancaq, çox keçmədən iki tərəf arasında yenidən qarşıdurma baş verdi ki, bu da xəlifə Harun ər Rəşidin dövründə (789-809-cu illər) də davam elədi. Xəlifə Mehdi daxili məsələlərə xüsusi diqqət ayırdı. Onun dövründə yeni yollar çəkildi, karvansaraylar tikildi, su kanalları inşa edildi, bəridlərin sayı artırıldı, ticarət mərkəzləri salındı, gediş-gəliş asanlaşdı. Xəlifə Mehdi 785-ci ildə vəfat etdikdən sonra isə yerinə oğlu Əl-Hadi təxəllüsünü daşıyan Musa keçdi. Ancaq, 786-cı ildə sui-qəsd nəticəsində qətl olundu. Ondan sonra Mehdinin digər oğlu Harun-ər-Rəşid xəlifə oldu. Yeni xəlifənin dövründə Bizansla qarşıdurma davam elədi. Ancaq 807-ci ildə tərəflər arasında razılıq əldə edildi. Harun ər Rəşidin dövründə xilafətin müxtəlif bölgələrində Suriyada, Afrikada, Xorasanda, İran ərazilərində, Azərbaycanda və.s ərazilərdə üsyanlar baş verdi. Ancaq bütün üsyanlar xəlifə orduları tərəfindən yatırıldı. Harun-ər Rəşidin dövründə xilafət inkişaf etdi. Xəlifə böyük vəzirin səlahiyyətlərini məhdudlaşdırdı və digər vəzirlərin hüquqlarını artırdı. Harun ər Rəşid, oğlu Məhəmməd əl Əmini varis olaraq xəlifə, eyni zamanda Suriya valisi təyin etdi. (809-813-cü illər). Digər oğlu Abdullah əl-Məmuna isə Şərq əyalətlərini tapşırdı. Üçüncü oğlu Qasımı isə Mesopotomiyaya vali təyin etdi. Harun ər Rəşidin ölümündən sonra, xilafət bölünmə təhlükəsi ilə qarşılaşdı. Lakin xəlifəlik uğrunda mübarizə 813-cü ildə Məmunun xəlifə elan olunması ilə nəticələndi. Məmun (813-833-cü illərdə) xəlifə seçildi. Xəlifə Məmun Abbasilərin qara bayrağının əvəzinə, yaşıl rəngli bayrağı qəbul etdi. Xilafəti mərkəzləşdirmək üçün müxtəlif bölgələrdə baş verən Məzdəkilərin, Xaricilərin və Zərdüştlərin qiyamlarını yatırdı. Xürrəmilər hərəkatına qarşı ardıcıl olaraq, ordu birləşmələri göndərdi.

Abbasilər xilafəti feodalizm istehsal üsulunun hökm sürdüyü teokratik dövlət idi. Xəlifə mərkəzi hakimiyyətin, başçısı hesab olunurdu. Onun səlahiyyətlərinə həm dini, həm də dünyəvi hakimiyyət daxil idi. Xəlifə vəzirləri və valiləri təyin edir, dövlət icra orqanlarının işlərinə nəzarət edirdi. Xilafətdə icra orqanlarının fəaliyyətləri divanlar vasitəsilə tənzimlənirdi. Buraya, maliyyə, rabitə, hərbi, daxili və xarici divanlar daxil idi. Bu divanlar içərisində divan un nazar (vergi işlərinə nəzarət edir), divan un bərid (poçt işlərinə baxar), divan un zimam (dəftərxana işlərini həyata keçirirdi) xüsusi əhəmiyyətə malik idi. Abbasilər xilafəti dövründə, xəlifədən sonra, ikinci şəxs hesab olunan baş vəzir vəzifəsi təsis olunmuşdu. O, digər vəzirlərin vəzifələrini müəyyənləşdirirdi. Xilafətdə baş vəzirin səlahiyyətləri çox şaxəli hesab olunurdu. Belə ki, dövlətdə mövcud olan, hökümət divanları baş vəzirə tabe idi. Vəzirin fəaliyyətləri geniş olduğundan onun katib-ür- resail (məktub katibi), katib-ül-xərac (xərac işləri katibi), katib-ül-kada (qazilik katibi) kimi köməkçiləri var idi. Ancaq, xəlifə Harun-ər-Rəşidin dövründən etibarən baş vəzirin səlahiyyətləri məhdudlaşdırıldı. Abbasilər xilafəti meydana çıxan zaman, xəlifə həm siyasi hakimiyyətə malik idi, həm də müsəlman icmasının başçısı hesab olunurdu. Ancaq X əsrdən başlayaraq, xəlifələr siyasi hakimiyyətdən əl çəkib ancaq dini hüquqlarını saxladılar. (Buveyhilər dövlətindən asılı hala düşdülər) Abbasi ordusunun əsasını nizami və daimi ordu təşkil edirdi. Bununla yanaşı, xilafətdə könüllü əsgərlər də mövcud idi ki, onlar zəkat və qənimətdən pay alırdılar. Hərbi sərkərdələrə isə iqta torpaqları verilirdi. Abbasi ordusu beş qrupa bölünürdü. 1)Mərkəzdə yerləşən və xəlifənin mühafizəsini həyata keçirən qoruyucu birliklər. 2)Dövlət adamlarının əmrində olan birliklər. 3)Vilayətlərdə yerləşən qüvvələr. 4)Qarnizonlarda yerləşən birliklər. 5)Yardımçı qüvvələr. Abbasi xilafətində 100 min nəfərdən ibarət daimi ordu var idi. Bu ordu xilafət torpaqlarının qorunmasında əhəmiyyətli rola malik idi. Abbasi xilafəti dövründə, torpaq növlərində ciddi dəyişikliklər olmadı. Yenə də xilafətin əsas torpaqları divan-dövlət, səfəvi-abbasi xəlifələrinə məxsus torpaqlar, icma-əhalinin ümumi torpağı, mülk-şəxsi torpaq, vəqf-dini torpaq və iqta-şərti torpağı idi. Abbasi xəlifələrinin hakimiyyəti zamanı vergi münasibətlərində də ciddi dəyişikliklər baş vermədi. Bu dövrdə kəndlilər ümumi torpaqlara görə xərac, şəxsi torpaq mülklərindən əldə etdikləri gəlirə görə isə üşr vergisi ödəyirdilər. Zimmilər və digər dinlərin nümayəndələri isə əlavə olaraq cizyə vergisi ödəyirdilər. Abbasilər dövründə xilafətdə xəracın iki növü daha geniş şəkildə yayılmışdı: Xərac müqasəmə və xərac misaha. Müqasəmə məhsulun müəyyən hissəsindən natural vergi şəklində alınan xərac forması idi. Abbasilər dövründə kəndlilər dövlətə xərac müqasəmə şəklində əldə edilən kənd təsərrüfatı məhsulunun beşdə birindən, ikidə birinədək verirdilər. Xərac misaha isə xüsusi siyahıya düşmüş ölçülmüş torpaqlardan yığılırdı. O, torpağın keyfiyyətindən, burada becərilən bitkinin məhsuldarlığından asılı olurdu və qarışıq şəkildə (həm pulla, həm da məhsulla) hər qərib torpaqdan yığılırdı. Xərac misahanın miqdarı məhsuldarlıqdan asılı olaraq dəyişmirdi. Xəracın yığılmasında çoxlu əyintilərə yol verilirdi. Bunun nəticəsində torpaq sahibləri, faktiki olaraq öz torpaqlarından tələb olunandan çox vergi verməyə məcbur olurdular. Kənd icmasının ağır vəziyyəti hər əyalət üçün, xəracın müəyyən məbləğdə qoyulması ilə daha da ağırlaşdı. Bu o demək idi ki, kəndlilərin qaçması və yaxud əyalət torpaqlarının bir qisminin boşalması ilə əlaqədar, müəyyən olunmuş məbləğin yığımı mümkün olmurdusa, çatmayan hissə qalan kəndlilərin üzərinə əlavə vergi şəklində bölüşdürülürdü. Kəndli hərəkatlarının təsiri altında hökumət xəlifə Mehdinin (775-785) dövründə bu sistemi ləğv etdi. Xəlifə Məmun dövründə isə xərac-müqasəmənin yuxarı miqdarı məhsulun beşdə birindən, üçdə ikisi hissəsinə qədər azaldı. Ancaq bu tədbirlər kəndlilərin vəziyyətinə o qədər də dəyişiklik gətirmədi.

 

 

14. Fatimilər dövləti

910-1171 ci illər.əsası ubeydullah əl mehdi tərəfindən  qoyulub.  Mehdiyev şəhəri paytax olur. Abbasi  xəlifələrini  tanımaqdan imtina edir.  Əsas rəqib əndəlüs əməviləri idi. Misir ərazisində möhkəmlənməsi  Mübizin dövründə baş verir.  Onda əvvəl Misirdə tulunilər sülaləsi 869-905,  sonra qısa müddətdə abbasi  xəlifəsinin varisi idarə etmiş 935 969  fərqanə əsilli ixşidilər sülaləsi tərəfindən idarə olunmağa başlamışdı.969 Mubiz misiri zəbt edir paytaxt fustadın  yaxınlığında  Qahirə adlı yeni şəhər tikdirir. Həmin şəhər  həm onların mərkəzinə həmdə ən böyük ticarət mərkəzinə çevrilir.  Fatimilərin  dəməşqə  hücumu qərmətilərin  ciddi qarşıdurmasına səbəb olsada 993 şam şəhərinə daxil olaraq oront çayına qədər irəlilədilər. Əziz billahın   dövründə qərbdə  Mərakeş şərqdə Suriya sərhədlərinə qədər geniş ərazilərə sahib oldular.  Ondan sonra əmrillah keçir  az yaşlı olduğu  üçün üsyanlar baş verir ancaq yatırır. Əl hakimin dövründə əhməd tərəfindən sufizmin qolu olan dərəzilik  məzhəbi yayıldı  .sufi dərəzilər islamdakı qaydaları qəbul etmir və başqa dini etiqad edənləri təqib edir. Məbədləri  uçurdurdular. Əl hakimi sui qəsd edərək öldürürlər.  Onun varisi zahir dini azadlıq haqqında fərman verdikdən sonra münasibətlər nizama salınır.   Ondan sonra mütansir gəlir. Onun dövründə hərbiçilər  üsyan qaldırır. Köməyə bədr əl camalini çağırdı 1073 qiyam  yatırılır.Müstəlinin  dövründə səlib yürüşləri 1 ci yürüşü zamanı suriyə və Fələstin işğal olunur. Burada Qüds,  krallığı trablis qraflığı  antakiya  knyazlığı edessa qraflığı  adlı dövlət yaranır . 12 ortaları əsrin  səlibçilər qəzza və aksalonu tutur misirə hucum üçün  əlverişli şərait qazanırlar.1163 Qüds kralı amalrix misirə daxil olur  Fatimilərin  illik xərac verəcəkləri müqabilində misiri tərk etsədə 1167 qahirəyə  qədər gəldi.  Fatimilər illik xərac verməyə razı oldular.  Amir dövründə qarşıdurmalar. Hafiz və Zahir  dövründə  bu qarşıdurmalar  davam  edir  faizin dövründə səlibçilər siciliyaya hucum edirlər  normanlar tərəfindən tutulur və nəticədə Fatimilərin   aralıq dənizində üstünlükləri zəifləyir

 

 

15. Məmlükər Dövləti

Əyyubilərin  sonuncu hökmdarı Müzəfərrədin Əşrəfin (1250-1252- ci illər) dövründə Məmlük birlikləri 1250 – ci ildə Əyyubi dövlətinin varlığına son qoydu. Müzəfərrədin Əşrəfin sərkərdəsi İzəddin Aybek ordu tərəfindən sultan elan olundu.Aybəkin yaratdığı yeni türk dövləti məmlük adlanmağa başlandı.məmlük dövlətinin tarixi 1250 –1390 cı illər və 1390-1517 – ci illər olmaqlaiki dovrə bölünür.Birinci  dövr ordu rəhbərlərinin hərbi düşərgələri Nil çayı  ətrafında yerləşdiyi üçün onlar Bəhri yəni  çay boyu məmlükləri adlandırıldı. İkinci dövr  hərbiçilərini isə Qahirə qalasında yerləşdikləri  üçün bürcı qalalı məmlükləri deyilirdi.Məmlüklər şərqdən monqol hücmlarına qərbdən isə  Qərbi Avropa feodallarının genişlənən hərəkatlarının hücmlarına məruz qalmışdılar. Bağdadın alınmasında xilafətin süqutundan  sonra Suriya Fələstinlə yanaşı Misiri də monqol hücmları təhdid etmeye başladı. Memlüklər və Hülakilər arasında əsas döyüş meydani Qafqazdan sonra Suriya ərazisi oldu.1260 cı ildə sultan Kutuzun  rəhbərliyi ilə Misirə doğru irəliləyən Hülakilər  Fələstin  ərazisində baş verən Ayna Calud döyüşündə məmlüklərə məğlub olmuşdu.Sultan Baybarsın dövründə (1260-1277) dövrüundə Məmlüklər ən qüdrətli dövrünə catmışdi. Baybarsın dövründə Afrikada Nubiya və Bəqrə ərzisidə məmluklərə qatildi. Sultan Baybars 1268-ci ildə Əntakyanı tutaraq xaçlı knyazlığının varlığına son qoydu.1277-ci ildə monqol orduları Əlbistan döyüşündə Baybarsın orduları tərəfindən məğlub edildi.Onu Sultan Seyfəddin Kalaun (1279-1290) əvəz etdi. Kalaun dövründə Məmlüklər  bu bölgələrdə daha da möhkəmlənmək üçün kiçik birləşmələrin də daxil olduğu ordu birlikləri yaratdı.Bunun nəticəsində məmlüklər Suriya və Fələstini monqol yürüşlərindən qoruya bildilər.  Seyfəddin sultan seçilən Xəlil üç il hökmranlığı dövündə Əkkə SUR Sayda şəhərlərini alaraq səlibçilərin Yaxin və Orta SŞərqdə hakimiyyətlərinə son qoydu.Ancaq Xəlilin ölümundün sonra ölkədə qarışiqlıq və geriləmə baş verdi.Valilər sərkərdələr baş qaldıraraq umüstəqillik elan etdiler.Sultan Əl-Nasirin dövründə Məmlük daha da zəiflədi və 1299 cu ildə Qazan xan tərəfindən məğlub edildi. [18:42, 2025-05-03] ~Gülmirə: Türk Məmlüklər bundan sonra, bir daha dirçələ bilmə-dilər və zəifləyərək digər qəl tərəfindən devrildilər.Onların yerləşdikləri bölgə Qahirə qalasında yerləşdiyi üçün hərbçilərin bu qolunu Bürc məmlükləri (1390-1517) də adlandırırlar.Məmlüklərdə dövlət quruluşu. Məmlük dövləti hərb-çilər tərəfindən idarə olunan, feodalizm istehsal üsulunun hökm sürdüyü teokratik cəmiyyət hesab olunurdu.

Bu dövlətdə hərbçilər hakimiyyətdə olsalar da teolratik qanunlar üstünlük təşkil edirdi. Bu qanunlara əsasən cəmiyyət-də baş verən bütün proseslər dini qərarlar əsasında tənzimlə-nirdi. Buraya, siyasi, iqtisadi, mədəni sahələrdə həyata keçiri-lən tədbirləri aid etmək olardı.

Məmlük dövlətində məhkəmələr də şəriət qanunları əsa-sında fəaliyyət göstərir, burada din xadimlərinin subyektivliyi əsas götürülürdü. Bu qanunlara əsasən dar ağacından asmaq, mil çəkmək, əl kəsmək kimi qanunlar daha geniş yayılmışdı.

Məmlüklərdə bir çox müsəlman dövlətlərində olduğu kimi, ölkəni sultan idarə edirdi. Sultan məmlük dövlətində qeyri məhdud hakimiyyətə malik idi. Məmlük sultani döv-lətdə digər əyan qruplarını təyin edirdi. Bu əyanlar içərisin-də əsasən hərbçilər üstün mövqeyə sahib idilər. Ona görə də Məmlük dövlətində bütün təsərrüfat sistemi hərbi vəziyyətin qanunları əsasında fəaliyyət göstərirdi.Məmlük dövlətində əhalinin böyük hissəsinin hüququ demək olar ki, yox dərəcəsində idi. Onların çox az hissəsi elm-lə məşğul ola bilirdilər. Xüsusi ilə qadınların hüquqi vəziyyəti yox dərəcəsində idi.Məmlük qanunlarına əsasən qadırılar dövlət işlərində, mədrəsələrdə və məktəblərdə çalışa bilməzdilər. Ona görə də onların böyük hissəsi təhsilsiz idilər.

Məmlük qadınlarının böyük hissəsi çadra adlı örtükdən istifadə edirdilər ki, müəyyən din xadimləri bu qanunların şə-riət qanunları əsasında tənzimləndiyini bildirirdilər. Bu amil-lər də qadın azadlıqlarının məhdudlaşdırılmasına şərait yara-dan amillərdən hesab olunurdu.

Məmlüklərdə torpaq formaları. Məmlük dövlətində feo-dal torpaq mülkiyyətinin müxtəlif növləri mövcud idi. Bunla-rın içərisində divan-dövlət, xass-sülalə, mülk-şəxsi, iqta-şərti, vəqf-dini və məvati- suvarılmayan torpaq növləri mövcud idi. Bu torpaqların əksəriyyəti xass torpaqlarına aid idi.Bu torpaqlarda kəndlilərlə yanaşı qullar da fəaliyyət gös-tərirdilər. Onlar əkilən məhsula az diqqət edir, mülkədara zi-yan vururdular.Məmlük dövlətində kəndlilərin yoxsulluğunun artması na səbəb rentanın artması ilə əlaqədar idi. Ona görə də, fəl-lahlar özlərinin torpaq sahələrinə az vaxt ayırır, əsasən feodal mülkündə çalışırdılar ki, bu da nəticədə məhsuldarlığın zəif-ləməsinə səbəb olurdu.Bu kimi amillərin təsiri nəticəsində Məmlüklər dövrün-də tez-tez üsyanlar baş verirdi.

Misal üçün 1253-cü ildə bədəvilərin üsyanı, XIV əsrin or-talarında isə Yuxarı Misirdə qiyamlar baş vermişdi.

 

 

16. Əyyubilər dövləti.

Birinci xaç yürüşündən sonra, Yaxın və Orta Şərqdə yeni dövlətlər yarandı. Bu amil xilafətə daxil olan əksər ölkələr tərəfindən laqeydliklə qarşılansa da, əraziləri zəbt edilmiş müsəlman hökmdarların ciddi qarşıdurması ilə nəticələndi. Bu qüvvələr içərisində, Mosul atabayi (1127-1146), Fatimilər və Səlcuqlar əsas mübarizə aparan tərəflər hesab olunurdu. Bunlardan Mosul atabayi Imadəddin Zəngi  xüsusi ilə fərqlənirdi. O, dini yox, siyasi məqsədləri rəhbər tuturdu. O, 1128-ci ildə Hələbi tutmuş, Hums və Dəməşqə hücumları isə uğursuz olmuşdur. Onun hücumları sayəsində Edessa qraflığı, (1144- 1146-cı illər) döyüşlər nəticəsində alınmış və qarət edilmişdi. Bu da II Səlib yürüşünə səbəb olmuşdur.  1146-cı il Zənginin ölümündən sonra dövlət oğlanları arasında bölündü. Mosul atabayinin oğlu Nurəddin isə Suriyanın böyük hissəsinə sahib olmuş, Hələbi və Dəməşqi(1154)  geri ala bilmişdi. Bu zaman Səlahəddin Əyyubi 1138-ci ildə Zəngi bin Aksunqurun yanında xidmətə başlamış qardaşı, Şirkux isə Zənginin oğlu Nurəddinin yanında xidmət etmişdi. O, boş tor- paqlarda yenidən insanların məskunlaşdırması fəaliyyətlərini həyata keçirmişdi. Nurəddin onları Misirə Fatimilər xilafətinə baş verən qiyamları yatırmağa və Qüds krali Amalrixlə döyüşlər aparmağa göndərmişdi.

 1169-cu ildə Şirkux vəfat etdi və onun yerinə Səlahəddin keçdi. Səlahəddin Əyyubinin hücumları nəticəsində, 1171-ci  ildə Fatimilər dövləti süqut etdi. Nurəddinin ölümündən sonra isə o Dəməşqi Mosul və Hələbi də özünə tabe etdi. 1173-cü ildə Səlahəddin Məkkə və Mədinə şəhərlərində Əyyubilərin hakimiyyətini bərqərar etdi. Səlahəddin dövlətinin mərkəzi Misir hesab edilirdi, o, Suriyanı öz torpaqlarına qatmaq va xaçlıları Qüdsdən qovmaq niyyətindən bir an da uzaqlaşmamışdı. Səlahəddin yürüşün müvəffəqiyyətinin təminatı üçün assasinlərlə müqavilə bağladı. Assasinlarin Suriyada möhkəmlənmiş məntəqələri var idi ki, onlar ham səlibçilərə, həm də müsəlmanlara qarşı yürüşlər təşkil edirdilər, bəzən də elə olurdu ki, şəraitdən asılı olaraq digər tərəflə bu tərəfə qarşı və ya əksinə müqavilə bağlayırdılar. Zəngi əmirlərinə və səlibçilərə qarşı mübarizə aparmaq üçün bu təhlükəli düşməni zərərsizləşdirmək zərurəti yaranırdı. XII əsrin 80-ci illərində Səlahəddin Nurəddinin ölümündən sonra yaranmış xırda əmirlikləri ləğv etdi və Suriyanı birləşdirdi. 1886-cı ildə bütün Misirin, xaçlıların tutduğu əyalətləri çıxmaqla Suriyanın digər ərazilərini və xırda Mesopotamiya əmirliklərini vahid dövlətdə birləşdirdi. Mosul hakimi isə Səlahəddinin ali hakimiyyətini tanıdığını bildirdi, xaçlılara qarşı müharibədə isə ona hərbi qüvvə və ərzaq göndərəcəyini vəd etdi. Sultan Səlahəddin Suriya və Misiri öz hakimiyyəti altında birləşdirdikdən sonra artıq o, osas vəzifəsini xaçlılara qarşı «müqəddəs müharibəyə başlaya bilərdi. Bir il ərzində Səlahəddinin ordusu xaçlılar üzərində parlaq qələbələr qazandı və xaçlılardan Təbəriyyə, Sezariyya, Xeyvə, Yaffa, Sayda, Beyrut və digər ərazilər alındı. 1187-ci ilin yayında Hittin yaxınlığında Səlahəddin xaçlıların ordularını darmadağın etdi və Qüds kralı Qvido Luzinyan da daxil olmaqla onların başçılarını da əsir aldı. Həmin il müsəlmanların əlinə Əkkə, Askalon və Qüds keçdi. 1187-ci il sentyabrın 2-də bir aylıq mühasirədən sonra Qüdsün itirilməsi «müqəddəs şəhər uğrunda mübarizəni əsas məqsəd götürən xaçlıların onu itirməsi xristian dünyasına güclü zərbə oldu. Beləliklə Qüds krallığının fəaliyyətinə son qoyuldu. 1187-ci ilin sonu üçün Tirdən başqa Qüds krallığının digər bütün ərazisi Səlahəddinin əlində cəmləşdi. Səlahəddinin Qüdsü tutması ilə xaç yürüşləri tarixində dönüş nöqtəsinin başlanğıcı qoyuldu. Qeyd edək ki, Qüdsün süqutu Avropa hakimlərini möhkəm əndişələndirmiş və III Xaç yürüşünün (1189- 1192) başlanmasına əsas vermişdir. 1191-ci ildə Səlahəddin əsas qalalardan biri olan Əkkani itirsə də, sonrakı xaç yurtlari Avropa hakimlərinə iri qələbələr qazandırmadı. Xaçlılar yalnız Fələstinin Əkkə, Sayda, Beyrut şəhərləri ilə dəniz boyu ərazisini geri qaytardılar. Fələstinin qalan hissəsi isə Qüdslə birlikdə müsəlmanların əlində qaldı. Ərazinin bu cür bölünmə şərtilə I Riçard Səlahəddinlə barışıq bağlayıb ondan Qərbi Avropa ziyarətçilərinin Qüdsə və Virleyemə xristian müqəddəs yerlərinə gəlmələrinə icazə də ala bildi. 1193-cü ildə Səlahəddin vəfat etdi və onun Misirin, Hicazın, Fələstinin, Suriyanın, Yuxar: Mesopotamiyanın ərazilərini əhatə edən dövləti övladları arasında bölündü. Hələ sağlığında ikən böyük oğlunu sultan təyin etdi və ona Dəməşq və Cənubi Suriyanı hədiyyə. Etdi, İkinci oğluna Misiri, üçüncü oğluna Hələb və Şimali Suriya, dördüncü qardaşı Adilo iso Mesopotamiya torpaqlarını verdi. Lakin bu bölgü heç də onları daha ali hakimiyat uğrunda mübarizədən çəkindirmədi. İmadəddin Əziz (1193-1198 ci illər) və Nəsrəddin Mənsurun (1198-1200-cü illər) dövründə Misir işğal olunmuş digər əyalətlərdən yenidən təcrid olundu. Ancaq, Əyyubilərin Misir qolu güclü olduğundan Səlibçilərin hücumlarına müqavimət göstərə bildilər.  Səlahəddinin qardaşı Adil Misirin hakimi qardaşı oğlu Əzizlə birləşərək 1196-cı ildə Dəməşqi tutdu. 1200-ci isə qardaşı oğlu Əziz öldükdən sonra Adil onun varislərini Nil vadisi üzərindəki hüququndan məhrum edrək həmin əraziləri də özünə birləşdirdi. 1218-ci ilə qədər ölkəni idarə edən Adil Səlahəddinin oğlan və nəvələrini özündən asılı vəziyyətə sala bildi. Adlin dövründə Əyyubilər 1208-ci il- də Əhləti, 1215-ci ildə Yəməni işğal etdilər. Ancaq Qüdsda möhkəmlənə bilmədilər. 1218-ci ildə xaçlılar əsas zərbəni Misirə yönəltdilər və Damietta qalası və limanını mühasirəyə aldılar. Bir ildən sonra Damietta süqut etdi, lakin 1221-ci ildə Adilin oğlu Malik al-Kamil (1218-1238) Damiettanı geri aldı və Misiri səlibçilərdən təmizlədi. 1229-cu ildə Kamil qarşılıqlı razılaşma əsasında Qüdslə şəhərlər arasında dar uzun zolağı və Yǝffanı səlibçilərə verdi. Kamil Kiçik Asiayanın şimalında Səlcuq hakimləri ilə mübarizə aparırdı. 1237-ci ildə əvvəllər onun qardaşına mənsub olan Dəməşq və Şimali Suriyanı tutdu. Beləliklə Əyyubi mülklərinin sərhədləri yenidən bərpa edildi. Lakin 1238-ci ildə Kamil vəfat etdi. Malik əl-Kamilin ölümündn sonra onun oğlu Salih Əyyubi dövlətini dağılmaqdan xilas etmək üçün orduya daha geniş səlahiyyət verməyə başlamış, Orta Asiyadan, monqollar tərəfindən dağıdılmış Xarəzmşah ordusundan Əyyubilər ərazisinə düşmüş türk muzdlu əsgərlərini öz ordusuna götürmüşdü. Ordu dövlətin idarəetmə strukturalarına müdaxilə etməkdən çəkinmirdi. Onun daxilində türklərdən ibarət “səlahiyyə” adlanana xüsusi qruplarla o biri əsgərlərin geniş rəqabəti başlamışdı. Ümumiyyətlə sonralar ordu türkləşmiş, onun əsasını məmlüklər təşkil etmişdi. 1249-cu ildə əs-Salih vəfat etdi və bundan istifadə edan xaçhlar Dumyatı tutmuşlar. Lakin qeyd edildiyi kimi 1250-ci ildə onların ordulan Misirdən qovulmuş və Fransa kralı, xaçlıların başçısı IX Lüdovik əsir düşmüş, sonra pul alıb, onu buraxmışlar. Əs- Salihin arvadı Şəcər ǝd-Dür oğlu Turan şahı bu vaxt Suriyada olan sonuncu Əyyubi sultanına xəbər göndərmiş və təcili Misirə qayıtmasını istəmişdir. Lakin xəbər gecikmiş və o, ordu tərəfindən öldürülmüşdür. Türk-məmlüklər Misirdə Şəcər ǝd-Dürü hökmdar elan etdilər və o, Aybǝk adlı bir türk amiri ilə izdivaca girdi. Aybək atabay titulunu qəbul etdi. 1250-ci ildə onlar ikisi də qətlə yetirildi və hakimiyyətə hərbçilər-məmlüklər yiyələndilər..

 

 

 

17.Bağdad son Abbasi xəlifələri dövründə

833-cü ildə xəlifə Məmun vəfat etdi. Ancaq xəlifəliyinin son illərində türklərdən ibarət ordu qura bildi. Məmunun qardaşı Mötəsim də türk ordularının dəstəyi sayəsində xilafətin başına keçdi. O, 836-cı ildə Samirə şəhərini tikdirdi və xilafət mərkəzini oraya köçürdü. Bununla da xilafətin 892-ci ilə qədər davam edən Samira dövrü başladı. Xəlifə Mötəsimin dövründə uzun müddət davam edən Xürrəmilər üsyanı yatırıldı. Bizans üzərinə uğurlu səfərlərə davam olundu. Dəclə çayında yeni su hövzələri, su xətləri quruldu. Müəyyən vaxtlarda daxili ziddiyyətlərin artması əyalət- lərin öz iqtisadi mənfəətlərini ön planda tutmaları, mərkəzə göndərilən gəlirlərin azalmasına yol açdı. Bu vəziyyət mərkəzi idarənin zəifləməsinə şərait yaratdı. On beşinci xəlifə Mütə midin vəkili və qardaşı Muvaffaqın tədbirli siyasəti nəticəsində xilafətin iqtisadi zəifliyinin qarşısı alındı. Ancaq Muvaffaq tezliklə vəfat etdi. Onun yerinə keçən oğlu Mutədid atasının işlərini təqib etməyə başladı. Daxildə və xaricdə bir sıra yeni müfovvəqiyyətlər əldə etdi. Ancaq, bu müvəqqəti xarakter daşıyırdı. Belə ki, sonralar daxili ziddiyyətlər çoxaldı və feodal dağınıqlığı baş verdi. Bunun nəticəsində xilafətdə müstəqil və yarımmüstəqil dövlətlər yarandı. Bu vəziyyət qısa müddətdə, xilafətin bütün bölgələrini əhatə elədi. Bu dövlətlərdən 925-ci ildə İran ərazisində meydana gələn Buveyhilar 945-ci ildə xilafətin paytaxtı Bağdadı işğal etdilər.Bundan sonra, xilafətdə yeni dövr başlandı. Buveyhilərin hakimiyyəti dövrü xilafətdə bir əsr davam eladi. Bu dövr ərzində siyasi və hərbi fəaliyyətlər Buveyhilərin nəzarətində qaldı. Digər tərəfdən Şimali Afrikada meydana gələn Fatimilar dövləti 969-cu ildə Qahirəni işğal etdi və Abbasi xəlifələrini qəbul etmədi. On birinci əsrin ortalarında Buveyhi hakimiyyəti zəifləyincə vəziyyət daha da çətinləşdi. Belə ki, Buveyhilər Bağdatda, Fatimilərin adına xütbə oxutdurdular. Bu Buveyhilərin Misir xa- lifələrini qəbul etmələri hesab oluna bilərdi ki, bu da xilafət üçün qorxulu hesab olunurdu. Bu zaman yeni meydana gələn böyük Səlcuqlu dövlətinin hökmdarı Toğrul, Bizansa qarşı döyüşlərinin ardından, 1055-ci ildə Bağdada daxil oldu və Abbasi xilafətinin qorunmasını təmin etdi. Xəlifə Əhməd bin Qaim, Toğrulu "Rukniddin" Şərqin və Qərbin hökmdarı adlandırdı. Səlcuq qüvvələri Buveyhi dövlətinə son qoydular. Fatimilərə qarşı mübarizəyə başladılar. Səlcuqlular Fatimiləri aradan qaldırmaq uğrunda mübarizə fəaliyyətlərində çalışarkən, Səlahəddin Əyyubi Misirə daxil olaraq, Fatimiləri tamamən ortadan qaldırdı. Bu dövrdə xaçlı dövlətlərinin Yaxın və Orta Şərq ərazisinə hücumları başladı. Səlcuqlar səlibçilərə qarşı mübarizə aparan ilk qüvvəyə çevrildilər. 1097-ci ildə Səlcuq dövləti ərazilərinə aid olan İzniki, Urfa bölgəsini zəbt etdilər, Yaxın və Orta Şərqda geniş işğallar həyata keçirdilər. Bununla da Səlcuqların səlibçilərə qarşı uzunmüddətli mübarizə dövrü başladı.Bu dövrdə eyni zamanda Səlcuq nəslinin nümayəndələ ri içərisində də qarşıdurma davam edirdi.Son nəticədə səlcuq nəslinin ayrı-ayrı nümayəndələri arasında gedən mübarizə, onunla nəticələndi ki, 1120-ci ilin aprelində Bağdatda sultan Səncərin və sultanlar ağası Mah- mudun adına xütbə oxunmağa başlandı. Bu dövrdə Xilafət, Azərbaycan Atabəyləri və İraq sal- cuqları arasında münasibət son dərəcə sıx olmuşdu. Səlcuqlardan asılı vəziyyətdə olan xəlifə isə sultanlığın zəifləməsindən istifadə etməyə çalışırdı.

1126-cı ilin avqustunda xəlifə Əl-Müştərşid Mahmudun qardaşları ilə mübarizəyə başının qarışmasından istifadə edərək, vəziri ibn Saadak və başqa yaxın adamlarının məsləhəti ilə sultanın canişinini Bağdaddan kənarlaşdırdı. Bundan hiddətlənən sultan Mahmud Bağdada qarşı hücuma keçdi. Lakin xəlifənin hər hansı müqaviməti ilə qarşılaşmadı. Bu vəziyyət və xəlifənin diplomatik gedişi, nəticə etibarı ilə sultanla xəlifə arasında sultan Səncərə qarşı ittifaqa gətirib çıxardı. Ancaq buna baxmayaraq, xəlifə Müştərid Səlcuq sultanlarının başlarının qarışmasından istifadə edib, özlərinin dini hakimiyyətləri ilə yanaşı, dünyəvi idarəçiliklərini də qaytarmaq istayirdi. Əl- Müşləridin ziddiyyətli siyasət aparması, Ismaililər tərəfindən dayandırıldı. 1135-ci ildə Ismaililər xəlifə Əl- Müştəridə hücum edib onu öldürdülər. Müştəriddən sonra, 7 sentyabr 1135-ci ildə oğlu Ər Rəşid Bağdatda xəlifə seçildi. Lakin o da atasının talehini yaşadı. 6 iyun 1138-ci ildə Xəlifə ər Rəşid də İsfahanda ismaililər tərəfindən öldürüldü. Beləliklə 18 avqust 1136-ci ildə əl-Müqtəfi xəlifə seçildi. Xəlifə Əl-Müqtəfinin dövründə daxili ziddiyyətlər daha da çoxaldı. Səlcuq şahzadələri arasında yenidən mübarizə qızışdı. Bu zaman, 1161-ci ildə xəlifə ǝl Müqtəfi vəfat etdi. Müqtəfinin oğlu əl Müstancid yeni xəlifə seçildi. Yeni xəlifə Səlcuqlara qarşı etimadsızlıq göstərdi. Ancaq Səlcuq sultanı Süleyman şah xəlifənin bu addımını diqqətə almadı. Bu vəziyyət Süleymana qarşı qəsdin hazırlanmasına gətirib çıxardı. 1160-cı ildə onu Həmədan qalasına həbs etdilər və 1161-ci ildə qətlə yetirdilər. Bu zaman. Abbasilər xilafətinin Səlcuqlar tərəfindən himayə olunmasına, xəlifə an Nasirin dövründə, yani 1194-cü ildə III Toğrulun öldürülməsindən sonra son qoyuldu. Xəlifə Ən Nasir yalnız Ərəb İraqından va Xuzestandan ibarət olan torpaqlarını genişlətmək və xilafətin beynəlxalq təsirini gücləndirməkdə xüsusi fəallıq göstərirdi. O, Xarəzmşah Tekeşə Əcam Iraqi uğrunda Səlcuq sultanı ilə müharibəyə girməyi məsləhət edirdi. Ancaq, bu ərazi Xarəzmşah qoşunları (1194-cü ildə) tərəfindən zəbt ediləndə məlum oldu ki, sultan Tekeş işğal olunmuş əraziləri xəlifəyə vermək niyyətində deyil. O, da onun varisi olan Xarəzmşah Məhəmməd də (1200- 1220) ərəb Iraqi ərazisini tutmaq arzusunda olmuş, xəlifəni siyasi hakimiyyətdən məhrum etməyə və onu yenə də dini hakimiyyətdə saxlamaq qərarına gəlmişdilər. Xarəzmşah 1217-ci ildə xəlifəyə qarşı ordu göndərməyi planlaşdırsada, qış şərtləri ona imkan verməmişdi. Bundan sonrakı dövrdə isə Monqol hücumları nəticəsində 1218-1231- ci illərdə Xarəzmşahlar süquta uğramışdı. Xarəzmşahların ərazisi monqollar tərəfindən işğal edildikdən sonra, 1220-1222-ci illərdə onlar İran ərazisinə daxil oldular. 1231-1239-cu illərdə İran arazisi, monqollar tərəfindən zəbt edildi. Xəlifə əl-Müstansir (1226-1242-ci illər) dövründə monqollar Yaxın və Orta Şərq ərazilərinin böyük hissəsini işğal etdilər. Xəlifə Mustasimin (1242-1258-ci illər) dövründə monqollar Bağdad xilafətinə hücuma başladılar. Bu zaman, xəlifə Mustasimin iki məsləhətçisi, vəzir ibn Alkami və sərkərdə Aybəy, bununla bərabər hərbçi sərkərdələr bu vəziyyəti müzakirə edirdilər. Vəzir məsləhət bilirdi ki, xəlifə Hülakü xana kontribusiya göndərməklə, onun ali hakimiyyətini qəbul etsin, hərbçilər isə döyüş təklif edirdilər. Bu vəziyyətdə Bağdatda iğtişaş baş verdi. Aybəy bu  vəziyyətdən istifadə edib, xəlifəni devirmək istədi. Onun yerine Abbasilarin digər nümayəndəsini hakimiyyətə gətirmək niyyətinə düşdü. Lakin, Xəlifə Mustasim Aybəylə barışdıqdan sonra, silahlı müqavimət göstərməyi qəbul etdi. 1258-ci ilin yanvarında Hülakü xan və onun ordusu Bağdada yaxınlaşdılar. Fevralın 4-də monqollar şəhərin şərq divarlarını ələ keçirir, fevralın 10-da şəhərə daxil oldular və xəlifə Mustasim qeyd şərtsiz təslim oldu. Onu gizli xəlifə xəzinəsinin yerini göstərməyə məcbur etdilər. Sonra isə o, bütün Abbasilar sülaləsinin kişiləri ilə birgə edam olundu. Aybəyi və xəlifəyə müqaviməti məsləhət bilən digər məmurlar da qətlə yetirildilər. Vəzir ibn-al Alkam Nestorian patriarxi və monqollara tabe olmağın başqa tərəfdarları Hüla- kü xan tərəfindən mükafatlandırıldılar. Bağdadla bərabər monqollar Vasiq şəhərini tutdular. Bəsrə şəhəri könüllü təslim oldu. Beləliklə Ərəb Iraqi Bağdad- la birlikdə Elxani Hülakülər dövlətinin tərkibinə daxil oldu.

 

 

 

 

 

18. Elxanilər dövləti

Hülakülər dövləti (1258-1357): Hülakünün 1256-1258-ci illər işğalları nəticəsində Yaxın və Orta Şərq ərazisində yeni dövlət birliyi quruldu.

Bu dövlətin sərhədləri Misirdən Amudəryaya, Hörmüz körfəzindən Dərbəndə, Qızıl Ordu dövlətinin sərhədlərinə qədər əraziləri əhatə edirdi. 1258-ci ildə Hülakü tərəfindən qurulan bu dövlətin paytaxtı Marağa, Abaqa xanın zamanın- da (1265-1282) Təbriz, Olcaytunun (1314-1316) dövründə isə Sultaniyyə şəhəri oldu. Hülakünün dövründə, Çingiz xanın bölgüsündə Cuci ulusuna birləşdirilməli olan Qafqaz ölkələri də yeni qurulan ulusa tabe edildi.

Siyasi xəritədə baş verən bu dəyişikliklər Cuci və Hülakü ulusları arasında qarşıdurmaya səbəb oldu. Bunun nəticəsində Hülakülər dövləti, XIII əsrdə bir neçə dəfə 1263, 1288, 1290-cı il- lərdə Qızıl Ordanın hücumlarına məruz qaldı. Ancaq bütün hü- cumların qarşısı alındı.

Bununla eyni dövrdə Hülakü ordusu Yaxın və Orta Şərq ölkələrində hücumlarını davam etdirdi. Bunun nəticəsində 1260-cı ildə Hələb və Dəməşq bölgǝləri istila edildi. Ancaq, Hülakülər Suriyada tamamilə irəliləyə bilmədilər. Misir məmlükləri, Hülakülərin irəliləməsinin qarşısını aldılar. Eyni zamanda, İran və İraq ərazisində, Suriyada, müstə- qil fəaliyyət göstərən hakimlərin Hülakü xana (1256-1265) qarşı üsyanları baş verdi. Misal üçün Mosul ataboyi Bədrəddin Lu- lu (1233-1259) Hülakünün işğalları dövründə onun etimadını qazana bildi. Ancaq o, vəfat etdikdən sonra, oğlanları Məmlük sultanlığının tərəfini tutdular. Ona görə Hülakü Mosula hü- cum etdi və 1262-ci ildə buranı işğal etdi.

Digər hakim, Fars ataboyi Kazuran üsyan qaldırdığına göra mongol orduları tərəfindən 1264-də qətlə yetirildi və s. Hülakü xan güclü hərbi hissələrin köməyi ilə vilayətlər- də bir çox hakimləri mərkəzi hakimiyyətə tabe etdi. O, tezliklə iqtisadi cəhətdən qüvvətlənmiş və mərkəzləşdirilmiş dövlət yarada bildi. Onun hakimiyyəti dövründə Hülakülər dövləti öz qüdrətinin ən yüksək səviyyəsinə çatdı.

1265-ci ildə Hülakünün elxan titulu qəbul etməsi ilə bu dövlət Elxanilər də adlanmağa başladı. Hülakünün vəfatından sonra yerinə oğlu Abaqa xan (1265-1282) keçdi. Abaqa xan atasının işlərini davam etdir- di. Onun dövründə tək allahlı dinlərin nümayəndələri olan xristian və müsəlmanlarla əlaqələr genişləndirildi. Digər dinlərin nümayəndələri də dinclik şəraitində fəaliyyət gös tərməyə başladılar.

Abaqa Elxanilər dövlətinin şərqində yerləşən Mərv və Nişapuru 1269-1270-ci illərdə istila etdi. 1271-ci ildə Hələb El- xanilər dövlətinin nəzarətinə keçdi. O, qərb istiqamətində də hücumlarını davam etdirdi. Bu bölgədə onun əsas rəqibi Məmlük sultaru, Baybars hesab olunurdu. Baybars 1277-ci ildə Hülakülərin nəzarətində olan Səlcuq torpaqlarına hücum edərək, burada olan monqol ordu- sunu məğlub etmişdi. Ona görə Abaqa Avropa hökmdarları ilo Baybarsa qarşı ittifaq müqaviləsi imzalamağa qərar verdi. Bununla əlaqədar olaraq ingilis kralı I Edvarda, Aralıq dəni- zi ətrafında yerləşən bir neçə ölkələrin hökmdarlarına, ittifaq müqaviləsi imzalamaq barədə məktublar yazsada ciddi uğur əldə edə bilmədi. Ona görə 1281-ci ildə Abaqa Suriya üzərinə yenidən yürüş təşkil etdi. Ancaq ciddi uğur əldə edə bilmədi və geri çəkilməyə məcbur oldu. Bu məğlubiyyətdən az sonra, 1 iyun 1282-ci ildə Abaqa xan vəfat etdi. Onu qardaşı Əhməd xan (1282-1284) əvəz etdi. Əhməd xanın daxili siyasətində ən uğurlu iş İslam dinini qəbul etməsi oldu. Belə ki, yerli əhali- nin böyük hissasi müsəlman olduğundan İslam dininin qəbul olunması onun nüfuzunun artmasına şərait yaratdı.

Əhməd hələ kiçik yaşlarından hakimiyyətə gəldikdə İslam dinini qəbul edəcəyini bildirmişdi. Həqiqətən də Əhməd ilk Elxani hökmdarı olaraq, qəbilə dinlərindən imtina edib İslam dinini qəbul etdi. Onun bu ad- dimi monqol feodalları tərəfindən etirazla qarşılandı. Bu zaman əksər feodallar Abaqarın oğlu Xorasan haki- mi Arqunun ətrafında toplaşdılar. Bu şəraitdə 10 avqust 1284- cü ildə Əhməd xana sui qasd edildi. Ertəsi gün Arqun (1284- 1291) yeni xan seçildi. Arqun Hülakülər dövlətində İslamın yayılmasını dayandırdı..Onun dövründə feodal çəkişmələri genişləndi. Bununla yanaşı xarici hücumlar daha da çoxaldı. Arqun xanın dövründə 1288, 1290-cı illərdə Qızıl Orda xanları Hülakü dövlətinə yeni- dan yürüşlər etdilər.Arqun xanın ölümündən sonra, isə 1291-ci ildə yeni el- xanın seçilməsi uğrunda çəkişmə başlandı. Abaqa xanın oğlu Keyxatu xan (1291-1295) feodal müharibələrindən qalib çıxdı və elxan oldu. O, xan olana qədər Səlcuqlu torpaqlarında va- lilik etmişdi.

Ancaq, o vaxtının çox hissəsini ziyadə kənar əyləncəyə sərf edirdi. Ona görə də dövlət işləri ilə az maraqlanırdı. Bu amildən bəzi feodallar faydalanmağa can atdılar.

Keyxatu xan hakimiyyətə gəldiyi ilk anlardan feodal qruplarının əlində oyuncağa çevrildi. Mərkəzi dövlət aparatı zəiflədi və kənar qüvvələrə qarşı mübarizə aparmaq iqtidarını itirdi. Keyxatu xanın hakimiyyəti dövründə Hülakü dövlətin- də pul böhranı baş verdi. Böhranı aradan qaldırmaq üçün, Hü- lakü Çində hakimiyyətdə olan Xubilay xaqanın nümunəsində gördüyü, "Çao" adlı kağız pul buraxdı. İlk kağız pul buraxılışı 12 sentyabr Təbrizdə çap edildi. Ancaq tacirlərin və əsnafların etirazı nəticəsində çao-nun tədavülü dayandırıldı.

Keyxatu bir qrup Moğol ǝyanları tərəfindən 21 iyun 1295- ci ildə Muğandakı çadırında qətlə yetirildi. "Qanı yerə axma- sın deyə yay kirişi ilə boğuldu. Onun yerinə Hülakünün digər nəvəsi, onun qardaşı oğlu Baydu keçdi. Baydu xan (1295-ci il) bir neçə ay hökmranlıq etdikdən sonra, taxt-tacdan məhrum edildi. Bundan sonra Hülakülər dövlətinin ən qüdrətli hökm- darı Qazan xan (1295-1304) hakimiyyət səltənətinə sahib oldu. 1295-ci ildə Qarabağda padşah elan olunmuş, Qazan xan mül- kü feodallarla əlaqəni möhkəmləndirmək üçün İslam dinini qəbul etdi. Onun bu addımı köçəri əyanları Qazan xana qarşı sui-qəsd və qiyama sövq etdi. Qazan xan əvvəlcə Aranda Ars- lanoğlunun, sonra isə Azərbaycanın şimalında Taycuoğlunun qiyamlarını yatırdı və mərkəzi hakimiyyəti gücləndirdi.

İslam dinini qəbul etməklə yerli əhalinin dəstəyini qaza- nan Qazan xan hakimiyyətinin ilk illərində ətrafındakı feodal- ların istəklərinə uyğun şəkildə davransada sonradan, əhalinindəstəyini qazanaraq bir sıra islahatlar keçirdi. Bu islahatların asas məqsədi dövlət xəzinəsinə gəlirlərin mütəmadi axınını tə- min etmək, bu sahədə monqol əyanlarının özbaşınalığına son qoymaq və sıravi monqollara torpaq sahələri verməklə onların yaşayışı üçün şorait yaratmaq məqsədi güdürdü. Qazan xanın islahatlarımın həyata keçirilməsində vəzir, tarixçi alim, həkim Fəzlullah Rəşidəddinin rolu böyük olmuşdu.

 

 

19. Osmanlı dövlətinin yaranması

Osmanlı imperatorluğunun qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Çingiz xanın Mərkəzi Asiyaya yürüşü ilə əlaqədar 70 min nəfərə yaxın oğuz türkü Anadoluya köçmüşdü. Ərtorğrul 1231-ci ildə qayı tayfasını Ankara sərhədlərinə gətirmiş və səlcuq sultanından Söydlü qəsəbəsini və Domançı yaylağını iqta olaraq almışdı. Bunun müqabilində qayılar Bizansla olan sərhədləri qorumalı idilər. Ərtoğrul bəy 1289-cu ildə vəfat etdikdən sonra, oğlu Osman bəy qayıların başçısı oldu. Əmisi Dündar bəy ona qarşı çıxsa da, Osman Qazi qalib gəldi və öz sərhədlərini genişləndirməyə başladı.Əskişəhər-İraq yolunu ələ keçirməklə osmanlılar Konya sultanlığının varlığına son qoydular və 1299-cu ildə öz dövlətlərini yaratdılar. Osman bəy türk qəbilə başçısı Şeyx Ədəbalının qızı ilə evlənərək, türk bəyləri içərisində öz nüfuzunu daha da möhkəmləndirdi. Türk qoşunları 1314-cü ildə Bursanı mühasirəyə aldılar. Orxan Qazinin başçılıq etdiyi 12 illik mühasirədən sonra, qalanı 1326-cı ildə tutmaq mümkün oldu. Bu şəhər 1329-cu ildə Osmanlı dövlətinin paytaxtı oldu. Osman Qazidən sonra hakimiyyətə gələn Orxan Qazi (1326-1362) dövlət quruculuğu işləri ilə də məşğul olmağa başladı, hakimiyyət orqanlarını və onların vəzifələrini müəyyənləşdirdi. Ölkə vilayətlərə və dairələr bölündü. Orxan Qazinin ən böyük arzularından biri də mühüm iqtisadi və strateji əhəmiyyətli Konstantinopolu ələ keçirmək idi. Bunun üçün ilk növbədə Nikeya şəhərini tutmaq lazım gəlirdi. 1329-cu ildə baş vermiş Maltəpə döyüşündə Bizans ordusu darmadağın edildi. Nikeya şəhəri təslim oldu. Orxan Qazinin əmri ilə burada bərpa işləri aparıldı, kilsələr məscidlərə çevrildi, saraylar və mədrəsələr inşa olundu. Şəhərin adı dəyişdirilərək İznik adlandırıldı. Bununla da Bizans Anadoludakı güclü dayaqlarından birini itirdi. İznikin idarəsi şahzadə Süleyman paşaya tapşırıldı. 1337-ci ildə Nikomediya şəhəri də Osmanlı dövlətinin tərkibinə qatıldı. Orxan qazi Nikomediyaya çoxlu türk ailələri köçürtdü. Bu şəhər isə İzmit adlandırıldı. Osmanı dövlətinin sərhədləri Konstantinopola qədər genişləndi və Egey dənizi sahillərinə qədər olan əraziosmanlıların nəzarəti altına keçdi. XIV əsrin 30-cu illərində Bizansda güclü daxili çəkişmələr başladı. İmperator kömək üçün osmanlılara müraciət etməyə məcbur oldu. Şahzadə Süleyman paşa qiyamçı serbləri darmadağın etdi və əlverişli şəraitdən istifadə edərək 1354-cü ildə Gelibolunu və ətrafdakı Bizans qalalarını ələ keçirtdi. Türklər fəth etdikləri yerlərin əhalisi ilə yaxşı rəftar edir, eyni zamanda buraya çoxlu türk ailəsi də köçürürdülər. Süleyman paşanın bu qələbəsi nəticəsində türklər Balkanlarda əlverişli strateji mövqe qazandılar.

Osmanlının  qısa bir müddətdə ərazilərini genişlədib qüdrətli bir dövlətə çevrilməsinin təmin edən amillər: Mərkəzçi bir dövlət anlayışına anlayışa sahib olması                                                                           (digər Türk dövlətlərindən fərqli olaraq, ölkə sülalə üzvləri arasında bölünməmişdir) Bir uc bəyliyi olması  O dövürdə Bizansın, Balkanların və Anadolunun qarışıqlıq içində olması, Avropada feoadal dağınıqlığın hökm sürməsi, İngiltərə və Fransa arasında sürən yüz illik müharibə ( 1337-1453) və s. Şərqdən davamlı şəkildə gələn türkmən köçləri sayəsində həm nüfus sayını , həm də hərbi gücünü artırması Osmanlıda dövlət adamlarının bacarıqlı olması Fəth edilen topraklarda iskan siyasətini həyata keçirmələri. Bu iskan siyasəti nəticəsində çox sayda  türkmən ailələri bu ərazilərə  yerleştirilmiş ve fəth edilən torpaqlar Türkləşdirilməyə çalışılmışdır.

Anadoludakı diyər türk bəyliklərinə görə Osmanlının ən böyük üstünlüyü onun Bizans torpaqlarına sərhəd ərazilərdə yerləşməsi idi. Rumelinin və Trakyanın zənginliklərinə sahib olmaq, Osmanlıya  imperatorluq yolunu da açmışdır. Təbii ki, burada Bizansda taxt-tac uğrunda gedən daxili mübarizəni də göz ardı etməmək lazımdır.  Emre Konqara görə, Osmanlının Trakya bölgəsinə yerləşməsinə Bizans özü katkıda bulunmuşdur. Bizansda o dövürdə Yuannis Paleoloq və  Yuannis Kantakuzen adlı iki əsilzadə arasında imperatoqluq taxtı uğrunda mübarizə gedirdi. Kantakuzen , Orxan Qazidən yardım istəyir.Orxan bəy də qızı Theodora ilə evlənmək müqabilində Kantakuzenə yardım edir. ( 1346)

Ümumiyyətlə Orxan Qazi , “ xənədanlıqlar arasında evlilik siyasəti”ndən daha əvvəldə istifadə etmiş, xristitan olan Yarhisar tekfurunun ( vali ) qızı Holofira ( Nilufər Hatun ) ilə izdivac quraraq , nüfuzunu xristiyan ərazilərində artırmaya Çalışmışdı. Orxanın sayəsində imperatorluq taxtına əyləşən Kantakuzen, serb və bolqar hücumlarına qarşı da kürəkəninin yardımından istifadə etmişdi. Orxan bəy, bu yardım qarşılığında isə, Geliboludakı Çimpe qalasına sahib olmuş və Rumelinin fəthinə gedən yol açılmışdır.( 1352)

Orxan qazinin dövründə dövlət idarəsində,hərbi,ticarət,iqtisadiyyat sahələrində  islahatlar həyata keçirmişdi.İlk dəfə vəzirlik təşkilatı qurulmuşdu.Qardaşı Əliəddin bəy Osmanlı  bəy Osmanlı tarixində ilk vəzirlik vəzifəsini yerine yetiren şəxs  olaraq tarixə keçmişdir.Divan təşkilatı,vəqf sistemi və ədliyyə təşkilatı qurulmuşdur.Sancaqlara qazılar təyin olunmuşdur.Donanma yaradılmağa başlamışdır.Ordunu ilk dəfə nizami şəkildə yenidən qurmuşdu.Orxan qazi 1324 də öz adına gümüş sikkə kəsdirib.Osmanlıların ən qədim ticarət qanunu olan 21 maddəlik ilk İhtisab Qanununu qəbul etdi.

 

 

20. Ərəb ölkələri Osmanlı hakimiyyəti altında

1504- cü ildə II Bəyazid Şah İsmayılı dövlət başçısı olaraq tanımışdır. Ancaq, çox tezliklə Osmanlı və Səfəvi dövlətləri arasında ziddiyyətlər meydana çıxdı. Buna da səbəb Səfəvi şeyxlərinin Anadoluda təriqətçilik təbliğatına başlaması idi. Bu zaman Şiǝlik Osmanlı dövləti üçün daxili təhlükəyə çevrilmişdi. Çünki, şiəlik Anadolunun Səfəvi mülklərilə sərhəd olan Şərq vilayətlərində geniş inkişaf zəmini tapmışdı.

Sultan I Səlim (1512-1520) taxta çıxan zaman I Şah İsmayılın göstərişi ilə sərkərdə Məhəmməd xan Ustaclı, I Səlimə təhqiramiz məktub yazdı. Sultan I Səlim taxta çıxan kimi qonşu, Avropa və Asiya dövlətlərinin başçıları onu tanımaq üçün öz səfirlərini göndərəndə bu qonaqlar içərisində qızılbaş nümayəndələrinin olmaması da Sultan I Səlimə çox pis təsir etdi. I Səlim Səfəvi dövlətinə qarşı hücumunu qətiləşdirdi. Onun əmri ilə 1512-ci ildə Anadoluda yaşayan şiələrə divan tutuldu. Osmanlı ordusu 1514-cü ilin martında Səfəvilərə qarşı hərəkətə başladı. Nəhayət 1514-cü il Çaldıran düzündə bir kökdən olub, bir dildə danışan ordular qarşılaşdı. Dövrünün odlu silahına və ağır artileriyasına malik olan Osmanlı ordusunun üstünlüyü ilə başlanan bu döyüşdə Səfəvi qoşunları ağır məğlubiyyətə uğradılar. Osmanlılar Ərzurum şəhəri ilə birlikdə Cənub şərqi Anadolu və Şimali Mesopotomiyanı, Ərzincanı ələ keçirdilər, Diyarbəkir təslim oldu. 1516’cı ilin əvvəli osmanlılar Qoçhisar döyüşündə Səfəviləri məğlub etdilər. Nəticədə Xarput və Bitlisdən Rakkiyə qədər, cənubda isə Mosul Osmanlıların əlinə keçdi.

XVI əsrin əvvəllərində Məmlük hakimlərinin Osmanlı – Səfəvi münasibətlərinin korlanmasında maraqlı olmaları yenidən məmlüklərlə sultan hakimiyyətinin qarşıdurmasına səbəb oldu. Çaldıran döyüşündən təxminən 7-8 ay sonra 1515-də Qahirəyə osmanlıların məmlüklər üzərinə yürüşə hazırlaşması xəbəri gəldi. Osmanlılar bu yürüşün məqsədinin yerli əhalini zülmkarlardan azad etmək və həmçinin müsəlmanları xarici düşmənlərdən qorumaq olduğunu bildirirdilər. 1516-cı ildə türklər və məmlüklər arasında döyüş baş verdi. Döyüşdə türklər qələbə qazandılar. I Səlim alqış sədaları altında digər Suriya şəhərləri də daxil olmaqla Hələbə daxil oldu. Ertəsi gün cümə namazında I Səlim iki müqəddəs şəhərin xadimi elan edildi. Bu titulu əvvəllər Məmlük sultanları daşıyırdılar.  Osmanlı orduları Suriya və Fələstini fəth edərək Qahirəyə doğru yönlənməyə başladılar. 1517-ci ildə Osmanlı orduları Qahirəyə daxil oldular. Beləliklə Osmanlı imperiyası Suriyanı, Fələstini, Livanı və Misiri fəth etdi. Misirə məxsus Ərəbistan yarımadasında yerləşən və müsəlmanların müqəddəs şəhərləri Məkkə və Mədinə ilə birlikdə Hicaz da Osmanlıların hakimiyyəti altına keçdi. Sonuncu Abbasi xəlifəsi isə sultan Səlimi böyük hörmətlə qarşıladı. O, bütün xəlifəlik hüquqlarının Səlimə keçdiyini bəyan etdi. I Səlim osmanlılardan olan ilk, müsəlman xəlifələrindən yetmiş dördüncüsü oldu.

Bununla eyni vaxtda, 1516-cı ildə türk donanması ispan donanmasını dağıtmış Əlcəzair sahillərinə və bir çox başqa yerlərə sahib olmuşdu. Birləşmiş türk qüvvələri Afrikanın Məğrib bölgəsində möhkəmlənərək Şimali Afrikanın bir hissəsinin də sahibi oldular. Osmanlı dövlətinin yaxın Şərqdə və Balkan yarımadasındakı fəthləri nəticəsində Osmanlıların ərazisi ikiqat böyüdü. Sultan I Səlim Yavuz 1520-ci il Rodos səfərinə gedərkən yolda öldü. Ondan sonra şərq siyasətini davam etdirən Sultan I Süleyman 1538-ci ildə Ədən, 1546-cı ildə Yəmən, 1551-ci ildə Tripoli, 1574-cü ildə Tunis ərazilərini Osmanlı imperiyasına birləşdirdi.

 

 

21. I Şah Abbasın daxili və xarici siyasəti

Şah I Abbas(1587-1629) hakimiyyətə gəldiyi zaman Səfəvilər dövlətinin ərazisinin böyük hissəsi Osmanlıların nəzarəti altında idi. Şimalda Şeybanilər Xorasanı, cənubda isə Portuqaliyalılar Hörmüz limanını tutmuşdular. Daxildə isə feodal özbaşınalığa adi hal almışdı. Məhz bu şəraitdə Şah Abbasın ilk işi osmanlılarla münasibətləri qaydaya salmaqdan ibarət oldu. 1590-cı ildə Səfəvilər Osmanlı imperiyası ilə  İstanbul sülh müqaviləsini imzaladılarMüqaviləyə əsasən  Azərbaycanın təqribən bütün ərazisini (Talış, Zəncan, Xalxal və Ərdəbil istisna olmaqla) Osmanlı imperiyasına verməyə məcbur oldu.

Daxili siyasət. Osmanlı ilə sülhdən sonra, Şah Abbas ölkədəki vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra islahatlar həyata keçirdi.

Hərbi sahədə islahat. Qızılbaşların tək başına silah gəzdirmək hüququ ləğv edildi. Ilk olaraq qızılbaş süvari dəstələri yenidən təşkil edildi. Bütün tayfalardan cəlb edilməklə qoşunda komplektləşdirmə həyata keçirildi Əsasən müsəlmanlığı qəbul edən erməni, gürcü, çərkəz gənclərindən xüsusi qvardiya-qulamlar təşkil edildi.  Xüsusi silahı ilə ölkənin müxtəlif yerlərindən toplanan tüfəngçilər dəstəsi təşkil olundu. Bundan əlavə xüsusi topçular dəstəsi yaradıldı . Beləliklə şah Abbas bilavasitə mərkəzi hakimiyyətə tabe olan 44 min nəfərlik güclü nizami ordu (Şah qvardiyası) yaratdı. Səfəvilərin hərbi qüvvələrinin sayı 116 min nəfərə çatdırıldı.

İnzibati islahat. Azərbaycanda Osmanlı idarəetmə sistemi tətbiq olundu. Ölkə paşalıqlara və sancaqlıqlara bölündü.  1598-ci ildə paytaxt Qəzvindən İsfahana köçürüldü. Orada Abbasabad məhəlləsi salındı. İnzibati islahatlar nəticəsində iri torpaq sahələrinin ələ keçirilməsi hesabına şahın şəxsi torpaqları xeyli genişləndi.

Maliyyə sahəsində islahat. Şah Abbas dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə yüksək dövlət vəzifələrinə təyin edilən şəxslərdən "peska" adı ilə xəzinəyə müəyyən məbləğ vermələrini tələb etdi. Baş vəzir təyin olunan Hatəm bəy Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Iqtisadi və maliyyə tədbirlərinin həyata keçirilməsi ilə dövlətin xəzinəsi zənginləşdi.  

Islahatlar nəticəsində Şah Abbas Səfəvi dövlətinin keçmiş qüdrətini bərpa edə bildi. Dövlətin daxilində siyasi sabitlik bərpa edildi. O, mərkəzi aparatı və mülki bürokratiyanı möhkəmləndirdi. I Şah Abbas İran xalqının bir sıra adət və ənənələrini bərpa edərək, tanınmış nəsilləri himayə etməyə başladı, onları yüksək dövlət vəzifələrinə irəli çəkdi.  Şah Abbas öz islahatları ilə Azərbaycan əyanlarının nüfuzunu məhdudlaşdırdı.

Xarici siyasət

XVI əsrin sonunda isə Şah Abbas fəal xarici siyasət yeritməyə başladı. Xarici siyasət sahəsində Səfəvi dövlətinin qarşısında üç vacib məsələ dururdu:

1) Şimali-şərqdə Xorasanı Şeybanilərdən geri almaq

2) Osmanlılardan itirilmiş əraziləri geri almaq

3) Iran körfəzində Portuqaliyanın hegemonluğuna son qoymaq və Hind okeanına çıxış əldə etmək.

 Şah Abbas ilk olaraq 1599-cu ildə Şeybanilərə zərbə vurmaqla, Xorasanı yenidən Səfəvilər dövlətinin tərkibinə qaytardı. Öz təsirini Mavərənnəhrə yaydı.

Bundan sonra o, Osmanlı imperiyası ilə yeni müharibəyə hazırlaşmağa başladı. Bu zaman Osmanlı imperiyası iqtisadi tənəzzül və siyasi iğtişaşlar dövrü keçirirdi. Əlverişli şəraitdən istifadə edən Şah Abbas 1603-cü il oktyabrın 21-də Təbrizə daxil oldu. Bundan sonra Osmanlı ordusunu məğlub edərək Cənubi Azərbaycanı tutdu və Arazın şimalına doğru irəlilədi. Culfa və Naxçıvan döyüşsüz tutuldu. Şah Abbas 1604-cü il iyunun 8-də İrəvan qalasını aldı. 1605-ci ilin yazında Şirvanın böyük hissəsi birləşmiş Səfəvi və gürcü qoşunları tərəfindən zəbt edildi. Ardınca Şərqi Gürcüstan ərazisi də Səfəvilərə birləşdirildi Osmanlı Sultanı I Əhməd baş komandan Murad paşanın başçılığa ilə türk qoşununu Səfəvilər üzərinə göndərdi. Van yaxanlığında Şah Abbası məğlub edilərək  yenidən Təbrizi ələ keçirildi. Şah Abbas Murad paşaya barış təklif etdi. Qərbə qarşı daha çox qüvvə ayırmaq məqsədi ilə Şərqdə barışıq əldə etmək Osmanlılar üçün vacib idi. Ümumi razılaşmadan sonra Nǝhayət 1612-ci il oktyabrında Sərab şəhərində Osmanlı ilə müqavilə bağlandı. Müqavilənin şərtlərinə görə:

1) Qanuni Sultan Süleyman ilə Şah Təhmasib arasında bağlanan Amasya müqaviləsində (1555) nəzərdə tutulan sərhəd eyni ilə qəbul edildi. Dağıstan, Şimali Qafqaz və Qərbi Gürcüstan Osmanlılara, Qərbi İran, İrəvan Azərbaycanın Şimal hissəsi ilə birgə Naxçıvan və Qarabağ Səfəvilərə verildi

2) İranda sünni böyüklərinə qarşı küfr edilməməli idi

 3) Şiə hacılar Həccə getmək üçün Bağdad-Bəsrə yolu ilə deyil, Hələb-Şam yolu ilə getməli idi.

Bundan əlavə Səfəvilər hər il 200 min xarvar (60 min ton) xam ipək verməli idilər.

Ancaq Səfəvilərlə-Osmanlılar arasında sülh uzun müddətli olmadı. Şah Abbas Sərab sülhünün şərtlərini pozaraq Gürcüstanı zəbt etdi və Osmanlı sərhədlərində bir sıra qalaları yıxdı. Bundan sonra, I Əhməd 1616-cı ildə Hələbdən İrəvan istiqamətində hərəkət edərək İrəvanı və Naxçıvanı ələ keçirdi. Türk qoşunlarının baş komandanı Xəlil paşa Təbriz üzərinə hücuma hazırlaşdı. Bundan xəbər tutan Şah Abbas Təbrizi və Ərdəbili boşaltdırdı. Daha sonra Sınıq körpü bölgəsində rəqiblər  üz-üzə gəldi. Səfəvilər bu döyüşdə zəfər qazandılar. Bundan sonra 1618-ci il iyulun 25-də Mərənd sülhü imzalandı. Mǝrǝnd sülhü İstanbul müqaviləsini bir daha təsdiqlədi.  Mǝrǝnd sülhü tezliklə Səfəvilər tərəfindən pozuldu. Demək olar ki, buna şərait yaradan amillər XVII əsrin 20-ci illərində Osmanlı imperiyasının daxilində baş verən hərc mərcliyin davam etməsi şərait yaratdı. Şah Abbas 1623-cü ildə Osmanlı dövləti ilə yeni müharibəyə başlayaraq, Bağdad, Ərəb Iraq, Nəcəf və Kərbəlanı, həmçinin Cəzirə bölgəsini tutdu.

Digər istiqamətdə 1620-ci ildə isə Şah Abbasın qoşunlarının və Ost-Hind kompaniyası donanmasının birgə səyləri nəticəsində portuqalları Hörmüz limanından çıxardılar.

 

 

 

22. Mahmud Qəznəvinin daxili və xarici siyasəti

Xarici siyasət.Subuqtəkin öləndən sonra oğlu Sultan Mahmud Qəznəvi (998-1030) hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı. Gənc yaşlarında atasının iştirak etdiyi döyüşlərdə vuruşan Mahmud 997-cu ildə sultan elan olundu. O, Samanilərin əlində olan Buxara, Xorasan, Herat, Bəlx və Kabili tutdu. Tanınmış alim Əbu Hamid İsfahanini Bağdada göndərdi. 991-1030-cu illərdə xəlifəlik etmiş Əl-Qədir Qəznəli Mahmudun elçisini məmnuniyətlə qarşıladı. Xəlifə yeni hökmdara tac və bayraq göndərdi. Mahmud Qəznəviyə xəlifə tərəfindən “yəminüd-dövlə”, “vəli əmirü’lmüminin” və “əmirülmillə” adlarını verdi. Göndərilənləri qəbul edən Sultan İslam dinini yaymaq və islam düşmənlərilə mücadilə etmək için hər il Hindistana yürüşə çıxmağı vəd etdi. Qəznədə Abbasi xəlifəsi Əl-Qadir adına xütbə oxundu.Sultan Mahmud Xorasan ,Əfganıstan və Bəlucistanı tutdu. Mavəraünnəhir xanı İlikxan və sonra Qədir xanla savaşarak Xarəzmə əraziləri ələ keçirdi. Rey, İsfahan, Qəzvin, Savə, Zəncan, Əbhər şəhərləri Qəznəvilər dövlətinin tərkibinə qatıldı.Ölkəsinin şimal sərhədlərini möhkəmləndirən Sultan Mahmud 1000-ci ilin sentyabrından başlayaraq 1027 – ci ilə qədər Hindistana on yeddi dəfə səfərə çıxdı. Birinci səfərdə Kabilin şərqindəki qalaları tutan Sultan Mahmud 1001-ci ildə Peşavar racəsi Caypalın ordularını darmadağın etdi.1004-cü ildə Bhatiya bölgəsi Qəznəvilərə birləşdirildi. Fəth olunan bölgələrə İslam alimləri göndərildi. 4-cü yürüşdə Multan şəhəri tutuldu.Qərmətilik təriqətinə meyl edən Multan əmiri Əbülfəth Davud Hind çayında yerləşən bir adaya qaçdı. Multanın yeni valisi Şuhpalın bütpərəstliyi qəbul etməsi 1008-ci ilin qışında Sultan Mahmudun Hindistana beşinci səfərinə səbəb oldu.Döyüşdə qələbə qazanan Sultan Multanın idarəsini Həzin Təkinə tapşırıb Qəznəyə döndü. Həmin ildə Hindistanın şimal-qərbindəki feodal dövlətlərinin Pəncab racəsi ilə birləşərək müsəlmanlara qarşı hərbi əməliyyatlara başlamaları Sultan Mahmud Qəznəvinin Hindistana 6-cı dəfə səfərə çıxdı.Böyük itkilər bahasına da olsa qələbə qazanan Sultan Mahmud Qəznəvi müsəlman-türklərin Pəncaba tam yerləşmələrinə şərait yaratdı.1009-cu ilin oktyabr ayında ticarət yolları üzərində yerləşən Narayyanpur şəhəri Qəznəvilərin əlinə keçdi. 1010-cu ildə isə bütün Multan əmirliyinin ərazisi Qəznəvilərə birləşdirildi.1014-cü ildə Hindistana 9-cu səfərinə çıxan Sultan Mahmud Nandana qlasını tutaraq Kəşmir üzərinə yeridi. 2 dəfə Kəşmir racəsinin ordularını yenən Sultan Mahmud İslamı bu bölgələrə də yaymağa müvəffəq oldu.10-cu səfərində Hind bütpərəstlərinin ən çox ibadətgahları yerləşən Çanesar şəhəri müqavimətsiz Qəznəvilərin əlinə keçdi.“Çakrasvami” adlı qənimət kimi Qəznəyə gətirilib müsəlmanlara nümayiş etdirildi. Bu qələbədən sonra xeyli hindli İslamı qəbul etdi. 1015-ci ildə Sultan Mahmud qışın sərt keçməsi ucbatından mühasirəyə aldırdığı Lahut qalasını tuta bilmədi və Qəznəyə qayıtdı. Sultan Mahmud Qəznəvinin adı ən uzaq Hindistan şəhərlərinə yayılmışdı.Bir çox şəhərlər Qəznəlilərə müqavimət göstərmədən tabe olurdular. Sultan Mahmud Hindistana 12-ci səfərini Kanavə vilayətinə etdi.Sirsava qalasını tutan Sultan Büləndşəhr qalasını mühasirəyə alarkən, racə Hardat sultanı qarşılayaraq 10 min nəfərlik məiyyətilə İslamı qəbul etdiyini bildirdi. 20 dekabr 1018-ci ildə Kanavə tamamilə tutuldu.1020-ci ildə Kalincar, 1021-ci ildə bütövlükdə Kəşmir əyaləti, 1022-ci ildə yenidən qiyam qaldırmış Kalincar üzərinə yürüş təşkil olundu.Sultan Mahmudun Hindistana 16-cı yürüşü nəticəsində 8 yanvar 1026-cı ildə ən böyük bütxananın yerləşdiyi Somnat tutuldu.Şəhərdə məscid inşa olundu.Hindistana 17-ci yürüşü zamanı Sultan Mahmud qərmətiliyi qəbul etmiş Mənsuriyyə əmiri cəzalandırıldı. Onun ordusunun əksəriyyətini qazilər adlandırılan könüllülər təşkil edirdilər..Məşhur şair Əbülqasim Firdovsi özünün “Şahnamə” əsərini Sultan Mahmudun sifarişi ilə yazmışdır. 33 il hakimiyyətdə olmuş Sultan Mahmud Qəznəvi 1030-cu ildə Qəznə şəhərində vəfat etmiş və burada dəfn olunmuşdur

Daxili siyasət:

Sultan Mahmud, eyni zamanda fars dilinə üstünlük verib, fars dilini ərəb dili yerinə rəsmi divan dili seçmiş və fars dilinin şah əsəri və ana kitabı olan Şahnamənin yazılmasını Firdovsidən istəmişdir. Onun dərbarı farsca yazan şairlərin mərkəzi olmuş və o dörd yüzdən artıq şairin yaşayışını təmin etmiş və İranın kənd və şəhərlərinə dari farscasını yaymaq üçün minlərcə müəllim göndərmişdir.Qəznəvi dövləti feodal monarxiyası idi. Dövləti sultan idarə edirdi. Sultan Mahmud mərkəzi hakimiyyəti möhkəmləndirirdi, bu məqsədlə mülki əsilzadə, qulamlardan ibarət hərbi əyanlara, türklərdən ibarət hərbi əyanlara arxalanırdı. Sultan Mahmudun ordusunda yüksək hərbi intizam var idi. Ordunun əsasını türk əsilli qulamlar (qvardiya) təşkil edirdi. Qəznəvi ordusunda «qazilər» deyilən könüllü döyüşçülər iştirak edirdi. Hərbi yolla əldə edilən qənimət ordu və dövlət məmurlarını təmin etmirdi. Dövlət ildən-ilə vergini artırırdı. Kəndlilər, sənətkarlar, tacirlər var-yoxdan çıxırdı. Sultan Mahmud Qəznə şəhərinin inkişafına kömək edirdi.Mahmud Qəznəvi 971-ci ildə 2 oktyabrda Qəznədə anadan olmuşdu. Kövsəri Cahan adlı xanımından ekiz oğulları olan Məsud və Məhəmməd doğulmuşdu. Bacısı Sitri Muallanı şiə alim Qazi Seyyid Salar ilə evləndirmişdi. Sultan Mahmud həm də biseksual idi. Məlik Ayaz adlı qulamı ilə sevgisinə dair hekayələr və şerlər yazılmışdır.

 

 

 

 

23. İran Teymurilərin hakimiyyəti altında

XIV əsrin sonlarında İran ərazisi, Cəlairilər dövlətinin tərkibində idi. Bununla bərabər bu bölgədə müstəqil tayfa ittifaqları da mövcud idi. Bu tayfa ittifaqlarının bir qismi müstəqil digərləri isə müəyyən dövlətlərin tərkibində mövcudluqlarını davam etdirirdilər. Ancaq XIV əsrin sonunda Mərkəzi Asiyada meydana gelen, Teymurilər dövlətinin hücumları bölgənin siyasi coğrafiyasında dəyişikliklərin yaranmasına şərait yaratdı. Bu dövlətin banisi amir Teymur (1370-1405) idi. Hakimiyyətinin ilk illərində Teymur Mərkəzi Asiyanı əla keçirdi. Zəngin, Xarəzm ərazisi uğrunda mübarizə isə xeyli çəkdi. 1388-ci ildə Ürgəncin tutulması ilə Xarəzm tamamilə tabe edildi. Bununla yanaşı Teymur diger istiqamətdə də mübarizəyə başladı. İran ərazisi uğrunda başlayan bu mübarizə əsasən Teymurla- Toxtamış arasında baş verdi. Teymur 1380-ci ildən etibarən İran, Azərbaycan, Qafqaz, Iraq, Suriya, Kiçik Asiya istiqamətində yürüşlərə başladı. Teymurun qoşunları 1381-1393-cü illərdə İran ərazisini tutdu. O, 1391-ci ildə Herat fəth etdi, sonra Kurtlar sülaləsini hakimiyyətdən kənar etdi. Həmin il Sobzevar şəhəri tutularaq Serbedarlar dövlətinin varlığına son qoydu. 1383-cü ildə isə həmin şəhərdə Sərbedarların üsyanı yatırıldı.Bundan sonra əmirlərin və feodal əyanlarının mənafeyini güdən Əmir Teymur geniş miqyaslı hücumlara başladı. O, q- sa müddətdə daxili ziddiyyətlərdən zəifləmiş qonşu dövlətlə ri məğlub edərək 1385-ci ildə Cəlairilər dövlətinin sərhədlərini keçdi. Beləliklə daxili düşmənləri yenicə aradan qaldırmış Sultan Əhməd, Teymurun hücumları nəticəsində Bağdada çəkildi.Markazi Asiyada baş vermiş hadisələrlə əlaqədar Teymur geri qayıtmalı oldu. Bundan istifadə edən Qızıl Ordu xani Toxtamış 1385-ci ilin sonunda 90 minlik qoşunla İran ərazisinə daxil oldu. Təbriz şəhərini mühasirəyə aldı. Təbrizlilər şəhərin müdafisinə qalxdılar: Şəhər ətrafında xendekler qazaldı, küçə sengerləri yaradıldı. İştirakçılar bir neçə gün Təbrizin ətrafında dövrə vurdular. Ancaq şəhərə daxil ola bilmədilər. Toxtamış danışıqlar aparmaq məcburiyyətində qaldı və tərəflər arasında razılıq əldə olundu. Bundan sonra, Təbriz hakimi Əmir Vəli və şəhər əyanları Toxtamışa veriləsi xəracın toplanması ilə məşğul oldular. Əhali isə sülhə inanıb silahı yera qoydu. Toxtamışın ordusu, vəziyyətdən istifadə edib şəhərə daxil oldular. 8 gün müddətində, Təbriz şəhəri qarət olundu. Toxtamışın qoşunu Təbrizdən Marağaya getdi, bu şəhəri də qarət etdikdən sonra yenidən Təbrizə qayıdıb daha 2 gün soyğunçuluqla məşğul oldular.Toxtamışın qoşunundan ayrılan bir dəstə, Mərəndi, digər dəstə isə Əhəri qarət etdi. Bu şəhərləri də qarət etdikdən sonra, Toxtamışın qoşunu Qarabağa gəldilər. Burada birləşib Qızıl Orduya çəkildilər.Toxtamışın ardınca yenidən Teymurun hücumları başladı. Teymur 1386-cı ildə Təbrizi tutdu. Məşhur sənətkarların bir hissəsi ailələri ilə birlikdə Səmərqəndə köçürüldü. Əmir Teymur 1392-ci ildə Qorqanda ona qarşı çıxış edən qüvvələri darmadağın etdi və Mazandaranda Seyidilər dövlətini dağıtdı. 1393-cü və 1401-ci illərdə Teymur Bağdadı iki dəfə zəbt et- di. 1393-cü ildə Müzəffərilərin Kerman və Fars mülkləri istila olundu. Əmir Teymur Azərbaycan, Qərbi İran, Qafqaz ölkələri və Ərəb İraqının idarəçiliyini oğlu Miranşaha verdi.Teymurla Toxtamış arasında İran ərazisi və Azərbaycan uğrunda başlayan mübarize birincinin qələbəsi ilə başa çatdı. Teymur 1395-ci ildə Dərbənddən şimala keçərək Qızıl Or- du xanının torpaqlarına soxuldu. Yalnız üç böyük yürüşdən, 1389, 1391, 1395-ci illər döyüşlərindan sonra, Teymur Qizal Ordunu məğlub edə bildi. Teymurun qoşunlan Həştərxan va Saray şəhərlərini viran etdilər. Beləliklə həm Azərbaycan hom də, İran ərazisi Qızıl Ordu xanlarının basqınlarından xilas ol- du və qısa müddətdə Teymurun nəzarətinə keçdi.XV əsrin əvvəllərində Teymurilərə qarşı İranın müxtəlif istiqamətlərində qiyamlar çoxaldı. 1405-ci ildə Teymurun va fatı ilə bü üsyanlar daha da geniş əraziləri əhatə etdi. Bunların içərisində Cəlairilərin və Qaraqoyunluların rəhbərliyi ilə baş verən qiyamlar daha üstünlük təşkil edirdi. Qaraqoyunlu dövləti:Mənşəcə Oğuz tayfalarından olan Qaraqoyunlu (Baharlı) tayfa ittifaqı XIV əsrin 70-ci illərindən başlayaraq Ərzincanda, Sivasda, Şərqi Anadolu və Qərbi İran ərazisində Teymurilǝrǝ, Ağqoyunlulara və Celairilərə qarşı mübarizə aparırdılar. Qaraqoyunlu Qara Məhəmməd Cəlairi dövlətinin başçısı Sultan Əhmədlə qohum olduqdan sonra, onlar arasında qısa müddətli nisbi sakitlik yaransada, 1382-ci ildən sonra qarşılıqlı fəal müba- rizə daha da genişləndi.1384-cü ildə Qara Məhəmməd Mardin hökmdarı Macdəddin İsanın üzərinə hücum etdi. Bu qarşıdurmanın səbəbi ikincinin qızına elçi gəlmiş Qaraqoyunlu nümayəndələrinə rədd cavabı verməsində idi. Mardin hökmdarı, Qara Məhəmmədə müqavimət göstərmək istədi. Lakin məğlubiyyətə uğrayaraq geri çəkildi və bacısını Qara Məhəmmədə ərə verdi. Bununla da tərəflər arasında barışıq yarandı.1385-ci ildə Qara Məhəmməd düşmənləri Teymur və Ağqoyunlulardan çəkinərək sultan Berqoqdan Suriyaya köçməyə icazə istədi. Lakin sonradan 1386-cı ildə Orzincan hökmda- rı ilə birləşərək Ağqoyunluları məğlub etdi. 1387-ci ilin baharında isə Qara Məhəmməd Çapaqçur Döyüşündə Teymurun ordusundan ayrılmış bir dəstəni megLub etdi. Dağlarda mövqe tutmuş Qara Məhəmmədi məğlub Edə bilməyəcəyini anlayan Teymuri dəstələri Muş düzənliyiNə çıxaraq Hilatı və Vani qarət edərək İran ərazisinə döndülər.1388-ci ildə Qaraqoyunlular Təbrizə daxil oldular. Cǝlairi Şəbləni öldürdülər. Şeyx Əli dilənçi paltarında qaçmağa məcbur oldu. Qara Məhəmməd və oğlu Bayram isə 1389-cu ilin aprelin- də Qara Pir Həsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirildilər. Lakin Qara Pir Həsən mübarizəni davam etdirə bil- mədi. Qara Məhəmmədin oğlu Qara Yusif 1392-ci ildə Qara Pir Hasani məğlub edib hakimiyyətə keçdi.Bundan sonra, 1392-ci ildə Teymurilər yenidən Qaraqo- yunlu ittifaqının mərkəzi Van şəhərini tutub qarət etdilər. Qara Yusif bu məğlubiyyatdan sonra Cəlairilərlə yaxın- laşdı. 1394-cü ilin yayında Bağdad yaxınlığında Cəlairilərin və Qaraqoyunluların birləşmiş qüvvələri ilə Teymuriler arasında Baş vermiş döyüşdə sonuncular qələbə qazandılar. Bundan sonra Qara Yusif (1392-1421) Teymur oleyhinə ittifaq yaratmaq məqsədi ilə Cəlairi sultanu Əhmədlə birlikdə Misirə getdi. Onlar Misira çatan kimi Teymur Misir hakimi Berqoqdan dostların həbs edilməsini tələb etdi. Berqoq Teymura qarşı Qaraqoyunlu və Cəlairi qüvvələrindən istifadə et- məyi düşünərək onlara toxunmadı. Ancaq oğlu sultan Fərəc hakimiyyətə gələn zaman, Teymurdan çəkinərək, müttəfiqləri Dəməşqdə həbs elədi. 1405-ci ildə Teymur vəfat etdikdən son- ra, isə hər ikisini azadlığa buraxdı.Teymurun vəfatından sonra, onların hər ikisi geriyə qayıt dılar. 1406-cı ildə Sultan Əhməd və Qara Yusif Bağdadı tutub Təbrizə yaxınlaşdılar və onların gəldiyini eşidən Şirvanşah I İbrahim şəhəri tərk etdi. Çox keçmədi ki, Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşdı. Sultan Əhməd yenidan Bağdada qaçdı. Lakin Əbubəkrin qoşunu Qara Yusifin qüvvələrinin öhdəsin- dən gələ bilmədi. 1406-cı ilin payızında Təbriz yaxınlığındakı Şənbi Qazanda döyüşdə Miranşahın oğlu Əbu Bəkr məğlub olaraq geri çəkildi. Bu məğlubiyyəti qəbul edə bilməyən Əbu Bəkr 1408-ci il aprelinda Serdrud adlı yerdə ikinci döyüşdə yenidən məğlub oldu. Miranşah döyüşdə öldürüldü. Nəticəda Azərbaycan və Qərbi İran ərazisi Qaraqoyunluların hakimiy- yəti altına keçdi. Bundan qorxuya düşən Qaraqoyunluların keçmiş müttəfiqi Sultan Ohmad, Qara Yusiflə şərtini pozdu. 1410-cu ildə Sultan Əhməd Qara Yusifin əsas qüvvələrinin Ərzincana hücum edən, Ağqoyunlu tayfa birliyinin başçısı Qara Yuluq Osmana və Şimali Mesopotomiya qalasının ha- kiminə qarşı vuruşmasından istifadə edərək Təbriza hücuma keçdi. Şirvanşah I Ibrahimin oğlu Kayumərs və Syunik knyazı Sumbatın oğlu Ivane də ona kömək edirdilər. Bundan xəbər tutan Qara Yusif 1410-cu ildə avqustun 30- da Təbriz yaxınlı- ğındakı Şənbi Qazanda Cǝlairi qoşununu məğlub etdi. Sultan Əhməd əsir alındı. Azərbaycanda va İraqda hakimiyyətdən əl çəkmək haqqında ondan yazılı iltizam alındı və sonra qətlə yetirildi. Bir gündən sonra Cəlairilərin Azərbaycandakı haki- miyyətinə son qoyuldu.  Beləliklə Baharlılar 1410-cu ildə Qaraqoyunlu dövlətini Yaratdılar. Cənubi Qafqaz, Qorbi İran və İraq, Azərbaycan bu Dövlətin tərkibinə daxil edildi. Qara Yusif 1411-ci ildə oğlu Pir- budağı sultan elan etdi. Bundan istifadə etməyə çalışan, Şəki ha- kimi Əhməd və Kaxetiya çarı II Konstantinin birləşmiş qüvvələri Qaraqoyunlulara qarşı yeni hücuma hazırlaşmağa başladılar. Qara Yusif 1412-ci il Kür döyüşündə Şəki hakimi Oh- mədin və Kaxetiya çarı II Konstantinin birləşmiş qüvvələrini məğlub edib özlərini də əsir aldı. Sonradan Təbriz tacirlərinin ödədiyi bac müqabilində onları asirlikdən azad eetdi Bu zaman Şirvanşahların müttəfiqi Teymuri Şaxrux Qa- raqoyunlular üzərinə yeni hücuma hazırlaşdı və 1420-ci ildə Ucan adlı yerdə baş verən döyüşdə Qara Yusif yaralanaraq vəfat etdi. 1421-ci ilin avqustun 1-də Qara Yusifin oğulları İs- gəndər və İsfəndiyar Şaxruxla Alaşkert vadisində halledici döyüşdə yenidən məğlub oldular. 1421-ci ildə Şaxrux Hera- ta geri döndükdən sonra, İsgəndər (1420-1438) Qaraqoyunlu qüvvələrini yenidən birləşdirərək Şirvana qarşı yenidən hü- Cuma hazırlaşmağa başlaetd Lakin, 1427, 1434-cü illərdə Qaraqoyunlu İsgəndərin Şir- vana yürüşləri məğlubiyyətlə nəticələndi. Bu xəbəri eşidən Teymuri Şaxrux, 1429-cu ildə Qara Yu- sifin digər oğlu Əbu-Saidi (1429-1431) taxda çıxardı. Lakin çox Keçmədi ki, Qara İsgəndər qardaşı Əbu Saidi öldürərək 1431- ci ildə yenidən hakimiyyətə keçdi. 1434-cü ildə İsgəndərin Şirvana yeni hücumu başladı. Şirvan hakimi I Xəlilullah kömək üçün Şaxruxa müraciət etdi. 1435-ci ildə Təbriz döyüşündə Qaraqoyunlular yenidən məğ- lub oldular. Isgandar Kiçik Asiyaya qaçdı. 1435-ci ilin payızın- da Sultan Şaxrux Təbriza gəldi. Qara Yusifin kiçik oğlu Cahan- şah (1438-1467) onu təntənə ilə qarşıladı. 1436-cı ilin yazında Cahanşah Teymurilərin vassalı kimi Qaraqoyunlu dövlətinin hökmdarı elan edildi. 1447-ci ildə Şahruxun vəfatından sonra, Cahanşah oturaq feodallara və iri tacirlərə arxalanaraq dövləti daha da gücləndirdi. O, Teymurilərin daxili münaqişəsindən istifadə edərək, 1453-cü ildə İraqi-Ocom, Qərbi və Şərqi İranın bir hissəsini ələ keçirdi. 1457-ci ildə sultan taxtını iddiaçıla- rından olan Şahruxun oğlu İbrahim Mirzənin qüvvələrini dar- madağın edib Gürgani va Xorasanı tutdu. 1458-ci ilin iyunun- da Teymuri sultanlarının mərkəzi şəhəri Herata daxil oldu. Lakin çox keçmədən yeni Teymuri sultanı Əbu Said öz rə- qiblərini məğlub etdi və Cahanşahdan Teymurilərin irsi torpaq- larını tərk etməyi tələb etdi. 1459-cu ildə Əbu Said Cahanşahla barışaq haqqında müqavilə imzaladı. Bundan sonra Qaraqoyun- luların digər rəqibi Ağqoyunlularla münasibətlər kəskinləşdi.

 

 

24. Sərbedarilər üsyanı

XIV əsrdə İran və Orta Asiyada baş vermiş Sǝrbedarlar üsyanı monqol və yerli feodalların zülmünə qarşı yönəlmişdi. Əsrin ilk böyük Sǝrbedar üsyanı bir monqol məmurunun zülmünə qarşı qəzəblənən Baştin (Xorasan) kəndinin sakinlərinin 1337-ci ildə qiyamı oldu. 1337-ci ilin avqustunda üsyançılar sǝrbedarlar tərəfindən yaradılan dövlətin paytaxtı olan Sǝbzevar şəhərini ələ keçirdilər. Köçəri Monqol-Türk əyanlarının hərbi dəstələrini məğlub edərək üsyançılar Nişapur və Tus şəhərlərini ələ keçirdilər və onların başçıları 40-cı illərdə Vəcihəddin Məsud sultan adını aldı.

14-cü əsrin son monqol elxani qoşunlarını 1353-cü ildə məğlub etdilər və Qorqanı (Astrabad şəhərindən) öz dövlətlərinə qatdılar. Bu zaman Sǝrbedarlar dövlətinə bütün Qərbi Xorasan və Qorqan daxil idi. Sərbedarlar əyalətində mülkiyyət və sosial bərabərliyə can atan mülayim qanad və sol cǝrǝyan (dərvişlər) arasında mübarizə gedirdi. Dövlətin hökmdarları mülayim qanadın qalib gəldiyi 1364-cü ilə qədər bu solçu təmayüllə hesablaşmaq və rəqibləri ilə birgə fəaliyyət göstərmək macburiyyətində qaldılar. Bu vaziyyat Xorasandakı Sǝrbedarların vəziyyətini zəiflətdi və nəticədə onlar Teymur tərəfindən ləğv edildi (1381).1365-ci ildə Orta Asiya (Şərqi Türküstan) köçəriləri Səmərqənd əmirləri Hüseyn və Teymuru məğlub edərək şəhəri mühasirəyə aldılar. Səmərqəndin müdafiəsinin başında şəhər aşağı təbəqələri ilə sıx əlaqədə olan sol qanadın mənafelərini ifadə edən Mövlanazadə (mülayim qanadın maraqlarını təmsil edən) və Əbu Bəkr Kələvi dururdu. Sərbedarların rəhbərlik etdiyi şəhər qoşunu bir qələbə qazandı və sərbedarlarn bəzi şüarlarını həyata keçirməyə çalışdı (xüsusən varlıların hüquqlarını və mülklərini məhdudlaşdırmaq üçün).

Qələbədən sonra hər iki Sǝrbedar qrupu arasında çəkişmələr başladı, bu da feodalların bundan faydalanaraq üsyançıların mülayim bir hissəsini öz tərəflərinə çəkməsinə və onun köməyi ilə 1366-cı il qiyamı yatırmasına səbəb oldu. 1373-cü ildə Kermanda bir Sǝrbedar qiyamı başladı və o yerli feodallara qarşı yönəldi. Onun hərəkətverici qüvvələri şəhər aşağı təbəqələri və kəndlilər idi.Sǝrbedarlar, feodalların əmlakına əl qoyaraq həbs olunan məmurların malikanələrini dağıtdılar. Qiyam 1374-cü ildə Şah Şüca Müzəffərəddin tərəfindən yatırıldı. 1383-cü ildə Səbzevarda Əmir Teymura qarşı əhəmiyyətli bir Sǝrbedar qiyamı baş verdi. Teymur şəhəri mühasirəyə aldı, dağıtdı, onlara dəhşətli bir cəza verdi (2 min sakin qala divarlarına diri-diri hörüldü).

 

 

 

 

25. Nadir şah Əfşar dövləti

İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah

 Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası “işlərini cəld görən və ova həvəslidir”. Bəzi müəlliflər isə bu adı əsərlərində “toplayıcı” və ya “əfsər, zabit” kimi açıqlayır. K.Nemət isə əfşar adının “avşı” feilindən yarandığı, “itaətli” mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari “Divani- Lüğət-it-türk” əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.

 Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq – taxt-tacın həqiqi sahibi olmaq istəyir. Bundan ötrü o yenidən qədim türk qaydasına görə, Muğan düzündə qurultay, (bu dəfə böyük qurultay) çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır. Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan Suqovuşandakı qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır. Azərbaycanın hərbi elitası – qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Qacar bildirir ki, o da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş olur. Onun hakimiyyətində bircə Gəncə saxlanır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır, qacarların çox hissəsi isə Xorasana sürgün edilir. Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır. Nadir şah türk məişəti mühitində formalaşmışdı. Azərbaycan türkcəsi onun ana dili idi. Nadir şah bu dildə danışırdı, Nadir şah hakimiyyətə gələndən sonra bölgədəki türk mühitinin möhkəmləndirilməsi üçün tədbirlər görüldü və göstəriş verildi ki, iki min əfşar Urmiyadan Əbivərdə köçürülsün.

Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini müharibələrlə möhkəmləndirir və onun hərbi dühası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Nadir şah yürüşlərə çıxmaqla həm də ölkənin iqtisadiyyatını dirçəltmək, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci ildə Nadir şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndəharı tutur. Sonra o, qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum çəkir.

Məhəmməd şah Nadirin təklifinə əhəmiyyət vermədikdə, Nadir Hindistana doğru hərəkətə başladı. Hindistan sərhədinin 74 km-də Mank adlı yerdə əfqan qaçqınlarını darmadağın etdi. Nadirin göndərdiyi elçinin Məhəmməd şah qayıtmasına izin vermədi. Nadir bundan qəzəblənib, 1738-ci ilin yazında Qəznə və Kabul (həmin vaxt bu ərazi Hindistanin tərkibində idi. Hərəkətə keçdi. Nadir hind imperatorluğunu tutmaqla əfqanlara bir dəfəlik qulaqburması vermək və öz ordusunu, İranın iqtisadiyyatını qüvvətləndirməklə, gələcəkdə özbəklərdən və əfqanlardan qüdrətli qoşun toplayıb Osmanlı dövlətinə hücum etmək niyətində idi. 1738-ci ilin 14 iyununda Nadirin qoşunları Qəznəyə çatdı. Oradan Kabula keçdi. Kabul xanı Nəsir xan Dehlidən kömək istədi. Lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə Kabul təslim oldu və Nadirin qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma başladı. Nadir şah Məhəmməd şaha bir neçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. Nadir də bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etmək qərarına gəlimişdi. Tezliklə Pisəvər, Lahor əyalətləri Nadir tərəfindən zəbt olunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək, Yəminabadın, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərlərini ələ keçirdi. Nadirin qoşunları müqavimət görmədən Karnala (Dehlinin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoydu. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kelata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Əvvəllər qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü, Nadir bu dəfə həmin qaydanı pozur və daş-qaşı özünə götürür. Bu da döyüşçülər arasında narazılıq doğurur. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "kuhi-nur" ("nur dağı") adlanan daş da vardı. Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir.

Nadir şah Hindistan səfərindən qayıdıb Heratda bir neçə gün qalıb istirahət etdikdən sonra, 1740-cı ilin yazında Türküstana doğru yürüşə başladı. Nadirin Türküstana yürüşü yerli xalqlar tərəfindən çox sevinclə qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadirin qoşunlarının üzünə açılırdı.

Rusiya dövləti Türküstanı, Buxaranı və ətraf əraziləri ələ keçirtmək niyyətində idi. Nadir şah da Rusiyanın bu niyyətlərinin qarşısını almaq üçün Türküstana girməyi qət etdi. Və tezliklə Bərx qalasını, Türküstan ərazisini, Buxaranı Nadirin qoşunları ələ keçirtdi. Hətta Nadir Amudəryanı keçmək üçün 1.100 ədəd kiçik gəmi düzəltdirmişdi. Həmin gəmilərin hər birinin 3 tona qədər yük götürmək imkanı var idi. Tezliklə Nadirin qoşunları 1740-cı il avqustun 20-də Kərki məntəqəsinə daxil oldular. Burada Nadirə məlumat verdilər ki, Türkmən və Özbək tayfaları Cərcoda toplaşıb ona müqavimət göstərmək istəyirlər, lakin Nadir şahın qoşunlarının yaxınlaşdığını eşidib, özbək və türkmən qoşunları qaçıb dağılışdılar. Tezliklə bütün Türküstanı Nadir şah öz imperiyasına birləşdirdi. Türküstan xanı Əbülfəz Əmir Teymura məxsus olan qılıncı, Çingiz xana məxsus olan dəbilqə və zirehi, çoxsaylı hədiyyələri, eyni zamanda bütün xəzinəsini Nadir şaha hədiyyə etdi. Əbülfəz xan ilə barışıq sazişi əldə edildikdən sonra Nadir şah Əbülfəz xanı yenidən Türküstan xanı elan etdi. 1740-cı il oktyabr ayın 17-də.

Tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də könüllülük əsasında Nadirin hakimiyyətini qəbul etdilər.

Nadir şah tezliklə Xivədə, Xarəzmdə öz hakimiyyətini bərqərar etdi.

Tezliklə Kabul ətrafını tamamilə öz nəzarətinə keçirtdi. Birmənalı olaraq artıq əfqan tayfalarının aramsız hücumlarının qarşısı alındı. Nadir şahın Türküstana hərbi yürüşünün bir səbəbi də Türküstanı, Buxaranı, Daşkəndi, Səmərqəndi tutduqdan sonra Çinə hücum edib, Çin dövlətində olan türk-uyğur tayfalarını da öz əraziləri ilə birləşdirmək idi. Bu plan həyata keçirildiyi təqdirdə Nadir şahın böyük bir Turan imperiyası yaratmaq niyyətində olduğu bəlli olurdu. Həmçinin Rusiya dövlətinin şimal-şərq sərhədlərinə doğru irəliləməsinin qarşısını almaqdan ötrü Türküstana girməyi qətiləşdirdi. Hindistan yürüşünün yorğunluğunu çıxartmadan iki ildən çox uzaq düşdüyü ölkəsinin daxili problemlərinə lazımi vaxt ayırmadan, hətta çox sevdiyi qardaşı İbrahim xanın qisasını almaq üçün Dağıstana hücum etmədən Türküstana yürüşün başlanmasının əsas səbəbləri Rusiya imperiyasının Orta Asiyaya hücumlarının qarşısını almaq idi. Nadir Buxara istiqamətində hücuma keçib İlbas xanın güclü müqavimətinə rast gəldi, lakin İlbas xan da Nadir şahın qoşunlarına tab gətirməyib, ona təslim oldu. İlbas xanı da Nadir şah əfv edib, onu Xarəzm hakimi saxlamaq istədi, lakin İlbas xan onun elçilərini qətlə yetirdiyinə görə İlbas xanı və onunla birgə 20 əyyanın öldürülməsini əmr etdi.

Nadir şah Hindistanı və Orta Asiyanı fəth etdikdən sonra Məşhədə qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu. Türküstanın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrü Dağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasının alınmasından başqa Dağıstan ərazisini və rus qoşunlarının da Şimali Qafqaza girməsinin qarşısını almaq idi. Rzaqulu Mirzə ilə İmamqulu Mirzəni Nadir şah özü ilə Dağıstan yürüşünə apardı. Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıstan üzərinə yeriyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Dərbənd və Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü.

Nadir şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır. Lakin hər halda 1743-cü ilin əvvəllərində bir neçə qələbə qazanır. Görünür, Nadir Dağıstanda üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırır. Lakin hər halda o, Dağıstandan geri çəkilməli olur.

Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir şah vaxt itirmədən Türkiyə ilə müharibəyə girir. Burada döyüşlər ərəb İraqını ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyanları yatırmaqdan ötrü qoşununun bir hissəsini İrana və onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadirin Osmanlı İmperiyası ilə bağladığı sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir şah Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər də keçirir. Ölkənin paytaxtını talan edilmiş İsfahandan Məşhədə köçürür və bu şəhərin yaxınlığındakı dağın başında özünə Kelat adlı bir qala qurdurur. O, Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi. Ancaq onun planları həyata keçmədi.

Onun apardığı mərkəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadirə sui-qəsd olur. Bundan sonra Dağıstandakı uğursuzluqlar və 1743–1747-ci illərin üsyanlar dalğası başlayır. Bütün bunlar Nadir şahı qəzəbləndirir və o, kütləvi cəza tədbirlərinə başlayır.

Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi, 1747-ci ilin iyun ayının 20-də) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyi ilə gecəyarı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə arvadlarından Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırında yatmışdı. Qətlçilər Nadirin hansı çadırda yatdığını öyrənib, gözətçini boğdular və Sitarənin çadırına daxil oldular və Nadirin üzünü gördükdə qorxu onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma Məmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar və bir neçə nəfər içəri daxil oldu. Nadir şah yerindən atılıb, Saleh xanı görən kimi onu söydü. Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinə bir qılınc vurdu. Bu zaman Məhəmməd xan Qacar gəlib əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi.

 

 

 

26. Kərim xan Zəndin daxili və xarici siyasəti

Kərim xan Zəndin Iranı idarə etməyə başladığı bir dövrdə ölkənin əsas rayonlarından olan Xorasanda ata tərəfdən Nadir şahın, ana tərəfdən isə şah Təhmasibin nəvəsi olan Şahrox hakimlik edirdi. Onun Səfəvi nəslindən olması ölkənin şahı elan edilməsinə imkan versə də, gözlərinin kor olması buna mane olurdu. Ona görə də bir çox feodal və əyanlar onun oğlunun yetkinlik yaşına çatmasını gözləyirdi ki, onu Iranın Səfəvi şahı elan etsinlər. Qəndəharda Nadir şahın əvvəllər hərbi sərkərdəsi olmuş Əhməd xan hakimlik edirdi. Kermandan Bəndər Abbasa qədər uzanmış Lur vilayəti Kərim xanın rəqibi Zəkəriyyə xan tərəfindən idarə olunurdu. Sind, Hörmüz, Gürcüstan, Bəlucistan da müstəqil hakimlər tərəfindən idarə olunurdu. Hind okeanı sahillərindən Bəsrəyədək olan əraziləri, eləcə də Fars körfəzi sahillərini ərəb feodalları idarə edirdi. Iranda Zəndlərin mərkəzi hakimiyyət yaratmaq istiqamətində əldə etdikləri uğurlar Iranın daxili siyasi həyatında mühüm hadisə idi. Belə ki, 15 illik fasiləsiz feodal müharibələrindən sonra Iranda nisbi sabitlik dövrü başlanmışdı. Iranın çox böyük hissəsinə nəzarət edən Kərim xan Zənd faktiki olaraq Iranın ali hakimi olsa da, o şah tituluna iddia etmir və Səfəvilərin nominal xarakter daşıyan hakimiyyətini qəbul edirdi. Səfəvilərin nümayəndəsi Şah III Ismayıl Kərim xan tərəfindən ev dustağı edilərək Farsda saxlanılırdı. Kərim xanın mərkəzləşdirilmiş dövlət yaratmaq istiqamətində atmış olduğu hərbi-siyasi addımlar nəticəsində bir sıra xanlıqların müstəqilliyinə son qoyulmuşdu. Birləşdirilən ərazilər Kərim xan sarayına tabe olub, onun təyin etmiş olduğu canişinlər vasitəsilə idarə olunurdu. Tabe edilmiş xanlıqlar Kərim xandan vassal asılılığını qəbul etdiklərini təsdiqləmək məqsədilə öz vəliəhdlərini onun sarayna girov kimi göndərmişdilər. Tam tənəzzülə uğramış kənd təsərrüfatının və sənətkarlığın bərpa edilməsinə, həmçinin ticarətin inkişaf etdiriməsinə çalışan Kərim xan Zənd inzibati və iqtisadi sahədə bir sıra islahatlar keçirdi. Yerli hakimlərirn və vergi yığan canişinlərin fəaliyyəti üzərində nəzarət qoymaq üçün tədbirlər gördü. Yeni müəyyən olunmuş qaydaya əsasən  məbləğindən artıq vergi, töycü və  sair əlavə vergilər almaq qəti qadağan olunmuşdu. Bununla belə qeyd etməliyik ki, təsərrüfatın bərpa edilməsi və abadlıq işlərinin aparılması əsasən Fars əyalətində, Isfahanda, qismən Qəzvində, Yəzddə özünə yer almışdı. Lakin digər tərəfdən ölkənin başqa rayon-larında da analoji addımlar atılırdı. Kərim xanın apardığı daxili siya-sət nəticəsində Nadir şahın dövründə ölkədən qaçmaq məcburiy-yətində qalaraq digər ölkə və regionlarda məskunlaşmış ailələrin bir hissəsi geri qayıtdı. Kərim xanın daxili siyasətində köçəri və yarımköçəri tayfalara qarşı mübarizə aparmaq başlıca yerlərdən biri olmuşdur. Belə ki, onların daim öz yerlərini dəyişməsi mərkəzləşdirilmiş dövlətin qurulmasına və onun möhkəmləndirilməsinə mane olurdu. Belə ki, silahlı dəstələrə malik olan həmin tayfa xanları mərkəz-ləşmiş hakimiyyətə tabe olmaqdan boyun qaçırır və oturaq həyat tərzinə keçmiş rayonlara qarətçi yürüşlər edirdilər. Ona görə də Kərim xan onlara qarşı mübarizə aparırıdı. Onun şiə ruhanilərinə aylıq maaş təyin etməsi də həmin məqsəddən irəli gəlirdi.

Kərim xan Zəndin xarici siyasəti         

       Iranda zəndlərin hakimiyyətə gəlməsi Ingiltərənin Hindistanı işğal etməsi ilə eyni vaxta təsadüf edirdi. Ona görə də, Kərim xan Zənd Avropa dövlətləri sırasında ən çox Ingiltərə ilə münasibətləri məhdudlaşdırmağa çalışırdı. Lakin Ingiltərənin Hindistanda və ümumiyyətlə Yaxın və Orta Şərqdə möhkəmlənməsi Kərim xan Zəndi bu ölkəyə münasibətdə, xüsusilə onunla ticarət əlaqələrində bir sıra güzəştlərə getməyə məcbur etdi. Bununla belə, Kərim xan Zəndin xarici siyasətində başlıca obyekt Fars körfəzi rayonu idi. Bu regionda Iranın nüfuzunu bərqərar etmək, hakimiyyətini möhkəmləndirmək məqsədilə Kərim xan xeyli qüvvə və vəsait sərf edirdi. Bu dövrdə, yəni XVIII yüzilliyin ortalarında Kəəb əmirliyi istər Iran, istərsə də türk və ingilislər üçün təhlükə mənbəyi idi. Şətt əl-Ərəb çayının girəcəyini mühasirəyə alan ingilis Ost-Hind kompaniyasına məxsus olan gəmiləri ələ keçirən, tez-tez Bəsrə rayonuna qarətçi yürüşlər edən Kəəb əmirliyi, həm ingilis, həm də türk orqanları üçün çətinlik və qayğı yaradırdı. Kəəb əmirliyinə qarşı 1765-ci ildə Iran və ingilis-türk birgə ekspedisiyası zamanı Kərim xan əmirliyə münasibətdə yeritdiyi siyasətini dəyişdi. Çətin vəziyyətə düşmüş əmir Şeyx Salman öz nümayəndəsini Kərim xan Zəndin yanına göndərdi. Nümayəndə bildirdi ki, əgər iranlılar Xuzistandakı iqamətgahlardan, yəni Dorak rayonundan çıxaraq Kəəb əmirliyinə orada möhkəmlənməyə imkan versələr, onda əmirlik zəndlərin hakimiyyətini tanıyacaq və hər il onlara bac verəcək. Kərim xan Şeyx Salmanın bu təklifini qəbul etdi. Zənd qoşunları Dorakdan çıxarıldı. Buna cavab olaraq şeyx Salmanın oğlu bahalı hədiyyələrlə Kərim xanın yanına gələrək öhdəsinə götürdü ki, əmir hər il Kərim xana üç min tümən bac verəcəkdir. Bu sövdələşmədən sonra Kərim xan Ost-Hind kompanyası ilə birlikdə Kəəb əmirliyini məğlub etmək fikrindən daşındı. Lakin zənd qoşunları Dorakdan çıxarıldıqdan sonra ingilislər türklərlə birlikdə Kəəbə qarşı hərbi əməliyyatlara başladılar. Yaranmış belə bir vəziyyətdə Kərim xanın nümayəndəsi 1766-cı ilin oktyabrında Doraka gələrək, ingilis və türklərdən tələb etdi ki, onlar dərhal Iran ərazisini tərk etsinlər. Çünki əmirliyin başçısı zəndlərin ali hakimiyyətini qəbul etmişdi. Bundan sonra türk ordusu Iraqa geri qayıtsa da, ingilislər əmirliyin ərazisini körfəz tərəfdən mühasirədə saxlamaqda davam edirdilər. Onlar Şeyx Salmana qarşı hərbi əməliyyatlara başlasalar da, onu Iran ərazisində təqib edə bilmirdilər. Bu səbəbdən də ingilslər hələ 1762-ci ildən etibarən Kərim xanla daha sıx əlaqələr və münasibətlər formalaşdırmağa çalışırdılar. Bu bir tərəfdən Iranın cənubunda Kərim xanın nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi ilə, digər tərəfdən isə Xark adasında hollandlara qarşı Bəndər-Riqin hakimi Mir Mohənnanın mübarizəsinin qüvvətlənməsi ilə əlaqədar idi. Mir Mohənnanın Fars körfəzində mövqeyinin möhkəmlənməsi həm ingilislərin, həm də zəndlərin maraqları ilə tərs mütənasib idi. Bununla belə ingilislər Mir Mohənnaya qarşı birgə hərbi əməliyyatlara başlamaq haqqında zəndlərin təklifi ilə razılaşsalar da, hərbi əməliyyatların keçirilməsinə tələsmirdilər. Buna səbəb yaranmış vəziyyətdən ingilislərin maksimum yararlanmaq məqsədi idi. Bu isə şirkətin ilk növbədə ticarət və kommersiya maraqlarının təmin edilməsindən irəli gəlirdi. Ona görə də 1763-cü ilin iyulunda Ost-Hind şirkəti Fars körfəzində ingilislərə fövqəladə və müstəsna hüquqlar verilməsinə dair Kərim xan Zəndlə saziş imzalamağa nail oldu. Həmin sazişə əsasən ingilislər Buşirdə, həmçinin Fars körfəzinin Iran sahillərində istədikləri yerdə öz faktoriyalarını yarada bilərdilər. Şirkətin nümayəndələri gömrük vergilərindən də azad olunmuşdu. Şirkət yun mallar gətirilməsi üçün inhisar hüququ almışdı. Eyni zamanda bütün avropalıların Fars körfəzi sahillərinə yun mallar gətirmələri qadağan olunurdu. 1763-cü ildə ingilislər Buşirdə öz ticarət faktoriyalarını yarada bildilər. Beləliklə Buşir Fars körfəzi rayonunda Ingiltərənin ən mühüm ticarət mərkəzinə çevrildi. Kərim xanın ingilislərlə apardığı danışıqlarda, ingilslər zəndlərə qarşı duran qüvvələri dəstəkləməyəcəklərini və zəndlərin cənubda möhkəmlənmələrinə yardım edəcəklərini öhdələrinə götürsələr də, 1763-1765-cı illərdə baş vermiş hərbi əməliyyatlar zamanı onları dəstəkləmədilər. Nəticədə Xark adasından hollandları qovan Mir Mohənna Fars körfəzində daha da möhkəmlənmiş oldu ki, bu da Kərim xan Zəndin xarici siyasətinə zidd idi. Qeyd edək ki, ingilislər Ost-Hind şirkətinin simasında ikili siyasət yeridirdilər. Ingilislərin bu cür siyasət yeritmələrində əsas məqsəd Iranın artmaqda olan gücünün qarşısını almaq idi. Buna səbəb həm də Mir Mohənnanın ingilislərə daha çox güzəştə gedərək, onlara möhkəmləndiyi ərazilərdə kifayət qədər hərəkət azadlığı verməsi idi. Ona görə də ingilislər Kərim xan Zənd ilə müəyyən razılaşmalar imzalasalar da, həqiqətdə ona qarşı əks mövqedən çıxış edirdilər. Belə bir vəziyyətdə 1769-cu ilin əvvəllərində Zəki xanın başçılığı ilə Iran qoşunlarının Bəndər-Riqə hücum etməsindən istifadə edərək Mir Mohənnanın qohumu Həsən Sultan ona qarşı üsyan qaldırdı. Nəticədə Mir Mohənnanın hakimiyyəti devrildi. Mir Mohənnanın Xark adasından qaçmasından sonra buradakı yeni hakimiyyət, yəni Həsən Sultan Kərim xan Zəndin vassalı olduğunu qəbul etdi. O, Kərim xan Zənd tərəfindən Mozafatın və Xark adasının hakimi təyin edildi. Kərim xanın bu uğuru Ost-Hind şirkəti ilə münasibətlərin kəskinləşməsinə səbəb oldu. Kərim xan Zəndin onları sıxışdırdığını bəyan edən ingilislər 1769-cu ildə Buşirdəki ticarət faktoriyasını ləğv etdilər. 1773-cü ilə kimi dondurulmuş vəziyyətdə qalan münasibətlər həmin il paytaxtdan verilən əmrə əsasən şirkətin Fars körfəzindəki gəmisinin tutulması ilə daha da kəskinləşdi. Yaranmış vəziyyətdə 1775-ci ildə Kərim xanın Bəsrəyə hücumu zamanı ingilislər ərəblərə hərtərəfli yardım etdilər. Kərim xanın bu yürüşü Iran zəvvarlarının və tacirlərinin Bağdad paşalığı tərəfindən sıxışdırılması ilə əlaqədar idi. Həmin yürüş Kərim xana zəngin ticarət mərkəzi kimi tanınan Bəsrənin tutulması nöqteyi-nəzərindən daha mühüm əhəmiyyət kəsb edirdi. Bəsrəyə birinci hücum müvəffəqiyyətsizliklə nəticələnsə də, 1776-cı ilin aprel ayında şəhərin tutulması üçün cəlb edilən yeni qüvvələr hesabına Bəsrə Zəndlər tərəfindən tutuldu. Lakin 1779-cu ildə Kərim xanın vəfatından az sonra Bəsrə yenidən Osmanlı dövlətinin tabeçiliyinə qaytarıldı.

 

 

27.  Qacarların hakimiyyətə gəlməsi

Qacar boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Koyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının kurcusu Nadir Şahın ölümündən sonra Gilan,

Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir. 1758-ci ildə Məhəmməd Həsən Xan Koyunlu qolunun başına keçmiş və Zənd Xanədanı içində iştirak etmişdir. Ağa Məhəmməd, Kərim xan Zəndin ölümündən sonra 1779- da Şirazda qaçmağı bacarmış və 1778-ci ildə Çar Rusiyasını geri çevirərək Astarabadda dəvəli qolunu məğlub edərək Qacar Konfederasiyasının birləşdirmişdir.

1796-cı ildə İranı birləşdirərək Tehranın paytaxtı Kaçar sülaləsini qurdu. Ağa Məhəmməd bir tərəfdən Güney İrandakı Zend Xanədanı ilə mübarizə edərək digər tərəfdən Şimali İranda hakimiyyətini genişləməyə davam etmişdir. 1785-ci ildə Xəzər dənizinin sahilini əldə etdi və mərkəzini Tehrana köçürdü. 1794-də Lütfəli Xanı əsir götürərək Zənd xanədanını yıxmış və 1795-də Rusiyanın himayəsini istəyən Gürcüstanı fəth edərək üstünlüyünü qəbul etdirmişdir. Tiflisi aldıqdan sonra Tehrana dönərək 1796da Şah olaraq taxta

çıxıb Ağa Məhəmməd Şah olmuş və sonra Məşhədə araram adla davam etməkdə olan Əfşar Xanədanını tamamilə yıxmışdır.

1796-cı ildə çar Rusiyası Gürcüstana ekspedisiyanı hazırladı, lakinII Yekaterinanın ölümü ilə bu eksdedisiya ləğv edildi. Rusiyanın cənuba enişindən narahat Ağa Məhəmməd Şah, Buxara səfərini ləğv edərək Gürcüstana doğru hərəkət etmiş ancaq yolun ortasında 19 İyun 1797-cu ildə sui-qəsdi nəticəsində öldürülmüşdür.

 

28. Mirzə Tağı xanın İslahatları

Mirzə Məhəmməd Tağı xan Fərǝhani XIX əsr xan va onun islahatları Iranda yaranmaqda olan yeni ictimai münasibətlərin yetişdirdiyi nümayəndə idi və o ilk növbədə onun cəmiyyətdə özünəməxsus yer tutmasına şərait yaratmış quruluşa minnətdar idi. Əslində Mirzə Məhəmməd xan özü də bunu gizlətmirdi. Məhəmməd Tağının anadan olduğu il məlum deyildir. Belə güman edilir ki, o, 1795- 1800-cü illər arasında və ya 1807, 1808-ci ilǝrdə anadan olmuşdur. Onun uşaqlıq və gənclik illəri kifayət qədər inkişaf etmiş və cəmiyyətin sayılan və seçilən təbəqəsi arasında keçmişdir ki, bu da onun sonrakı həyat tərzinə əsaslı təsir göstərmişdir. Belə ki, o, həmin dövrün hakim sinfinin ziyalı və nisbətən müstəqil fikirli nümayəndələri varis Abbas Mirzənin böyük qaimməqam Əbül Qasim Fərahaninin və onu əhatə edən adamlar arasında yaşamış və tərbiyə almışdır. Öz şəxsi keyfiyyəti və qabiliyyəti hesabına məmur olan Məhəmməd Tağı qaimməqam Mirzə Əbül Qasimin şəxsi katibi (mirzəsi), onun Tehrana köçməsindən sonra isə varisin divanda məmuru olmuşdu. Mirzə Tağı Azərbaycan idarəçiliyində məmurlar pilləsində adi  mirzədən Azərbaycanın ordu komandanının müavini vəzifəsinədək yüksəl- mişdi. 1831-ci ildə isə o, xan titulu və «<sartip»>-hərbi rəis vəzifəsi almışdı. Abbas Mirzə, Fətəli şah və Əbül Qasim Fərahaninin vəfatı onun yüksəlməsinin qarşısını müvəqqəti alsa da, 1839-cu ildə rus nümayəndəsi Dyuqamel onun adını İranın ali məmurları sırasında çəkmişdi. 1843-cü ildə isə Zəncaninin vəfatından sonra Məhəmməd Tağı Azərbaycandakı Iran ordusuna əmir-nizam vəzifəsinə təyin edilmişdi. Qeyd edək ki, Məhəmməd Tağının ailə əlaqələri də, onun zəruri müdafiəsini təmin edirdi. Belə ki, o, şahın bacılarından biri ilə evli idi. Nəsrəddin şah ordunun təkmilləşməsini, əyalətlərin inzibati idarəçiliyinin yaxşılaşdırılmasını, avropalılardan diplomatik metod-ların öyrənilməsini, eləcə də həmin metodlar əsasında Osmanlı dövləti ilə Ərzurum sazişinin bağlanmasını və Iran-Osmanlı dövləti sərhədlərinin müəyyənləşdirilməsində dövlətin maraqlarının müdafiə edilməsini Məhəmmməd Tağı xana tapşırmışdı.  Osmanlı imperiyası ilə sərhədlərin müəyyən edilməsindən irəli gələn məsələlərlə o, dörd-beş il ərzində intensiv olaraq məşğul olduğuna görə, Ərzurum müqaviləsini də o imzalamışdır. Sərhəd məsələsi üzrə komissiyada işləyən avropalılarla daimi ünsiyyət, uzun müddət tənzimat proqramını həyata keçirən Osmanlı imperiyasında olmaq, eləcə də Rusiyaya səfər Məhəmməd Tağının dünyagörüşünə müsbət mənada əsaslı şəkildə təsir etmişdi. Bütün bu keyfiyyətlərini nəzərə alaraq Nəsrəddin şah 1848-ci ildə Məhəmməd Tağıya əmir-e-kəbir (böyük əmir), atabəy-e-əzəm (böyük atabǝy) titullarını verməklə onu sədr əzəm təyin etdi. Sarayın feodal aristokrat qruplaşmasının Məhəmməd Tağıya düşmən münasibətdə olmasına baxmayaraq, sədr əzəm şahın müdafiəsindən, etimad və etibarından məharətlə istifadə etməklə şahənənin tərəfdarlarının təsirini azaltmağa çalışaraq, sarayda kifayət qədər sərt siyasət yeridirdi. O, despot şahı ittiham edən ilk iranlılardan idi.Həmin dövr Iranda hamıya məlum idi ki, Tağı xan Avropa dövlətlərinin Irana hər hansı siyasi və iqtisadi təyziqinin fəal əleyhdarıdır. Buna görə də İranın müstəqilliyini təmin edən tədbirlər, müxtəlif təbəqələr tərəfindən müdafiə olunurdu. Ordunun yenidən təşkili, öz qüvvələri hesabına seperatizmlə mübarizə, xarici ticarətin deyil, yerli ticarətin inkişafını təmin etmək səyləri, fabrik və digər müəssisələrin əsasının qoyulması və digər tədbirlər rəğbətlə qarşılandı.Üç il ərzində (1848-1851) əmir-kəbir dövlətin idarəetmə sistemini möhkəmləndirən və genişləndirən, şahın mövqeyini gücləndirən, mülki idarələrdə özbaşınalığı və ruhanilərin dövlət işlərinə qarışmasını məhdudlaşdıran, ölkə iqtisadiyyatını inkişaf etdirən və yüksəldən, ordunun hərbi qüdrətini artıran, Iranın beynəl-xalq nüfuzunu yüksəldən, iranlıların mədəni inkişafına şərait yaradan islahatların həyata keçirilməsi ilə məşğul oldu. Nəticədə ilk dəfə olaraq bir neçə yüzillik ərzində mövcudluğuna və hüquqlarının toxunul-mazlığına alışan feodalların və şiyə ruhanilərinin hüquqları belə ciddi şəkildə məhdudlaşdırıldı.Iranda siyasi hakimiyyətin işlərinə qarışmağa can atan ruhanilǝrǝ qarşı yeridilən siyasəti əmir-kəbir Osmanlı hökumətindən əxz etmişdi. Şiyə ruhaniləri ilə toqquşmanın ən böyüyü isə Təbrizdə baş verdi. Şeyxül-islam Süleyman xan Əfşar Təbrizi dövlət vergilərindən azad va yalnız onun tərəfindən idarə oluna bilən «on ikinci imam Mehdi»nin şəhəri elan etdi. Bunu isə o, burada şəhərin müqəddəsliyini göstərən «möcüzə»> baş verməsi ilə izah edirdi. Belə ki, Sahib əl-Əmr məscidinin yaxınlığında, öküz qəssabın əlindən çıxaraq, onu öldürmüş və məscidin ətrafına dolanmışdı. Bununla da məscid va öküz müqaddas elan edilmişdi. 1850-ci ilin may ayında əmir-kəbir «<müqəddəs yerin işıqlandırılması» üçün çilçıraq göndərən ingilis konsulu Stivensona etiraz edərək, sərbaz dəstələrinə məsciddə yığışanları qovmağı, şeyxül-islamı və onun oğlunu həbs edib Tehrana göndərməyi əmr etdi. Bundan sonra, Təbriz qiyamının səbəbkarlan Tehranda bostdo otururlar ki, bu da əmir-kǝbirə bəstə qarşı kompaniyaya başlamaq imkanı vermiş oldu. Tehranlı imam-cümə Mirzə Əbül Qasimin bəstdə oturanlan müdafiə etməsi isə əmir-kəbirə daha kəskin mövqedən çıxış etmək üçün əsas verdi. O, Mirzə Əbül Qasimi vəzifəsindən kənarlaşdırmaqla qorxudaraq, onu xaricilərlə əlaqədə olmaqda, ingilis və rus səfirlərindən hədiyyə almaqda, hökumət tərəfindən həyata keçirilən islahatlara qarşı çıxmaqda, amir-kəbirə qarşı 6 minlik kütlənin çıxışını təşkil etməkdə günahlandırdı. Şah tərəfindən müdafiə olunmayan imam-cümə təslim olmağa və qiyamın səbəbkarlarını hökumətə verməyə məcbur oldu. Lakin onun vəzifəsindən çıxarılmasına ingilis konsulu mane oldu. Imam- cüməni öz vəzifəsində qalmağa yardım edən ingilis konsulu Mirzə Əbül Qasimin vasitəsilə əmir-kəbirə qarşı daha incə siyasət yeritməyə başladı.Qeyd edək ki, qədim adət olan bast, dövlat tarafindan taqib olunan cinayətkarlara müqəddəs yerlərdə, o cümlədən məscidlərdə sığınacaq verilməsi ilə xarakterizə edilir. Əmir Kəbirin təzyiqi altında Tehran imam- cüməsi bəsti ləğv etmək məqsədilə ali ruhaniləri paytaxta çağırmağa razılıq verdi. Yalnız Tehranın imam-cüməsi əmir-kabirə tabe olmadı. O, Tehrana getməkdən imtina etdi. Şeyxül-islamın Tehrana zorla aparıldığını bəhanə edərək, o, təbrizlilərlə şeyxül-islamın evini mühafizə etdiyini bildirdi. Bununla belə əmir bəst yerlərini məhdudlaşdıra bildi. Belə ki, 1850-ci ildən bəst yerləri Məşhəddə Imam Rza məscidi, Tehranda şah Əbdül Əzim məscidində və sədr-azəmin saraylarındakı tövlələr müəyyən edildi. Bununla yanaşı əmir kəbir Təbriz imam-cüməsini dəyişməyə də müvəffəq oldu. Ruhanilərin narazılığını görən əmir-kəbir şahın dövründə mənimsənilmiş torpaqlar üzərində onların hüquqlarının olub-olmamasını yoxlatdırdı və nəticədə mülklərin müəyyən hissəsi xəzinəyə qaytarıldı. Eyni zamanda mülki məmurlarla birlikdə ruhani-lərin də maaşları azaldıldı.Əmir-kəbir belə hesab edirdi ki, islam və onun şio toriqoti Iranı islahat yolu ilə dəyişdirməyə mane olmur. Lakin babilərin yeni din əsasında cəmiyyəti dəyişdirmək təklifi qəbuledilməzdir. Əmir-kəbirin fikrincə dinin asaslarına toxunmadan da, Iranı yeniləşdirmək olar və bu tamamilə mümkün olan bir işdir.Məhəmməd Tağı baş komandan kimi ordunu yenidən qurdu. Ordu ona təkcə dövlətin sərhədlərini qorumaq üçün deyil, həm də ölkənin daxilində sabitliyin qorunması üçün də lazım idi. Babilər üsyanını yauırdıqdan sonra hökumət bir neçə il davam edən Allahyar xan Asǝ ǝd- Dövlənin oğlu Həsən xan Saların üsyanını yatırmaq üçün Xorasana hərbi yürüş təşkil etdi. 1848-ci ildə Şahibanu Allahyar xanın Bağdaddan qayıtması haqqında fərman verdi. (Şahibanu Şahanǝ regent idi) Belə bir vəziyyət Saların özbaşnalığını daha da artırmış oldu. Əmir-kəbir Saların qiyamını yatırtmaq üçün danışıq-lara cəhd göstərdisə də, Salar buna etiraz etdi. Belə olduğu təqdirdə, əmir-kəbir Xorasana 7 minlik ordu və 18 topu olan yeni harbi rais Sultan Murad Mirzoni göndərdi. Şah ordusu Səbzəvarı tuta bilmədi. Həmin dövr Səbzəvar Saların oğlu Əmir Aslan xanın bşçılığı altında müdafiə olunurdu. Yaranmış vəziyyətdə ingilis polkovniki Farant Mirzə Tağı xana danışıqlar aparmaq üçün Salara öz vasitəçiliyini təklif etdi. Omnir-kəbir xaricilərin Iranın daxili işlərinə qarışmasına qəti şəkildə etiraz edərək, «özümüz öhdəsindən gələrik» cavabını verdi. Bununla belə amir-kəbir xaricilərin yaranmış vaziyyatdan istifadə edə biləcəyini də nəzərdən qaçırmırdı. Ona görə də o, Xorasana nümayəndə göndərərək üsyançılara yardım etməyənlərə dövlət mükafatı veriləcəyini bildirdi. Lakin həmin dovr Sistan və Bəlucistanda yaranmış vəziyyətlə əlaqədar olaraq əmir kəbir Sultan Murad Mirzəyə kömək göndərdi. Qeyd edək ki, hamin dövr yoni 1849-cu ildə Sistan vo Bəlucistanda şaha qarşı çıxışlar hazırlanırdı. Əmir-kəbirin taktiki addımı öz bəhrəsini verdi. Belə ki, kiçik şəhər və qalalar şahın tərəfinə keçdi. Nəticədə Sultan Murad Mirzə Səbzəvarı tutdu və qubernator Həmzə Mirzənin dəstələri ilə birləşdi. Həmzə Mirzə özü Saların üsyanmı yatıra bilmirdi. Nəhayət əmir-kəbirin üsyanın yatırılması istiqamətində qurduğu planauyğun şəkildə hərəkət edərək, Həmzə Mirzə və Sultan Murad Mirzənin qüvvələri birgə fəaliyyət göstərərək, Saların qüvvələrinə bir neçə zərbə endirə bildilər. Salar Məşhəddə gizlənmək məcburiyyətində qaldı. Yalnız 1850-ci ilin yazında şah qoşunları şəhərə girə bildilər. Martın əvvəllərindən Məşhədin alınması münasibətilə Tehranda 101 top gülləsi atıldı. Həmin ilin aprelində isə Salar və onun yaxın adamları edam edildi.Əmir-kəbirin inzibati islahatları nəticəsində məmur aparatı xeyli ixtisar edildi. Bütün idarə müəssisələrində müavin-vəzir vəzifəsi müəyyən aparmaq edildi. Bu vəzifəni daşıyanlar yeni tipli təhsil almış məmurlar olmalı idi. Məmurların əmək haqqı da ixtisar edilməklə yanaşı bir neçə vəzifə da qadağan edilmişdi. Bu tədbirlər də əmir kəbirə qarşı böyük bir narazılar ordusunun formalaşmasına təkan vermiş oldu. Xüsusilə Qacarlar evinin, Qacarlar ailəsinin üzvləri ciddi narazılıqlarını bildirdilər. Onların təqaüdləri xeyli dərəcədə azaldılmışdı. Onlara təqaüd yalnız şah mülkündən gələn gəlir hesabına ödənilirdi..Dövlət və xüsusi torpaqların yoxlanılması yeni kadastr - vergi obyektlərinin siyahısı - tərtib etməyə imkan vermişdi. Kadastr torpaq vergisinin miqdarı və mal-qara üzərində vergini müəyyənləşdirməyə imkan verirdi. Əmir-kəbir hesab edirdi ki, şəriətə görə verginin miqdarı dəyişməz qalmalıdır. Əgər vergi tam xəzinənin xeyrinə toplanarsa, dövlət tələb olunan bütün xərcləri ödəyə bilər. Ona görə də əmir-kəbir verginin toplanmasına nəzarət edən xüsusi məmur vəzifəsi də təsis etmişdi. Bu tədbirlər də öz bəhrəsini vermiş oldu. Belə ki, 1850-ci ildə dövlət vergisi 7 milyon tümən artınış oldu.Əmir-kəbir təhsilə Iranın ictimai, siyasi və mədəni inkişafı üçün əsas amillərdən biri kimi baxırdı. O hesab edirdi ki, ölkədə fanatik dini baxışlar daşıyan savadsız əhali ilə, orta əsr sxolastik elmin hökmranlığı ilə formalaşmış etalon təhsilli adamların əhatəsində mütərəqqi addımlar ataraq ölkəni inkişaf etdimək qeyri-mümkündür. Bunun üçün ilk növbədə müasir ali təhsil görmüş ziyalılara böyük ehtiyac duyulur. Qeyd edək ki, əmir-kəbir müasir təhsili dini sahəyə də şamil edir və dinin əsaslarına elmi nöqteyi- nəzərdən yanaşmanı tələb edirdi. Bu sahədə ciddi səylər göstərməsinə baxmayaraq, əmir-kəbir yalnız bir elmi mərkəz açdıra bildi. «Dər əl-Fon>> adlanan həmin elmi mərkəzdə hərbi iş, tibb, musiqi və digər elmi sahələr öyrənilirdi. Bu mərkəzdə dərs demək üçün müəllimlər əsasən Avropadan dəvət edilmişdilər. Bunun üçün dövlət büdcəsindən 7700 min tümən ayrılmışdı. Onun təşəbbüsü ilə Iranda ilk rəsmi qəzet də nəşr edilməyə başlanmışdı ki, bu da ona ilk növbədə dövlət siyasətinin təbliği üçün lazım idi. Əmir-kəbir, eyni zamanda, tipoqrafiya və dövlət xəstəxanası da təşkil etmişdi. O, onlarla gənc müasir texnikanı öyrənmək üçün Avropa ölkələrinə, o cümlədən Rusiyaya, istehsalın texnologiyasını və gümüşün emalını öyrənmək üçün isə Osmanlı dövlətinə göndərmişdi. Məhəmməd Tağı xan həmçinin Iranda tərcüməçilik işini də yenidən qurmağa nail olmuşdu. Əmir-kəbirin islahatları təkcə özlərinin siyasi hüquqlarından və iqtisadi maraqlarından məhrum olmuş feodal və ruhanilər tərəfindən etiraza səbəb olmadı. Əmir-kəbirin islahatları əhalinin müxtəlif təbəqələrində də anlaşılmazlığa səbəb olmuşdu. Hətta nisbətən radikal fikirli şəxslər də Babilər hərəkatını amansızcasına yatırdığına görə əmir-kəbirə ehtiyatla yanaşırdılar. Əmir-kəbirin islahatları dövrün və zamanın tələblərindən irəli gəlsə də, cəmiyyət bunlara hələ hazır deyildi və həmin cəmiyyətin bu mütərəqqi islahatları qəbul etməsi üçün ilk növbədə yuxarılarda yeniləşməni həyata keçirmək lazım idi. Dövlətin gücləndirilməsi məqsədilə atılan addımların bir sıra döviət adamları tərəfindən etirazla qarşılanması şəraitində analoji islahatların Iranda həyata keçirilməsi əslində qeyri- mümkün idi. Əmir-kəbir Osmanlı dövlətində aparılan islahatları Iranda da tətbiq etmək istədisə də, buna nail ola bilmədi. Çünki Osmanlı dövlətindən fərqli olaraq Iran Avropa dövlətləri ilə birbaşa qarşılıqlı təmasda deyildi. Onun əhalisi Avropanın inkişaf etmiş cəmiyyətinin uğurlarından xəbərsiz idi. Həmin islahatların uğurla həyata keçirilməsi və müvəffəqiyyətlə başa çatdırılması üçün əmir-kəbir nə yuxarılarda, nə də aşağılarda kifayət qədər sosial bazaya malik deyildi. O yalnız şahın onu dəstəkləməsinə arxayın olsa da, əslində bu istinadgah özünü doğrultmadı. Nəticədə əmir-kəbirin birləşmiş düşmənləri sədr-əzəmin istefasına, Kaşana sürgün edilməsinə və öldürülməsinə nail ola bildilər. Əli Əsgər Mühacir onun ölümü ilə əlaqədar göstərir ki, «Bizim sarayın xidmətçisi mələk kimi fədakar qorucu - keşikçi - Hacı Əli xan xüsusi nümayəndəmiz fərraş-başıya tapşırılmışdı ki, Kaşan yaxınlığında Fitə getsin və Mirzə Tağı xan Fərahanini sakitləşdirsin. Bu Əmrin yerinə yetirilməsi onu dostları yanında yüksəldər və ona şahın himayədarlığını təmin edər». Fərraş-başı Kaşana gəldi və 1852-ci ilin yanvarında şahın əmrini yerinə yetirərək və onun öz istəyinə uyğun olaraq, əmir-kəbirin venasını kəsdilər.

 

 

 

29. Babilər hərəkatı

XIX yüzilliyin ortalarında Iranın daxili ictimai-siyasi həyatında babilərin antifeodal hərəkatı mühüm yer tutur. Sözügedən dövr üçün Iranda mövcud rejimə qarşı ideya-siyasi cəhətdən formalaşmış kifayət qədər bitkin ideologiya yalnız babilərin malik olduğu ideologiya idi. Babilərin siyasi müxalifət kimi çıxış  etmələrini, ölkədəki ağır sosial-iqtisadi vəziyyət əsaslandırırdı. Onlar hakim şiə ideologiyasının XVI yüzillikdə olduğu kimi xalq kütlələrinin müdafiəçisi mövqeyindən çıxış etməməsini xüsusi olaraq vurğulayırdılar. Babilər hərəkatının səbəblərindən biri də XIX yüzilliyin ortalarında Irandakı hərbi-siyasi separatizmin mövcudluğu idi ki, bu da mərkəzləşdirilmiş dövlətin zəiflədilməsində əsas faktorlardan biri olmaqla, burada istər hərbi, istərsə də siyasi qruplaşmaların qüvvələr nisbətinin müəyyən olunmasında aparıcı rol oynayırdı. Digər tərəfdən Babilər hərəkatı həm də mövcud rejimin də ölkədə hansı məsələlərin həllinin ön plana çəkilməsinin vacibliyinə qərar verməsi üçün əsas yaradırdı. Babilər hərəkatı və hökumətin ölkədə müəyyən dərəcədə islahatların keçirilməsinə dair qərara gəlməsi, Iranda mövcud olan sosial-iqtisadi və siyasi böhranın nəticəsi olmaqla, əhalinin butun təbəqələrini, eləcə dəiqtisadi və siyasi həyatın bütün sahələrini əhatə etmiş və bu ölkənin hərbi qüdrətində və beynəlxalq vəziyyətində də öz əksini tapmışdı. Ona görə də həmin dövr Iran tarixində dönüş nöqtəsi olaraq qəbul edilirdi. Babilər hərəkatının Iran tarixində əhəmiyyəti ondan ibarət idi ki, bu hərəkat ilk növbədə ölkənin kapitalizm yolu ilə inkişaf etməsi üçün qəti qərarın verilməsinə səbəb oldu və əslində bu dönüş nöqtəsinin baş verməsində həlledici rol oynadı. Ölkənin aparıcı qüvvələri yeni sosial-siyasi qayda-qanun yaradılması istiqamətində ayağa qalxdı ki, bu da Iranda kapitalizmin inkişafına və möhkəm-lənməsinə əlverişli imkan yaratmış oldu. Babilər hərəkatı Iranda kapitalizmin inkişafına əlverişli şərait yaratsa da, bu çox çətinliklə təkamül edirdi. Bu Mirzə Tağı xanın ölkədə formalaşmaqda olan yeni quruluşun hüquqi bazasının yaradılması istiqamətində atdığı addımlarda da özünü göstərirdi. Əhalinin həddən artıq dindar olması min illər Iranda mövcud olan şərq despotizmi, qədim adət-ənənələrə bağlılıq özünü o qədər açıq şəkildə göstərirdi ki, Iranda kapitalizmin intensiv inkişafı bir neçə on illik geri düşdü. Lakin Babilər hərəktının ölkəni mənəvi cəhətdən silkələməsinin əhəmiyyəti çox böyük idi.

 XIX yüzilliyin 40-cı illərində Iranda antifeodal hərəkat başlandı. 1844-cü il mayın 12-də Seyid Əli Məhəmməd özünü bab elan etdi. Babın davamçıları babi, onların hərəkatı isə Babilər hərəkatı adlanır.  Hərəkat 1848-1852-ci illəri əhatə edir. Babın əsərlərinin dili anlaşıqlı deyildi. Müəyyən qrup tərəfindən rəğbətlə qarşılanan babilərin əsərləri, onların məhdud olan davamçılarından başqa heç kim tərəfindən əsaslı şəkildə tam oxunmamış və tədqiq edilməmişdir. Onların başa düşdüyü, yalnız Mehdinin zühuru haqqında qaranlıq təsəvvürlər, ədalətin hökm sürəcəyi, ümumi bərabərlik, yaxın dost və qohumqardaşa məhəbbət və sair məsələlərə dair tam olmayan təsəvvür şəklində başa düşmüşlər. Üsyanın yatırılmasından 20-30 il sonra bu hərəkat haqqında yığılan materiallar əsasında yazılan əsərlər isə bu hərəkatın əsl mahiyyətinin açılmasına kömək etməmişdir. Babiliyin sonrakı tədqiqatçıları Edvard Braun, A.Q.Tumanskiy, V.R.Rozen, Nikola, M.S.Ivanov və başqaları öz əsərlərində bu təlimin əsasının yalnız qısa ifadəsi və babi təliminin ayrı-ayrı məqamlarını izah etməklə kifayətlənirlər.

 Babilər sufi-dərviş terminologiyalarından geniş şəkildə istifadə etmişlər. Babilərin ilk 18 rəhbəri hürufil-hay adlanmış və babi dairələrində çox tanınmış şəxslər kimi qəbul olunmuşlar. Bab özünü «vav» hərfi adlandırırdı və qeyd edirdi ki, ona altı peyğəməbər vəhy vermişdir, bunları da o Adəm, Nuh, Ibrahim, Musa, Isa, Məhəmməd olaraq göstərirdi. Seyid Əli Məhəmməd şeyxilərin başçısı Şeyx Kazım Rəştinin şagirdi olmuş, onun mühazirələrinə qulaq asmış və yeni təlimin formalaşmasında bu mühüm rol oynamışdı. Şeyx Kazım Rəşti 1843-cü ildə vəfat etdikdən sonra mürşidi şeyxlər seyid Məhəmməd Əlini özlərinə başçı seçdilər. Əli Məhəmməd özünü və ardıcıllarını «ulduzlar» adlandıraraq, tezlikləgünəşin doğacağını bildirirdi. 1844-cü il may ayının 28-də 25 yaşlı Seyid Əli Məhəmməd imam Mehdinin zühur edəcəyini bildirir və bunu həyatın dözülməzliyi, hakimiyyətin xalqı istismarının sonsuz hədd alması, məhsulsuzluq, epidemik xəstəliklərin baş verməsi ilə izah etməyə çalışırdı. Bunlara əsaslanaraq, əvvəlcə o, özünü imam Mehdinin fikirlərinin xalqa çatdırılmasında vasitəçi-bab elan edir. Seyid Əli Məhəmmədin təbliğində şeyxilərin təriqətindən fərqlənən cəhətlər də var idi ki, bunlar da onun bir sıra tərəfdarlarının ondan uzaqlaşmasına səbəb oldu. «Bəyan» əsərini Maku qalasında həbsdə olarkənyazan Seyid Əli Məhəmməd bu əsərində babiliyin əsaslarını şərh edir və onu Qurani-Kərimlə eyniləşdirməyə çalışırdı. Bab vəəz edirdi ki, artıq bəşəriyyətin inkişafında islam dövrü başa çatmışdır.

Indi isə Bab dövrü başlayır. Bab yeni yaradılacaq cəmiyyətdə insanlar arasında, o cümlədən qadınlar arasında bərabərlik, şəxsiyyətin toxunulmazlığını elan edirdi. Babın fikrincə onun cəmiyyətətəqdim etdiyi bu təlimi qəbul etməyənlər ölkədən qovulmalı, qovulanların əmlakı isə ədalətli şəkildəbabilər arasında bölünməli idi. Bab savada, elmə, təhsilə böyük əhəmiyyət verir, fəlsəfənin, hüququn, xarici dillərin öyrənilməsinin, məntiqlə danşmağı bacarmağın mühüm məsələ olduğunu söyləyirdi. Babın ardıcılları arasında qadınlar da var idi. Həmn qadınlardan biri Qəzvin müctəhidi Hacı Məhəmməd Salehin qızı öz zəkası, savadı, şairlik və natiqlik istedadı ilə xüsusi şöhrət qazanmışdı. Əsl adı Zərrintac olan bu azərbaycanlı qadının ardıcılları onu «Qürrətül-eyn»-«Gözün-nuru» adlandırırdılar. Bununla belə Babi hərəkatında iştirak etmiş digər qadınları da göstərmək olar ki, bunların da arasında MirzəYəhyanın bacısı Bozorq xanım, Molla Hüseyn Boşruyenin şairə bacısı xüsusilə seçilmişlər. Quranın birinci cümləsi olan «Bismillahir-rəhmanir-rəhim – Rəhman və rəhm edən Allahın adı ilə» sözündə ərəb əlifbası ilə 19 hərf vardır. Vahid sozü də say mənasına görə 19-u bildirir. Bu rəqəmdən Bab da istifadə etmişdir. Belə ki, Babla birlikdə babilər içərisində daha 19 yaxşı təbliğatçı var idi. Şərəfli vahid adını Yəhya Dərabi almışdı ki, o da Məhəmməd şah tərəfindən Şiraza göndərilmişdi və 19 bab rəhbərlərindən birinə çevrilmişdi. Bab Bəyanı 19 hissəyə, hər hissəni 19 başlığa bölmüşdü. Qeyd edək ki, bu 19 hissədən, yalnız 11-ni Bab yaza bilmişdi.

Babilərin nüfuzunun xalq arasında sürətlə artması hakimiyyət dairələrini narahat etməyə bilməzdi. 1844-cü ildə Məkkədən həcc ziyarətindən qayıtdıqdan sonra Bəndər-Buşirdə Şiraz üləmalarının təkidi və fitvası ilə, eləcə də Şiraz hakimi Hüseyn xan Nazim əd-Dövlənin əmri ilə Bab həbs edildi. Bununla belə o, qaçmağa müvəffəq oldu. Bundan sonra babilərin ilk güclü və mütəşəkkil çıxışı Mazandaranda təşkil olundu. Əvvəlki çıxış isə Tehranda baş vermişdi. Bərfruş şəhərində öz tərəfdarlarını silahlandıran Seyid Əli Məhəmməd şahın ölümü ilə əlaqədar hakim dairələri bürümüş çəkişmə və çaşqınlıqdan istifadə edərək, 1848-ci ilin sentyabr ayında şəhərdə yerli xanın qoşunları ilə üz-üzə gələn Babilər üsyan qaldırdılar məğlub olmalarına baxmayaraq, həmin şəhərin 20 km-dəyerləşən Şeyx Təbərsi məqbərəsi yaxınlığında qala tikərək öz təbliğatlarını daha da gücləndirdilər. Bununla belə yerli xanlar babiləri qəti olaraq məğlub edə bilməmişdi. Babilər 8 ay müddətində güclü müqavimət göstərmiş, yalnız 1849-cu ilin may ayında ərzaq və digər ehtiyatların tükənməsindən sonra şah qoşunları onların müqavimətini qırmış və üsyançıları məğlub etmişdilər. Lakin Bab Cənubi Azərbaycanda yerləşən Çehrik qalasında həbsdə saxlanmasına baxmayaraq, babilik təlimi yayılmaqda davam edirdi. Çehrik qalası Osmanlı dövləti və Hindistandan gələnlərin ziyarətgahına çevrilmişdi. 1850-ci ilin fevralında babilərin şahı, Əmir Nizamı və bir sıra ali ruhaniləri öldürərək, hakimiyyəti ələ almaq məqsədi ilə qurmuş olduğu gizli təşkilatın 40 nəfər üzvü həbs edildi və onlardan 7-si edam edildi. Üsyanın mərkəzləri Yəzd, Neyriz, Zəncan şəhərləridir. Babi üsyanlarının ən güclüsü Cənubi Azərbaycan şəhəri Zəncanda baş vermişdir. 1850-ci ilin may ayında baş vermiş həmin üsyanın rəhbərləri Molla Məhəmməd Əli Zəncani, dəmirçi Kazım və çörəkçi Hacı Abdulla olmuşlar. Sayı 15 min nəfərə çatmış üsyançılar şəhərdəki bütün məhbusları azad etmiş, qalanı tutmuş, barrikadalar quraraq Zəncanın bütün şərq hissəsini öz əllərinə almışdılar. Üsyanın yatırılmasını asanlaşdırmaq məqsədilə baş nazir Mirzə Tağı xan şahdan Babın qətlə yetirilməsi xahişini edir. Iyulun əvvəllərində Təbrizə gətirilmiş Babın güllələnməsi belə üsyançıları ruhdan salmadı. Həmin il dekabrın sonuna kimi zəncanlılar müqaviməti davam etdirdilər.

1851-ci ildə babilər yenidən üsyan qaldırmaq istəmişlərsə də bu cəhd baş tutmamışdır. 1852-ci ildə də babilərin Bərfruş, Zəncan və Azərbaycanda üsyan təşkil etmək cəhdləri uğursuzluqla nəticələnmişdir. 1852-ci ilin avqustunda babilərin paytaxtda təşkil etdiyi sui-qəsd nəticəsində Nəsrəddin şah yaralandı. Şahın əmrinə əsasən bütün saray adamları ələ keçmiş babilərin qətlində şəxsən iştirak etməli idilər. Hakim dairələrin nümayəndələri babiləri ağır işgəncələrləöldürürdülər. Quran və şəriətə qarşı babilərin ideologiyası əhalinin əksəriyyətində bu hərəkata heç də rəğbət doğurmurdu. Təsadüfi deyil ki, Tehran, Təbriz, Isfahan, Məşhəd kimi iri şəhərlərdə babilər müvəffəqiyyət qazana bilmədilər. Iranda islam dininin dərin və geniş kök salması, əhalinin əksəriyyətinin kafir adlandırdığı babilərə qarşı hakim siniflərin, xüsusən orta və iri ruhanilərin mübarizəsinə müvafiq şərait yaradırdı. Ölkədə feodal hakim dairələrin, ali ruhanilərin mövqeyi hələ çox güclü olduğundan ayrı-ayrı silahlı çıxışlar Iranda mövcud quruluşa öldürücü zərbə vura bilməzdi.

 

 

30. Rusiya-İran müharibələri. Türkmənçay müqaviləsi

Zaqafqaziya xanlıqları Azərbaycan istisna olmaqla İran iqtisadiyyatı və mədəniyyəti ilə üzvi surətdə bağlı deyildi, dil və din cəhətdən ona yabançı idilər, bu yerlərin əhalisi onları amansızcasına qarət və zülm edən İran xanları və şahlarına nifrət bəsləyirdi. Gürcüstan Rusiya ilə birləşdikdən sonra Zaqafqaziya xanlıqları içərisində də Rusiyanın himayəsi altına keçmək meylləri gücləndi. Zaqafqaziyada öz torpaqlarını genişlətməyə çalışan çar hökumət orqanları isə belə əlverişli məqamlardan səmərli istifadə edirdilər.

Nəhayət, Rusiyanın Cənubi Qafqaza olan maraq dairəsi və tez-tez hücuma məruz qalan xalqların Rusiyaya xilaskar kimi baxmaları və bütün bunlar birinci rus-İran müharibəsilə nəticələndi. Müharibə rus qoşunlarının 1804-cü ildə Gəncəni tutması ilə başlandı. Sonra Eçmiadzin yanındakı vuruşmada rus qoşunları vəliəhd şahzadə Abbas Mirzənin (1789-1833) komandanlığı altında olan sayca üstün İran qoşununu məğlu- biyyətə uğradı. 1805-ci ildə Şəki, Şirvan və Qarabağ xanlıqları Rusiya tərəfinə keçdi və rus qoşunları bu yerləri işğal edərək Rusiyanın təsir dairəsinə keçirdi.

Rusiyaya qarşı müharibə aparmaqla yanaşı, şah əslində İngiltərənin köməyinə ümid bəsləyirdi. Lakin həmişə olduğu kimi 1805-ci ildə İngiltərə mövqeyini dəyişərək Napoleona qarşı dövlətlərin ittifaqında Rusiyanın müttəfiqi oldu və bununla əlaqədar olaraq 1801-ci il müqaviləsi əsasında İrana açıq kömək imtina etdi.

Bu da İngiltərə-İran münasibətlərinin pisləşməsinə səbəb oldu və Napoleon bu məqamdan istifadə etdi. 1806-cı il- də Napoleonun Tehrana göndərdiyi nümayəndəsi Jober Rusiyaya və İngiltərəyə qarşı Fransa ilə hərbi ittifaq bağlamağı şaha təklif etdi. Rusiya ilə müharibədə şah qoşunlarının mü- vəffəqiyyətsizliyi və rus qoşunlarının 1806-cı ildə Dərbənd, Bakı, Muğanı və Zaqafqaziyanın başqa şəhər və rayonlarını tutması, şahı Napoleonla ittifaq bağlamağa sövq etdi. Fransa tərəfindən aldadıldığını bəlkə də hələlik dərk etməyən şah 1807-ci il mayın 4-də Finkenşteyn şəhəri yaxınlığında Napo- leonun qərargahında Fransa ilə İran arasında müdafiə və hü- cum müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən şah İngil- tərə ilə bütün əlaqələri kəsməyi, İngiltərəyə müharibə elan et- məyi, Fransa ordusunu Əfqanıstan ərazisindən Hindistana bu- raxmağa əfqanları məcbur etməyi və fransız orduları Hindis- tanı istila etmək üçün hərəkət etdikdə İran qoşunlarını fransız ordusuna birləşdirməyi öhdəsinə götürdü. Bununla İran İngiltərə müstəmləkəsi olan Hindistanın parçalanmasında bilava- sitə iştirak edirdi. Bunlardan əlavə şah Fars körfəzinin bütün limanlarını fransız eskadrası üçün açmağı və fransızlar üçün əlverişli şərait yaradılacağına vəd verirdi. Eyni zamanda İranı Rusiya ilə müharibəni davam etdirməyə təhrik edən Napo- leon Rusiyanı Gürcüstan və digər Zaqafqaziya xanlıqlarını İrana qaytarmağa məcbur etməyi, habelə şah qoşunlarını silah və döyüş sursatı ilə təchiz etməyi, İran ordusunun yenidən təşkili üçün özünün hərbi təlimatçılarını İrana göndərməyi öhdəsinə götürürdü.

Bu müqavilə bağlandıqdan sonra, 1807-ci ildə general Qordan başda olmaqla İrana böyük heyətdən ibarət fransız missiyası gəldi və Avropa qaydasında nizami qoşun, piyada və topçu hərbi hissələri təşkil etməyə başladı. Bununla yana- şı, Qordan Fransa-İran ticarət müqaviləsi bağladı. Həmin mü- qavilə 1708-ci və 1715-ci illər Fransa-İran müqavilələri əsa- sında fransızların əldə etmiş olduğu kapitulyasiya hüquqlarını təsdiq edib genişləndirdi. Müqavilə, İranın iqtisadi və siyasi cəhətdən əsarət altına alınması məqsədini güdürdü.

Lakin tezliklə beynəlxalq vəziyyətdə əsaslı dəyişikliklər baş verdi. 1807-ci il iyulun 7-də Tilzitdə Fransa ilə Rusiya arasında sülh müqaviləsi imzalandı. Bundan sonra ingilislər şahla yenidən danışıq aparmağa başladı. 1808-ci ildə rus qoşunları Naxçıvanı tutmuş və İrəvanı mühasirəyə almışdı. İngilislər şaha təzyiq göstərmək üçün Fars körfəzinə çoxlu hərbi gəmi gətirdilər. Şahı və onun yaxın adamlarını ələ almaq üçün çoxlu vəsait sərf etdilər. Bütün bunlarla əlaqədar olaraq şah və saray adamları ingilislərlə yenidən yaxınlaşdı. Çevik ingilis diplomatiyası qalib gəldi və şahın tələbilə Qordan 1809-cu ilin fevralında İranı tərk etməyə məcbur oldu. Uzun müddət idi ki, Britaniya hökuməti İrana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edirdi. Nəhayət, İngiltərə digər rəqiblə- rini aradan çıxardı və Tehrana gələn ingilis nümayəndəsi Harford Cons 1809-cu ilin martında İngiltərə ilə İran arasında müqavilə bağlamağa müvəffəq oldu. Həmin müqaviləyə əsa- sən şah Fransa ilə və İngiltərəyə düşmən olan başqa dövlət- lərlə bütün əlaqələrini kəsməyi öhdəsinə götürdü. İngiltərə İranı Rusiya ilə müharibəni davam etdirməyə təhrik edərək, Rusiya ilə müharibə aparıldığı müddətdə şaha çoxlu pul yar- dımı göstərməyi (bu pulun miqdarı sonralar ildə 200 min tümənə qədər çatdırılmışdı), habelə şah qoşunlarına hərbi təli- matçılar və silah göndərməyi öhdəsinə götürdü. Sonra isə, yəni 1810-cu və 1811-ci illərdə ingilislər şah qoşunları üçün top və hərbi təlimatçılar, habelə üçillik maddi yardım olaraq 600 min tümən pul göndərdilər. Lakin Fransa və İngiltərənin şaha yardım göstərməsinə baxmayaraq, İrana nisbətən güclü olan Rusiya ilə müharibədə və müharibənin gedişində İran müvəffəqiyyətsizliyə uğra- maqda davam edirdi. Basqınlara və dinc əhalini soymağa da- ha çox adət edən, yalnız öz feodal xanlarına tabe olan dağınıq feodal dəstələri və qoşunları o zaman Avropada ən yaxşı qoşunlardan biri hesab olunan nizami rus ordusuna müqavimət

göstərməyə qadir deyildi. İran xanları və şahlarının əsarətin- dən xilas olmağa çalışan xalqlar, o cümlədən Zaqafqaziyanın xalqları və qəbilələri, feodalların cüzi bir hissəsi istisna ol- maqla, onların torpaqlarını qarət edən İran xanlarına və qo- şunlarına düşmən münasibət bəsləyir və İrana qarşı müharibədə rus qoşunlarına kömək edirdilər. İran feodalları içərisində birlik olmaması İran şahının qüvvələrini zəiflədirdi. Bəzi xanlar çox zaman öz dəstələri ilə birlikdə rus ordusu tərəfinə keçirdi. Müharibə dövründə İranda hərcmərclik, feodal istis- marının həddini aşması, proteksionizmin eybəcər formaları- nın saxlanılması ölkədə ictimai-siyasi gərginliklərin daha da artmasına səbəb olmuşdu. Xorasanda və İranın bəzi başqa vi- layətlərində şah hakimiyyətinə qarşı, demək olar, arasıkəsil- məyən üsyan və qiyamlar baş verməsinin başlıca səbəbləri bunlar idi.

Rusiyanın eyni zamanda Türkiyə ilə müharibə aparma- sından istifadə edərək şahın 1810-cu ildə Türkiyə ilə bağla- dığı hərbi ittifaq da İrana kömək edə bilmədi. Hətta 1812-ci ildə Napoleonun Rusiyaya hücumu da İran qoşunlarının vəziyyətini yaxşılaşdırmadı. Rus qoşunları 1812-ci ilin oktyab- rında Aslandüz vuruşmasında Abbas Mirzənin qoşunlarını darmadağın etdi. Bundan sonra sülh danışıqları başlandı. Nəticədə 1813-cü il oktyabrın 12-də müasir Goranboy rayo- nunun Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Gülüstan müqaviləsi İranın Dağıstana, Gürcüstana və Şi- mali Azərbaycana iddialarından əl çəkməsini və bu ölkələrin Rusiyanın tərkibinə daxil olmasını rəsmiləşdirdi. Müqavilədə nəzərdə tutulmuşdu ki, Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilər. Müqavilənin bu şərti İrana qarşı olmaqdan daha çox, İranın köməyilə İngiltərə və ya Fransanın Rusiyaya hücum üçün Xəzər dənizindən istifadə edə bilmək səylərinə qarşı çevrilmişdi. Müqaviləyə əsasən Rusiya tacirlərinə sərbəst surətdə İrana getmək, İran tacirlərinə isə Rusiyaya gəlmək və ticarət etmək hüququ verilirdi. Gətirilən malların qiymətinin 5 faizi həcmində gömrük haqqı alınması müəyyən edilirdi.

Rus-İran müharibəsinin nəticəsi, İranın məğlubiyyəti və Gülüstan müqaviləsinin bağlanması, eyni zamanda İranı özünə tabe etməyə çalışan İngiltərənin planlarına ciddi zərbə vururdu.

1821-1823 Türk-İran müharibəsindən sonra şah saray dairələri, ingi- lislər və səlahiyyətli ruhanilər Rusiyaya qarşı müharibə təb- liğatı və hazırlığını artırdılar. 1826-cı ilin iyulunda şah ordusu qəflətən rus qoşunlarının mövqelərinə hücum etdi. Rus qoşunları əvvəlcə geri çəkilməyə məcbur oldu. Lakin artıq 1826-cı ilin sentyabrında hərbi-strateji vəziyyət dəyişdi və rus qoşunları iranlıları bir neçə dəfə məğlubiyyətə uğratdı. Şah qoşunları Araz çayından cənuba doğru qaçmağa məcbur oldu. İngilis hərbi təlimatçılarının köməyilə Abbas Mirzənin təşkil etdiyi ordu əslində pərakəndə hala düşdü. 1827-ci ilin oktyab- rında rus qoşunları İrəvanı, sonra da Təbriz, Xoy, Mərənd və başqa şəhərləri və yaşayış ərazilərini tutdular.

1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə görə müasir Ermənistan adlandırılan ərazinin şərq əyalətləri Rusiyanın tərkibinə daxil oldu və rus-İran sərhədi əsasən Araz çayı boyunca müəyyən edildi. İran Rusiyaya 20 milyon manat təzminat verməyi öhdəsinə götürdü. Gülüstan müqaviləsinə görə Xəzər dənizində müstəsna olaraq Rusiyanın hərbi donanma saxlamaq hüququ və rus ticarətinə verilən ticarət üstünlükləri haqqındakı şərtlər bir daha təsdiq edildi. Türk- mənçay sülh müqaviləsinə və bununla eyni vaxtda imzalan- mış ticarət haqqındakı xüsusi müahidənaməyə əsasən rus təbəələrinə eksterritoriallıq hüququ (İranda olan rus təbəələrinin yerli qanunlara deyil, ancaq öz dövlətinin qanunlarına tabe olması) və bir sıra digər iqtisadi, siyasi üstünlüklər verilirdi ki, bunlar da İran tacirlərinə nisbətən rus tacirlərinə geniş şərait yaradırdı. Bununla yanaşı Türkiyədən 84 min, İrandan 40 min erməni Azərbaycanın Qarabağ, Şirvan, Quba, Gəncə və Gəncəbasar regionlarına köçürüldü. Bu problemə bir qədər ciddi münasibət bildirəndə və hərtərəfli təhlil edildikdə bir daha belə bir qənaətə gəlmək olur ki, Türkmənçay müqaviləsindən sonra ermənilərin və kürdlərin Cənubi Qafqaza köçürülmələri planlı şəkildə baş vermişdi.

Beləliklə, XIX əsrin əvvəllərində rus-İran müharibələri planlı şəkildə düşünülərək Gülüstan və Türkmənçay sülh müqavilələri uzun müddət hazırlanmış strategiyanın məntiqi nəticəsi idi. Odur ki, nəticə etibarı ilə bu müqavilələr İranın Cənubi Qafqazda hərbi-strateji, iqtisadi və siyasi mövqelərini sarsıtdı.

 

31. Əfqanların İranı işğal etməsi

1747-ci ildə Əfqan dövləti yaranana qədər Əfqanıstan istilahı еtnik-cоğrafi mənada əfqanlar ölkəsini, yəni qədimdən əfqanların yaşadığı Sülеymani dağlarını və buraya bilavasitə qоnşu оlan əraziləri ifadə еdirdi. ХVIII yüzilliyin оrtalarından еtibarən əfqanlar müasir Əfqanıstanın əsasən cənub hissəsində yaşayırdılar. Ölkənin digər yеrlərinin əsas əhalisi taciklərdən, həzarilərdən başqa kiçik хalq və qəbilələrdən ibarət idi.

    Əfqanıstan dağlıq ölkədir: оnun ərazisinin 4/5 hisəsini dağ və dağ yaylaları təşkil еdir. Ölkənin Hindistandan Iran və Оrta Asiyaya gеdən yоlun üzərində yеrləşməsi qоnşu ölkələr və хalqlarla əfqanların təsərrüfat və mədəni əlaqələrinin inkişafına təsir göstərmişdir. Digər tərəfdən isə, Hindistana bir növ qapı rоlu оynayan Kabil, Qəndəhar və Sülеymani dağlarının stratеji və iqtisadi əhəmiyyəti əfqan tоrpaqlarının müхtəlif istilaçılar arasında vaхtaşırı mübarizə mеydanına çеvrilməsinə səbəb оlmuşdur.

Yеni dövrün əvvəllərində Əfqanıstanın ərazisi əslində Səfəvi və Mоğоl dövlətləri arasında bölünmüşdü. Yеni dövr əfqan хalqının mübarizəsi və müstəqil Əfqanıstan dövlətinin yaranması ilə хaraktеrizə еdilir.

           Əfqan dövlətinin  yaranması ilk  növbədə əfqan tayfaları arasında mövcud оlan fеоdal münasibətlərinin inkişaf еtməsinin məntiqi nəticəsi idi. Müstəqillik uğrunda mоğоllara və Iran şahlarına qarşı uzun sürən silahlı mübarizə nəticəsində оnların bir dövlət qurumunda birləşməsi və fоrmalaşması prоsеsi baş vеrmişdir.

Səfəvilərə sarsıdıcı zərbəni əfqan tayfalarından biri gilzaylar vurmuşdur. Şah Hüsеynin hakimiyyətinin ilk illərində artıq gilzay və digər əfqan tayfaları arasında Səfəvi hakimiyyətinə qarşı narazılıq güclənməkdə idi və bu gеtdikcə kəskin хaraktеr alırdı. Həmin dövr bu хüsusilə Qəndəharda Abdulla хan və оnu əvəz еtmiş Qurqеn хanın hakimlik еtdiyi zaman daha kəskin хaraktеr almışdı ki, bu da həmin хanların burada həddindən atıq özbaşınalıq еtmələri ilə əlaqədar idi. Qеyd еdək ki, Abdulla хan Qəndəhara 1698-ci ildə bəylərbəyi təyin еdilmiş, 1704 –cü ildə isə оnu Qurqеn хan (müsəlmanlığı qəbul еtmiş gürcü çarı ХI Gеоrgi) əvəz еtmişdi. Оnların Qəndəharda hakim оlduğu vaхt əfqanların narazılığı sоn həddə çatmışdı. Bu səbəbdən də оnlar 1705-ci ildə üsyan еtdilər. Üsyana Mir Vеys хan başçılıq еdirdi. Hələ üsyana qədər оnu təhlükəli rəqib kimi qəbul еdən Qurqеn хan Mir Vеysi Qəndəhardan uzaqlaşdırmaq istəyirdi. 1706-cı ildə gilzayların növbəti üsyanını yatırıldı.. Lakin bir sıra taiхçilərin еlmi qənaətinə görə Mir Vеys şah sarayında nəinki оna qarşı qaldırılan iddiaları rədd еdə bildi, hətta şah tərəfindən qəbul da еdildi. Еyni zamanda о, Qurqеn хanın şaha lоyal оlmadığını yеrlərdə qəddar idarətеmə sistеmi tətbiq еtməklə mərkəzi hakimiyyətə qarşı хalqın narazılığını qəsdən fоrmalaşdırdığını şaha bildirməklə оnun Qəndəhardan dəyişdirilməsinə nail оlmağa çalışırdı. Buna baхmayaraq о, istədiyinə nail оla bilmədi. Lakin Mir Vеys şahın еtimadını qazandığına görə оna Məkkəyə həcc ziyarətinə gеtməyə icazə vеrildi. Məkkə ziyarəti zamanı Mir Vеys buradakı sünni ruhanilərdən Qəndəharın sünni əhalisinin şiə hakimiyyətinə qarşı üsyan qaldırmasını dəstəkləyən fitvanın vеrilməsinə dair danışıqlar apardı və bu haqda hərtərəfli razılaşmalar əldə еtdi. Məkkə ziyarətindən 1708-ci ildə Isfahana dönən Mir Vеys Qəndəhara qayıtmağa da icazə aldı. Buraya qayıtdıqdan dərhal sоnra əfqanların böyük üsyanını təşkil еtəməyə nail оldu. Bir nеçə dəfə əfqan cirgəsini tоplamağa müvəffəq оlan Mir Vеys bu tоplantılara digər əfqan tayfalarının da başçılarını cəlb еdə bilmişdi. Cirgənin həmin tоplantılarında gilzaylardan başqa alkоzaylar, nurzaylar, kakarlar, tarinlər, baburilər, nasırlar və digər tayfa başçıları, hətta bəluc tayfa başçısı da iştirak еdərək böyük üsyanın qaldırılmasında maraqlı оlduqlarını bildirmişdilər.

1709-cu ilin aprеl ayında Qəndəharda Qurqеn хanın qоşunlarının kifayət qədər оlmadığını nəzərə alaraq, Mir Vеys üsyan qaldırdı. Həmin dövr Qurqеn хan kakarların üsyanını yatırmağa cəlb оlunmuşdu. Üsyançılar Qəndəharı ələ kеçirdilər. Səfəvi qоşunu Mir Vеysın hərbi dəstələrinə qarşı mübarizəyə başlasa da məğlub оldu. Nəticədə Qəndəharda gilzayların Mir Vеys tərəfindən idarə еdilən müstəqil dövlətin qurulduğu bəyan еdildi. Həmin ilin nоyabr ayında Isfahandan Qəndəhara Qurqеnin qоhumu Kеy Хоsrоvun (Хоsrоv Mirzə) başçılığı altında göndərilən böyük qоşun da əfqanlar tərəfindən məğlub еdildi. Hеratdan kеçərək 1710-cu ildə Fərəхə çatan Хоsrоv Mirzə 1711-ci ilin yayına qədər burada qaldıqdan sоnra Qəndəhara hücum еtdi. Güclü müdafiə оlunan şəhəri Хоsrоv Mirzə hücumla ala bilmədi. Payızda Səfəvi qоşunlarının vəziyyəti kəskin şəkildə ağırlaşdı. Bundan sоnra Səfəvilər Qəndəharda öz hakimiyyətlərini bərpa еtməkdən ümumiyyətlə əl çəkdilər. 1715-ci ildə vəfat еdənə qədər Mir Vеys Qəndəharı müstəqil dövlət kimi idarə еtdi.

Gilzaylardan sоnra ikinci müstəqil dövlət yaratmağa müvəffəq оlan əfqan tayfası abdalilər оldu. 1716-cı ildə Hеratda üsyan еdən abdalilər əslində müstəqillik uğrunda mübarizəyə Qurqеn хanın öldürülməsindən dərhal sоnra başlamışdılar. Abdali tayfasının başçıları Multanda оlan Abdulla хan Sadоzay və оnun оğlu Əsədulla хanı bu mübarizəyə başçılıq еtməyə çağırmışdılar. Abdulla хan və оğlu yоlda qəfildən farslar tərəfindən əsir alınsa da, оnlar qaçmağa müvəffəq оlmuş və Hеrata gəlmişdilər. Tanınmış sadоzayların Hеrata gələrək antisəfəvi əhval-ruhiyyəsi yaradacağını nəzərə alaraq, həmin dövr Hеratda hakim оlan Abbasqulu хan Şamlu оnları həbs еtdirir. Lakin bu dəfə də Abdulla хanla оğlu Əsədulla хan həbsdən qaça bilir və Hеratda başlanmış abdali üsyanına rəhbərlik еdirlər. Əsədullanın başçılıq еtdiyi abdali hərbi dəstələri Hеratdakı Səfəvi qоşunlarını bir nеçə dəfə məğlub еtdikdən sоnra 1717-ci ilin sоnunda üsyançılar Hеrata nəzarəti tam ələ kеçirdi, əhalinin fəal köməyi və dəstəyi ilə Murqaba, Baqdis, Kusuviyyə və Qurian əyalətlərini də tuta bildilər. Bütün bu prоsеslərin nəticəsində Hеrat sadоzay nəslindən оlan abdali хanlarının müstəqil idarə еtdiyi siyasi mərkəzə çеvrildi. Abdulla хan 1719-cu ildə Səfəvilərin göndərmiş оlduğu sоnuncu hərbi еkspеdisiyanın da qarşısını aldı. Lakin həmin il gilzaylarla mübarizədə məğlub оldu. Bu müharibədə abdalilər Fərəhi ələ kеçirsələr də, Fərəh və Zəmindəvar arasındakı Dilaramda baş vеrmiş həllеdici döyüşdə Əsədulla хan 1717-ci ildə Qəndəharda hakimiyyətə gəlmiş Mir Vеysın böyük оğlu Mir Mahmud хan tərəfindən məğlub еdildilər.

1721-ci ilin sоnunda Hеratda tam möhkəmləndikdən sоnra Mir Mahmud хan Iranla sərhəd оlan ərazilərdə təhlükəsizliyi təmin еtmək məqsədilə Isfahana böyük hərbi yürüş təşkil еtdi. Isfahana yaхınlaşan Mir Mahmud хan 1722-ci il martın 8-də Səfəvi şahının qоşunlarını məğlub еtdi. Bundan sоnra о, Isfahanı mühasirəyə aldı. 1722-ci il оktyabrın 22-də Şah Hüsеyn təslim оldu və Mir Mahmud хanın iqamətgahına gələrək Səfəvilərin şah tacını оnun başına qоydu. Qələbələrindən ruhlanan Mir Mahmud şah Iranın digər ərazilərində də öz hakimiyyətini bərqərar еdərək yеrli əhaliyə qarşı amansız tədbirlər gördü. Nəticədə, əfqanların Irandakı hakimiyyətinə qarşı yеrli əhali arasında ciddi narazılıqlar yarandı və оnların Iranı idarə еtməsi gеtdikcə çətinləşdi. Vəziyyəti bеlə görən gilzay tayfa başçıları 1725-ci ildə Mir Mahmud şahı öldürdülər və hakimiyyətə оnun əmisi оğlu Əşrəfi gətirdilər. Buna baхmayaraq, Iranda əfqan hakimiyyətinə qarşı narazılıq gеtdikcə güclənirdi. Iranda əfqan hakimiyyətinin qurulması və оnun saхlanması istiqamətində atılan addımlar gilzayların Qəndəharda hakimiyyətlərinin zəifləməsinə səbəb оldu. Nadir şah Əfşarın hakimiyyətə gəlməsindən sоnra isə əfqanlar iranlıların hücumlarının qarşısını ala bilmədilər və nəticədə, bütün Əfqanıstan yеnidən Iranın hakimiyyəti altına düşdü.

 

 

32. 1905-1911-ci illər Məşrutə hərəkatı

Sosial-iqtisadi vəziyyət. XX əsrin əvvəllərində Qacarlar sülaləsinin (1796–1925) hakimiyyəti altında olan Cənubi Azərbaycanda

gərgin sosial-iqtisadi böhran yaşanırdı. İranın Rusiya və İngiltərə kimi dövlətlərin yarımmüstəmləkəsinə çevrilməsi, şahın və

onun məmurlarının özbaşınalığı, dalbadal baş verən qıtlıq, hakim dairələrdəki rüşvətxorluq ölkədə geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırmışdı. Boşalmış xəzinəni doldurmaq üçün kəndli və sənətkarlardan,həmçinin tacirlərdən alınan vergi qanunsuz şəkildə artırılırdı. Əldə olunan gəlirlər isə şahın və onun yaxınlarının ehtiyaclarına sərf edilirdi. Əhalinin bütün zümrələri hökumətdən narazı idi. Var-yoxdan çıxan və feodal  istismarından əziyyət çəkən kəndlilər güzəran dalınca qonşu ölkələrə üz tuturdular. İnqilab ərəfəsində qazanc üçün təkcə Rusiyaya 300 min kəsbkar getmişdi. Xaricdən sənaye mallarının axını nəticəsində müflisləşən sənətkar və tacirlər şəhər əhalisinin ən çox narazı qalan hissəsi idi. Bütün gəlirli sahələrin xaricilərə icarəyə verilməsi, hətta dövlət vəzifələrinin də əcnəbilərə həvalə olunması yeni yaranan burjuaziyanı qıcıqlandırırdı.

İranın müxtəlif yerlərində yaranan gizli cəmiyyətlər ölkədə şah idarəçiliyinin dəyişmisini, ədalətli idarə üsulunun, qanunverici orqanın yaradılmasını arzulayır, müxtəlif tələblər irəli sürürdü. Xalq kütlələrinin rəğbətini qazanmağa çalışan ruhanilərin mütərəqqi təbəqəsi də bu işdə fəal rol oynayırdı. Cənubi Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil şəhərləri narazılıq mərkəzinə çevrilmişdi.

Bu dövrdə Cənubi Azərbaycanda demokratik fikrin yayılmasında, milli siyasi şüurun oyanmasında, xarici imperializmə və yerli feodal zülmünə qarşı mübarizənin güclənməsində bir sıra başqa amillərin də böyük təsiri var idi. Belə ki 1904-cü ilin dekabrında Bakıda baş verən və qələbə ilə nəticələnən fəhlə tətilləri, Rusiyada 1905–1907-ci illərdə olan burjua-demokratik inqilabı İranın, xüsusən də Cənubi Azərbaycanın siyasi mühitinə təsir göstərməklə orada həyəcan və çıxışların güclənməsinə, inqilabi hərəkatın başlanmasına təkan verdi. Məşrutə (Konstitusiya) hərəkatı. İranda bütün bu həyəcan və etirazların siyasi partlayışa çevrilməsi bir qığılcıma bənd idi.  1905-ci il dekabrın 12-də Tehranda Baş nazir Eynüddövlənin qəndin qiymətinin bahalaşmasını bəhanə edərək paytaxtda 17 taciri həbs etdirib döydürməsi, onların dükanlarının qarət olunması qığılcım rolunu oynadı. Tehranla yanaşı, Təbrizdə, Ərdəbildə, Xoyda, Zəncanda və Cənubi Azərbaycanın digər şəhərlərində də bazar və dükanlar bağlandı, etiraz nümayişləri, çıxışlar başlandı.

Etirazçıların tələbləri bunlar idi:

1)Konstitusiyanın (Məşrutənin) qəbulu

2)Xarici məmurların ölkədən qovulması

3)Məclisin, yəni parlamentin çağırılması

Arası kəsilməyən çıxışlar nəticəsində qorxuya düşən şah hökuməti inqilabçıların              tələblərinə əməl etməyə məcbur oldu. 1906-cı il avqustun 5-də Müzəffərəddin şah Konstitusiya qəbul edilməsi haqqında fərman verdi. Bunun ardınca məclisə seçkilər keçiriləcəyi elan olundu. Təbriz şəhərində seçkili orqanlar – əncümənlər yaradıldı. Əncümən qanunverici hakimiyyət orqanı idi, bütün qərar və sərəncamlar onun tərəfindən verilirdi. Əncümənin qərarı ilə əhalinin ərizə və şikayətlərinə baxmaq üçün Ədliyyə, qayda-qanuna nəzarət etmək üçün Nəzmiyyə, vergi toplamaq üçün Maliyyə idarələri yaradıldı. Bələdiyyə idarəsi dağılmış küçələri, bazar və karvansarayları bərpa edirdi. Çörək bolluğu, ucuzluq və gözlənilən hücumlara qarşı taxıl ehtiyatı yaratmaq üçün xüsusi komissiya təşkil olundu. Komissiya şəhərdəki taxıl anbarlarını möhürlədi və kəndlərdən buğda-arpa gətirilməsini təşkil etdi. Hər gün əncümənin təyin etdiyi qiymətə çörəkçilərə verilən taxıldan bişirilən çörək əhaliyə ucuz satılırdı. Şəhəri müdafiə etmək məqsədilə varlıların üzərinə “Müharibə xərci” adlanan vergi qoyulmuşdu. Təbrizin ardınca əncümənlər Cənubi Azərbaycanın Urmiya, Ərdəbil, Marağa, Salmas, Maku, Zəncan, Xalxal və başqa şəhərlərində də yaradıldı.1906-cı il dekabrın 30-da ölüm yatağında olan Müzəffərəddin şah hələlik birinci hissəsi hazırlanmış Konstitusiyanı imzaladı. Lakin 1907-ci ilin yanvarında taxta əyləşmiş Məhəmmədəli şah atasının imzaladığı Konstitusiyanı tanımaq istəmirdi. O, inqilabı yatırmağa, iştirakçılarını isə cəzalandırmağa çalışırdı. Bu xəbər İranın digər yerləri ilə ya-naşı, iqtisadi tətillərin baş verdiyi və siyasi mübarizənin davam etdiyi Təbrizdə də hərəkatın dərinləşməsinə səbəb oldu. 1907-ci ilin fevralında fəhlə və qulluqçular-dan, məktəb müəllimləri və tələbələrdən ibarət tətilçilər teleqrafxana ətrafında toplaşdılar. Şah geri çəkilməyə məcbur olub Konstitusiyanı əlavələrlə birgə imzaladı. 1908-ci ilin əvvəllərində şah aranın sakitləşdiyini düşünüb hücuma keçməyə cəhd etdi. Hərəkatda fəal iştirak edən xeyli adam həbs olundu. İyun ayında şahın göstərişi ilə rus zabiti V.P.Lyaxovun dəstəsi məclisi və Tehran şəhərindəki Azərbaycan nümayəndəliyinin yerləşdiyi binanı top atəşinə tutub dağıtdı. Buna cavab olaraq, Səttarxanın başçılığı ilə Təbrizdə silahlı üsyan başladı. O, sayı 20 minə çatan könüllülərdən ibarət fədailər dəstəsi yaratdı və Hərbi Şura təşkil etdi. Xalqın məhəbbətlə “Sərdari-milli” adı verdiyi Səttarxanın yaxın köməkçisi “Salari-milli” adlandırılan Bağırxan oldu. Üsyançılar Təbrizi əks-inqilabçılardan təmizlədilər. Şəhərdə qayda-qanun yaradıldı, xalqınnifrət etdiyi şah məmurları, o cümlədən vali Səməd xan qovuldu. İran inqilabçılarına gizli yolla göstərilən köməyin artmasının bir səbəbi də şah hökumətinin xaricdə olan dövlət məmurlarının bir çoxunun inqilaba rəğbət bəsləməsi və əncümənlərə üzv yazılması idi. Belələrinə misal olaraq Yelizavetpol, Bakı, Aşqabad və Tiflisdəki konsulları göstərmək olar. Dünyanın müxtəlif yerlərindən üsyançılara maddi və mənəvi dəstək gəlirdi. İnqilaba ilk yardımı qonşu ölkələrə müvəqqəti iş üçün getmiş İran təbəələri göstərirdilər. Bunlar başlıca olaraq Qafqaz, Mərkəzi Asiya və Volqaboyunun sənaye mərkəzlərində, limanlarında, müxtəlif nəqliyyat işlərində, eləcə də kənd təsərrüfatı sahəsində çalışan, böyük əksəriyyəti Cənubi Azərbaycandan gəlmiş fəhlələrdən ibarət idi. Başda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olmaqla, Azərbaycan milli burjuaziyasının ən görkəmli nümayəndələrinin İran inqilabçılarına hərtərəfli yardımı xüsusi qeyd edilməlidir. Həmin dövrdə nəşr olunan “İrşad”, “Tazə həyat” qəzetləri və “Molla Nəsrəddin” jurnalı İran inqilabına mənəvi dəstək olur, Səttarxan, Bağırxan, Hüseynxan haqqında məqalələr çap edirdilər. Üsyanın genişlənməsi imperialist dövlətləri, xüsusilə Rusiya və İngiltərəni narahat edirdi. Fədailəri tərk-silah etmək məqsədilə Səttarxan və Bağırxan 1910-cu ilin mart ayında Tehranın rəsmi dairələri tərəfindən paytaxta dəvət olundular. Şaha inanan və artıq qan tökül-məsinə yol vermək istəməyən Səttarxan dəvəti qəbul edib Tehrana gəldi. Əldə olunan razılığa baxmayaraq, onun adamlarına xəyanətkarcasına hücum edildi. Ağır yarala-nan Səttarxana geri qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu, lakin çar Rusiyasının Cənubi Azərbaycanda olan qoşunları əhalinin fəal çıxışına imkan vermədi. Xarici təbəələri qorumaq bəhanəsi ilə əks-inqilabi qüvvələr Təbriz üzərinə hücuma başladılar. Təbrizdə şiddətli vuruşmalar dekabrın əvvəllərinədək davam etdi. Üsyan qan içində boğuldu. Beləliklə, 1905–1911-ci illər İran burjua inqilabının ən gərgin anlarında mühüm, həlledici rol oynamış və irtica qüvvələrinin qarşısında aciz qaldığı hərəkat yalnız xarici müdaxiləçilərin ordusu tərəfindən yatırıla bildi.

 

33. İranda konsessiyalar uğrunda mübarizə

Iranın maliyyə əsarəti altına  alınması, Avropanın klasssik müstəmləkəçi dövlətlərinin kapitalizmdən imperializm keçid mərhələsinə təsadüf edir. Məlum olduğu kmi, XIX yüzilliyin ikinci yarısından etibarən qloballaşmağa başlayan dünya təsərrüfat sisteminin tələbləri, Avropanın inkişaf etmiş dövlətlərini xammal və satış bazarları uğrundakı mübarizələrini yeni mərhələyə keçirməyə məcbur edirdi.  Əslində Iranda möhkəmlənmək uğrunda gedən mübarizə həm geostrateji, həm də qlobal miqyasda iqtisadi maraqların təmin edilməsini səciyyələndirirdi.  Əslində Iran uğrunda mübarizə yüzilliyin lap əvvəlində özünü büruzə verməyə başlamışdı. 1800-cü ildə I Napoleon Rusiya imperatoru I Paveli fransız və rus qoşunlarının Iran vasitəsilə Hindistana birgə yürüşünü təşkil etmək haqqında müqavilə bağlamağa razı sala bildi. Lakin ingilislərin də əli olan sui-qəsd nəticəsində 1801-ci il martın 11-də Pavel öldürüldü. Nəticədə, uzaq niyyətləri   özündə ehtiva edən bu plan baş tutmadı. Rus-Iran müharibələrindəki məğlubiyyət Iranı təkcə ərazi itgisinə məruz qoymadı, həm də Qacarlar sülaləsinin çardan xüsusi asılılığını təmin etmiş oldu.

Şimali Iranın bütünlüklə Çar Rusiyasının tələbatına uyğunlaşdırılması isə Iranın Rusiyadan asılılığının göstəricisi idi. Belə ki, Şimali Iranın bütün sosial-iqtisadi həyatı rus konsulları tərəfindən idarə edilirdi. Yerli əhali üçün onların hər hansı göstərişi qanun idi.

XIX yüzilliyin ikinci yarısında Iranın Avropa dövlətlərindən iqtisadi asılılığı artdı. Ingiltərə və Rusiyanın transmilli şirkətləri bu ölkədə güclü mövqeyə malik idilər. Iran ilə əlaqələrin genişləndirilməsində Volqa və Xəzər dənizinin yaratmış olduğu əlverişli şəraitdən istifadə edərək, Çar Rusiyası Iranı satış bazarı kimi tək nəzarətdə saxlamaq istəyirdi. Özlərinin Irandakı əlverişli mövqelərindən və imtiyazlarından istifadə edən Rusiya tacirləri burada öz mallarını ən aşağı qiymətə satmaqla, ingilis mallarını sıxışdırıb buradan çıxarmağa çalışırdı.

Qacar tayfasından olan Nəsrəddin şah (1848-1896) isə nə şimalda rus, nə də cənubda ingilis özbaşnalığına qarşı mübarizə aparmaq haqqında düşünmürdü. Əslində daxildə mərkəzi hökumətin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmaması, bu istiqamətdə müvafiq islahatların aparılmaması şah Iranı üzərində ingilis-rus asılılığını daha da artırırdı. Nəsrəddin şah bütün hakimiyyəti dövründə xarici kapitalistlərə konsessiya verilməsi ilə bağlı 83 müqavilə imzalamışdı ki, onlardan 35-i avropalılara verilən imtiyavzlar haqqında idi. Digər tərəfdən, ingilis və rus müstəmləkəçiləri Hindistana qərbdən qapı olan Iranda möhkəmlənmək üçün mərkəzi hökumətə intensiv təsirlər göstərir, buradakı mövqeləri saxlamaqla Hindistan uğrunda mübarizəni gücləndirirdilər. Rusiya dəmiryolu vasitəsilə Iran körfəzinə çıxmağa çalışdığı kimi, Ingiltərə də dəmiryolları vasitəsilə Xəzər sahillərinə çıxmağa çalışırdı. Rəqabət Ingiltərə və Rusiya arasında münasibətlərin gərginləşməsini səciyyələndirirdi.

Iranda dəmir yolu çəkməyə ilk dəfə Ingiltərə təşəbbüs göstərdi. 1872-ci ildə baron Röyter konsessiya alarkən Fars körfəzindən Xəzər sahillərinə qədər dəmiryolu çəkmək təklifini irəli sürdü. Lakin Rusiyanın təzyiqi altında şahın razılıq verməməsi bu təklifin reallaşmasına imkan vermədi.

 Kommunikasiya vasitələrinin xaricilər tərəfindən ələ kesirilməsi, Iranın müstəmləkə halına gətirilməsində az rol oynamadı. Hindistanda Sipahilər üsyanı Ingiltərə hökumətini London-Hindistan teleqraf xəttini çəkmək ideyasını qətiləşdirdi. 1867-ci ildə Ingiltərə uzun sürən müzakirə və mübahisələrdən sonra Almaniya və Rusiyadan Iranı Ingiltərə və Hindistanla birləşdirən teleqraf xətti çəkmək üçün razılıq ala bildi. Bundan sonra isə, 1872-ci ildə Ingiltərə Iranı həmin teleqraf xəttinin çəkilməsi üçün razılaşmağa məcbur etdi. Irandan keçən teleqraf xəttindən yalnız ingilislr istifadə etmək hüququna malik idi. Bir müddət sonra isə analoji addımı Rusiya atdı.  1879-cu ildə Astrabad-Çikişlər teleqraf xəttinin çəkilməsi və istismara verilməsi üçün Rusiya-Iran müqaviləsi imzalandı. Tezliklə isə Rusiya üçün həddən artıq sərfəli və əlverişli olan tarifi Iran qəbul etdi.

Iranın cənubunda ingilis kapitalistləri-«Linc» qardaşları ingilis bankının vasitəçiliyi ilə Əhvaz-Isfahan şossesini salaraq Harun çayı üzərində gəmiçiliyə nəzarəti ələ keçirmişdilər. Bununla yanaşı onlar Tehran-Qum-Sultanabad, Tehran-Isfahan şosse yollarını çəkmək hüququ da almışdılar. Öz növbəsində rus iş adamları ölkənin şimalında öz fəaliyyətlərini genişləndirmək məqsədilə bir sıra konsessiyalar əldə etdilər. Tezliklə Iranın şimal və mərkəzi şəhərlərini rus sərhəddi ilə birləşdirən şosselər salınmağa başlandı, Iranın Xəzər salihindəki balıq hasilatı mərkəzlərini ələ keçirdilər, Ənzəli, şimaldakı bütün əsas liman və anbarlar rus sənayeçi və tacirlərinin istifadəsinə verildi

1872-ci ildə ingilis kapitalisti Röyter şahdan  70 il müddətinə ona böyük səlahiyyətlər verən konsessiya aldı. Ona bütün Iran ərazisində magistral yollar çəkmək, neft kəşfiyyatı işləri aparmaq, neft hasil etmək, meşə təsərrüfatı ilə məşğul olmaq, dəmiryolları və teleqraf xəttləri çəkmək, dəyirman və fabriklər tikmək, poçt şöbələri açmaq hüquq və səlahiyyətləri verildi. Şah Iranına eyni zamanda Rusiya da güclü təsir və təyziqlər edir və analoji konsessiyarın rus iş adamlarına da verilməsini tələb edirdi. Həmin təyziqlərin nəticəsi kimi şah Röyterə verdiyi konsessiyanı ləğv etdi və Röyterin ödəmiş olduğu 40 min funt sterlinqi ona qaytarmadı. Lakin Rusiya bununla kifayətlənmədi. Iranda sənayenin idarə edilməsi və infrastruktur formalaşdırılmasında daha əsaslı şəkildə fəaliyyət göstərmək üçün Rusiya burada öz maliyyə institutlarını yaratmaq istiqamətində addımlar atdı. Əslində bu da ingilislərlə aparılan mübarizədən irəli gələn məcburi bir addım idi. Röyterə verilmiş konsessiyaların ləğv edilməsi Ingiltərənin maliyyə və siyasi dairələrini narahat etdi. Uzun sürən danışıqlardan sonra Ingiltərə hökumətinin birbaşa dəstəyi və yardımı ilə 1889-cu ildə Röyter Şahənşah bankının açılmasına razılıq aldı. Ingiltərənin Iranda mövqelərinin güclənməsi təbii ki, burada xüsusi maraqları olan Rusiyanı narahat etməyə bilməzdi. Röyterin konsessiya almasından bir il sonra, yəni 1890-cı ildə rus diplomatiyasının güclü təyziqləri nəticəsində rus kapitalisti Polyakov Iranda «Rus hesablaşma-borc bankı» açmağa müvəffəq oldu. Bununla yanaşı, Polyakov 1891-ci ildə Iran hökumətindən sığorta və nəqliyyat işini təşkil etmək konsessiyası aldı. Bu konsessiya əsasında «Iran nəqliyyat bürosu» şirkəti yaradıldı. Şirkət Xəzər dənizində gəmi nəqliyyatı təşkil etdi. O, Ənzəli limanını inşa etmək və bunu işlətmək ixtiyarı da ala bildi. Iranın şimalında isə bir sıra şosse yolları saldı.

Iranın yarımmüstəmləkə halına gətirilməsi, onun dünya təsərrüfat sisteminə inteqrasiyası ilə eyni vaxtda aparılırdı ki, bu faktor da ölkənin xarici ölkələrdən asılılığının sürətlənməsinə şərait yaradırdı. Məlum olduğu kimi XIX yüzilliyin ikinci yarısında dünya təsərrüfat sistemi qloballaşmaya doğru istiqamət götürmüş və Almaniyanın birləşməsindən sonra isə bu faktor bir qədər də sürətlənmişdi. Bu mənada geridə qalan Iran iqtisadiyyatı və kənd təsərrüfatı Avropanını inkişaf etmiş dövlətləri ilə eyni sırada dura bilmirdi. Ölkənin kənd təsərrüfatı xüsusilə acınacaqlı vəziyyətdə idi. Iranın dünya təsərrüfatına inteqrasiyası prosesində sənaye və kənd təsərüfatı birtərəfli olaraq inkişaf edirdi. Belə ki, əsasən ixrac mallarının–pambıq, düyü, tütün, meyvə, xaş-xaş və zeytun yağı və s.-istehsalı genişləndirildi. Natural təsərrüfat forması öz yerini mal-pul münasibətlərinə verirdi. Buna səbəb o idi ki, mülkədarlar ticarət əkinçiliyinin inkişaf etdirilməsində maraqlı idilər. Ona görə də onlar öz icarədarlarını ixrac malları istehsal etməyə məcbur edirdilər. Iranın məhsul rentası üsulu ilə çalışan hissəsində isə mülkədarlar məhsulun həcmini artırdılar. Bundan əlavə Iranın bu sahədə çalışan kəndliləri mülkədarlar üçün digər təsərrüfat işlərini icra etməklə yanaşı əlavə vergilər də ödəyirdilər.  Kəndlilərdən həmçinin «zəbetane» adlanan buğda vergisi də yığılırdı ki, bu da 20 batmandan 1 xərvərədək təşkil edirdi. Kəndliləri eyni zamanda qubernatorlar və xarici iş adamları da istismar edirdi ki, bu da kəndliləri müflisləşdirir və aclıq baş verməsinə zəmin yaradırdı.

Üç dəfə xarici səfərdə olan Nəsrəddin şahın bu səfərləri xəzinənin boşalması ilə müşayiət olunurdu. Bu səfərlərdən əsas məqsəd Iranın maliyyə və iqtisadi vəziyyətinin normallaşdırılması olsa da, əslində səfərlər Iranın sosial-iqtisadi inkişafına, xüsusilə onun xarici kapitaldan asılılığının aradan qaldırılmasına yönələn konkret addımların atılmasına gətirib çıxarmamışdı. Belə ki, 1873, 1878 və 1889-cu illərdə Avropa ölkələrinə səfərindən sonra Nəsrəddin şah dövlət aparatı və sarayn xarici görünüşü nöqteyi-nəzərindən avropalaşdırılması üçün həyata keçirdiyi «islahat»ların Iranın iqtisadi və siyasi quruluşunun feodal əsaslarına qətiyyən toxunmadı. Digər tərəfdən isə ölkədə mövcud olan bürokratiya və rüşvətxorluq mütərəqqi addımların atılmasına mane olurdu. Nəsrəddin şah öz hakimiyyəti dövründə dövlət idarəçiliyində bəzi islahatlar aparmağa səylər göstərdi. Lakin bu islahatlar dərin deyil, ötəri olub əslində dövlətin nəzarət sisteimini təkmilləşdirməyi əsaslandırmış oldu.Analoji addımlar qadın mühitinə münasibətdə də atıldıi və qadınlar da müvafiq şəkildə müasir Avropa mədəniyyətinə uyğunlaşmalı idilər.

1879-cu il fevralın 7-də rus zabitlərinin Iranda hərbi qulluğa qəbul olunmaları üçün şah hökuməti ilə saziş bağladı. Həmin il Domantoviçin başçılığı altında Rusiya hərbi missiyası Tehrana göndərildi. 1880-ci ildə Rusiya hökumətinin birbaşa yardımı və dəstəyi ilə Iran kazak alayı yaradıldı ki, bu alay da sonradan briqada kimi formalaşdırıldı.

Iranın yarımmüstəmləkə halına gətirilməsində, şahın xarici ölkələrə konsessiya verməsindən sonra ölkədə iqtisadi vəziyyətdə mövcud olan gərginliyin aradan qaldırılması istiqamətində xarici maliyyə yardımları alması əsas yer tutur. 1891-ci ildə şahın ingilis monopoliyasına vermiş olduğu tütün istehsalında çalışan fəhlələrin üsyanı baş verdi. Üsyanın kifayət qədər güclü və geniş olduğunu nəzərə alan şah həmin konsessiyanı ləğv etməyə və fəhlələrə dəymiş ziyanı ödəmək üçün iri məbləğdə konpensasiya ödəmək məcburiyyətində qaldı. Xəzinədə isə həmin məbləği ödəmək üçün pul yox idi. Belə bir vəziyyətdə «köməyə» yenə Röyter gəldi. 1892-ci ildə onun vasitəçiliyi ilə Ingiltərədə Irana 500 min funt sterlinq məqsədli kredit verilməsi üçün müqavilə imzalandı. Eyni zamanda Röyter Cənubi Iran gömrüyündən əldə olunan gəlir hesabına kreditin qaytarılmasını, eləcə də həmin gömrüyün gəlirlə işləməsini təmin etdi. Lakin bu Iranın üzləşmiş olduğu maliyyə çətinliyini aradan qaldıra bilmədi. Nəticədə, 1897-ci ildə Iran Rusiya ilə də analoji müqavilə imzalamaq məcburiyyətində qaldı. Bu və ondan sonra Rusiyadan alınan kreditlərin isə geri qaytarılması Xəzərsahili gömrüyün fəaliyyəti ilə əsaslandırıldı. Bununla belə əldə olunmuş kreditlərin heç də hamısı ölkənin ehtiyaclarının aradan qaldırılmasına yönəldilmədi. Həmin kreditlər hesabına şahın xarici səfərləri maliyyələşdirildi. Nəticədə Iranın ən mühüm gəlir sahələri Ingiltərə və Rusiyanın nəzarətinə keçdi ki, bu da daimi büdcə kəsirinin yaranmasına gətirib çıxardı. Bu isə Iran üçün yeni kreditlərin alınması demək idi.

XIX yüzilliyin axırı-XX yüzilliyin əvvəllərində Böyük Britaniyanın hakim dairələri «Orta Şərq qruplaşması» yaratmaqla bu regionu dünyanın bölüşdürülməsi uğrunda mübarizədə mühüm meydana çevirməyə çalışırdılar.  «Orta Şərq qruplaşması»nın lideri Hindistanın vitse-kralı lord Kerzon idi. 1889-1890-cı illərdə Irana səyahət edən Kerzon «Iran və Iran məsələsi» əsərini yazdı. Burada müəllif Iranan Böyük Britaniya üçün əhəmiyyətini xüsusilə vurğulayır. Elə bu səbəbdəndir ki, Ingiltərənin ciddi müqaviməti nəticəsində çar Rusiyası Fars körfəzində möhkəmlənə bilmədi. Lord Kerzon «Iran və Iran məsələsi» əsərində yazırdı: «Rusiya Fars körfəzində möhkəmlənsə idi, Hindistan vitse-kralı bir gecə belə rahat yata bilməzdi».

XIX yüzilliyin 70-ci illərində Iran uğrunda mübarizəyə gec də olsa qoşulan Almaniya burada kifayət qədər mövqeyə malik olan Ingiltərə və Rusiyanın müqaviməti ilə rastlaşdı. Iranda iqtisadi və siyasi cəhətdən möhkəmlənmək uğrunda mübarizədə daha israrlı olan Almanyia bu ölkə ilə 1973-cü il iyunun 11-də «dostluq, ticarət və dənizdə hərəkət» haqqında müqavilə imzalamağ nail oldu. Bu müqavilə Almaniyaya Iranda sərbəst ticarət etmək, Tehran, Təbriz və Bəndər-Buşirdə səfirliklər açmaq, ölkədə kapitulyasiya rejimi yaratmaqla bərabər Iran sularında azad gəmiçilik hüququ da əldə etməyə imkan vermrdi. Müqavilənin 18-ci maddəsinə görə hər hansı ölkəyə veriləcək güzəşt və hüquqlar Almaniyaya da şamil edilməli idi.

 

 

34. İran Birinci dünya müharibəsi illərində

Şimali Azərbaycanla yanaşı  Cənubi Azərbaycan da müharibə aparan dövlətlərin strateji planlarında ilk yerləri tuturdu. Müharibə aparan tərəflərin hər biri ayrılıqda qarşısına məqsəd qoymuşdu. Qafqaz cəbhəsində hərbi siyasi üstünlüyə nail olmaq, Cənubi Azərbaycanda hərbi əməliyyatları genişləndirməklə Bakı neft rayonunu, ən başlıcası Xəzər Dənizi hövzəsini və Orta Asiyanı ələ keçirmək idi. Almaniya və Türkiyə İran hökumətini onların tərəfində çıxış etməyə məcbur edirdi. Türkiyə Cənubi Azərbaycanın türk əhalisinin imkanlarından bəhrələnmək istəyirdi. Rusiya komandanlığı Alman-Türk planından xəbərdar olan kimi buna qarşı tədbirlər həyata keçirdi. 1914-ci il noyabr ayının 20-də general Çernozubovun komandanlığı altında rus ordusu "Azərbaycan dəstəsi" kodu altında Culfada Rus İran sərhədini keçərək Cənubi  Azərbaycanın Xoy şəhərinə daxil oldu. Buradan cənub və şərqə doğru Urmiya gölünə doğru irəliləyərək Soyuqbulaq və Təbrizdə mövqe tutdu. Alman-türk tərəfinin tələblərini şah hökuməti yerinə yetirmədiyi üçün 1914-cü il noyabr ayının 21-də türk-kürd hərbi dəstələri Mosuldan hərəkətə keçərək Cənubi Azərbaycan ərazisinə daxil oldu. Bu zaman general Çernozubov mərkəzi ordu komandanlığından Culfaya doğru geri çəkilmək əmri aldı. Beləliklə, 1914-cü il dekabr ayına türk ordusu Soyuqbulağı, dekabr ayının 27-də Baçqalanı, 1915-ci il yanvar ayının 5- də türk-kürd dəstələri Urmiyanı, yanvar ayının 8-də isə Səlmas və Xoyu ələ keçirdi. 1915-ci il yanvar ayının 8-də Əhməd Muxtar bəyin komandanlığı altında türk ordusu ilə eyni vaxtda general Çernozubov da, yenidən Cənubi Azərbaycan istiqamətində hücum əmri aldı. Türkiyə Cənubi Azərbaycanda mövqelərini möhkəmləndirmək üçün oraya Ənvər paşanın əmisi Xəlil bəyin komandanlığı altında əlavə hərbi dəstə göndərdi. 1915-ci ilin mart ayında Xəlil bəyin hərbi dəstəsi Urmiyaya daxil oldu. Rusiya tərəfdən Xəlil bəyin ordusuna qarşı 15 batalyondan ibarət general Çernozubovun hərbi hissəsi çıxarıldı. Sarıqamış uğursuzluğundan sonra hərbi-psixoloji durğunluq keçirən Türkiyə Rusiyanın hərbi üstünlüyü şəraitində Cənubi Azərbaycandakı mövqelərini itirməklə üz-üzə qaldı.Rusiya Cənubi Azərbaycanda möhkəmlənmək üçün 1915-ci ilin oktyabrında general N.N.Baratovun komandanlığı altında atlı süvari korpusunu bu regiona göndərdi. 1916-cı il avqust ayının 19-da Almaniya ilə Türkiyə arasında razılaşma imzalandı. Bu razılaşmaya görə Cənubi Azərbaycan ərazisində hərbi əməliyyatlara rəhbərlik yalnız Türk tərəfinə həvalə olundu. Müharibənin sonuna yaxın Almaniya bu razılaşmanı pozdu və Türkiyənin Azərbaycanda mövqeyini zəiflətmək məqsədi ilə Rusiya ilə yaxınlaşmağa başladı.

 

35. Dürranilər dövləti. Əhməd şah

1747 -ci ildə Dürranilər dövləti yaradıldı. Onun qurucusu Əhməd Şah (1747-1773) bir neçə il ərzində əfqanların (puştunların) yaşadığı bütün torpaqları birləşdirdi. Bu amil dövlətin yaranması üçün ən vacib daxili şərt ən böyük Əfqan (Paştun) tayfaları arasında tədricən, qeyri-bərabər olsa da, feodal münasibətlərinin inkişafı idi.Böyük Moğollar  imperiyasının, Nadir Şah Əfşar dövlətinin süqutu, eləcə də Orta Asiyada demək olar ki, aramsız davam edən daxili çəkişmələr Durranilər dövlətinin yaranması üçün əlverişli xarici siyasi şərait yaratdı. Onun ərazisinin əsasını Qəndəhar, Qəzni, Kabil, Pişavər və Herat bölgələri təşkil edirdi.

Sonralar Dürrani şahları öz hakimiyyətlərini Şərqi İran, Cənubi Türküstan və Şimal-Qərbi Hindistan bölgələrinə yaydılar. Fəth edilən ərazilərdə köçəri maldarlıq təsərrüfatının aparılması üçün təbii şəraitin yararsız olması üzündən ayrı-ayrı əfqan tayfaları oturaq həyat tərzinə keçərək əkinçiliklə məşğul olmağa başladılar.

Onlardan bəziləri şəhərlərdə, o cümlədən İranın şərqində və Hindistanın şimal -qərbində məskunlaşaraq sənətkarlıq və ticarətlə məşğul olaraq orada əfqan əhalisinin əhəmiyyətli bir təbəqəsini meydana gətirdilər.

Feodal münasibətlərinin artıq hökm sürdüyü bir ərazilərdə oturaq həyata keçən hər ikisi, mövcud əkinçilik təsərrüfatı sisteminə birləşdi və təbii olaraq bu tayfaların feodallaşması, köçərilər arasında feodalizmin inkişafından daha sürətlə getdi. Əfqanlar quldarlıqdan yan keçərək nəsli-icma quruluşundan birbaşa feodalizmə keçdilər, köləlik yalnız bir həyat tərzi olaraq qorundu. Yeni ərazilərin mənimsənilməsi prosesində əfqan tayfaları və tez -tez eyni böyük tayfanın qolları əkinçilik vahələrini və otlaqları bütöv kütlələr halında deyil, seyrək halda tuturdular.  Beləliklə, ayrı-ayrı tayfaların qolları və qrupları qarışdılar, ərazi tayfa birlikləri yaradıldı, orada başçılar və əyanlar Dürrani şahlarından vergi toxunulmazlığı (caqirləri) olan torpaq bəxşişləri aldılar və inzibati, hərbi və məhkəmə səlahiyyətlərinə sahib oldular.

Əfqan xanlarının mənafeyini təmsil edən Əhməd şah öz hakimiyyətinin ilk günlərindən qonşu ölkələrə işğalçı yürüşlərə başladı və işğalçılıq mövqeyi tutdu. O, Sindi, Pəncabı, Kəşmiri və Cammanı işğal etdi. Tabe edilən əhali üzərinə vergilər qoyuldu ki, bunlar da şah xəzinəsi gəlirlərinin əsas hissəsini təşkil edirdi. Əfqan işğalçıları Hindistanın zəngin şəhərlərini qarət edir, hind knyazlıqlarından milyonlarla təzminat alır, bu təzminat ödənilmədikdə isə bütöv vilayətləri xarabazara çevirirdilər. Minlərlə hərbi əsirlər köləyə çevrilirdi. Lakin Şimali Hindistan üzərində əfqan feodallarının hakimiyyəti möhkəmlənə bilmədi və tezliklə onlara qarşı xalq üsyanları baş verdi. Pəncabda sənətkarlar və kəndlilər siqxlərin silahlı çıxışlarına yardım göstərdilər. Əhməd şahın bir sıra hərbi yürüşlərinə baxmayaraq o, siqxlərin bu silahlı çıxışlarını yatıra bilmədi.50-ci illərin axırlarında Şimali Hindistan əfqanlarla maratxalar arasında mübarizə meydanına çevrildi. Bu mübarizə 1761-ci il yanvarın 14-də baş vermiş Panipat vuruşmasında Əhməd şahın və onun müttəfiqi olan müsəlman knyazlarının qələbəsilə qurtardı. Hindistanın ən güclü knyazlığına ağır zərbə vuruldu və bu zərbə ingilis müstəmləkə qəsbkarlarının Hindistanı özlərinə tabe etməsini asanlaşdırdı. Lakin Panipat vuruşması nəticəsində əfqan feodalları yeni torpaqlar tuta bilmədi. Əhməd şah çoxlu hərbi qənimət ələ keçirdikdən sonra təcili surətdə Əfqanıstana geri qayıtmağa məcbur oldu. Çünki feodal qəsdləri və qiyamları nəticəsində Əfqanıstanın özündə onun hakimiyyəti üçün təhlükə yaranmışdı.

Əfqanıstan cəmiyyətində mübadilə və ticarətin inkişafı, sələmçiliyin ortaya çıxması, əvvəlcə müsəlman ilahiyyatçıları, sonra da zadəganlar üçün torpaq üzərində mülkiyyət hüququnun möhkəmlənməsi qəbilələrin yuxarı təbəqələrinin irsi torpaq mülkiyyətçilərinə çevrilməsinə kömək etdi. Onlar hərbi dəstələrə və çox vaxt mülklərində nəzarətsiz hakimiyyətə malik olurdular.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Əfqan cəmiyyətinin feodallaşmasının vacib bir xüsusiyyəti, həm də ondan ibarət idi ki, yeni torpaqların ələ keçirilməsi, ictimai əmək bölgüsü, antaqonist siniflərin bərqərar olması,  torpaq üzərində kollektiv mülkiyyətin ənənəvi formalarını dağıdır, təkcə feodal torpaq mülkiyyətinin deyil, həm də xüsusi mülkiyyətin yaranmasına səbəb olurdu.

Dürrani şahlarının bir-birinin ardınca fəth edilən əraziləri itirməyə başladığı dövrdə kəndlilərin tayfa əyanlarına qarşı bu mülkə sahib olmaq uğrunda mübarizəsi xüsusilə kəskin xarakter aldı. Bu itkiləri ödəməyə çalışan tayfa əyanları qiyamlar qaldırır və müstəqilliyə can ataraq dövlət torpaqlarını və kəndlilərin torpaqlarını ələ keçirirdilər.

Əhməd Şah Dürraninin varislərinin Dürranilər dövlətinin başlamış süqutunu dayandırmaq cəhdləri uğursuz oldu. İri feodal torpaq mülkiyyətinin artması, natural təsərrüfat şəraitində ölkənin ayrı-ayrı bölgələrinin iqtisadi inkişafı separatçı meyllərin güclənməsi üçün ilkin şərtlər oldu.

 

 

 

36. Dost Məhəmmədin daxili və xarici siyasəti

Hindistanda 1826-1827-ci illərdə Kabili, Qəznəni və Kохistanı öz hakimiyyəti altında birləşdirən Dоst Məhəmməd tеzliklə öz təsir dairəsini gеnişləndirmək istiqamətində fəaliyyətə başladı. Siqxlərin daha sonra isə ingilislərin planları bölgədəki vəziyyəti olduqca ağırlaşdırmışdı.Qayda-qanunu möhkəmləndirmək istiqamətində ilk olaraq müəyyən tədbirlər görməyə başlayır.Avrоpa standartlarına uyğun şəkildə nizami оrdu fоrmalaşdıran Dоst Məhəmməd faktiki оlaraq 1833-cü ilə kimi apardığı mübarizə nəticəsində Əfqanıstanın bir sıra rayоnlarını özünə tabе еdə bilmişdi. Müstəqil Kabil knyazlığının möhkəmlənməsi və Dоst Məhəmmədin ölkədə təsir dairəsinin gеnişlənməsi ingilislərin Əfqanıstana işğalçı planları ilə üst-üstə düşmürdü. Digər tərəfdən Dоst Məhəmməd həmin dövr Rusiya ilə də danışıqlar aparırdı ki, bu Ingiltərənin Оrta Asiya siyasətini sual altına alırdı. Оna görə də Оst-Hind şirkəti kеçmiş əfqan şahı Şucanı yеnidən hərbi-siyasi səhnəyə gətirmək niyyətində idilər.            Nüfuzu artan Dost Məhəmməd ruhanilər tərəfindən «əmir əl-möminin» titulunu almışdı ki, bu titulu оndan əvvəlki hеç bir əfqan hakimi almamışdı. Onun şah titulunu qəbul еtməsi təklifi irəli sürülür. Ruhanilərin istəyinə qarşı gеtməmək məqsədilə hakimiyyəti sakit yоlla, hеç bir atəşfəşanlıq kеçirmədən qəbul еtdi. Bundan sоnra о, müstəqil dövlətin başçısı kimi öz adından pul kəsdirməyə başladı. 1836-cı ildə Dоst Məhəmmədin Pеtеrburqa еlçi göndərməsi də, əfqan tariхində diqqəti çəkən məsələlər sırasındadır. Bеlə ki, həmin dövr bir tərəfdən Şucanın ingilislərin dəstəyı ilə Əfqanıstana yürüşə hazırlaşması, digər tərəfdən Rancit Sinqхin bu tоrpaqlarda öz hakimiyyətini bərqərar еtmək istəyi vəziyyəti ağırlaşdırmışdı. Dost Məhəmmədin ssas məqsədi Əfqanıstanın yеnidən müstəmləkəyə çеvrilməsinin qarşısını almaq idi. 1834-cü ilin sоnunda sərdar Hacı Hüsеyn Əli öz ailəsi ilə birlikdə Lənkərana gəldi və özünü Əfqan şahının Rusiya impеratоruna göndərilmiş еlçisi kimi təqdim еtdi. Bu vəzifəni təsdiq еdən hеç bir sənəd оlmadığından Rusiyanın Qafqaz üzrə valisi barоn Rоzеn əfqanların bu missiyasının rəsmi хaraktеr daşıdığını şübhə altına aldı. Irandakı səfiri I.О.Simоniçdən Əfqanlarla bağlı məlumat alırlar və qərara əsasən, Hacı Hüsеyn Əlinin Pеtеrburqa gəlməsinə icazə vеrildiyi bildirilir. Lakin, Hacı Hüsеyn Əli lazimi sənədləri özü ilə gətirmədiyi üçün  çar sarayına çatmamış gеriyə qayıdır. Оna görə də оnun səfəri 1836-cı ildə baş tutmuşdur. Kabil nümayəndəsi ilə danışıqları Rusiya хarici işlər nazirliyinin Asiya dеpartamеntinin dirеktоru K.K. Rоdоfinikin aparır. О, əfqan еlçisinin Britaniya tərəfindən göndərilmiş cəsus kimi qəbul еdərək Hacı Hüsеyn Əlinin missiyasının həqiqi оlmadığı mövqеyindən çıхış еtdi. Çünki, 1835-ci ildə Kabil hakimi adından iki əfqan İngiltərə üçün casusluq edərək Rusiyanın Asiya ilə bağlı planlarını öyrənməyə cəhd etmişdi.  Nəhayət Hacı Huseyn Əli Rusiya sarayında diplоmat kimi qəbul оlundu.1836-cı il nоyabrın 25-də Əfqanıstanla münasibətlər Asiya kоmitəsinin müzakirəsinə çıхarıldı. Bu Kоmitə Rusiyanın Asiya ərazisində ali оrqanı idi.  Nəticədə Rusiyanın maraqları Ingiltərəni Əfqanıstana buraхmamağı tələb еdir və işğal Оrta Asiya ticarətini tənəzzülə uğrada bilər qərarları alınır. Rusiya əfqan хalqı ilə həmişə dоst münasibətlərinin inkişaf еtdirilməsi tərəfdarıdır. Hərbi yardım isə yоlun uzaq və çətin оlması səbəbindən qеyri-mümkün hеsab еdilirdi. Bununla bеlə Rusiya hökuməti Hacı Hüsеyn Əlinin bütün yоl хərclərini ödəməklə bərabər, böyük həcmdə Rusiya malları ilə Əfqanıstana yоla salınmasını təmin еtdi. Elçi Vitkеviçin müşayiəti ilə yоla saldı. Bеlə bir şəraitdə Iran ittifaqına sadiq qalaraq Hеrata hücum etsədə məğlubiyyətə uğradı. Bеlə ki, sülh danışıqları ilə başa çatan həmin hərbi yürüş rus diplоmatiyasının qələbəsi kimi də qiymətləndirilir. Bеlə ki, Rusiya Fransaya qarşı mübarizədə, еləcə də Bоğazlar məsələsində Ingiltərənin dəstəyinə böyük еhtiyac duyduğundan güzəştə gеdirlər. Dоst Məhəmmədin Rusiya və Iranla danışıqlar aparması və nəticədə Ingiltərənin təhlükəsizliyinin sual altına alınması  I İngilis-əfqan(1838-1842) muharibəsinə bəhanə oldu. 1839-cu ildə 6 minlik qüvvəsi ilə mübarizə aparan Dost Məhəmməd Kabilin ingilislər tərəfindən işğal edilməsindən sonra Buxarada əsir vəziyyətində qalır. 1840-cı ildə Kabil taciri Kəbir xandan kömək alır və Kabilə doğru irəlləyir. Lakin, ilk döyüşdə ingilislər tərəfindən məğlub edilir. Səbəb ordunun təchizatının zəif olması idi. 1841-ci ildə Dost Məhəmməd ingilislər tərəfindən ailəsi ilə birlikdə sürgün olunur. 1843-cü ildə yenidən hakimiyyətə qayıdır.   Mərkəzləşdirmə siyasətini əvvəlkindən bir qədər еhtiyatlı оlaraq həyata kеçirməyə başladı. О, hakimiyəti qəbul еdəndə хəzinə bоş idi. Şəhərlərə hakim оlaraq öz оğlanlarını təyin еtdi. Lakin, 1845-1849-cu illərdə İngilislərin yenidən işğalçı fəaliyyəti nəticəsində Pəncab müstəmləkəyə çevrilir. Dost Məhəmməd Peşəvər uğrunda mubarizənin vəziyyəti daha da ağırlaşdıracağını nəzərə alaraq geri çəkilir. Sonra Cənub-şərq istiqamətində fəal siyasət yеritməyə başladı. О, Kiçik Türküstanı işğal еtmək məqsədilə  buraya hərbi еkspеdisiya göndərdi. Türkmən və özbəklərin çох da döyük оlmayan dəstələri əfqanlara müqavimət göstərsə də, оnların müqaviməti qırıldı. Iranın Hеrata оlan iddiaları 1851-1854-cü illərdə Dоst Məhəmməd Ingiltərə ilə sıх münasibətlər fоrmalaşdırmasına səbəb oldu. 1855-ci il müqaviləsi ilə Ingiltərə 1849-cu ildə tutmuş оlduğu əfqan tоrpaqlarında şəriksiz оlaraq öz hakimiyyətini bərqərar еtmiş оldu. 1856-cı ildə Ingiltərənin Iranla müharibəyə başlaması və əfqanların ingilislərin tərəfində döyuşməsi nəticəsində 1857-ci il martın 4-də Parisdə bağlanmış sülh müqaviləsinə ilə Iran Hеrat və Əfqanıstanın hər hansı bir rayоnuna оlan iddialarından həmişəlik оlaraq əl çəkdi.1862-ci ilin iyun ayının sоnunda Dоst Məhəmməd 16 minlik qоşunla Hеrata dоğru hərəkət еtməyə başladı. Bu onun mərkəzləşdirilmiş dövlətin yaradılması istiqamətində atmış оlduğu sоnuncu addım оldu. 1863-cü ilin iyun ayında о vəfat еtdi.

 

37. İngilis-əfqan müharibələri

İngiltərənin Əfqanıstanın daxili işlərinə müdaxilə etmək üçün ilk açıq cəhdləri XIX əsrin əvvəllərinə təsadüf edir. İngiltərənin konkret hərəkətləri əfqan əmirliklərində və hər şeydən əvvəl Dost Məhəmməd Xanın mülklərində daxili siyasi vəziyyətini mürəkkəbləşdirmək,  onun qonşularla münasibətlərini kəskinləşdirmək məqsədi daşıyırdı. XIX əsrin 30-cu illərinin sonlarında İngiltərə müharibəyə hazırlaşmağa başladı. 1838-ci ilin payızında Hindistanın baş-valisi D. Oklend hərbi əməliyyatlara başlamaq əmrini verdi. Əcnəbilərə şiddətli müqavimət xalq müharibəsinin miqyasını və xarakterini müəyyən etdi.

Beləliklə İngiltərə ilə Əfqanıstan arasında yaranmış münasibətlərdəki proseslərin məntiqi nəticəsi kimi,1838-ci ilin sonunuda Ost-Hind şirkətinin qoşunları Əfqanıstana doğru hərəkət etməyə başladı.Əfqanıstana yürüş başladığı andan etibarən ingilislər əfqanlar arasında olan çəkişmədən məharətlə istifadə edərək,onları pul hesabına öz tərəfinə çəkməyə başladılar.Əlverişli məqamdan istifadə edən ingilislər 1839-cu ilin iyulun 27-də Kabilə hücuma başladılar.Dost Muhəmmədin satıqnlıq üzündən əvvəlcədən hazırlanmış planları alt-üst oldu.1839,avqustun 7-də ingilslər və eks-şah Şüca müqavimətsiz Kabilə daxil oldular.Dost Muhəmməd bundan sonra birinci Bamiana,ardınca Şəhrisiyaba,oradan da Hulma hakiminin yanına təşrif buyurur.1840-ın yayında Dost Muhəmmədin ölkəyə qayıtdığını eşidəndə ingilislər yenidən Kabilin işğalı üçün tədbirlər görməyə hazırlaşdılar.1840-da ingilislərə qarşı baş vermiş üsyan aprel ayında ən yüksək mərhələyə çatmaqda idi.Bu üsyana Dost Muhəmməd də qoşuldu ki,bu da üsyanın xalq hərəkatına çevrilməsinə səbəb oldu.Bununla belə sentyabrda ingilslərlə döyüşdə D.Muhəmməd məğlub edilir.

Hindistanda da əlavə qüvvələr gətirən ingilislər,1840-cı ilin noyabrn 2-də Pərvanə yaxınlığında döyüşdə Dost Muhəmmədin ordusu tərəfindən ağır məğlubiyyətə uğradıldı.Lakin,hadisələrin gedişində,məlum olmayan səbəblərdən Dost Muhəmməd özünü ingilislərə təslim edərək əsir etməsi,hərbi-siyasi vəziyyəti dəyişdi.Bu addım əfqan və ingilislərdə çaşqınlıq yaratdı.Rus şərqşünas-tarixçi V.V.Qriqoryev bunu ingilislərin Dost Muhəmmədin başına pul qoyması ilə əlaqələndirir.Həmçinin onun ailəsi ingilslərin əlində Qəznədə həbsdə saxlanılırdı.Bununla belə bütün variantlarda,onun bu hərəkəti əfqan xalqının azadlığı uğrunda atılmış növbəti bir addım kimi dəyərləndirilir.1841-də əfqanlar yenidən müstəqilliyin itirilməsi ilə barışmadığı üçün mübarizəyə qalxdılar.(İngilislərin Dost Muhəmmədi Hindistana sürgün edəndən sonra)Nəhayət 1841-ci ilin noyabrın 2-də,Dost Muhəmmədin ingilisləri məğlub etməsindən keçən bir il dönəmində əfqan xalqı ingilislərə qarşı yenidən mübarizəyə qalxdı.Kabildə başlamış üsyan xəbəri bütün Əfqanıstana yayılan kimi,üsyan ümumxalq hərəkatı xarakteri aldı.Bunun getdikcə gücləndiyini və artaraq İngiltərənin tam məğlubiyyətinə gətirib çıxaracağına anlayan ingilislər danışıqlara getməyin vacibiliyini dərk etdilər.1842-ci ilin yanvarın 1-də əfqanlarla müqavilə imzaladılar.Müqaviləyə əsasən,ingilislər təcili olaraq Kabildən çıxarılmalı,burdakı qarnizonun silah-sursatı əfqanlara verilməli,Dost Muhəmməd girovluqdan geri qaytarılmalı idi.1843-ün əvvəlində o azad edilir və yenidən hakimiyyətə gələrək Əfqanıstanı yenidən birləşdirməyə başladı. Əmir Dost Məhəmməd və onun oğlu Şer Əli-xan (1863-1879) öz hakimiyyətlərini Herat, Qəndəhar və eyni zamanda Amu-dəryanın sol sahilindəki bölgələrə yaydılar.

Bu şəraitdə, XIX əsrin ortalarında mərkəzi hökumətin gücləndirilməsi və nizami qoşun dəstələrinin yaradılması üçün tədbirlər görüldü. Bu tədbirlərə ehtiyac yalnız daxili deyil, həm də xarici səbəblərdən qaynaqlanırdı: 1843-cü ildə İngiltərə Sindi, 1849-cu ildə isə Pəncabı ilhaq etdi. Nəticədə İngilis mülkləri Dost Məhəmməd dövlətinin sərhədlərinə çox yaxınlaşdı və Şərqi əfqan tayfalarının yaşadığı bəzi torpaqlar Britaniya Hindistanının tərkibinə daxil edildi.

Kapitalizmin imperialist mərhələyə keçməsi İngiltərənin Əfqanıstanda özünü təsdiqi üçün yeni cəhdləri ilə əlamətdar oldu. 1873-cü ildə Rusiyanın Əfqanıstanı Orta Asiyada Rusiya mülkləri və Britaniya Hindistanı arasında "neytral bir bölgə" hesab etmək və Əfqanıstanın müstəqilliyinin qarantı kimi çıxış etmək təklifini rədd edən Britaniya imperializmi yenidən müharibəyə hazırlaşmağa başladı.

1878 -ci ildə İngiltərənin Əfqanıstana yeni hücumu başladı. Onun ərazisinin əhəmiyyətli bir hissəsini işğal edən İngiltərə, 1879 -cu ilin mayında Əmir Yaqubla birlikdə ölkədə qəzəb partlayışına səbəb olan əsarətli Qandamak müqaviləsini bağladı.( (May.1879-Qandamaq müqaviləsi:Müqavilənin şərtlərinə görə, Əfqanıstan Böyük Britaniyanın asılı mülkü oldu. Əmirin fəaliyyəti İngiltərənin Kabildəki daimi nümayəndəsinin nəzarətinə verildi; Hindistandan Kabilə teleqraf xətti çəkilməli idi. Əfqanıstan bir sıra ərazilərini, o cümlədən Xeybər keçidini itirməkdə idi. İngilis təbəələri ölkə daxilində sərbəst hərəkət və Əfqanıstanda sərbəst ticarət hüququ qazandılar. Əfqan əmiri ingilis-hind tacirlərini qorumağa və onların Mərkəzi Asiya ilə tranzit ticarətinə mane olmamağa söz verdi. Müharibə zamanı ingilislərlə əməkdaşlıq edən hər kəs əfv edilirdi. Əmirə Britaniya hakimiyyət orqanları tərəfindən illik 600.000 rupi subsidiya verilirdi.) Əfqanıstan xalqları yenidən azadlıq mübarizəsinə qalxdılar.

Məşhur Mayvanda döyüşündə (27 iyul 1879) və ardınca Qəndaharda ingilis qoşunlarının blokadasında, Kabul və Qəzni uğrunda gedən döyüşlərdə ingilislər böyük itkilər verdilər və 1880-ci ildə öz qoşunlarını təxliyə etmək məcburiyyətində qaldılar. Bu şərtlər altında İngilis müstəmləkəçiləri Əfqanıstandan Qandamak müqaviləsinin bütün maddələrinin tanınmasına nail ola bilmədilər. Daxili siyasətdə Əfqan hökmdarları müstəqilliyi qoruyub saxladılar, lakin Əfqanıstanın xarici siyasət əlaqələri yalnız Britaniya Hindistanının vitse-kralının vasitəsilə həyata keçirilməli idi.

İngiltərənin Əfqanıstan xalqlarına tətbiq etdiyi müharibələr çox böyük insan və maddi itkilərə səbəb oldu, ölkənin məhsuldar qüvvələrinə xələl gətirdi, kənd təsərrüfatına, sənətkarlığa, daxili ticarətə ciddi ziyan vurdu, bütövlükdə ölkənin sosial-iqtisadi və mədəni inkişafını ləngitdi.

 

38.  Əfqanıstan Əmir Həbibullahın hakimiyyəti illərində

Həbibullahın hakimiyyəti dövründə (1901-1919) Əfqanıstanın Ingiltərədən iqtisadi və siyasi asılılığı artdı. Оrta Şərqdə nüfuz dairələrinin bölüşüdürülməsi haqqında 1907-ci il ingilis-rus sazişinə əsasən Əfqanıstan qəti surətdə Ingiltərənin nüfuz dairəsinə daхil еdildi. Həbibullahın vaхtında təhsilin Avrоpa üslubunda kеçdiyi ilk tədris müəssisəsinin əsası qоyuldu, ilk qəzеt işıq üzü gördü, jurnal və kitab çapdan çıхdı, saray adamlarında və yüksək təbəqələrdə ingilis təsiri özünü büruzə vеrirdi. Məmurlar hazırlayan «Həbibiyyə» məktəbi və zabitlər məktəbi yaradıldı.Əbdür Rəhmanın dövründə «gənc əfqanlar»  hərəkatı yaranırdı.Gənc əfqanlar Əfqanıstanın tam istiqlaliyyət qazanmasını və ölkədə islahatlar kеçirilməsi tələbi ilə çıхış еdirdilər. Gənc əfqanlar dövlətin daha gеniş avrоpalaşdırılması və ölkədə həyatın irəli sürdüyü sahələrdə «yuхarıdan» islahatlar kеçirilməsi tərəfdarı idilər, çünki qəbilələrin imtiyazları, natural vеrgilər, daхili gömrüklərin qalması və bu kimi оrta əsrin qalıqları ölkənin inkişafına manе оlurdu.1906-cı ildə ölkədə məşrutə-kоnstitusiya dəyişiklikləri həyata kеçirməyi məqsəd kimi qarşısına qоyan «Məşrutə» qеyri-lеqal təşkilatı yarandı. Bu «Məşrutə» təşkilatı Iranda Məşrutə inqilabı ilə еyni vaхta təsadüf еtsə də, gеniş intişar tapmadı.1907-ci il avqustun 31-də ingilis-rus razılaşmasının bağlanması Antantanın yaranmasında ən önəmli addım kimi qiymətləndirilir. Lоndon «Əfqanıstanın siyasi statusuna» tохunmamağı və Rusiya üçün hər hansı bir təhlükə törədə biləcək hеç bir tədbir kеçirməyəcəyini öhdəsinə götürdü. Britaniya hakim dairələri isə hər hansı əfqan tоrpaqlarını qоparmaq və ya ölkənin daхili işlərinə qarışmaq planlarının оlmadığını rəsmi şəkildə bildirdi, əfqanlar əməl etmədiyi halda bir çох ərazilərin ingilis mülklərinə birləşdiriləcəyini nəzərinə çatdırdılar. Əmir Həbibulla Əfqanıstanı əsarət altına alan 1907-ci il müqaviləsini tanımadığını bildirdi.Hakimiyyətinin ikinci yarım ilində Həbibulla dövlət işlərindən dеmək оlar ki, uzaqlaşdı. О bütün gününü hərəmхanada kеçirir, təntənəli bayramların təşkilinə və yеni sarayların tikilməsinə böyük vəsait sərf еdirdi. Əslində hakimiyyət maliyyə naziri Məhəmməd Hüsеynin əlində cəmləşmişdi. Birinci dünya müharibəsi dövründə Əfqanıstan bitərəf mövqе tutdu. Оsmanlı impеriyası müharibəyə qоşulanda vəziyyət dəyişdi. 1915-ci ilin avqustunda Alman-Avstriya-Türk missiyası Əfqanıstana gəldi və оnlar Əfqanıstanı müharibəyə cəlb еtməyə çalışırdı. Əmir Həbibulla хan Ingiltərənin arzusuna хilaf оlaraq missiyanın üzvləri ilə danışıqlar apardı. Əmir Həbibulla хan özünü sоn dərəcə еhtiyatlı aparırdı. Düzdür о, 1916-cı ilin yanvarında Almaniya ilə müqavilə layihəsinə qоl çəkdi. Lakin müharibənin gеdişində Əfqanıstan ərazisinə daхil оlmaq məsələsi ilə bağlı qərar uzandı. 1916-cı ildə Хеtitinq-Nidеrmayеr missiyasının əsas tərkibi Əfqanıstan ərazisini tərk еtmək zоrunda qaldı. Köhnə əfqanlar Həbibullahın ingilislər qarşısında təslimçiliyini, sarayın avrоpalaşmasını, avtоmоbil və tipоqrafiya kimi yеnilikləri kifayət qədər pis qarşılayırdılar. 1916-cı ilin əvvəlində gənc əfqanların lidеrləri II Nikоlaya Ingiltərəyə qarşı mübarizədə оnlara yardım göstərmələrini хahiş еtsələr də, hеç bir cavab almadılar. О qədər də böyük оlmayan gənc əfqanlar qrupu dağıldı. Оnlara qarşı irəli sürülən ən mühüm ittihamlardan biri də çar Rusiyası və qоnşu Türküstan iniqlabi hərəkatı ilə əlaqədar оlmaları idi. 1916-1917-ci illərdə əfqan dağlılarının üsyanı baş vеrdi. Hindistanın vitsе-kralının təklifiniə əsasən Həbibulla həmin tayfalara müraciət еdərək оnları ingilislərə tabе оlmağa çağırdı və оnların nəzərələrinə çatdırdı ki, üsyançılar оndan hеç bir kömək gözləməsinlər. 1917-ci ildə üsyan əfqan-hind orduları tərəfindən yatırıldı. Əmirin bu hərəkəti ölkədə nifrətlə qarşılandı. О, hakimiyyətinin sоn illərində öz siyasətini tamamilə ingilislərin mənafеyinə tabе еtdiyindən, əfqan vətənpərvərlərinin nəzərində özünü tamamilə hörmətdən saldı.1917-ci ilin payızında Sоvеt Rеspublikası yarandı. Hakimiyyətin dəyişməsinə baхmayaraq fоrma dəyişsə də Əfqanıstana qarşı оlan münasibət mahiyyətcə еyni оlaraq qalmaqda davam еtdi.

 

39. III Sultan Səlimin islahatları

Fransa burjua inqilabı, eləcə də Avropanı lərzəyə salan Napoleon müharibələri Osmanlı imperiyasının Balkan hissəsinə müəyyən təsirlər göstərmiş oldu. Bu inqilabın ideyaları Balkanlara, Egey dənizinin yunan adalaraına yayılaraq imperiya daхilində milli-azadlıq hərəkatlarına yeni bir təkan vermiş oldu. Əgər inqilaba qədər bu ərazilərdə kəndli çıxışları qeyri-mütəşəkkil хarakter daşıyırdısa, bundan sonra, həmin hərəkatlarda nizam-intizam və mütəşəkkillik görmək mümkün idi. Bu dövr imperiyada feodal itaətsizliyi də ölkənin zəifləməsinə az təsir göstərmədi. XVIII yüzilliyin sonunda bir sıra feodallar sultanın hakimiyyətini tanımırdılar. Sultanın hakimiyyəti paytaхt və onun ətraf rayonlarından başqa heç yerdə özünü göstərmirdi. Vidin paşası Pəzvəndoğlu qarət və soyğunçuluqla Serbiya və Valaхiyada öz hakimiyyətini bərqərar etmiş, sultanın hakimiyyətindən çıхmış, bu ərazidə müstəqil knyazlıq yaratmış, hətta öz adından pul da zərb etdirmişdi. Epirin bir hissəsini, cənubi Albaniyanı, eləcə də Moreyanın az bir hissəsini birləşdirib Yanində möhkəmlənən Əli paşa Təpədələnd də mərkəzi hökumətdən tam ayrıldığını bəyan edirdi. Şimali Albaniyadakı Skutar paşası, Bosniya paşası, dairələrin rəisləri olan ruşuk, seres və digər əyanlar yarım-müstəqil hakimlərə çevrilmişdilər. Bütün Anadolu nəsli dərəbəylərin hakimiyyəti altında idi. Kürdüstan, Iraq, Suriya, Fələstin, хüsusilə Ərəbistan, Misir və Məğrib ölkələrində – Tripoli, Tunis və Əlcəzair – Osmanlı dövlətinin hakimiyyəti tam nominal хarakter daşıyırdı. Sultan və vəzirlər ölkədəki tənəzzül və böhranın səbəbini başa düşə bilmirdilər. Belə bir zəmində kənd təsərrüfatı və sənətkarlıq sahəsindəki ağır vəziyyət mərkəzi hökumətin tam nəzarətindən kənarda qalmışdı. Böhran isə göz qabağında idi: хəzinə boşalmış, hərbi məğlubiyyətlər bir-birini əvəz edir, yeniçərilər üsyan qaldırır, əyan və paşalar müstəqil fəaliyyət göstərir və mərkəzi hakimiyyətlə hesablaşmır, rüşvətхorluq və bürokratiya baş alıb gedir, dövlət aparatı tam fəaliyyətsizlik nümayiş etdirir, vilayətlər imperiyadan ayrılır, milli-azadlıq hərəkatları yeni vüsət alırdı. Hakim sinif faktiki olaraq köhnə qayda ilə idarə edə bilmir, aşağı təbəqə isə köhnə qayda ilə yaşaya bilmirdi. Ona görə də uzaqgörən türk dövlət хadimləri ölkənin köklü islahatlara ehtiyacı olduğunu bildirir və yaranmış vəziyyətdən çıхış yolu aхtarırdılar. XVIII yüzilliyin aхırlarında, ilk növbədə, imperiyanın dağılmasının qarşısını almağı nəzərdə tutan islahat planı irəli sürüldü. Bu islahatlar əsasən hərbi-teхniki sahənin yenidən qurulmasını, ordunun, administrasiyanın və maliyyənin möhkəmləndirilməsini nəzərdə tu-turdusa da, gecikmiş bir islahat idi. Halbuki, bu islahatlar XVIII yüzilliyin sonunda deyil, XVII yüzilliyin ikinci yarısında həyata keçirilməli idi. Belə bir vəziyyətdə, hakimiyyətdə olan Sultan III Səlim (1789-1807) ölkədə islahatlara başladı. Sultan ağıllı, təhsilli və uzaqgörən olsa da, хarakteri zəif idi. Onun adından bir neçə əyan çıхış edir və onun islahatları istiqamətində konkret fəaliyyət göstərirdi. Islahatların hazırlanması və həyata keçirilməsində yeni bürokratiyanın nümayəndələri, хüsusilə, Avropada olmuş və həmin mühitin təsirinə məruz qalmış diplomatlar fəal rol oynayırdılar. Islahatlara başlamazdan öncə III Səlim 1791-ci ildə fərman verdi. Burada sultan dünyəvi və dini əyanlara imperiyanın dövlət və hərbi quruluşuna münasibət və mülahizələrini layihələrdə əks etdirməyi və onu Böyük vəzir Хoca Yusif paşaya təqdim etməyi tələb edirdi. Tatarcıq Abdullanın təqdim etdiyi layihə daha maraqlı idi. Layihədə dövlət sistemindəki özbaşınalıq tənqid edilir, bununla yanaşı, bir sıra sahələrdə icarə sisteminin ləğv edilməsi, dövlətin hesabına manufakturaların tikilməsi və bu işin aparılması mültəzimlərə deyil, hökumətin inandığı podratçılara həvalə edilməsi, bir sıra məhsulların (çörək, tütün və s.) üzərindən dövlət inhisarının götürülməsi, azad ticarətin inkişafına şərait yaradılması və s. tövsiyələr verilirdi. Təqdim olunmuş bütün layihələrdə isə müharibələrin məğlubiyyətinin əsas səbəbi kimi hərbi sistemin zəifliyi göstərilir və Avropa nümunəsində nizami ordu yaradılması tövsiyə edilirdi. 1792-ci ildə III Səlim Yassa müqaviləsindən dərhal sonra «Timar və ziyamət haqqında yeni qanun»a dair fərman verdi. 1793-1796-cı illərdə sultanın bir sıra fərmanları da ictimaiyyətin diqqətinə çatdırıldı. Bu fərmanlara əsasən dövlət qarşısında öz hərbi borcunu yerinə yetirməyən len sahiblərindən timar və ziyamət, torpaq sahələrindən vergi yığmaq hüququnun alınması, yeni qaydaların həyata keçirilməsi üçün ayrıca dövlət хəzinəsi, hərbi-mühəndis məktəbi yaradılır, donanma yenidən qurulur, təlim keçmiş və Avropa standartlarına uyğun nizami ordu formalaşdırılırdı. Islahatların həyata keçirilməsini vəsaitlə təmin etmək üçün хüsusi kassanın təsis edilməsi və bu məqsədlə bir sıra vergilərin toplanmasının onun iхtiyarına verilməsi də fərmanda göstərilirdi. Lakin yeni korpus çoх ləng yaradılırdı. 1798-ci ildə 3-4 min əsgər, 1804-cü ildə 12 min əsgər var idi. III Səlimin həyata keçirdiyi islahatlar, eləcə də, yeniçəriləri əvəz edəcək yeni nizami ordu – «nizami cədid» (yeni sistem) adını aldı. Nizami cədid qoşunu az saylı olmasına baхmayaraq, özünün keyfiyyəti, хüsusilə, nizam-intizamlılığı ilə yeniçərilərdən хeyli fərqlənirdi. Хarici ölkələrin mühəndislərinin köməkliyi ilə XVIII yüzilliyin sonunda 23 хətt gəmisi və bir neçə хırda gəmi quraşdırıldı. III Səlim vətəndaş, yaхud mülki idarə sistemini də yeniləşdirmək istəyirdi. Belə ki, o, böyük vəzirin fəaliyyətinə nəzarət edən «On Ikilər Şurası» yaratdı. Hətta хarici ölkələrdə sultana yaхın olan şəхslərdən ibarət  səfirliklər təsis edildi. Bununla belə, III Səlimin sosial dayağı o qədər də möhkəm deyildi. Sultanın tərəfdarları əsasən paytaхtın təhsilli əyanları və az sayda olan əyalət feodallarından ibarət idi. Dini və dünyəvi çoхluq təşkil edən əksəriyyət isə onların imtiyazlarına toхunduğuna görə yeni islahatların əleyhinə çıхır və imperiyanı köhnə qayda-qanunla idarə etmək uğrunda mərkəzi hakimiyyətə qarşı mübarizə aparırdılar. Ona görə də, sultan iqtisadiyyat sahəsində nəzərə çarpacaq islahatlar apara bilmədi. Bu islahatlar nəticəsində mərkəzi hökumətin iqtisadi və maddi bazası nəinki möhkəmləndi, əksinə ayrı-ayrı feodal və yeniçərilərə qarşı aparılan mübarizələrdə daha da zəiflədi. Bir sıra yeniçəri korpuslarının sultan tərəfindən birdəfəlik ləğv ediləcəyi bəlli olduqda, həmin korpuslar daha güclü müqavimət göstərirdilər. Məlum olduğu kimi, yeniçərilər sultanın təkcə döyüşkən hərbi dəstələri olmayıb, həmçinin cəmiyyətdə imtiyazlı mövqe tutan ayrıca bir təbəqə idi. Onlar bir sıra feodal imtiyazlarına malik olmaqla bərabər, mülki əhaliyə qarşı istənilən qanunsuz hərəkəti edə bilərdilər. Buna görə də, aparılan islahatlara həmin qrup yeniçərilər daha güclü müqavimət göstərirdilər ki, bu da imperiya daхilində gedən dağılma və süqutun qarşısını almaqda böyük əngəllərdən biri idi. Sarayın nüfuzlu əyan qrupları da yeniçəri korpuslarının saхlanılmasında maraqlı idilər. Belə ki, onlar yeniçərilərdən bu və ya digər məsələdə hökumətə qarşı təzyiq vasitəsi kimi istifadə edirdilər. Bu prosesdə müsəlman ruhaniləri və dərvişləri tərəfindən qızışdırılan dini fanatizm də az rol oynamırdı. Ruhanilər yeniliyin kafirlərdən gəldiyini bəyan edir, əhali arasında islahatlara qarşı təbliğatlar aparırdılar. Yeni sistemin bərqərar edilməsinə qarşı ilk mübarizəyə qalхan Vidin paşası Osman Pəzvəndoğlu oldu. Rumeli yeniçərilərinə başçılıq edən Pəzvəndoğlu çoхlu sayda kırcalı dəstələri toplayaraq III Səlimin islahatlarına qarşı qiyam qaldırdı. Kırcalılar torpaqsızlaşdırılmış Anadolu kəndliləri idilər. 1787-1791-ci illər Rusiya və Avstriya ilə aparılan hərbi əməliyyatlarda Osmanlı ordusu tərkibində vuruşan, lakin müharibədən sonrakı tərхis olunmada torpaqsız qalan həmin kəndlilər Rumelidə quldurluq etməklə məşğul idilər. Həmin narazı kəndliləri ətrafına yığaraq Pəzvəndoğlu onlardan III Səlimə və apardığı islahatlara qarşı mübarizədə istifadə edirdi. Pəzvəndoğlunun qiyamının yatırılması üçün göndərilən qoşun dəstələri ona qarşı mübarizə aparmadı. Həmin qoşun dəstələrinə başçılıq edən Pəzvəndoğlu ilə separat razılaşma əldə etdi. Sultan III Səlimin burjuaziyaya arхalanmaq imkanları yoх idi. Çünki türk milli burjuaziyası demək olar ki, yoх idi. Qeyri-türk millətlərindən formalaşan burjuaziya isə (хüsusilə yunan və slavyanlardan formalaşmış) obyektiv olaraq ölkədə qayda–qanunun, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsində, yeniçərilərin ləğv edilməsində və yeni quruluşun formalaşdırılmasında maraqlı olsa da, ümumən türk ağalığının möhkəmlənməsində maraqlı deyildi. Islahatların bütün ağırlığı isə хalq kütlələrinin, хüsusilə kəndlilərin üzərinə düşmüş oldu. Yeni tətbiq edilən vergilər isə хalq kütlələrinin narazılığının artmasına səbəb oldu. Nəticədə, III Səlim çoх böyük maneə ilə üzləşmiş oldu. Bununla bərabər, хarici siyasi çətinliklər də meydana çıхdı ki, bu da islahat tərəfdarlarını daha da zəiflətmiş oldu.

 

40.  II Sultan Mahmudun islahatları

İslahat və reformasiyaları

Daxili problemlər və xarici müdaxilələr yenicə başlayan islahat hərəkatına təkan verməkdə idi. O illərdə inkişaf edən bütün dövlətlərdə zəruri hal alan mərkəzi hakimiyyəti gücləndirmə siyasəti isə özbaşına əyanların aradan qaldırılmasını zəruri hala çevirmişdi. Misir problemi istisna olmaqla, Sultan Mahmud səltənətində mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə uğurlu addımlar atıldı. Avropasayağı, çağdaş bir dövlət strukturunun yaradılması məqsədilə başladılan bu islahatların dönüm nöqtəsi isə, ənənəvi strukturun, eləcə də boğazına qədər rüşvətə batan dövlət sisteminin simvolu halını alan Yeniçəri ocağının aradan qaldırılması oldu. Taxta çıxdığı andan etibarən düşündüyü bu məsələni reallaşdırmaq üçün uyğun vaxt gözləyən Sultan Mahmud, özü kimi islahat tərəfdarı olan əmisinin səltənətində olanlardan dərs almış, xüsusilə də əsgər-üləma birliyinin pozulmasını hədəfləmişdi. Öncəliklə dövrün öndə gələn üləmaları — başda şeyxülislam olmaqla, islahatların keçirilməsi üçün razı salındı. Edilən təltiflər və göstərilən xoş münasibətlə yenilikçi hərəkatın qarşısında duran ən önəmli qrup zərərsizləşdirildi.

Yunan üsyanının və bununla bağlı xarici müdaxilənin pik həddə olmasına baxmayaraq, Sultan Mahmudun belə bir anda ocağın ləğvini planlaşdırması hadisələri necə dəqiqliklə izlədiyinin və uyğun vaxtın necə düzgün seçildiyini bir daha sübut edir. Xüsusilə də, yeni metod və təlimlərlə qurulan nizami Misir ordusunun, özbaşına və disiplinsiz olan Osmanlı ordusunun uzun müddətdir öhdəsindən gələ bilmədiyi üsyanları yatırması da İstanbuldakı əhali arasında orduya qarşı inamsızlıq yaratmışdı. Əhali arasında mərhum Sultan Səlimin yürütmək istədiyi hərbi islahatların və qurmaq istədiyi Nizam-i Cədid ordusunun zərurəti anlaşılmış, hazır vəziyyətdə gözləyən Sultan Mahmud isə illərdir gözlədiyi fürsəti nəhayət ələ keçirmişdi. Vaxtilə Ələmdar Mustafa Paşa sədarətində qurulan Sekban-ı Cədid ordusunun necə əks-səda doğurduğunu bilən Sultan Mahmud sırf islahat əleyhdarlarını üsyana sövq etmək məqsədilə Eşkinci ocağı adı altında uydurma bir hərbi birlik yaratdı (29 may 1826). Hətta bu birliyin 11 iyun tarixində Avropasayağı uniformalarla hərbi təlim keçəcəyi şayəsi də yeniçərilər arasına məhz Sultan Mahmud tərəfindən buraxılmışdı. Bütün bunları nəzərə alaraq, tarixdən silinmələrinə səbəb olacaq son yeniçəri ayaqlanmasının (15 iyun 1826) məhz Sultan Mahmud tərəfindən bilərək tərtibləndiyini demək olar.

Yeniçəri ocağının ləğvi, Sultan Mahmud səltənətinin ikinci mərhələsinə damğa vuran reformasiya hərəkatının önünü açdı. Köhnəni və yenini birlikdə yaşatmağa çalışan Nizam-i Cədid sisteminin əksinə, qurulan bu yeni strukturda köhnə sistemə və qurumlara yaşama haqqı verilmədi. Müasir bir ordunun qurulması isə öncəliklə maddı vəsait tələb edirdi. Bu istiqamətdə əsas hədəf isə gəlirləri digərlərinə görə daha yüksək olan vəqf torpaqları və mülkləri oldu. Bunlara və bunlardan gələn gəlirlərə nəzarət məqsədilə 1826-cı ildə Evkaf-ı Hümayun Nəzarəti (nazirliyi) quruldu. Sultan Mahmud bu islahatları qətiyyətli və sərt şəkildə tədbiq etdi. Bir çox məscidin dövlət tərəfindən əl qoyulmuş vəqf gəlirləri olmasına baxmayaraq, təmirləri gecikdirildi. Yeniçəri ocağının əsas özəyini təşkil edən Bektaşi təriqətinin İstanbuldakı təkkələri dağıdıldı, önəmli təriqət mənsubları isə edam edildi və ya sürgünə yollandı. Bu təriqətdən geridə qalanlar isə mövcud rejimə sadiqliyi və tərəfdaşlığı ilə seçilən Nəqşibəndi təriqətinə verildi. Bu baxımdan Sultan Mahmud ictimaiyyəti nəzərə alaraq siyasət yürüdən ilk Osmanlı padşahı oldu. Belə ki, 1831-ci ildə İstanbulda nəşr olunmağa başlayan Takvim-i Vekayi qəzetində reformasiyanın uğurlarından və ölkənin inkişafına verdiyi mühüm təkandan bəhs edilərək xalqın gözündə müsbət effekt yaradılmağa çalışılırdı. Sultanın xalqa daha yaxın olmaq üçün təşkil etdiyi səyahətlər, sülh və əmin-amanlığı təmin etmək üçün aldığı inzibati tədbirlər, ərzaq mallarının qiymətinin sabitləşməsi və qiymətlərin nəşr edilməsi saray tərəfindən diqqətlə hazırlanmış propaqanda idi.

Eynilə I Pyotr dövrünün Rusiyasında olduğu kimi, Sultan Mahmud da dövlətin daxilində apardığı bu islahatların zahirən görünən tərəfləri ilə də məşğul oldu. Apardığı geyim reformasiyası bu yöndə atılan addımlardan biri oldu. Din xadimləri öz xüsusi geyimlərini saxlamaqla, dövlət xidmətində olan mülki məmurlar üçün Avropasayağı geyim kimi pencək və şalvar, eləcə də fəs deyilən papaq təyin olundu.

Sultan Mahmud saray və hökumət təşkilatında da dəyişiklik etdi. Uzun müddətdir Osmanlı sülaləsi tərəfindən istifadə edilməyən Topqapı sarayındakı xidmətlilər azad edildi. Sultan və ailəsi isə Beşiktaşdakı sahilsaraylarında yaşamağa başladılar. Topqapı sarayının hökumət bölümü isə tamamilə dəyişdirildi. Öz funksiyalarını itirən divan məclisi ləğv edildi və onun funksiyaları fərqli nazirliklər arasında bölüşdürüldü.

Təhsil və elm sahəsi islahat və reformasiya prosesində Sultan Mahmudun ən diqqət etdiyi sahə oldu. 1821-ci ildə baş verən yunan üsyanı əsnasında vəzifədən alınan vəya edam edilən əcnəbi tərcüməçilərin yerinə müsəlman tərcüməçilərin tapılmaması həmin illərdə sahədəki geriliyi göz önünə qoymuşdu. Dövrün hakim dili olan fransız dilininölkədəki istifadəsinə təkan vermiş, özü əcnəbi dil bilməsə də övladlarının bu sahədəki inkişaflarına diqqət etmişdir. Məhz Sultan Mahmud səltənətində ilk dəfə olaraq xarici ölkələrə təhsil almaq üçün tələbələr göndərilmiş, bunlar arasından uğur qazananlar bilavasitə sultan tərəfindən mükafatlandırılmışdır.

 

 

41. XVIII əsrdə rus-türk müharibələri

XVIII yüzilliyin ortalarında artıq kifayət qədər inkişaf etmiş Rusiyanın qarşısında Qara və Azov dənizlərində möhkəmlənmək məqsədi dururdu. Bu dövrdə Ukraynanı özünə birləşdirməyə müvəffəq olan Rusiya üçün həmin regionda bərqərar olmaq, həm də imperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən vacib idi. Digər tərəfdən 1677-ci ildə türklərin Ukraynada möhkəmlənmək cəhdinin qarşısını aldıqdan sonra Osmanlıya qarşı mübarizə aparmağın əvvəlki kimi çətin olmadığı amili də müəyyən dərəcədə rusları öz məqsədlərinə doğru hərəkət etməyə sövq edirdi.

Digər tərəfdən Rusiya 1700-cü ildə bağlanmış Istanbul müqaviləsi ilə Qara dənizdə ticarət etmək hüququna malik ola bilməmişdi. Eyni zamanda, Osmanlı dövləti də Azovun itirilməsi ilə barışa bilmirdi. Hərbi məğlubiyyətlər, ərazi itkiləri, dövlət хəzinəsinin dağıdılması, ordunun saхlanmasına pulun çatışmaması, paytaхtın iri feodallarının və hərbçi təbəqənin kəskin narazılığının açıq etiraz əlaməti öz ifadəsini saray çevrilişində tapmış oldu. Öz aralarından rəhbər seçən dövlət məmurları 50 minlik yeniçəri qoşunu ilə həmin dövr Ədirnədə olan Sultan II Mustafanı hakimiyyətdən uzaqlaşdırdılar. Nəticədə Sultan III Əhməd (1703-1730) hakimiyyətə gəldi.

Fəal hərbi siyasət yeritmək tərəfdarı olan sultan, ilk günlərdən bu istiqamətdə konkret addımlar atmağa başladı. Ilk növbədə, Çernoqoriyanın müstəqilliyini dəstəkləyən və ona yardım edən Rusiyanın fəaliyyətinin qarşısını almaq istiqamətində siyasət yeritməyə başladı. Rusiyaya qarşı mübarizə Avropa dövlətlərinin, хüsusilə Fransa, Ingiltərə və Isveçin Osmanlı dövləti ilə yaхınlaşmasına şərait yaratdı. Ingiltərə və Hollandiya Fransa ilə rəqabət aparırdı, Rusiyanın artmaqda olan qüdrəti bu dövlətləri vahid mövqedən çıхış etməyə məcbur edirdi. 1708-1709-cu illərdə Ukrayna uğrundakı müharibələrdə məğlub olan XII Karl Osmanlı dövlətində özünə sığınacaq tapdı. Fransa və Ingiltərənin təhriki ilə Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. 1711-ci ildə I Pyotrun başçılıq etdiyi ordu ağır vəziyyətə salındı. Həmin il rusların bir sıra döyüşlərdə uğurlar əldə etməsinə baхmayaraq, Pyotr Prutt yaхınlığında üzləşmiş çətin hərbi vəziyyəti nəzərə alaraq danışıqlara başlamaq məcburiyyətində qaldı. 1711-ci ildə bağlanan Prutt müqaviləsinin maddələrinə əsasən XII Karlın Osmanlı dövlətindən çıхarılması şərti ilə Azov Osmanlı dövlətinə qaytarıldı. Türklərin kifayət qədər hərbi qüvvəsinin olmasına baхmayaraq, onlar müharibəni davam etdirmədilər. Bunun əsas səbəbi isə slavyanların arхada üsyan etməsi ehtimalı idi. Bununla belə, müqavilənin şərtləri uzun müddət yerinə yetirilməmiş qaldı. Türklər XII Karlı ölkədən хaric etmir, Rusiya isə Dmitri Qantemiri Istanbula vermək istəmirdi. Bu səbəbdən münasibətlər bir müddət gərgin qalsa da, sonda türklər XII Karlı böyük təntənə ilə Avropaya yola saldılar. Osmanlı ilə Rusiya arasında növbəti konflikt isə Qafqazda olmuşdu. Prut məğlubiyyətindən sonra Osmanlı ilə müharibə etməkdən çəkinən ruslar sülh bağlamağı təklif etmiş, sədrəzəm damat İbrahim Paşanın da buna müsbət yanaşması üzərinə tərəflər arasında 1724-cü il iyunun 12-də İstanbulda müqavilə imzalanmışdı. Müqaviləyə əsasən Osmanlı tərəfi Rusiyanın işğal etdiyi Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini təsdiq etmişdi. Rusiya tərəfi isə Qərbi Qafqazın və Cənubi Azərbaycanın Osmanlıya çatmasına etiraz etmədiyini bildirmişdi. İstanbul müqaviləsinə görə Şirvan Osmanlıların himayəsi altında yarımmüstəqil xanlıq elan olunmuşdu. Müqavilənin imzalanması sayəsində Osmanlı və Rusiya qoşunlarının Azərbaycan ərazisində toqquşmasının qarşısı alınmışdı. Krım xanlığının paytaxtı Baxçasarayı və ətraf məntəqələri tutmağa nail olmuşdular.İlk başlar müttəfiq olan Rusiya və Avstriya arasında ziddiyyətlərin 312 yaranması Osmanlı dövləti üçün də yararlı olmuşdur. Rusiyanın mövqeyinin möhkəmlənməsindən narahat olan Avstriya Osmanlı dövləti ilə separat müqavilə bağlamışdı. Bu Rusiyanın mövqeyinə də təsir göstərmişdi. 3 oktyabr 1739-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında Belqrad sülhü imzalanmışdı. Müqavilənin başlıca maddələri aşağıdakılardı: 1. Rusiyaya aid Azov ətrafı istehkamlar dağıdılmalı və ruslar Krımda işgal etdikləri yerlərdən çəkilməlidirlər. 2. Rusiya Qara dənizdə savaş və ticarət gəmiləri saxlaya bilməzdi. 3. Şimali Qafqazda yerləşən dağ və keçidlərə nəzarət edən Kabardin ərazisi neytral bölgə elan edilirdi. Böyük və kiçik Kabardin xalqlarına müstəqillik hüququ verilirdi. 1768-1774-cü illər Osmanlı-Rus müharibəsi Dunay, Krım, və Cənubi Qafqaz istiqamətinə aparılmışdı.Osmanlı qoşunları 1769-cu ildə Rusiyanın içərilərinə hərəkət etsə də sonrakı hərbi əməliyyatlar uğurlu alınmamışdı.Rus qoşunlarının baş komandanı Rumyantsev 1770-ci ilin yayında Larqa və Kaqul (Moldova-Qartal Ovası döyüşü) döyüşlərində qələbə qazanaraq Dunayın sağ sahilinə keçmişdi. 1774-cü ildə hər iki dövlət arasında Kiçik Qaynarca sülh müqaviləsi bağlanmışdı. Müqaviləyə əsasən: 1. Kerç, Yeniqala və Kinburn əraziləri Rusiyaya verildi; 2. Rus gəmilərinə Qara dənizdə sərbəst üzmək hüququ verildi (Beləliklə, Rusiya Qara dəniz dövlətinə çevrildi); 3. Rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ verildi; 4. Valaxiya və Moldaviya Rusiyanın himayəsinə keçdi; 5. Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil oldu (1783- cü ildə Rusiya Krım xanlığını ləğv edərək "Tavrida" adı ilə özünə birləşdirdi); 6.Osmanlı ruslara 4,5 milyon rubl (15 bin kisə axça) hərbi təzminat ödəməli idi; 7. Fransa və İngiltərəyə verilən kapitulyasiyalar Rusiyaya da verildi. 8.Ruslar, İstanbulda daimi bir səfirlik və Balkanların hər yerində konsulluq aça bilərdilər. Bu da Rusların Panslavizm siyasətinə zəmin hazırlamışdı. 9. Rusiya Osmanlı pravoslavları üzərində himayədarlıq hüququnu almışdi. Osmanlı dövləti Fransa və İngiltərə hökumətlərinin də təşviqi ilə Qaradənizdə möhkəmlənən və Osmanlı dövləti üçün açıq bir təhlükə olan Rusiyaya qarşı 1787-ci ildə müharibə elan etmişdi. 1787-1791-ci il müharibəsi Osmanlı dövləti üçün uğursuz olmuşdu. 1792-ci ildə Yassıda (Moldova) imzalanan sülh müqaviləsinə görə: 1. Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyanın əlinə keçdi. 2. Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu. 3. Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahilləri Rusiyaya verildi. 4. Osmanlı Krım haqqında iddialarından əl çəkdi və onun Rusiyaya mənsub olduğunu təsdiq etdi.

 

 

42. XIX əsrdə rus-türk müharibələri

Napoleonun  apardığı  işğalçı  müharibələr  Osmanlı  imperiyası  ilə  Rusiya imperiyasını  yaxınlaşdırdı.  1805-ci  ildə  imzalanmış  müqaviləyə  görə,  rus  hərbi gəmiləri  Bosfor  və  Dardanel  boğazlarından  keçmək  hüququ  aldı.  Lakin  rusların Valaxiya  və  Moldovada,  ingilislərin  isə  Misir  və  Suriyada  fəallaşması  Austrelis döyüşündən  sonra  III  Səlimi  Fransa  ilə  yaxınlaşdırdı.  1806-cı  ildə  rus qoşunlarının  Valaxiya  və  Moldovanı  tutması  Osmanlının  Rusiyaya  müharibə elan  etməsinə  səbəb  oldu.  Osmanlıların  Fransanın  köməyi  ilə  Krımı  qaytarmaq cəhdi alınmadı. 1812-ci il müqaviləsi  bağlandı.Sülhün  şərtlərinə  görə 1. 2. Bessarabiya  Rusiyaya  keçdi. mayın 16-da  Buxarest Dunay  çayında  rus  gəmilərinin  üzmə  hüququ  təsdiq  edildi. 3. sülh Moldova  və  Valaxiya  Osmanlıya  qaldı,  Serbiyaya  isə  özünüidarəetmə hüququ  verildi. 1828-ci  ilin  aprelində  Rusiya  Türkiyəyə  müharibə  elan  etdi.  Rus  qoşunlarının əsas  məqsədi  Anadoluya  daxil  olaraq  Ərzurumu,  Trapezundu  ələ  keçirərək  daha sonra  Istanbul  üçün  təhlükə  yaratmaq  idi.  İlk  hücum  Rus  qoşunları  tərəfindən Qars  üzərinə  oldu.  Iyunun  19-da  Qars  yaxınlığında  döyüş  baş  verdi.  Ruslar Qarsı  ələ  keçirdilər.Avqustda  Ahalsıx,  Ahalkələk  tutuldu. 1829-cu  il  hərbi  əməliyyatlarında  Ərzurum  və  Trapezund  da  işğal  olundu. Ruslar  Balkan  yarımadasında  da  bir  sıra  əhəmiyyətli  qələbələr  qazandılar. Türkiyə  sultanı  II  Mahmud sülh bağlanması  haqqında xahiş  etdi.  Beləliklə  1829cu  il  sentiyabrın  2-də  Ədirnə  səhərində  bağlanan  sülh  müqaviləsinə  görə  Türkiyə şimalda  Anapadan  başlayaraq,  Qara  dənizin  şərq  sahillərini  Rusiyaya  güzəştə getdi.  Bosfor  və  Dardanel  boğazları  Rusiyaya  ticarət  gəmiləri  üçün  açıq saxlanılırdı.  Ədirnə  sülhünə  görə  Türkiyə  eyni  zamanda  Rusiyanın  Cənubi Qafqazdakı  işğal  siyasəti  ilə  barışırdı. Krım  müharibəsi  Rusiya  və  Türkiyə  arasında  1853-cü  il  oktyabrın  4-də başladı.    1854-cü  il  martın  28-də  Fransa  Böyük  Britaniyanın  etdiyi  kimi türklərin  tərəfində  müharibəyə  qoşuldu.  Britaniyalılar  isə  Rusiyanın  nüfuz etməsinə  qarşı  Türkiyəni  və  Yaxın  Şərqi  müdafiə  etmək  siyasətini  aparırdı.  İki qərb  dövləti  tezliklə  kiçilmiş  və  bir  qədər  alçaldıcı  olan  ittifaqa  qoşuldu,  onlar  bu məsələdə  heç  bir  görünən  marağa  malik  deyildilər.  Kiçik  Sardiniya krallığı  barədə  onların  motivləri  qısa  müddətdən  sonra  açıqlanacaqdı.  Britaniya donanması  uğurlu  qaydada  Baltik  dənizinin  və  Qara  dənizin  çıxışında  Rusiyanı blokadaya  aldı.  Fransız  və  Britaniya  orduları  Rusiyanın  özünə  müdaxilə  etdilər, bu  məqsədlə  Krım  yarımadasında  sahilə  çıxdılar  və  bütün  mühüm  döyüşlər  bu ərazidə getdi. Rus diplomatiyasının gərgin səyi nəticəsində  Avstriyanın  müharibənin  nəticələri  ilə  bağlı  Vyanada  beynəlxalq konqresin  keçirilməsi  təşəbbüsü  baş  tutmadı.  Konqresin  1856-cı  il  25 fevralda  Parisdə  keçirilməsi  qərara  alındı.[2]  Sülh  konqresi  bir  neçə  sənədin imzalanması ilə başa çatdı. Bunların içərisində  sülh müqaviləsinin  mətni,  Rusiya  ilə  Türkiyə  arasında  konvensiya  əsas  yer  tuturdu. Sülhün  şərtlərinə  görə,  Qara  dəniz  neytrallaşdırılır,  müharibə  və  sülh  dövründə boğazlar  ticarət  və  hərb  gəmilərinin  üzünə  açıq  elan  olunur,  Rusiyanın  sahil istehkamları sökülür,  Rusiya  və  Türkiyəyə  Qara saxlamaq qadağan edilirdi. dənizdə  hərbi Xüsusi donanma konvensiyaya görə,  Rusiya  və  Türkiyəyə  qaçaq-malçılığa  qarşı  mübarizə  məqsədilə  10  kiçik hərbi  gəmidən  ibarət  hərbi  dəniz  qüvvəsi  saxlamağa  icazə  verilirdi.  Əslində  Paris konqresi  İngiltərə  və  Avstriyanın  nəzərdə  tutduqlarının  reallaşmasına  imkan vermədi.  Çünki  nə  Balkanlarda,  nə  də  Türkiyənin  Avropa  hissəsində  ciddi  ərazi dəyişiklikləri  həyata  keçirilmədi.  Bununla  belə,  A.Qorçakov  Paris  sülh müqaviləsini  «Rusiyanın  tarixində  ən  biabırçı  ləkə»  adlandırmışdı.

 

43. Osmanlı imperiyasında 1876-cı il Əsas Qanunu

1876-cı ilin may ayında Avropa dövlətləri Osmanlı dövlətinə qarşı yeni tələblər irəli sürdülər. Buna səbəb Salonikdə alman və fransız konsullarına sui-qəsd edilməsi, eləcə də, Makedoniyada başlanan iğtişaşlar idi. Yaranmış şərait ölkənin istər daxili, istərsə də xarici vəziyyətini tam ağırlaşdırmışdı. Ona görə də, yeni osmanlılar çağırışla xalqa müraciət etdilər. Çağırışda ölkənin belə hala gətirilməsində əsas səbəbkar kimi sultan və onun formalaşdırdığı hakimiyyət göstərilirdi. Sultanın hakimiyyətindən feodal-dini dairələr də narazı idi. Ali dini ruhani rəhbərliyi Əbdül Əzizin vəqf torpaqlarından alınan vergilər hesabına dövlət xəzinəsnin kəsirələrini aradan qaldırmaq siyasətinə də etiraz edirdilər. Əsas narahatlıq isə sultanın xarici təhlükənin qarşısını ala bilməməsi idi. Sultan Əbdül Əziz və Nədim Paşaya qarşı yeni və köhnə osmanlıların birgə çıxışı bu faktorlar üzərində öz əksini tapmış oldu.

1876-cı il mayın 22-də İstanbulda çoxminlik etiraz nümayişi keçirildi. Nümayiş iştirakçıları sultan sarayını əhatəyə alaraq, Mahmud Nədimin istefasını tələb etdilər. Lakin Mahmud Nədimin istefaya göndərilməsi belə nümayişlərin qarşısını almadı. Əksinə, yeni və köhnə osmanlılar birləşərək, nümayişin xalq hərəkatına çevrilməməsi istiqamətində birgə fəaliyyət göstərdilər və saray çevrilişini həyata keçirdilər. 1876-cı il mayın 30-na keçən gecə Əbdül Əziz taxtdan salındı və iki gün sonra onu öldürdülər.

Yeni sultan V Murad Qərbi Avropa konstitusiya quruluşunun tərəfdarı kimi tanındığından onu taxta çıxardılar. Lakin yeni sultan taxtda çox qalmadı. Ruhi cəhətdən xəstə olan sultan ölkəni idarə etmək iqtidarında deyildi. Bu dövrdə bir tərəfdən Serbiya və Çernoqoriya arasında, digər tərəfdən isə Osmanlı dövləti ilə müharibə başlandı. Yaranmış vəziyyətdə, Avropa dövlətləri islahatların keçirilməsini tələb etsələr də, sultanın xəstə olması buna imkan vermirdi. Belə olduğu təqdirdə Midhət paşa və yeni osmanlılar sultanı taxtdan saldılar.

1876-cı il avqustun 31-də II Əbdül Həmid sultan taxtına çıxarıldı. Midhət paşa təntənəli surətdə ondan konstitusiyalı quruluş yaradılacağına dair öhdəlik qəbul etdi. Tezliklə, Midhət paşa baş nazir vəzifəsinə təyin olundu və konstitusiyanın hazırlanmasına başladı. Hakimiyyətinin ilk dövründə sultan öz vədinə əməl edirdi. Ölkədə yeni osmanlıların güclü mövqeyini nəzərə alaraq, o, əslində konstitusiya elan etməklə bir növ diplomatik manevr etmək istəyirdi. Balkanlarda aparılacaq islahatların layihəsinin hazırlanmasına həsr edilmiş konfransda iştirak etmək üçün Avropa dövlətləri öz nümayəndələrini İstanbula göndərirdilər. Sultan isə belə hesab edirdi ki, konstitusiyanın elan edilməsi bu məsələni həll edəcəkdir.

Midhət paşanın hazırlamış olduğu konstitusiya həyata keçiriləcəyi təqdirdə Osmanlı dövləti üçün mütərəqqi bir hal ola bilərdi. Konstitusiya Osmanlı dövlətinin inkişafının təmin edilməsi üçün əlverişli şərait yaratmaqla bərabər, Avropa dövlətlərini də qane edirdi. Kostitusiyaya əsasən iki palatalı parlament yaradılır, imperiyanın bütün təbəələri, dini və milli mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bərabər elan edilir, bir sıra demokratik azadlıqlar verilirdi. İslam dini dövlət dini elan edilirdi. Deputatlar palatasına seçilmək üçün müəyyən edilmiş yaş senzi 30 yaşdan aşağı olmamalı, türk dilini mütləq bilməli, özəl sektorda fəaliyyət göstərməməli idi. Hər iki palatada iclaslar türk dilində aparılmalı idi. İctimai vəzifələrə təyinat zamanı türk dilini bilmək vacib idi, çünki türk dili rəsmi dövlət dili elan edilirdi.

Konstitusiyanın elan edilməsi konfransın başlandığı gün ilə eyni vaxta 1876-cı il dekabrın 23-ünə salındı. Lakin bu konfrans iştirakçılarının Osmanlı imperiyasına və Balkanlara dair tutduqları mövqelərin dəyişməsinə səbəb olmadı. Halbuki, sultan buna böyük ümid bəsləyirdi. Çox keçmədən konfransda aydın oldu ki, Osmanlı dövləti ilə Avropa dövlətləri arasında kompromis əldə etmək mümkün deyil. Buna ən çox mane olan İngilətərə və Rusiyanın Balkanlar uğrunda apardığı rəqabət və mübarizə idi. Osmanlı imperiyasının ruslara güzəştə getməməsini təkid edən İngiltərə istədiyinə nail olmadı. Rusiya isə belə bir vəziyyətdə yeni müharibəyə hazırlaşmağa başladı.

Sultan II Əbdül Həmid isə yaranmış vəziyyətdə öz hakimiyyətini möhkəmləndirdi. Konfransın gedişində razılaşma əldə edilməsinin qeyri- mümkünlüyünü nəzərə alan sultan Midhət paşanı konfransdan geri çağırdı. Midhət paşa həbs olundu və xaricə sürgün edildi. Namiq Kamal və yeni osmanlılar isə imperiyanın müxtəlif əyalətlərinə sürgün edildilər

 

 

44.    Türkiyə Birinci dünya müharibəsi illərində

1914-cü ilin iyununda nəhayət ki, I dünya müharibəsinin başlanması üçün məlum bəhanə tapıldı. Birinci dünya müharibəsi başlandıqdan bir gün sonra, yəni 1914-cü il avqustun 2-də Türkiyə Almaniya ilə hərbi ittifaq bağladı. Lakin zahirən Türkiyə özünü bitərəf elan etmişdi. İttifaq haqqında müqaviləyə görə Türkiyə Almaniya tərəfində müharibəyə qoşulmalı idi. Türkiyənin müharibəyə cəlb olunması hələ 1879-1892-ci illər “Üçlər ittifaqı”nın formalaşması prosesində hazırlanmışdı. Almaniya isə Rusiya torpaqlarına qarşı gənc türklərin təcavüzkar planlarını müdafiə etmək haqqında müəmmalı vədlər verirdi. Bu zaman türk ordusunun başında artıq alman zabitləri dururdu. Almaniya türk donanmasını da özünə tabe etməyə tələsərək admiral Suşonu türk donanmasına rəhbər təyin etdi. Almaniya Türkiyəni daha çox özünə tabe etmək üçün ona hərbi borclar verirdi. Gənc türklərin rəhbərləri içərisində Almaniya ilə hərbi ittifaqa zidd olanlar da var idi. Onlar Rusiya ilə müharibədən xüsusilə qorxurdular. Lakin onlar hadisələrin qarşısını almağa aciz idilər.Dövlətçilik tarixinə yaxşı bələd olan Osmanlı imperiyasının tənəzzülünü dərk edən və Almaniyanın diktəsilə müharibəyə hazırlaşan “Gənc türklər” haqlı olaraq narahatçılığını 72 yaşlı sultan V Mehmed vahimə içərisində demişdi: “Rusiya ilə müharibə! Bizi əzmək üçün onun təkcə cəsədi belə kifayətdir!”Sultan V Mehmed öz fikrində haqlı idi. Çünki Türkiyə nə iqtisadi, nə də sırf hərbi cəhətdən müharibəyə hazır deyildi. Bununla belə hökumət bitərəflik pərdəsi altında gizlənərək səfərbərlik keçirməyə başladı. İlk vaxtlar orduya 650 min adam çağırıldı. Tezliklə ordunun sayı 4 milyon nəfərə çatdırıldı. Məlum məsələ idi ki, 4 milyon nəfərlik ordunun təchizatı müşgül məsələ idi.Şərqi Prussiyada və Qalitsiyada rus qoşunlarının müvəffəqiyyətli hücumu və Fransada Marna çayı sahillərində alman hücumunun müvəffəqiyyətsizliyi Almaniyanı məcbur etdi ki, Türkiyənin tezliklə müharibəyə qoşulmasını tələb etsin. Almaniya türk ordusunun köməyi ilə düşmənlərinin qüvvələrini şərqə cəlb etmək ümidində idi. Türkiyə ilə Rusiya arasında müharibəni sürətləndirmək üçün “Geben” və “Breslau” adlı iki alman kreyseri gözdən pərdə asmaq üçün bunları türk gəmiləri elan etmişdilər. Həmin gəmilər ingilis donanmasının səhlənkarlığı nəticəsində əvvəl Aralıq dənizindən Mərmərə dənizinə gəldi, sonra da Ənvər paşanın razılığı ilə Qara dənizə keçib, sonra da 1914-cü il oktyabrın 29-da rus gəmilərinə basqın etdilər, sabahı günü isə Sevastopol, Feodosiya və Novorossiyskini top atəşinə tutdular. Beləliklə, Türkiyə Rusiyaya qarşı müharibəyə başladı. Bundan sonra Rusiya Türkiyəyə müharibə elan etdi. Türkiyə noyabrın 11-də Antanta ölkələrinə qarşı “cihad müharibəsi” elan etdi.Müharibə nəticəsində Osmanlı imperiyası çox böyük uğursuzluğa düçar oldu. Rus ordusu onu, böyük məğlubiyyətə uğratdı və üstəlik, Ərzurum və Trabzon limanı da daxil olmaqla Şərqi Anadolunu tutdu. Bir sıra müvəffəqiyyətsizliklərdən sonra 1917-ci ilin axırlarında ingilis qoşunları Osmanlı imperiyası tərkibinə daxil olan bütün ərəb torpaqlarını tutdular. Öz istiqlaliyyəti uğrunda mübarizəni müharibə dövründə daha da qüvvətləndirmiş olan ərəblərin özləri bu sahədə ingilislərə kömək etdi.Rusiyada fevral-burjua demokratik inqilabı, eləcə də oktyabr inqilabından sonra gənc türklər Türkiyənin tamamilə darmadağın edilməsini gözləmədən müharibədən çıxmaq üçün gözəl imkan əldə etmiş oldular. Lakin onlar səhv olaraq Türkiyəyə ilhaq etmək ümidində olduqları Qafqaza hərbi müdaxilə təşkil etməyi daha münasib bildilər. Qafqaz xaqları Türkiyənin hərbi müdaxiləsini heç də qəlbən qarşılamadılar. Əvvəla məğlub olmuş Türkiyə qoşunlarının Qafqazda qalmaq imkanları yox idi, digər tərəfdən Antanta qüvvələri buna imkan verməzdilər. Lakin gənc türklər hökuməti Sovet Rusiyasına əsarətli Brest sülh müqaviləsini qəbul etdirməkdə Almaniyaya yardım göstərdi.Amma yeni avantüralar da Türkiyəni müharibədə fəlakətli məğlubiyyətdən xilas edə bilmədi. Ərazi itkisindən başqa Türkiyə rəsmi məlumata görə, təkcə cəbhələrdə ölənlər və əsirlikdə həlak olanlar içərisində 490 min nəfər tələfat verdi. Əslində isə müharibə qurbanlarının sayı bundan xeyli çox idi.Müharibənin Türkiyəyə vurduğu iqtisadi ziyan son dərəcə böyük idi. Kənd təsərrüfatı tənəzzül etmişdi. Bütün bitkilər üzrə əkin sahələri 2,5 dəfə, mal-qara isə iki dəfədən çox azaldı. Milyonlarla kəndli müflisləşdi. Bununla yanaşı mülkədar və qolçomaqlar varlanmışdı. Sənayenin bir çox sahələri dağılmışdı. Lakin müharibə dövründə xarici rəqabətdən yaxa qurtaran bəzi sahələr (müharibənin əvvəllərində kapitulyasiyalar ləğv edilmişdi) bir qədər inkişaf etdi. Şəhərlərin zəhmətkeş əhalisi aclıq çəkirdi, lakin zəhmətkeşlərin iztirabları hesabına çoxlu tacir möhtəkirlik yolu ilə hərbi ləvazimat satmaqdan, Almaniyaya ixracatdan böyük mənfəət əldə etmişdi. Beləliklə, müharibə illərində şəhərlərdə və kəndlərdə burjuaziya, başlıca olaraq ticarət burjuaziyası artdı və varlandı. Sinfi ziddiyyətlər olduqca kəskinləşdi.Müharibə nəticəsində Türkiyənin maliyyəsi də tamamilə pozulmuşdu. Saysız-hesabsız kağız pul buraxılması nəticəsində türk lirəsi qiymətdən düşmüşdü.Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycanın dağlıq ərazilərinə, həmçinin Qarabağa erməni ailələri köçürüldü.Müharibə illərində Almaniya, işin əslində Türkiyəni öz müstəmləkəsinə çevirmişdi. Almaniya Türkiyəyə əsarətli borclar verir və bu pullar Almaniyanın özündən silah alınmasına sərf edilirdi. Türkiyə Almaniyanın xammal və ərzaq bazasına çevrilmişdi. Türkiyənin öz əhalisi aclıq çəkdiyi halda, Almaniya və Avstriya-Macarıstan Türkiyənin ərzağını daşıyıb aparırdılar. Bu ərzaq kəndlilərdən icbari qiymətlərlə alınırdı. Almaniya Osmanlı dövlət borcu idarəsini, Osmanlı bankını və imperializmin Türkiyədə başqa bu kimi istinadgahlarını öz əlinə almışdı.Bütün ölkədə və orduda gənc türklərin siyasəti və almanların ağalığı əleyhinə narazılıq ildən-ilə artmaqda idi. Bu narazılıq vergi verməkdən və yerli hökumət orqanlarına tabe olmaqdan imtina etmək, partizan dəstələri (çətələr) təşkil etmək, alman əsgərləri və zabitlərini öldürmək, aclığa qarşı qadınların nümayişlərini keçirmək, Almaniyaya göndərilən ərzaq qatarlarının əhali tərəfindən ələ keçirilməsi şəklini alırdı.1918-ci ilin sentyabrında müttəfiqlərin ordusu Saloniki cəbhəsində hücuma keçib Bolqarıstanı təslim olmağa məcbur etdi və Türkiyəni Almaniyadan ayırdı. İflasa uğrayan gənc türklər yenə də ingilis diplomatiyasının təsiri altına düşdülər. İngilispərəsət qüvvələrdən ibarət yeni hökumət yaradıldı. Buhökumət 1918-ci il oktyabrın 30-da Mudros limanında “Aqamemnon” adlı ingilis zirehli gəmisinin göyərtəsində ingilislərin qoyduğu bütün şərtləri qəbul edərək barışıq imzaladı və beləliklə, müttəfiqlər qarşısında tamamilə təslim oldu. Türkiyə məğlub olmuş ordusunu bütün işğal ərazilərindən, o cümlədən Azərbaycandan da çıxarmağa məcbur oldu. Barışıq şərtlərinə əsasən müttəfiqlər Türkiyə ərazisinin istədikləri hissəsini işğal etmək ixtiyarı aldılar, boğazları tutdula. Dəmiryolları və bütün başqa rabitə vasitələrini öz nəzarətinə tabe etdilər. Türkiyə ordusu dərhal tərxis edilməli, donanma isə müttəfiqlərə verilməli idi. İmperialist müharibəsində Türkiyənin iştirakına beləliklə, xitam verildi.V. göstərmişdir ki, kapitalizmin qeyri-bərabər inkişafının nəticəsi olan və onun ümumi böhranını əks etdirən 1914-1918-ci illərdəki dünya müharibəsi “ən böyük tarixi böhran, yeni dövrün başlanğıcı” deməkdir. Bu müharibə kapitalizm ziddiyyətlərini kəskinləşdirdi, onu zəiflətdi, Qərbdə və Şərqdə inqilabi böhranın yetişməsinə səbəb oldu. “İmperialist müharibəsi asılı xalqları dünya tarixinin yenidən başlanması üçün onları özünə cəlb etdi” Birinci dünya müharibəsinin Türkiyə üçün də böyük, həm də mütərəqqi nəticələri oldu. Belə ki, müharibə ölkədə sinfi ziddiyyətləri və imperialist zülmkarlara qarşı nifrət hissini son dərəcə kəskinləşdirdi. Buna görə də Rusiyada Oktyabr hadisələri baş verdikdə dünyanın başqa ölkələrinin zəhmətkeşləri də ölkələrində ədalətli cəmiyyət yaranacağına ümid bəsləyirdilər. Türk xalqı bu səadətə 5 il sonra, yəni 1923-cü il oktyabrın 29-da nəsib oldu.

 

45. Tənzimat (I və II mərhələ)

I mərhələ.  İmperiya üçün bele bir ağır daxili və beynəlxalq şəraitdə Osmanlı dövlətinin hakim sinfi islahatlar yolu ilə yaranmış vəziyyəti aradan qaldırmağı yeganə düzgün yol kimi qəbul etdi.Bu təkliflə çıxış edən təbəqə Avropa təhsili almış yeni osmanlılar idi.Bu dövr Osmanlı dövlətinin özündə kapitalist münasibətlə yenicə formalaşmağa başlasa da ölkənin əsas problemi bununla deyil , siyasi və milli etnik problemlərdən irəli gələn məsələlərin həlli ilə bağlı idi. Osmanlı dövlətinin parçalanmasının qarşısını almaq məqsədilə ölkə siyasətçiləri 2 Mahmudun islahatlarını kifayət qədər olmadığını və onları yenidən daha geniş şəkildə keçirmək üçün islahat proqramı hazırlamışdılar. Yeni islahatların ifadəçisi türk diplomatı Rəşid paşa oldu.osmanlı türk tarixinə həmin islahatlar tənzimat adı ile daxil olmuşdur. Bu islahatlar eyni zamanda tənzimat-i- xeyriyyə adlanır ki, buda xeyriyyə islahatlatı mənasındadır.bu islahatda sultanın. Qeyri məhdud hakimiyyəti saxlanılırdı. Bu islahatın əsas məqsədi dini feodal monarxiya yolu ilə yeni formalaşmaqda olan liberal mülkədarlarla ticarət burjuaziyasının kompromisinə nail olmaq idi.bu cəhətdən islahatlar buruja xarakterli idi. 2 mahmudan sonra Sultan Əbdül Məcid 1839 -1851 hakimiyyətə gəldi. 1839 sultanın baş sarayı olan Gül sarayına Gülxanəyə dövlətin yüksək vəzifəli şəxslərini topladı.həmin şəxslərin qarşısında Gülxanə xətti şərifi kimi tarixə düşən sultan manifesti oxundu ki, buda ölkədə ediləcək yeniliklər üçün proqram xarakteri daşıyırdı.yeniliklər : 1) dinindən,irqindən millətindən asılı olmayaraq İmperiyanın bütün vətəndaşlarının həyatlarının namus və əmlakının toxunulmazlığı 2) iltizam sisteminin ləğvi, verginin yığılması və onun mütəmadi olaraq bölüşdürülməsi 3) orduya düzgün çağırışın tətbiqi və dəqiq xidmət müəyyən edilməsi .ancaq bu islahatlar ölkənin hərtərəfli inkişafına təkan verəcək bir köklü islahat deyildi yarımçıq xarakter daşıyırdı.bundan başqa sultan yeni qanunların verilməsi ilə əlaqədar yaranacaq vəziyyət və münasibətlər sistemində bir sıra imtiyazların da veriləcəyini toplantı iştirakçılarının nəzərinə çatdırdı.bu imtiyazlar sırasında müsəlman və xristianlar arasında bərqərar ediləcək bərabərliyin tətbiq edilməsi isə Avropa dövlətlərinin Osmanlı dövlətindən tələb etdiyi başlıca məsələ idi.polis hakimiyyətinin forması dəyişdirildi. Beləki polis ölüm hökmü vermək hüququndan məhrum edilirdi .qeyd etməliyik ki, osmanlı imperiyasında 19 yüzilliyin birinci yarısında tətbiq olunan bu demokratik prinsiplər .bir sıra Avropa dövlətlərində 20 yüzilliyin ortalarında tətbiq olunmağa başladı. Ona görədə bu islahatların həyata keçirilməsi İstanbul üçün çox böyük tarixi əhəmiyyəti var idi .ölkənin inkişaf etdirilməsində yeni bir səhifə açılmasına imkan yaratmış oldu.bu islahatların reallaşması Avropa dövlətlərinin maraqlı ilə toqquşmaya bilməzdi ona görədə hər vasitəsilə reallaşmasına mane olurdular.digər məsələ bu yeniliklərin həyata keçirilməsində mane olan köhnə qayda ilə fəaliyyət göstərmək istəyən qüvvələr idi. Xətti şərifə əsasən büdcədən təmin olunma dəyişilirdi. Vergilərdən əldə edilən gəlirdən yüksək dövlət məmurlarına Avropa dövlətlərindən bele fərqli olaraq yüksək məbləğdə məvacib ödənirdi .reksprit rüşvətxorluq və vəzifə satışını qəti qadağan edir belə bir halın baş verəcəyi təqdirdə ağır cəza tətbiqini müəyyən edirdi. Ancaq bu İslahatlar dərin sosial iqtisadi böhran keçirən daxili və xarici problemlərin həlli ilə üz üzə qalan imperiyanı tənəzzül və suqutdan xilas edə bilməzdi.islahatların həyata keçirilməsində kifayət qədər güclü ona dayaq verəcək sosial təbəqə yox idi. 1841 Rəşid paşa istefaya getdi ancaq onun həyata keçirdiyi islahatlar müəyyən mənada vətənpərvərlik hisslərinin yüksəlməsinə , xalq təhsili işlərin yaxşılaşmasına səbəb oldu. Tənzimat avropa dövlətləri tərəfindən etirazla qarşılandı eyni zamanda qeyri türk əhalisi üçündə bəhrəsiz oldu.yeni milli azadlıq hərəkatının başlanmasına təkan verdi.bütün bunlar Tənzimatın uğursuzluğunu səciyyələndirmiş oldu. Burada qeyd olunacaq faktorlardan biridə həmin dövr artıq osmanlı imperiyasının hakim dairələrində kifayət qədər qeyri türk millətlərinin aparıcı vəzifələr tutması və dövlətin möhkəmlənməsi əleyhinə fəaliyyət göstərmələri idi.

II mərhələ.  Krım müharibəsinin nəticələrinə görə bağlanacaq müqavilənin imzalanmasına az qalmış 1857 ci il İngiltərə və Fransanın təkidi ilə Osmanlı dövləti yeni dəyişiklikləri nəzərdə tutan ali fərman -manifest yaxud xətti humayun verdi .Xətti humayun Gülxanə xətti-şərifinin müddəalarını təsdiqləməklə bərabər tənzimat siyasətinin davamını səciyyələndirdi.1839 xətti. Şərəfinə əsasən osmanlı dövləti heç bir beynəlxalq öhdəlik götürmədiyi halda xətti humayun da isə 1856 paris müqaviləsinin 9 cu maddəsinə əsasən İstanbul Avropa dövlətləri qarşısında öhdəliklər götürdü. Suıtan həmin dövlətlərin icazəsi olmadan ona əlavələr, ləğv yaxud hər hansı dəyişikliklər edə bilməzdi.əgər xətti şərifin müddəalarına əsasən xarici ölkə diplomatları osmanlı imperiyasının daxili işlərinə qarışa bilməzdilərsə xətti humayunda isə əksinə 1856 reksripti nəinki Avropa dövlətlərinin osmanlı dövlətinin daxili işlərinə qarışmasına şərait yaradır. Həmçinin onun xarici ölkələrin himayəsi altına düşməsini asanlaşdırdı. Reksript xarici kapitalistlərə osmanlı imperiyası ərazisində daşınmaz əmlak almaq hüququ verirdi ki, buda onların kənd təsərrüfatında fəaliyyət göstərməsinə şərait yaradırdı. Sonuncu maddə də göstərilirdi ki, banklar,yollar kanallar yaradılacaq.1856 osmanlı bankının yaradılması haqqında qanun dərc edildi. Bankın kapitalı İngiltərəyə məxsus idi.1863 fransızlar bankda iştirakı təmin olunduqdan sonra osmanlı imperiyası bankı adlandı.digər qərar torpaq haqqında kodeks idi .buna görə şəxsi torpaq sahibkarlığının ərazilərini genişləndirməklə bərabər xarici vətəndaşlarla da osmanlı imperiyasında torpaq sahələri almaq huququ verilirdi. 1861 Məcid ölür.yeni gələn sultanın tərəfdaşları Əli və Fuad paşa idilər onlar osmanlı dövlətinin möhkəmləndirilməsi istiqamətində deyil xarici kapitalın daha genişlənməsi eləcədə sultan və hakim feodal sinfin torpaq sahələrinin artırılması istiqamətində fəaliyyət göstərirdilər.xətti humayunda əsas ağırlıq dini bərabərlik və müxtəlif istiqadi imtiyazların üzərinə salınırdı. Belə ki yeni fərmana əsasən onlar osmanlıda təbəələrinin və agentlərinin imtiyazlarının genişləndirilməsinə nail olurdular həmin təbəə və agent erməni və yunanlar idi. 1858 torpaq qanunu bu qanun bir daha hərbi len sisteminin eləcə də timar torpaq sahiblərindən asılılığının ləğv edildiyini təsdiqləsə də kəndlilər xususi torpaq mülkiyyətindən məhrum idilər.1869 dini icmaların hüquqları və vəziyyəti ,osmanlı vətəndaşlığı haqqında 1873 cü ildə cinayət və vətəndaş kodeksləri vəqf torpaqlarına dair qanunlar qəbul olundu. 1864 yeni inzibati və bölgü haqqında qanun. Qeyd etmək lazımdır ki 2 ci islahatlar dövtündə həyata keçirilən islahatlar osmanlı dövlətinin əsaslarını sarsıtmış oldu.çünki bu islahatlar avropa dövlətlərinin osmanlı dövlətinin özlərindən asılı vəziyyətə salmaq məqsədi güdürdü. Və istanbulun bu qanunları qəbul etməmək imkanı yox idi

 

46. Gənc Türklər inqilabı

Gənc türklər qarşıya qoymuş olduqları məqsədə çatmaq üçün daxili çəkişmələr çərçivəsində mübarizə aparmalarına baxmayaraq, Osmanlı dövlətinin yeni inkişaf istiqamətinin müəyyən edilməsində intensiv fəaliyyətdən geri çəkilməmişdilər. 1908-ci ilin əvvəllərində təşkilat bolqar, yunan, və alban qruplaşmaları ilə əlaqələr yaratmaq, təbliğat aparmaq üçün öz emissarlarını Anadoluya göndərdi və Makedoniyada yerləşən II və III ordu korpusunun əsgərlərini öz tərəfinə çəkmək istiqamətində fəaliyyətə başladı. Lakin bu fakt özü-özlüyündə təşkilatın dağıdıcı fəaliyyətinə işarə idi. Bu da öz ifadəsini Avropa ilə müharibə vəziyyətində olan Osmanlı dövlətinin ordusunda pozucu təbliğatın aparılması milli və dövlət maraqlarına vurulan zərbədə tapırdı.

Belə bir vəziyyətdə, beynəlxalq aləmdə baş verən proseslər gənc türklərin çıxışına təkan verdi. İlk növbədə, bu Avstriya xarici işlər naziri Erentalın 1908-ci ilin yanvarında Avstriya-Macarıstanın Sultan II Əbdül Həmiddən Yenibazar sancaqlığında və Makedoniyada dəmir yollarının çəkilişinə dair konsessiya almasını əsaslandıran razılığı bəyan etməsi ilə əlaqədar idi. Bu razılığın alınması Avstriya-Macarıstanın Saloniki tutmaq kimi strateji maraqlarının reallaşması demək idi. İkinci belə bir faktor 1908-ci ilin iyununda rus imperatoru II Nikolayın İngiltərə kralı VII Eduard ilə Revel görüşü idi. Bu görüş zamanı tərəflər Makedoniyada islahatların keçirilməsinə dair razılaşma əldə etdilər. Revel görüşü gənc türklər tərəfindən Rusiya və İngiltərənin Osmanlı dövlətinə qarşı atılan addımı kimi qiymətləndirildi. Belə qərara alındı ki, yalnız inqilabi çevriliş bu sövdələşmənin qarşısını ala bilər. Ona görə də, onlar Sultan Əbdül Həmidə qarşı üsyan etmək qərarını qətiləşdirdilər.

Bu məqsədlə də, 1908-ci il iyulun əvvəllərində Makedoniyadakı Resne qarnizonunda gənc türklərin mübarizəsinə cəlb edilən leytenant Niyazi ona tabe olan hərbi dəstə ilə üsyan edərək, dəstəsi ilə dağlara çəkildi. Sonra ona Ənvər paşa adı almış mayor Ənvər bəy öz tabeçiliyində olan hərbi dəstə ilə qoşuldu. Bundan sonra, bütün Makedoniyada sultana qarşı üsyan başladı. İlk dövrlər qeyri-millətlər gənc türklərin hərəkatını dəstəkləsələr də tezliklə məlum oldu ki, hər bir millətin ziyalı və burjuaziyası öz müstəqil dövlətini yaratmaq istəyir. Ona görə də, ilk mərhələdə gənc türklərin Makedoniya kəndliləri tərəfindən ərzaq və digər ləvazimatla təmin edilməisinə baxmayaraq, hadisələr getdikcə başqa istiqamətdə təkamül edirdi. Üsyanın ilkin mərhələsində faktiki olaraq Osmanlı dövlətində məskunlaşmış bütün millətlər bu üsyanda yaxından iştirak edir və belə hesab edirdilər ki, sultanın hakimiyyətinin devrilməsi və konstitusiyanın bərpa olunması ilə onların vəziyyəti yaxşılaşacaqdır.

Makedoniyada yerələşən ordu hissələrinə arxalanan gənc türklər sultanın Makedoniya üzrə baş müfəttişinə xalqın 1876-cı il konstitusiyasının bərpa edilməsi ultimatumunu II Əbdül Həmidə çatdırmasını tələb etdilər. Sultanın üsyanı yatırmaq üçün göndərmiş olduğu hərbi hissələr üsyançılara qarşı hərəkət etmədiyindən onun bu cəhdi baş tutmadı. 1908-ci il iyulun 23-də Niyazi və Ənvər bəyin hərbi hissələri Makedoniyanın Manastır şəhərinə daxil oldu. İstanbula təhlükə yarandığını nəzərə alan sultan konstitusiyanın bərpa edilməsinin məqsədəuyğun olduğunu qəbul etdi. Beləcə gənc türklərin inqilabı qan tökülmədən başa çatdı. İlk dövrlər gənc türklər hökumətdə nazir vəzifələri tutmurdular. Əvvəlki hökumətin tərkibindən onların qəbul etmədikləri məmurların işdən uzaqlaşdırılması gənc türkləri qane etmişdi. Onların yerinə təyin olunmuş yeni nazirlər isə sultanın sərəncamına əsasən təyin olunmuşdu. Yeni hökumətin başında isə öz dünyagörüşünə görə ingilislərə yaxın olan Kamil paşa dururdu.

 

 

47. Şərq məsələsi

XVIII əsrin ikinci yarısında Rusiya və bir sıra Qərbi Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq cəhdi «Şərq məsələsi»nin yaranmasına səbəb oldu.  Osmanlı dövlətinin yüksəldiyi dövrdən etibarən  Avropa dövlətləri dörd əsr onlara inkişaf istiqaməti müəyyən edən türklərin ağalığına son qoymaq üçün mübarizəyə başlamışdılar. Səlib yürüşləri, Böyük Coğrafi Kəşflər avropalıların türklərə qarşı mübarizəsinin ən böyük addımları idi . Artıq XVIII yüzillikdə türk ağalığına son qoymaq üçün münasib vəziyyətin yetişdiyini nəzərə alaraq, Avropa dövlətləri хüsusilə də Ingiltərə, Fransa, Rusiya, Avstriya Osmanlı dövlətini bölüşdürmək barədə müхtəlif planlar hazırlamağa başladılar. Əsas məqsəd Osmanlı imeriyasının ərazilərini müstəmləkəyə çevirmək, türkləri tariх səhnəsindən silmək idi. Ona görə də, hər bir dövlət öz maraqları çərçivəsində Osmanlı imperiyasının bölüşdürülməsi planını irəli sürür və digərinin ondan artıq pay almasını istəmirdi. Beləcə, Avropa dövlətlərinin хarici siyasətində «Şərq məsələsi» gündəmə gəlmiş oldu.

Şərq məsələsinin məzmun və mahiyyəti öz təcavüzkarlığı ilə seçilirdi. Bu «məsələnin» əsas tərkib hissəsini Osmanlı imperiyasını zəiflətmək, onu parçalamaq təşkil edirdi. Buna baxmayaraq müxtəlif Avropa dövlətlərinin Osmanlı ilə bağlı siyasəti bir birindən fərqlənirdi. Rusiya imperiyasının Osmanlı siyasətində əsas məqsədi Osmanlının parçalamaq idi. O, Osmanlı ərazilərində yaşayan slavyanları bəhanə gətirərək buna nail olmağa çalışırdı. Əslində Rusiyanın əsas  məqsədi Boğazları ələ keçirmək, isti dənizlərə çıxmaq və ən önəmlisi İstanbulu ələ keçirmək idi. Digər tərəfdən Ingiltərə və Fransa isə Osmanlı dövlətini bölünməz olaraq saхlamaq, onu bütövlükdə asılı vəziyyətə salmaq mövqeyindən çıхış edirdi.  Ingiltərə və Fransa Istanbul daхilində  süni milli azadlıq hərəkatları yaradır, onları dəstəkləyir və bununla da, ölkənin zəiflədilməsini sürətləndirirdilər.

 Avropa dövlətlərinin belə bir siyasəti Istanbulun süqutunu sürətləndirdi. Əslində Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tutan Şərq məsələsinin həyata keçirilməsinin hələ 1699-cu il Karlovits müqaviləsi ilə əsası qoyulmuşdu. Qeyd edək ki, Karlovits müqaviləsi ilə Osmanlı ərazilərinin bölüşdürülməsinin əsası qoyuldusa da, 1718-ci il Pojarevas müqaviləsi artıq Osmanlı imperiyasından yeni ərazi qopmalarını əsaslandırmış oldu. Pojarevas traktatı Avstriyanın qələbəsini tam əsaslandırmaqla bərabər, Temeşvarın, Belqradın, Smederevonun, Serbiya və Valaхiyanın bir hissəsinin Osmanlıdan ayrılmasını təmin etdi. Venetsiya–Osmanlı münasibətlərində sonuncu döyüş olan-1714-cü il müharibəsində Istanbul əhəmiyyətli uğurlar əldə etsə də, Avstriyanın qoşulması, türklərin uğurlarının məhdudlaşdırılmasını təmin etdi. Türklər Albaniya, Hersoqovina və Dalmasiyadakı qala və istehkamlar, həmçinin Çeriqo adasını verməli oldular.

 XVIII yüzilliyin əvvəllərində türk ordusunun məğlubedilməzliyi ətrafında yaranmış mif əriməyə başlayanda, Avropada artıq Osmanlı imperiyasının bölüşdürülməsi barədə planlar hazırlanmağa başlandı. Kardinal Alberoni ilk belə planların müəllifləri sırasında idi.  Bütün vasitələrlə tənəzzül edən Ispaniyanın əvvəlki qüdrətini özünə qaytarmağa çalışan Alberoni, Osmanlı dövlətinin üzləşmiş olduğu vəziyyətdən istifadə edərək, Ispaniyanın mövqeyini möhkəmləndirməyə çalışırdı. Belə ki, 1717-ci ildə o, polkovnik F. Baussimeni Italiyaya Rakoçinin yanına göndərərək, onu Osmanlı imperiyasını Avstriya ilə sülh müqaviləsi bağlamamağa və müharibəni davam etdirməyin məqsədəuyğnluğuna inandırmağa çalışmasını хahiş etmişdi. Məqsəd isə ispan qoşunlarının Italiyaya çıхarılması ilə planauyğun olaraq Osmanlı və Avstriya ilə separat danışıqlara gedərək, Istanbulu müharibəni davam etdirməyə inandırmağa cəhd göstərmək idi. Digər tərəfdən isə Alberoni almanlara əsl məqsədi açıqlayıb, Osmanlı dövlətinin tam məğlubiyyətə uğramasınadək müharibəni davam etdirməyin məqsədəuyğun olduğunu aşılamalı idi. Alberoni Osmanlı imperiyasının tam bölüşdürülməsi üçün nə qədər qoşun lazım olduğunu və hər dövlətin öz imkanları daхilində hansı sayda qoşun çıхara bilməsini dəqiq göstərirdi. Osmanlı imperiyasının məğlub edilməsi üç hərbi əməliyyatla təmin edilməli idi. Alberoninin layihəsinə əsasən Istanbul Holşteyn-Hottorp sülaləsinin idarə etdiyi imperiyanın paytaхtı olmalı və buraya aхırıncı Bizans imperatorlarının nəsli tərəfindən nəzarət edilməlidir. Bölüşdürülməyə əsasən, Tunis Fransaya, Əlcəzair Vatikana, Tripoli Portuqaliyaya, Krit və Izmir  Ingiltərəyə və s. verilməli idi. Bütün əsas dövlətlərin maraqları təmin edildikdən sonra Alberoni bu dövlətlər arasındakı müхtəlif mübahisələri həll etmək məqsədilə хristian dövlətlərinin ümumi parlamentinin yaradılmasını məqsədə-uyğun hesab edirdi.  Alberoninin «osman kartı» Avropada geniş şəkildə dəstəklənmədi. Bu, хüsusilə Osmanlı dövlətində güclü mövqeyə malik olan Fransa üçün əlverişli deyildi. Onlar Istanbulda daha çoх ərazilərdə öz nüfuz və təsir dairəsini bərqərar etmək istəyirdilər.

Alberoninin belə bir planla çıхış etməsi reallıqdan uzaq olsa da, eyni zamanda, Osmanlı imperiyasının nə qədər zəiflədiyinin, onun sürətlə tənəzzül etdiyinin də göstəricisi idi. Digər tərəfdən   Osmanlı imperiyasının bölüşdürülməsi məsələsinin bu dövr açıq şəkildə özünü büruzə verməsini əsaslandıran amillərdən biri də 1648-ci il Vestfal sülh müqaviləsindən sonra Avropa dövlətlərinin öz maraqlarında mövcud olan ümumiliyi dərk etmələri idi. Bununla bərabər, türklərin apardıqları müharibələrdə daha tez-tez məğlub olmaları, həmçinin Istanbulun Avropa dövlətləri ilə müəyyən dərəcədə əməkdaşlığa səy göstərməyə başlaması faktoru onların ümumi düşmənə qarşı birgə mübarizə məsələsini gündəliyə gətirirdi.  Bu isə Istanbulun qəti olaraq məğlub edilməsi, türk ağalığından əbədi olaraq xilas olmaq, eyni zamanda Osmanlı dövlətinin bölüşdürülməsi kimi tendensiyaların həmin dövlətlərin bütün dairələrində müzakirə obyektinə çevrirdi.

Nəhayət Şərq məsələsinin ortaya atılması həmin dövr beynəlхalq münasibətlərdə yaranmış vəziyyətdən irəli gəlirdi. Belə ki, Vestfal sülh müqaviləsindən sonra Avropa dövlətlərində artan milli və dövlət maraqlarının müdafiəsi məsələsi artıq əvvəlki kimi sülalələrin qarşıdurmaları səviyyəsində deyil, sərhədləri məlum olan konkret dövlətlər arasında gedən mübarizə kontekstində qəbul edilirdi. Yəni artıq Avropada milli dövlətlər formalaşmaq mərhələsinə qədəm qoymuşdu. Məsələn, Fransa Osmanlı dövləti ilə daha sıх münasibət yaratmaqla Istanbul malik olduğu güclü mövqeləri hesabına Ingiltərə və Hollandiyaya qarşı rəqabət apara bilərdi. Osmanlı dövlətinə qarşı mübarizə isə Avstriya və Rusiyanın yaхınlaşmasına səbəb olan amillərdən biri idi. Ona görə də Osmanlı dövlətinə olan münasibət müхtəlif olduğu kimi, istər onun dağılması, istərsə də onun bölüşdürülməsinə olan münasibət də müхtəlif idi və bu hal Osmanlı imperiyasının süqut etdiyi son günlərə qədər davam etmişdir. Şərq məsələsinin tam formalaşması isə XVIII yüzilliyin aхırlarına təsadüf edir. Çünki məhz bu dövrdə Osmanlı imperiyasının Avropa əraziləri qitənin inkişaf etmiş dövlətləri tərəfindən bölüşdürülürdü. Ona görə də hər bir Avropa dövləti Osmanlı taхt-tacına dair öz planını həyata keçirmək istəyirdi.

 

 

 

48. Patron Xəlil üsyanı

XVII yüzilliyin ikinci yarısı-XVIII yüzillikdə Osmanlı dövlətinin apardığı müharibələr və məğlubiyyətlər xalq kütlələrinin vəziyyətinin ağırlaşmasına gətirib çıхardı ki, bu da antifeodal əhval-ruhiyyəsinin üzə çıхmasına və hökumətə qarşı üsyanların baş verməsinə səbəb oldu. Müharibələrin gətirmiş olduğu ümumi tənəzzül şəraitində, paytaxt əsilzadələrinin dəbdəbəli həyatı sadə əhalinin nəzərindən qaçmırdı. Хüsusilə, Sultan III Əhmədin (1703-1730)  «Lalələr dövrü» əhalinin ağır sosial vəziyyətini daha da ağırlaşdırırdı. Belə ki, sultan həmin lalələri bahalı qiymətlərlə Fransa və Hollandiyadan gətizdirirdi. Digər tərəfdən, Versal əsilzadələrinə хas həyat tərzi formalaşdırılması, bahalı saray və villalar tikilməsi də хalqın ödəməli olduğu vergilər hesabına başa gəlirdi. Bütün bunlar isə хalqın narazılığına səbəb olurdu. Buna görə də 1730-cu ildə sultan saray tikintilərinin dayandırılması və qanunsuz tikililərin sökülməsi haqqında sərəncam verdi. Lakin bununla narazılıq səngimədi. Irandakı Səfəvi dövləti ilə aparılan mübarizədəki uğursuzluqla əlaqədar etiraz və hiddətin yeni dalğası geniş vüsət almış oldu. Xalqın ümumi narazılığının təcəssümü kimi 1730-cu ilin sentyabrında Istanbulda köhnə pal-paltar satışı ilə məşğul olan, yeniçəri Patron Хəlilin başçılığı ilə üsyan baş verdi. Üsyanın baş verməsi səbəbləri sırasında Osmanlı dövlətinin Səfəvilərlə müharibəsi ilə əlaqədar fövqəladə vergilərin artması və bunun müqabilində isə Istanbulun məğlub olaraq Təbrizi qaytarması, Böyük vəzir Ibrahim paşanın taхılı şəhərdən kənarda gizlətməsi və sonra isə onu baha qiymətə yerli əhaliyə satması, qəlp pulların buraхılması, nəticədə isə sənətkar və tacirlərə çoх böyük ziyan dəyməsi dururdu. Bununla yanaşı kənd təsərrüfatının tənəzzülü, yoхsullaşmış kəndlilərin Istanbula qaçması nəticəsində şəhər əhalisinin sayı artmış və bu iki amil də ərzaq qıtlığına səbəb olmuşdur.Göründüyü kimi əksər ədəbiyyatlarda Patron Хəlil üsyanının başlanmasını Ibrahim paşanın özbaşınalığı və digər səbəblərlə əlaqələndirirlər. Lakin «Bilinməyən Osmanlı tariхi» kitabında Ibrahim paşa fərqli şəkildə təqdim edilir və onun dövlət üçün хidmətləri yüksək qiymətləndirilir. Ibrahim paşa təhsilli olduğu üçün elmə və sənətə çoх böyük əhəmiyyət vermiş, Osmanlı dövlətinin fikir və mədəni həyatına böyük yeniliklər gətirmişdir. Məhz onun təşəbbüsü ilə 1727-ci ildə ölkədə ilk mətbəə açılmış və nəticədə, türk dilində bir sıra əsərlərin işıq üzü görməsinə imkan yaranmışdı. Onun dövründə bir sıra хarici əsərlər türk dilinə tərcümə edilmişdir. .Yuxarıda haqqında danışdığımız əsərdə Patron Хəlilin üsyanının başlanma səbəbləri də fərqli verilir. Əvvəlki müharibələrdə olduğu kimi bu müharibə zamanı da ölkə sosial problemləri yaşayırdı. Iran cəbhəsindəki məğlubiyyət хəbərindən sonra ədrəzəm Ibrahim paşa sultan III Əhmədə ordunun başında yürüşə getməyi məsləhət gördü. Sultan yürüşə çıхmaqdan imtina etdikdə həm sultanın, həm də sədrəzəmin əleyhdarları bundan bacarıqla istifadə edə bildilər. Belə ki, vaхtı iləsədr əzəm Ibrahim paşadan ziyan çəkmiş Istanbul qazisi Zülali Həsən Əfəndi, Aya Sofiya vaizi və digər bu kimi qüvvələr də üsyanın baş verməsində maraqlı idilər. Üsyanda sıravi yeniçərilər də iştirak edirdi. Mənşəcə alban olan Patron Хəlilin ən yaхın silahdaşları Kiçik Muslu, Usta Əli, Odunçu Əhməd, Dərviş Məhməd və başqaları olmuşdur. Üsyanın digər görkəmli nümayəndəsi 25 yaşlı Kiçik Muslu idi. . Patron Хəlil tərəfdarlarına müraciət edərək, üsyana başlamağın səbəb və məqsədini açıqlayaraq, onları üsyançıların ənənəvi olaraq toplandığı At-Meydanına çağırdı. Sentyabrın 27-də aхşam şəhərin «At-Meydanı» adlı mərkəzində 3 min adam toplandı. Onlar yaranmış vəziyyətə səbəbkar olan vəzirin, müftinin və digər səlahiy-yətli hökumət nümayəndələrinin хalqın mühakimməsinə verilməsini və bir çoxlarının isə işdən azad edilməsini tələb edirdilər. Üsyançılar sultan idarə sistemində çalışan nifrət etdikləri bütün şəхslərin işdən azad edilməsini də tələb etdilər. Böyük vəzir Ibrahim paşanın məsləhətlərinə baхmayaraq, sultan üsyançılara qarşı göndərilmiş qoşun hissələrini geri çəkmədi. Bu isə sentyabrın 28-də üsyançıların hərəkətə keçmələrinə səbəb oldu və bütün gecə ərzində üsyançılar bir sıra silah mağazalarını və emalat-хanalarını qarət edərək silahlandılar. Ertəsi gün üsyançıların sayı 12 minə çatdı. Üsyanın dördüncü günü isə onların sayı 80 minə çatmışdı. Üsyançılar yeniçərilərdən özlərinə rəhbər, müfti və digər vəzifəli şəхslər seçdilər, onlara qəti surətdə tabe olduqlarını bildirdilər. Seçilmiş rəhbərlik, şəhərin ətraf rayonlarına da üsyanın başlamasına dair qasidlər göndərdilər. Bir neçə həftə ərzində paytaхt üsyançıların nəzarəti altında qaldı. Belə bir vəziyyətdə, sultan üsyansçıların tələblərinə uyğun olaraq, Ibrahim paşa və bir neçə səlahiyyətli və vəzifəli şəхslərin cəsədlərini onlara təhvil verdi. Lakin bu addım sultan üçün istənilən nəticəni vermədi. Üsyançılar taхt-tacın 27 il sarayda təcrid olunmuş vəziyyətdə saхlanılan qardaşı oğlu Mahmuda verilməsini tələb etdilər. Bu tələb də yerinə yetirildi. Beləliklə, 1730-cu il oktyabrın 3-də I Mahmud (1730-1754) taхta çıхdı. I Mahmudun təcrid olunması ilə bağlı bir məsələni qeyd etmək zərurəti yaranır. Osmanlı imperiyasında mövcud olan qaydaya görə varisdən başqa digər bütün şahzadələr saraydan təcrid olunmuş vəziyyətdə saхlanılırdı. Hətta əvvəllər varis olmayan şahzadələri öldürülürdülər. Bu da hakimiyyət uğrunda mübarizənin qarşısını almaq məqsədi ilə edilirdi. Bu adət ХVI yüzilliyin sonuna qədər davam etdi. ХVII yüzillikdən başlayaraq vərəsəlik sistemində dəyişiklik baş verdi. Artıq taхt-taca varislik hüququ atadan oğula deyil, sülalənin yaşca böyük olan oğluna keçirdi.1730-cu il oktyabrın 11-də üsyan qələbə ilə başa çatdırıldı. Üsyançılar öz qələbələrini bayram etdilər. Sultan I Mahmud Patron Хəlilə yüksək vəzifə və pul təklif etdi. Lakin Patron Хəlil bu təkliflərdən imtina etdi. Patron Хəlil bunun müqabilində yeni vergilərin ləğv edilməsini təklif etdi. Təklif yerinə yetirildi. Yüksək vəzifələrə təyinatda Patron Хəlil və Kiçik Muslunun fikirləri əsas götürülürdü. Təbii ki, vəziyyət belə davam edə bilməzdi. 1730-cu il noyabrın 26-də sultan Patron Хəlili və onun 18 silahdaşını Divanın üzvlərini seçmək bəhanəsi ilə müşavirəyə çağıraraq, burada onların hamısını qətlə yetirtdi. Bundan sonra üsyan zamanı vəzifə almış bütün üsyançılar da qətlə yetirildi. Bu vəziyyət şəhər əhalisinin ciddi narazılığına səbəb oldu. Bir neçə gün ərzində minlərlə adam öldürüldü. Bu əməliyyatda neytral qaldıqlarına görə yeniçərilər pul ilə mükafatlandırıldılar. 1731-ci ilin fevralında maaşlar yalnız köhnə yeniçərilərə verildi. Buna cavab olaraq martın 13-də 300 yeniçəri şəhərin mərkəzi meydanına toplaşdı. Hökumət onlara qarşı özünün sadiq dəstələrini göndərdikdən sonra üsyançı yeniçərilər kazarmalarda gizlənərək əgər edamlar dayandırılmazsa, şəhəri yandırmaq hədəsi ilə çıхış etdilər. Yalnız aprel ayının sonunda hökumət bu üsyanı qəti olaraq yatıra bildi. 1731-ci ilin avqust ayında sultana qarşı yeni bir sui-qəsdin üstü açıldı. Sui-qəsdin 300 iştirakçısı edam edildi. Üsyanın məğlub olmasına baхmayaraq, bu Osmanlı imperiyasının əsaslarının sarsıldığını üzə çıхarmış oldu.1730-1731-ci illər üsyanı bir məsələni də üzə çıхarmış oldu. Əvvəlki üsyanlarda yalnız yeniçərilərin çıхışı ön planda olurdusa, bu üsyanda artıq хalq kütlələri iştirak edirdilər. Patron Хəlilin üsyanının yatırılmasından sonra müхtəlif rayonlarda dəfələrlə kəndlilərin, eləcə də istismar olunan qeyri-millətlərin mövcud quruluşa qarşı həyəcanları özünü büruzə verdi. Kəndli üsyanları bir qədər lokal хarakter daşıyırdı. Üsyançı kəndlilərlə qeyri-millətlər arasında əlaqə olmasa da, bu üsyanlar faktiki olaraq Avropa dövlətlərinə Osmanlı imperiyası daхilində yaranmış vəziyyət, eləcə də inkişafın səviyyəsi barədə dəqiq məlumat almağa imkan verdi. Bu da XVIII yüzillikdə artıq «Şərq məsələsi»nin ortaya atılmasını əsaslandırdı.

 

49. Yunan üsyanı və nəticələri

XIX əsrin 20-ci illərində milli-azadlıq hərəkatlarından ən böyüyü 1821-ci ildə baş verən yunan üsyanı idi. Bu üsyan yunan xalqına istiqlaliyyət verməklə bərabər beynəlxalq münasibətlərdə də dərin iz buraxdı. Bu zaman yunan xalqı iqtisadi və mədəni sahədə xeyli inkişaf etmişdi. Əlbəttə, yunan xalqının bəşər sivilizasiyasına töhfələr verməsi hər bir kəsə məlumdur. Onların müstəmləkə əsarətində qalmaları dünya dövlətləri tərəfindən birmənalı qarşılanmırdı. Balkanlarda antiosmanlı hərəkətına keteriyalar (yunanca cəmiyyətlər) rəhbərlik edirdi. Yunan geteriyaları bu üsyanı çoxdan hazırlayırdı. İlk dəfə 1821-ci ilin martında Moreyada başlanan bu üsyan tez bir zamanda bütün Yunanıstanı, Egey və Adriatik dənizlərində yunan əhalisinin yaşadığı adaların çox hisəsini bürüdü. Eyni zamanda 1821-ci ildə baş verən üsyanda bolqar könüllüləri də iştirak edirdi. Üsyana yunan ticarət burjuaziyası başçılıq edirdi. Lakin əsas hərəkətverici qüvvə kəndlilər idi. Nəhayət, gərgin mübarizədən sonra 1822-ci ildə milli yunan hökuməti təşkil olundu. Yunan üsyanı demokratiya tərəfdarları olan Avropa ölkələrinin əhalisi tərəfindən rəğbətlə qarşılandı. Böyük mütəfəkkir Bayron üsyanda iştirak etmiş, Puşkin üsyana bir sıra şeirlər həsr etmişdi. Avropanın əsas ölkələrinin hökumətləri isə əksinə hərəkət edirdi. Onlar “qanuni hökmdarın” hakimiyyətini qəsdlərdən qorumaq məqsədi ilə 1815-ci ildə Vyana konqresində “Müqəddəs ittifaq” yaratmış və hər hansı bir inqilabi hərəkata nifrətlə yanaşırdılar. “Müqəddəs ittifaqın” ehkamları Türkiyə sultanını da qoruyurdu. II Mahmud özü də üsyançı yunanlara qarşı mübarizəsində bu əhkamlardan ilham alırdı. Avstriya hökumətinin başçısı “Müqəddəs ittifaqın” yaradıcısı Metternix yunanlara yardım göstərilməsinə xüsusilə müqavimət göstərirdi. Metternix ona görə buna müqavimət göstərirdi ki, Avstriyanın məzlum slavyan əhalisinə də üsyanın təsir edəcəyindən, habelə Rusiyanın fəal iştirakı ilə yunanlara yardım göstərildiyi halda, Balkanlarda Rusiyanın mövqeyinin qüvvətlənəcəyindən qorxurdu.  Əlbəttə, Yunan üsyanını yatırmaq Sultan üçün olduqca çətin idi. Çünki, beynəlxalq əks-səda güclü idi. Bu zaman itaətdən çıxan iri feodallar Yunanıstana qoşun göndərməkdən imtina etdilər, yeniçərilər isə əsas etibarilə dinc əhalini qırmaq və qarət etməklə məşğul olub, vuruşma qabiliyyətinə əsla malik olmadıqlarını nümayiş etdirdilər. II Mahmud öz vassalı əslində isə Misirin müstəqil canişini Məhəmmədəliyə yardım haqqında müraciət etdi. Məhəmmədəli Misirdə Avropa qaydası ilə təşkil olunmuş nizami ordu yaratmışdı. Misirin göstərəcəyi yardım müqabilində sultan Suriyanı və Krit adasını Məhəmmədəlinin ixtiyarına verməyi vəd etdi (Məhəmmədəli əslində 1823-cü ildə Krit adasına yiyələnmişdi). Məhəmmədəlinin oğlu İbrahim paşanın komandanlığı altında 1824-cü ildə Moreyaya böyük bir ordu göndərildi. Bu ordu öz sayı, xüsusilə silahı və hərbi təlimi cəhətdən yunanların qüvvələrindən üstün idi. Misir ordusu 1825-ci ildə Moreyaya çıxarıldı və üsyançıların müqavimətini qırmaq üçün misilsiz vəhşiliklərə başladı. Yunanlar inadla vuruşurdular, lakin onların qüvvələri az idi. 1826-cı ildə Misir ordusu demək olar ki, bütün Moreyanı işğal etdi. Yunanlar hələ müqavimət göstərməkdə idilər. Lakin onların müqaviməti əvvəlki qüvvə və vüsətini itirmişdi. Sultan qısa vaxt ərzində qələbə əldə ediləcəyinə əmin idi. Lakin sultan irəlicədən əbəs yerə sevinirdi. Ona görə ki, Rusiya Türkiyənin Balkanlar siyasəti ilə barışmır və Avropa dövlətləri ilə Türkiyəyə qarşı gizli danışıqlar aparmışdı. Nəhayət, Rusiya sultana güclü təzyiq göstərərək 1826-cı il martın 17-də ona ultimatum şəklində belə bir tələb verdi ki, Moldaviya və Valaxiyanın muxtariyyəti bərpa edilsin. Demək olar ki, elə bu zaman (1826-cı il aprelin 4-də) Rusiyanın təşəbbüsü ilə Rusiya və İngiltərə arasında Peterburqda saziş imzalandı. İngiltərə hələ 1823-cü ildə Yunanıstanı və Türkiyəni müharibə edən tərəflər kimi tanımışdı, yəni yunanların üsyanını qanuni elan etmişdi. Peterburq sazişinə əsasən hər iki dövlət sultandan tələb etdilər ki, yunanlara qarşı müharibəni dayandırsın və Yunanıstana muxtariyyət versin. Lakin nə İngiltərə, nə də Rusiya sultanı bu tələbləri qəbul etməyə məcbur etmək üçün qəti tədbir görmədilər. Bundan başqa Avstriya, yuxarıda göstərilən səbəblərə görə, Rusiya və İngiltərənin tələbləri ilə razı olmadığını bildirdi. Buradan belə məntiqi nəticəyə gəlmək olur ki, İngiltərə, Rusiya və Avstriya arasında həmrəylik baş tutmadı

 

50 Trablis və Balkan müharibələri

Trablis müharibəsi

İtaliya Liviyanı işğal etmək üçün Avropa dövlətləri ilə diplomatik mübarizə aparmaqla bərabər , Osmanlı dövlətinə qarşı müharibə elan edilməsi istiqamətində də tədbirlər görürdü. Bu tədbirlər sırasında Osmanlı dövlətinin Liviyada qoşun hissələrinin saxlanmasına ehtiyac olmadığına və İtaliyanın Osmanlı dövləti ilə müharibə etməyəcəyinə inandırmaq əsas vəzifə kimi qarşıda İtaliyanın bu tədbirləri həyata keçirməyə başlaması isə 1908-ci il gənc türk qiyamından sonra özünü açıq şəkildə göstərməyə başladı .1911-ci ilin oktyabrın 28 də Osmanlı dövləti Tripoli ilə əlaqədar İtaliya hökumətinə bir ultimatum verdi. Ultimatumda buranın İtaliya tərəfindən işğal vəziyyətinə gətirildiyi bildirilirdi. Bu ultimatuma cavab olaraq İtaliya Osmanlı dövlətinə müharibə elan Osmanlı dövləti bu müharibəyə cüzi bir qüvvə ilə başlamaq məcburiyyətində qaldı. Buradakı bütün türk hərbi dəstəsinin sayı cəmi 1700 nəfər idi. Halbuki İtalyanlar Liviyaya 30 min əsgər, ağır texnika və ən müasir silahlar çıxarmışdılar. Bununla belə İstanbuldan Liviyaya heç bir hərbi yardım göstərilmədi. Buna səbəb isə dənizdə İtaliya donanmasının hakim vəziyyətdə olması. Buna baxmayaraq İtalyanların qısa zamanda qələbə qazanmaq planları boşa çıxmışdı. Bu mübarizədə türklərə ərəb mücahidləri də yardım edirdilər. Müharibə davam etdiyi zaman İstanbul İtaliyaya sultanın hər hansı bir hüququnun hətta  sözdə belə saxlanması şərti ilə istənilən müqavilənin bağlanmasına hazır olduğunu bildirsə də İtalyanlar Krit, Bosniya-Hersoqovina örnəklərini nəzərə alaraq belə bir təklifə razı olmadıqlarını  bildirdilər. Belə olduğu halda Osmanlı dövləti vasitəçi axtarmağa məcbur Avropa dövlətləri isə separat danışıqlar çərçivəsində İtaliyanı çox sıxışdırmamaq , Osmanlı dövlətinə isə ərazilərini çox daraltmamaq siyasəti İtalyanların hərbi qüvvəsinin çox olmasına baxmayaraq onlar Liviyada davamlı qələbələr əldə edə bilmir. Bu səbəbdən də onlar hərbi əməliyyatların ağırlıq mərkəzini dənizdəki fəaliyyəti üzərinə salmağa məcbur oldular.1912-ci ilin aprelin 18 də İtaliyanın donanma admiralı Viyale Çanaqqala boğazına girişdə qala istehkamlarını bombardman etsə də, boğazı ələ keçirə bilməyib geri çəkildi. Digər tərəfdən də ölkə daxilində də vəziyyət gərginləşməyə davam edirdi. Vəziyyətin Osmanlı dövləti üçün getdikcə daha təhlükəli xarakter aldığını görən Əhməd Muxtar Paşa müharibəni başa çatdırdı. Tərəflər 1912-ci il oktyabrın 15 də Lozannada məxfi müqavilə imzaladılar. Bu müqaviləyə görə Osmanlı dövləti Liviyanı İtaliyanın xeyrinə tərk edirdi. Oktyabrın 18 də isə Osmanlı dövləti ilə İtaliya arasında açıq müqavilə bağladı. Müqaviləyə görə türklər Liviyanı tərk etdikdən sonra İtaliya Dodekanez adalarını Osmanlı dövlətinə qaytarırdı. Lakin müqavilənin şərtlərinin əksinə olaraq İtalyanlar Balkan müharibəsinin artıq Osmanlı dövləti üçün qaçılmaz olduğunu , eləcə dəİstanbulun hərbi siyasi vəziyyətinin pis və gərgin olduğunu nəzərə alaraq həmin on iki adanın Osmanlı dövlətinə qaytarmaq fikirdən yan keçdi.

Balkan müharibələri

Bu müharibələr başlamazdan əvvəl Balkan dövlətləri hərbi -siyasi ittifaq bağladılar. Bu ittifaqın yaradılması və formalaşması ideası əvvəlcədən Rusiyaya məxsus idi. Bu ittifaq ilə Rusiya Almaniyanın şərqə doğru irəliləməsinin qarşını almağa çalışırdı.Digər tərəfdən belə ittifaqın formalaşması slavyan dövlətləri arasında ziddiyyət və qarşıdurmanın aradan qaldırılmasına şərait yaratmalı, çar Rusiyasının balkanlarda , eləcə də Avropa rəqibləri İngiltərə və Fransa ilə mübarizəsində etibarlı dayaq rolu oynamalı idi. Balkan blokunun yaradılmasına dəfələrlə cəhd edilmişdi.1911-ci ildə bu məsələ ilə bağlı serb hökuməti təşəbbüs göstərdi.1911-ci ildə Serbiyanın baş naziri Milovanovic Bolqarıstanın diplomatik nümayəndəsi Toşevə öz aralarında “Makedoniyanı təsir dairəsinə bölmək “haqqında müqavilə bağlamağı təklif etdi. Bolqarısan hökuməti əvvəlcə bu təklifi qəbul etmədi. Lakin İtaliya Türkiyə müharibəsi başlayanda o fikrini dəyişdi.1912-ci ilin may ayının 12 də bağlanmış Serb -bolqar hərbi konvensiyası ittifaq müqaviləsinə əlavə olundu. Burada göstərilirdi ki Türkiyə ilə müharibə bas verəcəyi təqdirdə Serbiya döyüşə 100-150 min, Bolqarıstan isə 200 min civarında əsgər çıxarmalı idi.1912- i ilin mayında Yunanıstan Bolqarıstana müttəfiqlik müqaviləsinin layihəsini təqdim etdi: hər iki tərəf Türkiyəyə hücum zamanı bir birinə kömək etməyi öhdəsinə götürürdü. Beləliklə 1912-ci ilin dörd balkan dövləti -Bolqarıstan, Serbiya, Çernoqoriya və Yunanıstan -müdafiə və hücum əsaslı dördlər ittifaqı yaratmışdılar .Sultanın Makedoniya və Frakiyaya muxtariyyət verməsindən imtina etməsini bəhanə edərək Balkan dövlətləri İstanbula müharibə elan etdi. Balkan blokunun orduları tez bir zamanda Avropa Türkiyəsinin böyük bir hissəsini tutdular.1912-ci ilin noyabrın 3 də İstanbul iri dövlətlərdən sülh danışıqları üçün vasitəçilik etməyi xahiş etdi. Balkan bloku isə müharibəni davam etdirməkdə qərarlı idi. Noyabrın 20 də paytaxtın yaxınlığında Çatalcin mövqeyində türk ordusu bolqar ordusunun hücumunun qarşısını ala bildi. Dekabrın 3 də sülh müqaviləsi bağlandı. Bağlanan barışığa əsasən Türkiyə Ədirnə şəhəri də daxil olmaqla Avropada olan öz torpaqlarının çox hissəsini Bolqarıstana verməli oldu.1913-cu ilin mayın 30 da imzalanan London sülhünə görə Türkiyənin Avropada olan yerlərinin demək olar ki hamısı qalib dövlətlər tərəfindən Albaniya müstəqil knyazlıq elan Osmanlı dövlətinin balkan müharibəsində məğlubiyyəti ölkə daxilindəki siyasi proseslərə təsirsiz ötüşmədi.1913- cü ilin yanvarın 23 də gənc türklər dövlət çevrilişi edərək yenidən hakimiyyətə gəldilər. Lakin birinci Balkan müharibəsində müttəfiq olan dövlətlər Türkiyədən alınan yerləri bölüşdürmək üstündə öz aralarında çəkişərək,1913 cu ilin iyun ayının 30 da bu dəfə bir-biri ilə yeni müharibəyə başladılar. Bu müharibə 1913 cü ilin avqustun 10 a qədər davam etdi. Genc türklər bundan istifadə edib Ədirnə və ətrafındakı yerləri Türkiyəyə qaytardılar.

 

 

51. Yeni Osmanlılar

1865-ci ildə ortaya çıxan dövlət xadimləri olan Yeni Osmanlılar Osmanlı millətçiliyini müdafiə etdilər, Monteskye və Russo kimi Fransız İnqilabının konseptualistlərini qəbul etdilər və Osmanlı İmperiyasının ilk konstitusiyasını və parlament sistemini inkişaf etdirdilər. Çox vaxt Gənc Türklərlə qarışdırılsalar da, bu qrup Tənzimat islahatlarını kafi görməyən bürokratik, mükəmməllikçi və demokratik bir həlldir. Osmanlı modernləşmə hərəkatı hakim elita daxilində dar bir qrupun dalğaları ilə davam edən bir proses idi. ModernləşməHakimiyyət tərəfdarı olan elita Tənzimatdan sonra öz daxilində əhəmiyyətli parçalanmalara məruz qalmışdı. Tənzimat modernləşməsi müəyyən mənada özünü tamamlasa da, əksini də yaratdı. Tənzimat modernləşməsini tənqid edən və Yeni Osmanlılar hərəkatı olaraq təyin olunan gənc hakim elita namizədləri Osmanlı modernləşmə hərəkatı daxilində modernləşmə tərəfdarı qrup daxilində müxalifəti formalaşdırdılar. Hamıya məlum olanın əksinə olaraq, Yeni Osmanlılar hərəkatı homojen bir siyasi qrup deyildi. Yeni Osmanlılar hərəkatında hakim elita namizədləri bəzən bir-birinə uyğun, bəzən də bir-birinə tamamilə zidd olan fikirlərlə varlıqlarını davam etdirirdilər. Neo-Osmanlılar təşkilati, ardıcıl və hədəflənmiş bir qrup deyildilər.Onlar sonralar öz fikirlərini nümayiş etdirmək üçün Hürriyyət qəzetini nəşr etdirmişdilər.Lakin hər bir milli hərəkatda olduğu kimi

“Yeni Osmanlıların”da çatışmazlıqları çox idi. Məsələn,  həmin hərəkat kütlələrdən və onların mənafeyindən uzaq idi ki, bu amil də onların ən böyük nöqsanlarından idi. Yeni osmanlılar aşağı təbəqədən, yoxsullardan uzaq olduğuna görə yeni osmanlılar hərəkatı imperiyanın məzlum xalqlarının milliazadlıq hərəkatına yabançı idi. Yeni osmanlılar hərəkatındakı bu irticaçı cəhət onu məzlum xalqların və əzilən təbəqələrin güclü hərəkatından uzaqlaşdırıb, zəiflədirdi. Bütün bunların hamısı təkcə hərəkatın özünə deyil, həmçinin Türkiyənin müqəddəratına da mənfi təsir göstərirdi. Amma Türkiyənin vətənpərvər övladlarının tənqidi çıxışları mütərəqqi hadisə idi. Onların bu çıxışları vətənpərvərlikdən irəli gəlirdi və təbii xarakter daşıyırdı. ən başlıcası isə “Gənc Osmanlılar” öz xalqını cəhalətdən, istismardan, təhkimçilik əzablarından qurtuluşa çıxarmağa gəlmişdilər.

 

52. Misir- Osmanlı münaqişələri

Məhəmməd Əli heç də İstanbulun müharibə ilə əlaqdar bütün təkliflərini qəbul etmirdi. Belə ki, 1828- 1829-cu illər rus-türk müharibəsi zamanı Osmanlı imperiyası yenidən Rusiyaya qarşı müharibədə ondan istifadə etmək istədi. Məhəmməd Əli həmin əmri həyata keçirməkdən imtina etdi və Suriya yürüşünə hazırlaşdı.Məhəmməd Əlinin Moreyada uğursuzluğuna baxmayaraq, o, Suriya və Fələstin uğrunda mübarizədən əl çəkməmişdi. O, bilirdi ki, bu ölkələrə sahib olmasa böyük ərəb dövləti yaratmaq planını həyata keçirə bilməz. Suriya və Fələstin Misiri şərqdən gələn hücumlardan qoruyurdu və türk təhlükəsinə qarşı maneə rolunu oynayırdı. Suriyanı birləşdirməklə Məhəmməd Əli özünün şərq sərhədlərini və Misirin İstanbuldan müstəqilliyini təmin edə bilərdi. Nəhayət, Suriyanın özü Məhəmməd Əli üçün böyük maraq doğururdu. Bura Osmanlı imperiyasının ən zəngin əyalətlərindən biri idi. O, ipək-xammal, taxıl, yun, zeytun yağı və qiymətli məhsullar istehsal edirdi. Bura, həmçinin artan Misir sənayesi üçün gəlirli bazar olardı. Məhəmməd Əli sültanın zəifliyini bilirdi və ona məlum idi ki, güc tətbiq etməklə sultana istənilən şərti qəbul etdirə bilər. Buna görə də, o, İstanbulla mübarizəyə hazırlaşırdı. Müharibənin başlanması üçün bəhanə 1831-ci ildə əsgər çağırışından yayınan 6 min misirli fəllahın Fələstinə qaçması oldu. Məhəmməd Əli Əkkə paşası Abdullahdan fəllahların geri qaytarılmasını tələb etdikdə, Abdullah “onlar bir dövlətin təbəələridir və buna görə də, Osmanlı imperiyasının hər hansı bir əyalətində yaşaya bilərlər” demişdir. Artıq Məhəmməd Əli açıq şəkildə sultana qarşı çıxdı. Hərbi xərclər və tənzimat Istanbulu vergiləri artırmağa məcbur edirdi ki, bu da xalq kütlələrinin narazılığına səbəb olurdu. Sultan müharibəyə hazır deyildi və tərəddüd keçirirdi. 6 ay ərzində İstanbul heç bir qərar qəbul etmədi. Yalnız 1832-ci ilin martında kompaniyaya qarşı hazırlığa başladı. 1832-ci il aprelin 23-də sultan Məhəmməd Əlini qiyamçı elan etdi və onu tutduğu vəzifədən kənarlaşdırdığını bildirdi.1831-ci ilin oktyabrında Ibrahim paşanın başçılığı altında Misir ordusu yürüşə başladı. İki-üç həftədən sonra onlar ciddi müqavimətə rast gəlmədən Qəza, Yəffa və Hayfanı tutduqdan sonra, 1831-ci il noyabrın sonunda Əkkə qalasına yaxınlaşdılar (vaxtilə bu qalanı Napoleon ala bilməmişdi). Altı aylıq mühasirədən sonra (1831-ci il noyabrın 26–1832-ci il mayın 27) Əkkə alındı. Misirlilərin əsas qüvvələri bu zaman şimalda xeyli irəliləmişdilər. 1832-ci ilin iyununda Həməs yaxınlığında türklərlə ilk böyük döyüş oldu. Doqquz paşanın komandanlıq etdiyi türk ordusu bu döyüşdə məğlub edildi. Həməsdə qələbə qazandıqdan sonra İbrahim Hələbi tutdu, Əntakya və Aleksandretta arasında yerləşən, strateji əhəmiyyətli Beylandağ yürüşünə başladı. Beləliklə, Misir ordusu 1831-1833-cü illərdə Fələstin, Suriya, Kilikiyanı tutdu və Anadoluya daxil oldu. 1833-cü il fevralın 2-də misirlilər Kütəhyənı tutdu.1833-cü ilin fevral-aprelində Bosforun Asiya sahilindəki Unkər İskələsi yaxnlığında 14 min rus əsgəri sultana kömək məqsədilə quruya çıxarıldı. Rusiyanın münaqişəyə fəal müdaxilə etməsi İngiltərə və Fransanı məcbur etdi ki, sultan ilə Məhəmməd Əli arasındakı müharibənin qurtarması üçün tədbirlər görsünlər. Həmin ölkələrin vasitəçiliyi nəticəsində 1833-cü il mayın 4-də Kütəhyədə Osmanlı imperiyası ilə Misir arasında sülh bağlandı. Müqaviləyə əsasən Misir, Suriya, Lubnən, Fələstin və Kilikiya Məhəmməd Əlinin hakimiyyəti altına keçdi. Müstəqilliyə can atan Məhəmməd Əli təxminən Asiyanın bütün ərəb ölkələrini zəbt etsə də, İstanbul üçün təhlükə yaratsa da o, sultanla tamamilə əlaqəni kəsə bilmirdi. Əksinə, o, müsəlmanlar üçün xəlifənin vassalı kimi fəaliyyət göstərirdi. Bu isə zəbt olunmuş ərazilərdə Məhəmməd Əlinin fəaliyyətinə əhali qarşısında qanuni don geyindirirdi. Hətta o, Suriyada Misir ordusunun başında duran oğlu İbrahimə məktub göndərərək qeyd etmişdi ki, Suriyanın sultanın nəzarətindən çıxdığını elan etməsin. 1838-ci ildə Məhəmməd Əli ilə Osmanlı sultanı II Mahmud arasında ikinci munaqişə baş verdi. 1839-cu ildə isə sultanla onun rəsmi vassalı arasında açıq müharibəyə çevrildi. Bu dəfə münaqişəyə səbəb Ingiltərə oldu. Məhəmməd Əli İngiltərənin Ərəb Şərqində öz mövqeyini genişləndirib möhkəmlətmək səylərinə mane olurdu. Məhəmməd Əli 1838-ci ildə imzalanmış ingilis-türk ticarət müqaviləsinə görə taxıl və yun almaq sahəsində dövlət inhisarının ləğv edilməsi maddəsi ilə razı olmadı. Türklərin əli ilə Məhəmməd Əlini rədd etməyə çalışan İngiltərə Misir canişininin bu hərəkətindən istifadə edib, onunla sultan arasında münaqişə saldı. Bununla, İngiltərə, eyni zamanda, Misirdə Fransanın da mövqeyini son dərəcə zəiflədə bilərdi. Lakin İngiltərə türk sultanının qüdrətinə əbəs yerə inanırdı. 1839-cu il iyunun 24-də Suriyanın şimalında, Nəzib yaxınlığında sultan ordusu ilə Misir qoşunları arasındakı vuruşmada türklər məğlub edildi. Yaranmış durumda Sultan hökuməti Məhəmməd Əli ilə barışmağa cəhd göstərdi. Lakin 1839-cu il iyulun 27-də İngiltərə, Rusiya, Fransa və Avstriya İstanbula kollektiv nota göndərərək təklif etdilər ki, bu dövlətlər tərəfindən qərar qəbul edilincəyə qədər Məhəmməd Əli ilə sülh danışıqları aparmasın. Bir tərəfdən, Osmanlı dövləti, o biri tərəfdən də İngiltərə, Rusiya, Avstriya və Prussiya arasında 1840-cı il iyulun 15-də Londonda saziş imzalandı. Məhəmməd Əliyə verilməli olan tələblər də sazişdə ifadə olunmuşdu. Bunlar rədd ediləcəyi halda saziş bağlamış dövlətlər, silahlı qüvvəyə əl atacaqlarını öhdələrinə götürmüşdülər. Məhəmməd Əlinin tərəfini saxlayan Fransa sazişi imzalamaqdan imtina etdi. Məhəmməd Əli ona verilən ultimatumu əvvəl rədd etdi. Lakin ingilis donanması Beyrut və Suriyanın limanlarını bombaladı. İskəndəriyyəni bombardman etmək təhlükəsi yarandıqdan və İbrahim paşa Suryada məğlub edildikdən sonra Məhəmməd Əli tabe olmağa məcbur oldu. Yalnız Misirin irsi hakimi olaraq qalmaqla Məhəmməd Əli sultana təzminat ödəməyi, 200 minlik ordusunu 18 minədək azaltmağı, donanmanı sultana qaytarmağı öhdəsinə götürdü və 1838-ci il ingilis-türk ticarət müqaviləsini qəbul etdi.

 

53. Misirdə 1879-1882-ci illər milli azadlıq hərəkatı

1879-cu ilin fevralında nazirlər kabineti qənaət məqsədilə 2 500 zabiti istefaya göndərməyi, ümumiyyətlə, zabit heyətinin əmək haqqını iki dəfə azaltmağı və əmək haqqı borclarını ləğv etməyi qərara aldı. Bu, Misir hərbi dairələrində ciddi narazılığa səbəb oldu. 1879-cu il fevralın 18-də Qahirədə zabitlər tərəfindən təşkil edilmiş hərbi nümayiş oldu. Nümayişçilər baş nazir Nubar paşanı və ingilis nümayəndəsi Vilsonu tutaraq, Avropa hökumətinin devrilməsini tələb etdilər. Misir xidivi(xədivi)İsmayıl nümayişçiləri dağıtdı. Nəhayət baş nazir Nubar paşa istefa verdi, ancaq İngiltərə konsulu Vilson vəzifəsində qaldı. Daha sonra 1879-cu ilin 26 iyununda şahzadə Tofiq Sultan Əbdülhəmidin əmri ilə Misir xidivi təyin edildi. Onun atası Xədiv İsmayıl dövlət idarəçiliyindən kənarda qaldı(Xidivlik və ya Xədivlik 1867-1914 də Misirdə mövcud olmuş tarixi dövlətdir, başçıları xidiv titulu daşıyırdı).Müxalifətçilərin başında Əhməd Ərəbi paşa dururdu, O”Misir Misirlilər üçündür” şüarını irəli sürmüşdü. Dövlət aparatının avropalaşdırılması və xarici məmurlara üstünlük verilməsi yerli əhalinin, o cümlədən məmurların narazılığını artırırdı. İkili nəzarət rejiminin yeritdiyi siyasət, xarici kapitalın ölkə iqtisadiyyatına soxulması cəmiyyətin yuxarı təbəqələrinin, o cümlədən burjualaşmış mülkədarlar və ticarət burjuaziyasının maraqlarına toxunurdu. İngilislərin Misirdə möhkəmlənmək istiqamətində gördükləri tədbirlər orduda narazılığın artmasını əsaslandırdı. 1881-ci il yanvarın 17-də 4-cü piyada polkunun komandiri Ərəbi paşa daha iki vətənçi zabitlə baş nazir Riyaz paşanın yanına gələrək, ondan rütbələrin verilməsi məsələsinə yenidən baxılmasını və Osman Rifqinin istefasını tələb etdi. Buna cavab olaraq, fevralın 1-də Ərəbi və digər zabitlər həbs edildi. Lakin Qahirə qarnizonunun əsgərləri hərbi nazirliyin binasını mühasirəyə aldılar, sonucda zabitlər azad edildi. Xədiv Osman Rifqini vəzifəsindən azad etməli oldu. Hərbi nazir vəzifəsinə vətənçi və konstitusiya tərəfdarı şair Mahmud Sami əl-Bərudi təyin edildi. 1881-ci ilin aprelinədək ordunun digər tələbləri də yerinə yetirildi. Bu zamandan etibarən, ordu ölkənin siyasi həyatında mühüm amilə çevrildi. Ordunun ölkədə nüfuzunun artmasından narahat olan Xədiv avqustda Mahmud Samini vəzifəsindən çıxardı, onun yerinə çərkəz Davud Yeqin təyin edildi və vətənçilərə qarşı təqiblər başlandı. Sentyabrın 8-də isə ordunun sayının azaldılması və Qahirə qarnizonunun şəhərdən çıxarılması haqqında əmr verildi.1882-ci ilin yanvarın 8-də Ingiltərə və Fransa baş konsulları xədivə öz hökumətlərinin birgə notasını təqdim etdi. Notada deyilirdi ki, İngiltərə və Fransa hökumətləri sultan fərmanları ilə təyin edilmiş xədiv hakimiyyətinin saxlanmasını zəruri hesab edir. Hər iki dövlət Misirdə mövcud qayda-qanunu daxili və xarici təzyiqlərdən qoruyacağını öhdəsinə götürür.Bu nota narazılığa səbəb oldu və 1882-ci il fevralın 7-də xədiv Tofiqin verdiyi fərman nəticəsində Vətən partiyasının mövqeyi möhkəmləndi. Bu fərmanı bəzən “1882-ci il konstitusiyası” da adlandırırıdılar.

1882-ci il fevralın 5-də Mahmud Saminin başçılığı ilə yeni hökumət yaradıldı. Bundan sonra, hakimiyyətə Ərəbi paşanın rəhəbrlik etdiyi Vətən partiyası gəldi və o, hərbi nazir vəzifəsini aldı. Avropalılar bunu ölkədə hərbi diktaturanın yaranması kimi qiymətləndirirdi. Lakin Britaniya hökuməti yenə də hərbi müdaxilə üçün bəhanə axtarmaqda davam edirdi. Tezliklə, belə bir bəhanə yarandı.Apreldə ingilislər Ərəbi paşaya süi-qəsd təşkil edib öldürmək istədilər, ancaq bu işin üstü açıldı və bu işdə təqsirləndirilən 50 terrorçu mühakimə edilib sürgün qərarı çıxarıldı. Yalnız Xədiv Tofiq bu qərarı təsdiq etmədi və beləliklə mayın 10-da hökumət və xədiv arasında bütün münasibətlər kəsildi. Mayın 26-da hökumət istefa verdi. Bundan xəbər tutan İskəndəriyyə qarnizonunun zabitləri hiddətlənərək, xədivə bəyan etdilər ki, onlar hökumətin istefasını qəbul etmir və təcili onun bərpa olunmasını tələb edir. Mayın 28-də real hakimiyyət Ərəbi paşaya keçir. Iyunda müttəfiq İngiltərə Fransa və Misir arasında toqquşma oldu, ancaq Ərəbi paşa bunun qarşısını aldı. Düşmən Almaniyanın yaranmış əlverişli məqamdan istifadə etməməsi üçün Ingiltərə ilə münasibətləri pozmamağı məsləhət görürdülər. İngiltərə ilə toqquşmaqdan çəkinən Fransa 1882-ci il iyulun 10-da öz qoşunlarını Misirdən çıxartdı. İyulun 15-də İskəndəriyyə ingilislərin əlinə keçdi. Beləliklə, İngiltərə hökuməti beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, Misirin işğalına başladı. Misirdə isə hərbi əməliyyatlar davam edirdi. Belə bir mürəkkəb şəraitdə Ərəbi paşa səhvə yol verdi. Misirin ən yaxşı hərbi hissələri şimal sahillərini müdafiə edirdi, lakin şərq cinahı, Suveyş kanalı müdafiəsiz qalmışdı. Ingilislər bunda istifadə edib Kanalı tutdular. Həmçinin sentyabrın 14-də Qahirəni döyüşsüz ələ keçirdilər. İngiltərənin işğalının başa çatması ilə ölkədə terror hökm sürməyə başladı. 30 minə yaxın adam qiyamçı adı altında həbs edildilər. Üsyançıların liderləri Əhməd Ərəbi, Mahmud Sami əl-Bərudi, Əbdul Əli, Tolbə İsmət, Əli Fəhmi, Yaqub Sami və Mahmud Fəhmi ölüm cəzasına məhkum edildilər. 1882-ci ildə İngiltərə Misiri tutduqdan sonra Misirdə uzun zaman siyasi sabitlik dövrü hökm sürdü. Ərəbi paşa üsyanının yatırılması, ingilis müstəmləkəçiləri ilə yerli mülkədarların əlbir fəaliyyəti və xədiv Tofiqin sazişçi mövqeyi nəticəsində Misirdə müstəmləkə sistemi mövcud olmuşdur. 1882-ci il avqustun 4-də xədiv Tofiqin verdiyi fərmanda deyilirdi: “İngilis donanmasının admiralı, Britaniya ordusunun baş komandanı Misirə sakitllik, təhlükəsizlik və qayda yaratmaq məqsədilə daxil olmuşdur”.

 

 

54. Napoleonun Suriya və Misir yürüşü

Napoleon Fransadan uzaq məsafədə yerləşən Ön Asiyaya yürüş etməyi qərara alır. Yürüşün uğurlu olması üçün Suriya feodalları ilə sıx əlaqələr qurulmuş, onlara müvafiq təlimatlar da verilmişdi. Eyni zamanda xaricdə yaşayan fransız ailələrin də Misir yürüşündə olduğu kimi burda da rolu olmuşdur. Suriyaya yürüş 1799-cu ilin fevral ayının 20sində Əl Ərişin tutulması ilə başlanır. Belə ki bu zaman vəziyyət olduqca gərgin idi: Sultan xətti Şərifi imzalamaqla Suriya və Lubnəni düşmənə qarşı birləşməyə çağırır, lakin bu zaman Misirdə məmlük özbaşınalığı, Ərəbsitanda vəhhabilərin apardığı müharibələr, Suriya və Lubnəndə isə hakimiyyət uğrunda mübarizə sultanın müraciətini heçə endirmiş oldu. Napoleon isə yürüşünün məqsədinin onların dininə qarşı mübarizə aparmaq deyil də, onları Osmanlı zülmündən xilas  etmək olduğunu bildirirdi. Bu zaman 1780-1790-cu illərdə Dəməşqə paşa təyin olunan Cəzzarin mövqeyi ön plana çıxır. O İstanbul tərəfindən dəstəklənirdi. Napoleonun Suriyadakı məğlubiyyətini öz adı ilə bağlayırdı. Onun bu hegemonluq iddialarının qarşını almaqla üçün İstanbul baş vəziri 100 minlik qoşunla Suriyaya göndərir, Lubnən əmrini əfv etdiyini bildirir. Lakin Cəzzar baş vəzirin qəbuluna gəlmir.1804-cu ildə isə vəfat edir.

1799-cu ilin 7 martında Yaffa fransızlar tərəfindən tutulur, Səbəbi isə Fələstin tayfalarının bu müharibədə yalnız müşahidəçi olması idi, elə bu səbəbdəndir ki, 30 minlik fransız ordusu Əl Əriş qalasını, Qəzzə, Yaffa, Hayfani tutaraq Əkkə divarlarına yaxınlaşır mart ayında. Bu zaman İngiltərə Əkkənin müdafiəsinin təşkilinə diqqəti artırır və Sidney Smiti bura göndərir, o Əhməd Cəzzari qəbul edir və ona dənizdən yardım edir. 70 gün Əkkə mühasirədə qalsa da tuta bilmirlər və Misirə qayıdırlar. Əgər bunun bir səbəbi fransız ordusunda Vəba xəstəliyinin yayılması idisə, digər bir səbəb ərəblərin güclü müqaviməti deyil, İngiltərənin qalanı hərtərəfli dənizdən qoruması idi.

Misirə yürüş. XIX yüzillikdə Osmanlı tənəzzül edərək elə bir vəziyyət almışdı ki, Avropada ona “xəstə adam” ləqəbi vermişdilər. Avropanin iri kapitalist ölkələri imperiyadan qalacaq mirası, eləcə də Ərəb ölkələrini bölüşdürmək üçün bir birlərinə qarşı mübarizə aparırdılar. Osmanlı imperiyasını nüfuz dairələrinə bölmüş, belə ki Ərəb Şərqi İngiltərə və Fransanın payına düşürdü. Fransa Misirdən sənaye məhsullarının satış bazarı və Hind okeanında ağalıq etmək üçün istifadə etmək istəyirdi. 1797-ci ilin yayında Napoleon Misirə hücum planı hazırladı. Susuz, isti və küləksiz qum səhralarını keçəcək olan döyüşçüləri özü tək tək seçirdi. Napoleon İngiltərənin bu məsələyə qarışacağından və Nelsonun hücumundan ehtiyatlanaraq Cəbbülətariq boğazından və İspaniyanın yanından ötüb keçərək İrlandiyaya çıxmaq niyyətində olmaları ilə bağlı şayiələr yayir. 1798 ci ilin mayın 19da 37 hərbi,300 yelkənli gəmi və 29400 əsgərlik Fransa hərbi ekspedisiyası Misirə yürüşə başlayır. Napoleon Maltanin tutulmasına böyük əhəmiyyət verirdi. 10 iyun 1798də Malta tutulur.30 iyunda isə İsgəndəriyyə yaxınlığında quruya çıxırlar. Nelson bu xəbəri alanda yəni Maltanı tutması xəbəri, Bonapartın onu aldatdığını başa düşür və fransızların quruya çıxmasına yol verməmək üçün Misir tərəfə üz tuturlar. Lakin Nelson İskəndəriyyədə Bonapartin adini belə bilmədiklərini eşidəndə yenidən səhv etdiyini düşünərək İstanbula tərəf gedirlər. Bu səhv hərəkət isə Fransız ekspedisiyasını xilas edir. Çünki Nelsonun ekspedisiyası Bonapartinkindan 48 saat əvvəl İskəndəriyəyə yaxınlaşmış və əhalidən xəbər almışdılar.21 iyul 1798 də Ehramlar yaxınlıqda döyüşdə fransızlar məmlükləri məğlub edir və Qahirəni tuturlar. 1798 1 avqustda isə Əbukir döyüşündə fransız donanması ağır məğlubiyyətə uğradılır ingilislər tərəfindən. III  Səlim İngiltərənin köməyinə arxalanaraq Fransaya müharibə elən edir, lakin hərbi əməliyyatlar aparmır. 1798 dekabrında Misirin işğalı başa çatdırılır .Lakin Napoleon burda qalmır, Kleberi öz yerinə təyin özü isə 1799  9 noyabrda çevriliş edərək Fransada tam hakim olmur, direktoriyanı devirir. İnglis və Osmanlılarla danışıqlara başlayan Kleber ingilis admiralının müqaviləni təsdiq etmədiyini görəndə və fransız əsgərlərini hərbi əsir etmək istədiklərini görəndə hərbi sazişi ləğv edir və müharibəyə başlayır. Misir 2ci dəfə işğal edilir.1800 cu ildə Kleber öldürülür,1801 hərbi əməliyyatlari zamani isə ingilislər Əbukir, Rəhmaniyyəni, türklər Mənsur, Domietta, Rozettanı tuturlar. Fransızlar İskəndəriyyədən başqa Misir əyalətlərini itirirlər,1801 9 sentyabrda sülh bağlanır Fransa Osmanlı arasında. 1801 sentyabrında isə sonuncu fransız əsgəri Misiri tərk edir.

 

55. Misir Məhəmməd Əlinin hakimiyyəti illərində

1805-ci ilin mayında Xurşud paşanın və yeniçərilərin özbaşınalığına qarşı Qahirədə üsyan baş verdi. Xurşud paşa devrildi, yeniçərilər qovuldu və Ömər Məkrəm başda olmaqla Qahirə şeyxləri 1805-ci il mayın 14-də Məhəmməd Əlini paşa elan etdilər. 1804-cü ildə Balkan yarımadasında, Serbiyada baş verən üsyanlar, Yunanıstan və Bolqarıstandakı həyəcanlar, yeni quruluşda yaradılan polklara qarşı yeniçərilərin çıxışları III Səlimi Məhəmməd Əlini Misir paşası kimi tanımağa məcbur etdi. Beləliklə, Məhəmməd Əli 1806-cı ilin noyabrında İstanbuldan Misir paşası titulunu ala bildi. Məhəmməd Əli 44 il, yəni 1805-ci ildən-1849-cu ilədək hakimiyyətdə qaldı. Məhəmməd Əli Yuxarı Misirdə daldalanan məmlük qalıqları ilə mübarizəni davam etdirməli oldu. 1807-ci ilin yazında ingilislər məmlüklərə kömək məqsədilə İskəndəriyyəyə hərbi qüvvə çıxardılar. Məhəmməd Əli ingilisləri İskəndəriyyədə mühasirəyə alıb, 1807-ci ilin sentyabr ayında təslim olmağa məcbur etdi. Bu hadisə təkcə Misirdə deyil, bütün Yaxın Şərqdə onun nüfuzunu artırdı. Lakin Məhəmməd Əli təkcə Misirlə kifayətlənmirdi. O, eyni zamanda, böyük bir imperiya yaratmaq fikrində idi ki, Məhəmməd Əli bu imperiyada Misir mülkədar və tacirləri üçün geniş imkanlar açmalı idi. Misir paşası Osmanlı imperiyasının zəiflədiyini yaxşı başa düşürdü və belə bir durum Məhəmməd Əlinin imperiya yaratmaq ümidlərini artırırdı. Bunun üçün ona böyük, yaxşı silahlanmış və Avropa qaydası ilə təlim görmüş bir ordu lazım idi. Ona vəsait və daha geniş mənada desək iqtisadi müstəqillik, səlis işləyən inzibati idarə aparatı, savadlı zabit və məmurlar heyəti lazım idi. Bu amilləri nəzərə alaraq, Məhəmməd Əli Misiri özünün gələcək işğallarının bazasına çevirmək üçün ölkədə islahatlar keçirdi. Məhəmməd Əlinin islahatları: Məhəmməd Əli III Səlimin uğursuz olan və onun məhvi ilə nəticələnən islahatları Misirdə həyata keçirə bildi. Məhəmmməd Əli onun hakimiyyətinin mövcudluğuna ən böyük təhlükə yaradan məmlüklərlə qəti olaraq hesablaşmağı qərara aldı. Onun dövründə 560 il Misirdə hakimiyyətdə olan məmlüklər həm siyasi, həm də fiziki cəhətdən məhv edildi. Aqrar sahədə islalahtlar: Onun həyata keçirdiyi ilk islahat aqrar sahədə oldu və sonucda, o, paşaların idarə etdiyi xas torpaqlarını öz əlinə keçirdi. Artıq 1808-ci ildə Məhəmməd Əli qiyamçı bəylərin malikanələrini müsadirə etməyə başladı. Məhəmməd Əli bildirdi ki, hökumət vergi yığmağı öz öhdəsinə götürür. Sonucda, mültəzimlərin bəylərdən götürmüş olduqları torpaqlar onların əlindən alındı. 1808-ci ildə isə vergi verməkdən boyun qaçıran bütün mültəzimlərin torpaqları müsadirə edildi və dövlət torpaqlarına qatıldı. 1809-cu ildə mültəzimlər faizlərdən də məhrum edildi. 1814-cü ildə isə iltizam sistemi birdəfəlik ləğv edildi. 1809-cu il iyulun 16-da Məhəmməd Əli vəqf torpaqları üzərinə vergi qoydu və əslində bu fərman ənənəvi feodal hüququnun pozulması demək idi. Məhəmməd Əli bununla kifayətlənməyib vəqf torpaqlarını öz nəzarəti altına aldı. Beləliklə, 1814-cü il üçün Məhəmməd Əli əslində Misirdə yeganə torpaq mülkiyyətçisi oldu. Məhəmməd Əli fəllahlar üçün yeni torpaq qaydası qoydu. Paşanın əmri ilə hər kənddə torpaq, hər bir yaşlı işçi üçün 3-5-fəddan hesabı ilə kəndlilər arasında bölüşdürüldü. Hüquqi cəhətdən kəndli torpaq sahəsinin sahibi və onun məhsulunun mülkiyyətçisi olurdu. Paşa kəndlinin məhsulunun bir hissəsini vergi kimi, digər hissəsini isə özü təyin etdiyi qiymətlə satın alırdı. Fəllah ildə 60 gün paşa və dövlət üçün biyara getməli idi. Məhəmməd Əli vergi yığılmasında ellik zəmanət sistemini saxlayıb möhkəmlətdi. Məhəmməd Əli geniş miqyasda torpaq paylamağa başlamışdı. O, öz oğlanlarından, zabit və məmurlardan yeni torpaq sahibləri yaradaraq, onları öz ictimai dayağına çevirdi. Məhəmməd Əli feodal sinfinin tərkibini demək olar ki, tamamilə, yeniləşdirdi. Torpaq paylanması və yeni feodal sinfinin təşəkkülü bir neçə on il çəkdi. XIX yüzilliyin birinci yarısında Misirin kənd təsərrüfatında xeyli uğur əldə edildi. Ölkədə köhnə suvarma şəbəkələrinin bərpa edilməsi və yeni suvarma şəbəkələrinin yaradılması sahəsində böyük iş görülürdü və elə bunun nəticəsi idi ki, 1820-ci ildən etibarən suvarma işləri il boyu aparılırdı. Kənd təsərrüfatı məhsulları xeyli artdı. 1820-ci ildən yetişdirilməyə başlanan pambıq məhsulu artıq 1836-cı ildə 300 min kantara çatdı. Buğda, düyü, şəkər qamışı, xam ipək, indiqo istehsalı xeyli artdı. Məhəmməd Əli bir çox kənd təsərrüfatı malları üzərində dövlət inhisarı qoymuşdu. O, daxili bazarda ən böyük inhisarçı tacir idi. İnhisara qarşı narazılığın son dərəcə artdığını nəzərə alaraq, Məhəmməd Əli 1832-ci ildə kəndlilərin buğda, qarğıdalı, arpa və paxla bitkilərini azad surətdə sərf etməsinə icazə verdi, qalan məhsullar üzərində isə inhisarı saxladı. Keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının inkişafı sürətləndi. Xüsusilə, ixracat məhsullarının istehsalı artdı. Sənaye sahəsində islahatlar: Bütün xarici ticarət dövlət inhisarında idi. Məhəmməd Əlinin hakimiyyəti dövründə xarici ticarət 8 dəfə artmışdı, Məhəmməd Əlinin sənaye sahəsində apardığı islahatlar da mühüm yer tuturdu. 1816-cı ildə Məhəmməd Əli sənayeni dövlət inhisarına alaraq bir sıra dövlət müəssisələri, o cümlədən toxuculuq fabriki, yağ, metallurgiya, şəkər, şüşə zavodları, gəmi təmiri tərsanəsi yaratdı. İnhisar sisteminin əsas mahiyyəti kəndli və sənətkarların fəaliyyətini məmurların himayəsinə verməkdən, istehsal olunmuş malların alınması zamanı dövlətin hüquqlarını genişləndirməkdən ibarət idi. Aparılan islahatlar nəticəsində həm də sənətkarların xeyli hissəsi müflisləşdi və fabrik fəhlələrinin ilk kadrlarını təşkil etdi. 1818-ci ildəipək, məxmər və digər parçalar istehsal edən ilk toxuculuq fabrikləri yaradıldı. İlk toxuculuq müəssisəsi Xoronfişdə tikildı. Qahirə və Rozettada da bir sıra yeni fabriklər yaradıldı. Sənayeni təmin etmək üçün 1820-ci ildə Bulakda metaltökmə zavodu açılmışdı. Fabriklərin nəzdində boyaqxana sexləri yaradılmışdı. Şəkər və yağ zavodları, kağız fabriki istehsala başlamışdı. Ordunun ehtiyaclarını ödəmək üçün Qahirə qalasında köhnə silah emalatxanaları genişləndirilmiş, yeni silah, barıt, kükürd zavodla inşa edilmişdi. İskəndəriyyədə tərsanələr yaradılmış və burada hərbi gəmilər, o cümlədə 1831-ci ildə eskadra gəmisi quraşdırıldı. 1840-cı ildə yeni sənaye müəssisələrində 35 mindən çox fəhlə işləyirdi. İlk vaxtlar fəhlələrin tərkibi sabiq sənətkarlardan ibarət idi. Lakin sonralar kəndliləri icbari qaydada fabriklərə göndərməyə başladılar. Məhkəmə cəzası verilən adamları da buraya göndərirdilər. Fabriklərdə çox ağır qayda-qanun hökm sürürdü. Hərbi sahədə islahatlar: Aqrar islahatların keçirilməsi zamanı məmlüklərin müqaviməti ilə rastlaşan Məhəmməd Əli hərbi islahatlar planı hazırlayarkən, ilk növbədə, ona qarşı çıxan daxili qüvvələri zərərsizləşdirmək qərarına gəldi. Məhəmməd Əli hakimiyyətə gəldiyi ilk günlərdən nizami ordu yaradılmasına başlamışdı. Onun ilk qoşunları muzdla tutulan alban və türk əsgərlərindən ibarət idi. Onlar sayca çox az olub Avropa qaydasında hər hansı bir təlim keçirilməsi təşəbbüslərinə qarşı müqavimət göstərirdilər. Məhəmməd Əlinin hakimiyyətinə qədər misirliləri orduya qəbul etmirdilər. Orduda türk-məmlük təsiri daha güclü idi. Lakin Ərəbistan yürüşü (1811-1819) və Moreya əməliyyatı (1824-1828) zamanı Misir orldusunun əsasını təşkil edən afrikalı əsgərlərin qırılmasından sonra Məhəmməd Əli orduya ərəb fəllahlarının qəbul edilməsi prinsipini əsas götürdü. Çətinliklə olsa da, 20-ci illərin ortalarında ilk nizami polklar yaradıldı. Ordunun komanda heyəti türklərdən, albanlardan, çərkəslərdən, kürdlərdən, lazlardan ibarət idi. Onlara Məhəmməd Əli tərəfindən maaşla təmin edilən Napoleon ordusunun sabiq zabitləri təlim keçirdi. 1839-cu ildə ordunun sayı 200 min nəfərə çatmışdı. Bundan başqa, 30-dan çox hərbi gəmidən ibarət olan donanmada 20 min adam qulluq edirdi. Bu ordu Misirə Suriya yürüşündə parlaq qələbələr qazandırdı. Məhəmməd Əli yerli hərbi kadrların hazırlanması üçün bir sıra tədbirlər gördu. Misirlilərdən ibarət komandan heyəti hazırlayan hərbi məktəblər yaradıldı. Bu zümrədən olan təhsil ocaqlarından Domiettadakı piyada qoşunları, Gizadakı süvari, Turdakı artilleriya məktəblərini göstərmək olar. 1826-cı ildə Baş Qərargah Akademiyası açıldı, yeni hərbi hissələr üçün Fransa Hərbi Nizamnaməsi tərcümə edildi. Keçirilmiş hərbi islahat nəticəsində XIX yüzilliyin 30-cu illərində Misir ordusunun sayı yüksək dərəcədə artmışdı. Əsgərlərin ümumi sayı 180 mini ötmüşdü. Bundan başqa, Misir ordusunda 40 min nəfərlik qeyri-nizami hissələr var idi. 1829-cu ildə Navarin döyüşü zamanı demək olar ki, bütün Misir donanmasının məhv edilməsindən sonra İskəndəriyyədə böyük gəmiqayırma tərsanəsinin inşasına başlandı. Gəmiqayırma işi ilə yanaşı donanmada qulluq etmək üçün dənizçilər də hazırlanırdı. İnzibatı sahədə islahatlar: Məhəmməd Əli əyalət qubernatorlarından-kəşflərdən ibarət olan köhnə məmlük inzibati sistemini ləğv edərək, mərkəzləşdirilmiş sistem yaratdı, müəyyən funksiyaları yerinə yetirən Avropa nümunəsində bir sıra nazirliklər təsis edildi. Hərbi nazirlik, Ticarət nazirliyi, Xalq Təhsili Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi yaradıldı. Məhəmməd Əli inzibati sistemi yenidən qurdu. İdarə sisteminin başında mütləq hakimiyyət hüququ olan paşa dururdu. Misir əyalətlərə, mahallara və bölgələrə bölünmüşdü. Yeni idarə aparatı paşa tərəfindən təyin edilən adamlardan ibarət olub, bütünlüklə, ondan asılı idi və onun əmrlərini həyata keçirirdi. Əvvəlki feodal hərc-mərcliyi əvəzinə, mərkəzləşmiş idarə sistemi yaradılmışdı. Mədəniyyət sahəsində islahatlar: Misir ziyаlılаrının yаrаnmаsı ХIХ yüzilliyin birinci yаrısınа təsаdüf еdir. Misir tarixində ilk dəfə olaraq, dünyəvi məktəblər açıldı. Bu məktəblər bir neçə kateqoriyaya bölünürdü. Məhəmməd Əlinin açdığı məktəblərin əksəriyyətində ordu və donanma üçün mütəxəssislər hazırlanırdı. 1822-1828-ci illərdə Damiettada piyada hərbi məktəbi, Qahirədə hərbi məktəb, İskəndəriyyədə hərbi dənizçilik məktəbi açılmışdır. 1831-ci ildə isə artilleriya və suvari məktəbləri istifadəyə verilmişdi. Təhsil pulsuz idi. Müəllimlər isə bir qayda olaraq xaricilərdən, əsasən fransız və italyanlardan ibarət olurdu. Hərbi məktəblərlə yanaşı tibb, təbiətşünaslıq, politexnik, mexanika, kənd təsərrüfatı, dilçilik və musiqi məktəbləri də yaradılmışdı. 1821-ci ildə əsаsı qоyulmuş Bulаk nəşriyyаtındа ərəb, fаrs və türk dillərində ki-tаblаr çаp оlunurdu. Bеlə ki, 1822-ci ildə Misirdə ilk müsəlmаn litоqrаfiyаsı аçılmışdı. Bulаk nəşriyyаtının nəzdində 1828-ci ildə ilk ərəb qəzеti оlаn “Misir hаdisələri” (“əl-Vаqаi əl-Mısrı”) burахıldı. Bu dövrdə intеnsiv tər¬cüməçilik fəаliyyəti gеnişlənmiş, bir sırа mədəniyyət mərkəzləri, rəsədхаnа, Qаhirə milli kitаbхаnаsı yаrаdılmışdı. Səhiyyə sаhəsində bir çох tədbirlər görülmüş, hərbi və mülki хəstəхаnаlаr şəbəkəsi gеnişləndirlmişdi. Həttа Məhəmməd Əli Misir milli tеаtrının yаrаdılmаsınа dа cəhd göstərmişdi. Dünyаdа çох böyük sеnsаssiyа dоğurаn məsələlərdən biri də Luksоr şəhəri yахınlığındа Tutаnхаmоnun qəbrinin аşkаrlаnmаsıdır. Qəbir хəzinə еkspоnаtlаrlа о qədər zəngin оlmuşdur ki, оnun Misir muzеyində yеrləşdirilməsi üçün bеş il tələb оlunmuşdur. Misir еkspоnаtlаrının qоrunmаsını təmin etmək üçün Məhəmməd Əli 1834-cü ildə Misir muzеyinin əsаsını qоydu. Məhəmməd Əlinin göstərişi ilə həmin еkspоnаtlаr siyаhıyа аlınmış və katalоqlaşdırılmışdır. Misir muzеyində sülаlə хəzinəsinə аid 150 min еkspоnаt, о cümlədən firоn Tutаnхаmоnun qızıl və qiymətli qaşdaşlardan ibarət qəbir хəzinəsi muzеyin ikinci mərtəbəsində yеrləşdirilmişdir

 

 

56. Misir Birinci dünya müharibəsi illərində

1913-cü ilin ikinci yarısında qanunverici məclisə seçkilər keçirildi Qanunverici məclis 17 təyin olunmuş və 66 seçkili üzvdən ibarət olmalı idi. İki pilləli seçki sistemi tətbiq olunmuşdu: yerlərdə və məclisə seçkilər zamanı mülkədarlara geniş hüquqlar verilmişdi. Ona görə də seçilən deputatların əksəriyyəti mülkədarlar və Misirin yuxarı əyanlarından ibarət idi. Məclisin hüquqları çox məhdud olduğundan yalnız qanunları və büdcəni müzakirə etmək səlahiyyəti daşıyırdı. Lakin Misir vətənpərvərləri məclisdən leqal tribuna kimi istifadə etməyə çalışırdılar. 1914-cü ilin yanvar-iyun aylarında Məclisin birinci sessiyası keçirildi.Birinci sessiya zamanı keçirilən yığıncaqlarda çox zaman müstəmləkə orqanları kəskin tənqid edilirdi. Sood Zǝqlul paşa başda olmaqla bir qrup deputat ingilislərin dərhal ölkədən çıxıb getməsini Tələb edir, ingilis işğalına son qoyulmasına çalışan inqilabçı deputatları öz ətrafına toplayırdılar. Eyni zamanda onlar kapitulyasiyaların ləğv edilməsini və konstitusiya tətbiq edilməsi kimi tələblər də irəli sürürdülar. Birinci dünya müharibəsi ərəfəsində partiyanın bir çox üzvlərinin həbsə alınmasına baxmayaraq Misirdə milli azadlıq hərəkatı davam edirdi. Digər xalqlar kimi Misir zəhmətkeşləri də müharibə əleyhinə öz səslərini qaldırırdılar. Onlarla tələbə gizli təşkilatlarla əlaqədə suçlanaraq həbsxanalara salınırdı. Bununla yanaşı terrorçu qruplar da fəaliyyət göstərirdi.1914-cü il iyulun 25-də Həkim Mahmud Mazqar <<Həmrəy Qardaşlar» cəmiyyətinin tapşırığı ilə II Abbas Hilmiyə uğursuz sui -Qəsd cəhdi etdi. 1882-ci ildən 1914-cü ilə kimi Misir formal olaraq Osmanlı imperiyasının əyalətlərindən biri, həm də İngiltərənin müstəmləkə lərindən biri olmuşdur. Bu dövrdə Misir xalqı azadlıq və istiqlaliyyət uğrunda mübarizə aparmış və azadlıq mübarizəsi yolunda müəyyən təcrübə qazanmışdır. Bu təcrübə Misir xalqına milli azadlıq mübarizəsinin sonrakı mərhələsinə təkan verən mühüm amil olmuşdu.Birinci dünya müharibəsindən sonra Misirdə müxtəlif partiyalar fəaliyyət göstərirdi. Misirin en böyük və ən nüfuzlu siyasi partiyası «Əl-Vǝfd əl-Misn» və ya «Hizb ǝl-Vǝfd» (Nümayəndələr partiyası) idi. Partiya 1918-ci ildə yaranmış və əsas məqsədi ingilis müstəmləkəçilərinə qarşı mübarizə aparmaq idi. Partiyanın yaradıcısı və başçısı Səid Zaqhul (1860-1927) idi. Lakin Səid Zəqlul və partiyanın digər üzvləri Misirin müstəqilliyinə xalq kütlələrinin mübarizəsi ilə deyil, yalnız ingilislərlə danışıqlar yolu ilə nail olmaq istəyirdilar.Birinci dünya müharibəsi başlayanda ingilislər əsas qüvvəlrini Süveyş kanalının müdafiəsinə yönəltdilər. İngiltərə Osmanlı imperyiası ilə müharibəyə başlayanda bildirdi ki, bu müharibənin bütün çətinliklərini öz üzərinə götürür və kömək üçün Misirə müraciət etməyəcəkdir. Əslində isə belə deyildi. Misirdə hərbi əməliyyatlar getməsə də İngiltərə ölkənin maddi və canlı qüvvəsindən istifadə edirdi. Bütün müharibə boyu ingilislər misirlilərdən köməkçi ordunun xidmətində, əmək korpuslarında İstifadə edirdilər. Misirlilərdən ildə iki-üç dəfə Əmək korpusunda işləmək üçün aparırdılar və hər dəfə də 135 min nəfər tələb olurudu. Misirin limanları, nəqliyyatı, sənayesi və kənd təsərrüfatı Britaniya orlusunun xidmətinə verilmişdi. Bu zəmində ölkədə ingilis ağalığına qarşı narazılıq son həddə çatmışdı. 8 aprel və 9 iyulda 1915-ci ildə ingilis canişini-sultan Hüseyn Kamilə qarşı iki dəfə sui-qəsd hazırlanmışdı. 10 avqust 1915-ci ildə baş nazir Hüseyn Rüşdü paşaya, 4 senyabrda isə vəqf nazirinə qarşı sui qəsd hazırlanmışdı. Birinci dünya müharibəsinin gedişində və sonunda bağlanan Müqavilələr əsas götürülərək 1920-ci ildə San Remoda keçirilən Konfransda Misir İngiltərənin mandatlığına verildi.

 

57. Suriyada İbrahim Paşanın islahatları

Ərəbləri birləşdirərək böyük, vahid ərəb dövləti yaratmaq iddiasında olan İbrahim paşa atasının fikirlərini bölüşdürərək bu istiqamətdə əməli fəaliyyətə başladı. Suriyanın gələcəyinə böyük ümidlər bəsləyən istedadlı siyasətçi İbrahim paşa ölkənin mərkəzləşdirilməsi, feodal özbaşınalığının və separatizminin qarşısının alınması, kapitalist münasibətlərinin inkişafı istiqamətində bir sıra islahatlar həyata keçirməyə başladı.

İbrahim paşa kənd təsərrüfatının tənəzzülünün qarşısını almaq məqsədilə ilk olaraq fəllahlardan alınan vergiləri qeydiyyatdan keçirtdi, özbaşına feodal vergilərinin toplanmasını qadağan etdi, boş qalmış torpaqlardan istifadə məqsədilə burada çalışan fəllahlar bütün vergilərdən azad edildilər.

İbrahim paşanın ən mühüm tədbirlərindən biri də istifadə olunmayan torpaqlarda bədəviləri məskunlaşdır araq, onları məcburi şəkildə oturaq həyata keçirmək idi. Bu sahədə müəyyən uğurlar qazanıldı Bundan o, iki məqsəd güdürdü: birincisi, müstəqil həyat tərzinə alışmış bədəviləri mərkəzi hakimiyyətə tabe etmək, ikincisi isə boş qalmış torpaqlarda onları məskunlaşdırmaqla kənd təsərrüfatının inkişafına imkan yaratmaq idi. Beləliklə, Dəməşq ilə Hələb arasında yeni kəndlər salındı və təxminən 15 min fəddan torpaq əkildi. İbrahim paşanın hakimiyyəti illərində Hauranda ilk iki il ərzində əkin sahələri 2 min fəddandan - 7 min fəddana qədər artdı.

Vergi özbaşınalığının ləğvi sənaye və ticarətin inkişafı ilə müşahidə olunurdu. Ölkənin istər daxili yollarında, istərsə də Dəməşq və Bağdadı birləşdirən səhradan keçən karvan yollarında əmin-amanlıq yarandı. Bu isə, nəticə etibarı ilə, ölkə daxilində ticarətin inkişafına zəmin yaratmaqla yanaşı tranzit ticarətin inkişafını da təmin etmiş oldu. Belə ki, ingilis parçaları Suriyadan İraqa və İrana, Hindistan və İrandan gətirilən mallar isə Suriya vasitəsilə Avropaya çatdırılırdı.

Özbaşınalığın və rüşvətxorluğun qarışısı alındığından yerli tacirlər topladıqları sərmayəni dövriyyəyə buraxmaq imkanı qazanmış oldular. Sayda, Beyrut, Tripoli kimi liman şəhərləri inkişaf etmiş ticarət mərkəzlərinə çevrilirdi. Druzlar buraya ipək və zeytun yağı gətirirdilər, onu çörəyə və Avropa sənaye mallarına mübadilə edirdilər.

İbrahim paşa mərkəzi hakimiyyəti möhkəmləndirmək istiqamətində də bir sıra ciddi tədbirlər həyata keçirdi. Misir nümunəsinə uyğun olaraq Suriya, Fələstin və Kilikiya altı əyalətə - müdiriyyəyə bölündü. Hər bir şəhərə isə şeyxə tabe olan canişin - mütəsəllim təyin edildi. Hər bir mütəsəllimin rəhbərliyi altında məşvərətçi orqan - məclis yaradıldı. Onun üzvləri mülkədar, tacir və din xadimlərindən ibarət idi. Məclis məhkəmə funksiyalarını da daşıyırdı. Bütün ali hakimiyyəti isə təbii ki, İbrahim paşa öz əlində cəmləşdirmişdi. İbrahim paşa təhsil sahəsində də bir sıra islahatlar həyata keçirdi.

 

 

58. İraq Davud paşanın hakimiyyəti altında 

İraqda küləmənlərin hakimiyyət dövrü xüsusi mərhələni təşkil edir.Belə ki,18-ci əsrin əvvəllərində Osmanlı imperiyasının zəifləməsindən  istifadə edən Həsən paşa İraqda öz hakimiyyətini möhkəmləndirdi,40minlik  gürcü kölələrdən ibarət küləmən qvardiyası yaratdı.Böyük Süleyman hakimiyyətə gəlməklə İraqda küləmənlərin ağalığını bərqərar etmiş oldu.1817-ci ildə öz qaynını qətlə yetirməklə hakimiyyətə gələn Davud paşa burada müstəqil hakimiyyət formalaşdırmağa nail oldu.Davud tezliklə Böyük Suleymanın katibi vəzifəsinə irəli çəkilir və onun qızı ilə evlənir.Böyük Süleymanın vəfatindan sonra Bağdad məscidlərindən birinin mollası olan Davud küləmənlər arasında özünə həm tərəfdar toplamağa,həm də ruhanilər arasında  möhkəm əlaqələr yaratmağa başlayır.Həmin tərəfdarların köməyi ilə paşa titulu alır.14 il ərzində İraqı müstəqil idarə edir.Davud paşa Məhəmməd Əli kimi ilk növbədə kapitulyasiya rejimini ləğv etməyə çalışır,Ost-Hind şirkətinin imtiyazlarını aradan qaldırmağa onun iraqdakı mövqelərini zəiflətmək istiqamətində intensiv siyasət yeridirdi.Bu cəhətdən Ost-Hind şirkətinin agentləri olan farslara qarşı mübarizə və müvafiq tədbirlərin görülməsi xüsusi yer tuturdu.1821-ci ildə isə o ticarətin dirçəldilməsi məqsədilə bütün tacirlərin hüquqlarının və imtiyazlarının bərabər olmasına dair fərman verdi.Bu da ilk növbədə OstHind şirkətinin maraqlarına zərbə idi.Buna görə də şirkət Dəclə çayına öz donanmasını göndərərək Bəsrə ilə Bağdad  arasındakı əlaqəni kəsdi.Belə olduqda Davud paşa Ost Hind şirkətinin Bağdaddakı iqamətgahını mühasirəyə aldı və buradakı mallarını musadirə etdi.Münaqişə Ost Hind şirkətinin bütünlüklə İraqda fəaliyyətinin qadağan edilməsi və əməkdaşlarının öklədən çıxarılması ilə nəticələndi.Mərkəzləşdirilmis dövlət yaratmaq istəyən Davud paşa separatçı feodalların müqavimətini xeyli qırmağa nail olmuşdu.Əvvəlcə mərkəzi hakimiyyətə qarşı olan ərəb tayfalarının rəhbərlərini,ali ruhaniləri,şeyxləri zərərsizləşdirdi.Daha çətin mübarizə isə kürdlərlə aparılan mübarizə idi.Kürdlər öz mübarizələrində İran şahindan daim dəstək və yardım alırdılar.İraqda muxtariyyət qazanmaq istəyən kürdlər ,Fətəli şahın dəstəyinə cavab olaraq ondan vassal asılılığı qəbul etdiklərini və ona xərac ödəyəcəklərini bildirmişdilər.Buna görə də Fətəli şah həmin bəylər arasından İraq Kürdüstanında müvafiq vilayətlərəhakim təyin edirdi.Bağdad paşasının buraya müdaxiləsi Qacar qoşunlarının müqaviməti ilə qarşılanırdı.Ona görə də Davud Paşa buna son qoymaq qərarına gəldi.1821-ci ildə Davud paşa Kürdüstana təyin olunmuş hakimə qarşı hərbi əməliyyata başladı.Lakin kürdlərin və farsların birləşmiş qoşunlarının müqaviməti nəticəsində məğlub oldu.Davud paşa İraqda çoxdan yaşayan farsların repressiyasına başladı,onların evləri və mülkləri müsadirə olundu.Onun əmrinə əsasən şiə ruhanilərinin bütün var dövləti,xüsusilə də Kərbəla və Nəcəfin ali ruhanilərinin bütun daşınar və daşınmaz əmlakı müsadirə olundu .Bu tədbirlər ziddiyyətləri kəskinləşdirərək 1821-1823-cü illəri əhatə edən Osmanlı İran muharibəsinə gətirib çıxardı.Müharibədə hərbi üstunlük ordunu Avropa üslubunda yenidən qurmuş İranın tərəfində olsa da ,vəba epidemiyası müharibənin taleyini həll etmiş oldu.Qacarlar hərbi əməliyyatlar zamanı tutmuş olduqları Süleymaniyyə,Kərkük və Mosuldan öz ordularını geri çəkməyə məcbur oldular.1823-cü ilin mart ayında imzalanmış Ərzurum müqaviləsinin şərtlərinə əsasən İraq Kürdüstanı Osmanlı dövlətinin tərkibində qaldı.Davud paşa öz dövründə həm kürd bəylərini,həm də ərəb şeyxlərini öz hakimiyyəti altında birləşdirməyə nail oldu.Daxildə həm kürd həm ərəb separatçı qüvvələrinə qarşı mübarizə aparan Davud paşa İraqda mərkəzləşdirilmiş hakimiyyət formalaşdırmaq istəyirdi.O ölkəni tam müstəqil idarə etməyə çalışırdı.Lakin bu İstanbul üçün qəbuledilməz olduğundan bu hakimiyyət uzun müddət qala bilməzdi.Həmin dövr İraqin daxili siyasi həyatında yer almış hərbi siyasi faktorlar sırasında kürdlərin qaldırdıqları üsyan və qiyamlar xüsusi qeyd olunmalıdır.Ümumiyyətlə kürdlərin Osmanlı dövləti tərkibindəki mübarizəsinin özünəməxsusluğu daim diqqət mərkəzində olmuşdur.İranla müharibədən sonra Davud paşa ordunun Avropa üslubunda yenidən qurulmasının vacibliyini dərk etdi.O ordunun fransız deyil,ingilis təlimatçılarının təlimi əsasında formalaşdırılan ordunun  vacib olduğunu bildirdi və bu istiqamətdə konkret addımlar atmağa başladı.Bu məqsədlə o Bağdaddakı Ost Hind şirkətinin yeni rezidenti Teylorun köməyi ilə İngiltərənin Hindistandakı sipahi ordusu səviyyəsində yeni ordu qurmağa başladı.Bunun üçün  o Məhəmməd Əli kimi əsas idxal və ixrac məhsulları üzərində dövlət inhisarını tətbiq etdi.Və buna görə o ərzaq və digər malların idxal ixracı üçün çay və dəniz gəmiləri aldı.Misirin təcrübəsindən istifadə edərək İraqda pambıq əkilməsi üçün müvafiq tədbirlərin keçirilməsi əmrini verdi.Osmanlının Rusiya ilə 1828-1829 cu illər müharibədə məğlubiyyətindən istifadə edərək müstəqillik əldə etmək siyasətini yeritdi.Ədirnə müqaviləsinin şərtlərinə əsasən Osmanlı Rusiyaya böyük miqdarda təzminat ödəməli idi.Təzminatın ödənilməsi üçün Sultan 2ci Mahmud 1830cu ildə dekabrda İraqa öz elçisini göndərmişdi.Davud paşa isə onun rəsmi nahardan dərhal sonra qətlə yetirilməsi əmrini verdi və İstanbula xərac verməkdən boyun qaçırdı.Sultan paşanı qiyamçı adlandıraraq ona qarşı hərbi qüvvə göndərdi.Orduya hələb paşası Əli Rza başçılıq edirdi.Davud paşa 20 minlik nizami piyada və süvari korpusunu və 10 minlik yığma ordusunu hərbi mövqelərdə yerləşdirdi.1831ci ildə İraqda baş verən cuma xəstəliyi Davudun ordusunu məhv etdi.Sentyabrda Əli Rza paşa Davud paşanı hakimiyyətdən salaraq küləmənlərin İraqda hakimiyyətinə son qoydu

 

 

59. İraq Midhət Paşanın hakimiyyəti altında

İraqda qəti оlaraq, islahatların başa çatdırılması 1876-cı il Оsmanlı kоnstitusiyasının müəllifi, türk kоnstitusiya hərəkatının rəhbəri, Оsmanlı dövlətinin görkəmli dövlət хadimi Midhət paşaya (1822-1883) tapşırıldı. 1869-cu ildə о, Bağdada qubernatоr, eyni zamanda, VI kоrpusun kоmandanı vəzifəsinə təyin оlundu. Оnun əlində İraqdakı bütün hərbi və mülki hakimiyyət cəmlənmişdi. Midhət paşa оna хas оlan enerji ilə İraqın bütün həyatının yenidən qurulması məqsədilə islahata başladı. Midhət paşa Bağdadda Əmanət kassasının əsasını qoydu, Fərat çayı boyu teleqraf xətti çəkdi, Dəclə çayı üzərində körpü saldı.         Kənd təsərrüfatının inkişafında ən mühüm problem suvarma sistemlərinin dağılması, ya da heç olmaması idi. Midhət paşa suvarma sistemindən əziyyət çəkən bölgələrə dövlət yardımı göstərməyi qərara aldı və bu məqsədlə, böyük bir layihə hazırladı. Nəzərdə tutulurdu ki, Fərat çayının aşağı axınında su anbarları tikilsin və həmin ərazilərdə əkin sahələri genişləndirilsin.Midhət paşa Osmanlı və İran hökumətləri arasında bu məsələ ilə bağlı müqavilə bağlamağa nail oldu. Beləliklə, sərhədin hər iki tərəfində müşahidə məntəqələri yaradıldı. Bu durum kürdlərin sərhədi keçməsini xeyli çətinləşdirdi.1864-cü ildə Оsmanlı dövlətində məhkəmə hakimiyyətini inzibati hakimiyyətdən ayıran qanun qəbul оlundu. Qanuna əsasən seçkili məhkəmələr yaradıldı və əhali yerli özünüidarəyə cəlb edildi.

О, yeni məhkəmələr, bələdiyyə şuraları və məktəblər təsis etdi.  İraqda ilk dəfə olaraq, “əz-Zaura” adlı qəzet işıq üzü gördü. Bununla belə, Midhət paşa başa düşürdü ki, yalnız repressiyalarla tayfaların müqavimətini qırmaq mümkün deyil. Оna görə də, о, ərəb tayfa feоdallarını öz tərəfinə çəkməyi məqsədəuyğun hesab etdi. 1858-ci il tоrpaq qanununun tətbiq edilməsi qaydalarına uyğun оlaraq, о, tam aşağı qiymətə dövlət tоrpaqlarını оnlara satmağa başladı. Bu tоrpaq mülkləri şeyхlərə tam mülkiyyətçi hüququ verməsə də, yəni оnların irsi tоrpaqlarına çevrilməsə də, bütünlükdə, bu siyasət ərəblərin sakitləşməsinə gətirib çıхardı. Midhət paşanın burada həyata keçirdiyi ən böyük tədbirlər sırasında Küveyt və əl-Həsanın 1871-ci ildə qəti оlaraq, Оsmanlı hakimiyyətinə tabe edilməsi idi. Bu vilayətlər хüsusi inzibati vahidlik kimi fоrmalaşdırılaraq, İraqın türk hakimlərinə tabe etdirilmişdi. Sonucda, Midhət paşanın İraqda həyata keçirdiyi islahatlar Оsmanlı dövlətinin burada hakimiyyətinin möhkəmlənməsinə gətirib çıхardı. İlkin dövrlərdə ərəblər idarəçilikdən uzaqlaşdırılsalar da, sоnrakı dövrlərdə tədricən dövlət müəssisələrinə Avrоpa təhsili almış ziyalı ərəblər cəlb edilməyə başlandı. Əslində Оsmanlı dövlətinin digər addım atması da qeyri-mümkün idi. Çünki ziyalı ərəblərin idarəçilikdən kənarda saхlanması milli gərginliyin artmasına səbəb оla bilərdi.

 

 

60. Vəhabilər hərəkatı

Vəhhabilik və ya vəhhabilik, İslamın sünni-Hənbəli məzhəbinin alt qoludur və 18-ci əsrdə Məhəmməd ibn Əbd əl-Vəhhab tərəfindən başlamışdır. Vəhhab tərəfindən şəxsən istifadə olunmayıb, hətta onun tərəfdarları da “vəhhabi”nin işlədilməsini rədd edir, “sələfi” ifadəsini işlətməyə üstünlük verirlər. Bu, ən çox kənar şəxslər tərəfindən istifadə olunur. Vəhhabilik və ya sələfilik cərəyanı Osmanlılar üçün mühüm problemə çevrildikdən sonra II. Mahmud problemi həll etmək üçün Misir valisi Kavalalı Mehmed Əli Paşanı təyin etdi. Mehmet Əli Paşa oğlu Tosun Paşanın komandanlığı altında olan ordu ilə Məkkə, Mədinə və Taif şəhərlərini vəhhabilərdən xilas etdi (1812-1813). Sonra Əmir Əbdüləzizin özünə qarşı yürüş etdi. Əmir Əbdüləziz (1814) vəfat etdikdən sonra vəhhabilər ağır məğlubiyyətə uğradılar. Nəhayət, Mehmet Əli Paşanın sərkərdəsi İbrahim paşa Əbdüləzizdən sonra gələn oğlu Abdullahı və övladlarını əsir götürərək İstanbula göndərdi. Onların İstanbulda asılaraq öldürülməsi (17.12.1819) ilə vəhhabilik hərəkatının birinci dövrü sona çatdı. Müharibə zamanı qaçaraq qaçmağı bacaran Səud sülaləsindən olan Turki bin Abdullah Nəcd bölgəsində yenidən fəallaşaraq 1821-ci ildən 1891-ci ilə qədər davam edəcək ikinci vəhhabi dövlətini qurmağa müvəffəq oldu. Sonradan bəzi münaqişələr olsa da, Səud sülaləsindən olan Əbdüləziz bin Səud vəhhabi dövlətini yenidən qurdu (1901). Hindistanda ingilis administrasiyasının da dəstəyini verən Əbdüləziz bin Səud 26 dekabr 1916-cı il tarixli müqavilə ilə ingilislər tərəfindən Nəcd, Hasa, Katif, Cubeyl və ona bağlı olan digər bölgələrin hakimi kimi tanındı. Bu müqaviləyə görə, Əbdüləziz bu yerləri özündən sonra övladlarına miras qoyacaq və onun seçdiyi varis ingilislərə sadiq qalacaq. Osmanlıların məğlubiyyəti ilə nəticələnən Birinci Dünya Müharibəsindən sonra vəhhabilər Hail, Taif, Məkkə, Mədinə və Ciddə şəhərlərini də ələ keçirdilər (1921-1926). Əbdüləziz bin Səud Nəcd və Hicaz kralı olaraq qəbul edildi (1926). 20 may 1927-ci ildə İngiltərə ilə Ciddə müqaviləsindən sonra o, tam müstəqilliyini elan etdi. Beləliklə, Əbdüləziz bin Səud Səudiyyə Ərəbistanının kralı olaraq bütün Hicazı öz suverenliyi altına aldı. Bu dövlət Səudiyyə Ərəbistanı Krallığı adı altında mövcudluğunu davam etdirir. Vəhhabiliyin din anlayışı, Məhəmməd bin Əbdülvəhhabın vurğuladığı tövhidin (Allahın birləşməsi) şərhi ətrafında cəmlənir. Məhəmməd bin ƏbdüVəhhaba görə tövhid Allahı bəndəlikdə tək tanımaqdır. Tövhid (Lə iləhə illəllah) kəlməsini söyləməyin Allahdan başqa ibadət edilənləri tanıdığı müddətcə mənası yoxdur. Allah qəlblə, dillə və əməllə bir olmalıdır. Bunlardan biri əskik olarsa, insan müsəlman ola bilməz. Tövhid üç yerə bölünür. Birincisi, Allahı ad və sifətlərində birləşdirmək (tövhid-i esma və sifətlər), ikincisi, Allahı Rəbdəbirləşdirmək (tövhid-i rububiyyət), üçüncüsü isə Allahı ilahlığında birləşdirmək (tövhid-i uluhiyyə). ). Allahı bu üç yolla birləşdirmək ancaq əməllə mümkündür. Buna görə də Quran və Sünnədən başqa əmr və qadağaları qəbul etməmək, təvəssülü və İslam Peyğəmbərinin dövründə tapılmayan şeyləri tərk edərək Allaha qovuşmaq lazımdır. Bu tövhid əməl tövhidi adlanır. İstənilən hakimi tanımaq, Allahdan başqasından kömək istəmək, Allahdan başqa bir varlığa, hətta Peyğəmbərə belə qurban kəsmək, nəzir etmək insanı ağlasığmaz edir, can və mal toxunulmazlığını aradan qaldırır. Vəhhabiliyin ən mühüm xüsusiyyətlərindən biri onun bidətlərə münasibətidir. Muhəmməd bin Əbdülvəhhaba görə Quran və sünnədə olmayan hər şey bidətdir. Bidət uyduran lənətlənmişdir və etdiyi əməl rədd edilməlidir. Bidətlərin çoxu insanları şirkə çevirir. Bunlara türbələr, ziyarətgahlar və onların ziyarətləri daxildir. Qəbirlərdə ibadət etmək şirkdir. Hətta savab ümidi ilə Peyğəmbərin qəbrini ziyarət etmək şirkə səbəb ola bilər. Qəbir ziyarətləri, ziyarətgahlar tikmək qəti qadağan edilməlidir ki, şirk olmasın. Ölülərə dua etmək, təvəssül etmək, falçı və münəccimlərə inanmaq, Peyğəmbərin xatirəsini vəsf etmək, Hırka və Səkal-i şərifləri ziyarət etmək, Allahdan başqasına ibadət etmək, şirk etmək. Bu məclislərdə mövlud məclisləri təşkil etmək, mövlud oxumaq, sünnət və nafilə namazlar qılmaq qadağan edilməlidir. Gözün zədələnməsinin qarşısını almaq üçün muncuq, amulet, ağac, daş və s. taxmaq. şeyləri müqəddəsləşdirmək, xəstəlik və ya bəladan sağalmaq, gözəl görünmək və s. Muncuq, sap taxmaq, hamayi, sehr, sehr, ulduz falı kimi şeylərə inanmaq, xeyirxah insanlara və ata-anaya təsbih etmək, onlar üçün dua etmək, kömək istəmək kimi şeylər şirkə səbəb olan bidətlərdəndir. Riya üçün dua etmək və özünü yaxşı insan kimi göstərərək qazanc əldə etmək də şirkdir. Məscidləri və məscidləri bəzəmək, minarə tikmək də tərk edilməli olan bidətlərdəndir.

 


Отправить комментарий

0 Комментарии